Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2075/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməs i tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(103)-1676/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti ilə iddiaçı arasında **********448900 saylı 17 iyul 2014-cu il tarixli “Vergi partnyorluğu sazişi” bağlanmışdır.
2. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 101.859 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcuddur.
3. İddiaçı cavabdehə müraciət edərək artıq ödənilmiş pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdu dunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Onunla “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə tərəfindən öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 101.858 manat pul vəsaitinin geri qaytarılması barədə rəyin verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 dekabr 2013-cü il tarixdə fərdi sahibkarliq fəaliyyəti ilə məşğul olmaq məqsədilə aidiyyəti qurumdan qeydiyyatdan keçməklə vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət növü (kod 55100) mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi olmuşdur. 17 iyul 2014-cu il tarixdə əvvəlki Vergilər Nazirliyinin aidiyyəti qurumu ilə onun arasında “Vergi partnyorluğu sazişi” bağlanmışdır. “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə bağlanmış niyyət razılaşmasıdır. Həmin sazişə əsasən aidiyyəti qurum konkret olaraq əv vəlcədən özünün müəyyən etdiyi məbləği vergi ödəyicisindən hər ay alırdı. Vergilər Nazirliyi tərəfindən həmin vaxt ona şifahi formada bildirilmişdir ki, o, vergilərin məbləğindən asılı olmayaraq hər ay 4.000 manat ödəməlidir. Lakin onun aylıq vergi hesabatları 4.000 manat təşkil etmirdi, təqribən 1.000 – 1.500 manat olardı. Bu isə, iddiaçının dövriyyəsinin az olması ilə əlaqədar idi. Onun tərəfindən hər ay artıq ödəmələrin təsdiqi vergi ödəyicisi kimi ona məxsus olan şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bu əsasla da o, 101.858 manat dövlət büdcəsinə artıq ödəmə həyata keçirilmişdir. Həmin vaxtlar aktiv vergi ödəyicisi olduğundan artıq ödəmələrin gələcəkdə yaranacaq vergi hesabatlarınla əvəzləşəcəyini nəzərdə tuturdu. Lakin dünyada və ölkəmizdə baş vermiş pandemiya səbəbindən o, sah ibkarlıq fəaliyyətini dayandırmaq qərarına gəlmişdir. Bu məqsədlə sahibkarlıq fəaliyyətini 17 mart 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək dayandırılması ilə bağlı cavabdeh orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəsmi müraciət etmiş və fəaliyyətini rəsmi şəkildə dayandırmışdır. Sonra yenidən müxtəlif tarixlərdə onun fəaliyyətinin dayandırılmasının uzadılması barədə yəni 29 dekabr 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək, 20 may 2021-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək, 1 yanvar 2026-cı il tarixdən 1 yanvar 2031-ci il tarixədək dövrlərlə bağlı ərizələrlə cavabdeh orqana müraciət etmiş və onun sahibkarlıq fəaliyyətinin dayandırılması rəsmi şəkildə uzadılmışdır. O, sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra maddi vəziyyətinin pi sləşməsi səbəbindən “artıq ödəmənin qaytarılması barədə” cavabdehə müvafiq icra hakimiyyət orqanın müəyyən etdiyi formada rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizənin icra edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan imtinasında istinad etdiyi hal kimi 17 iyun 2014-cü il tarixdə vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün həmçinin “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra vergilərin ödənilməsi üzrə onun tərəfindən öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir və sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbl əğlərinə mütənasib göstərilməsi tövsiyəsi olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Şəxsi hesab vərəqəsində onun tərəfindən artıq ödəmələr məbləğləri öz təsdiqini tapmışdır.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinın 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-9256/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilərək, İddiaçı artıq ödədiyi 101.858 manat pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdi ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının artıq ödəməsinin silinməsinin və onun qaldırdığı “ar tıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir. Belə ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa, cavabdehin dəlili, yəni “vergi partnyorluğu sazişinə uyğun olaraq münasibət bildirilməməsi” artıq ödənilmə məbləğin qaytarılmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bu hərəkətlə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(103)-1676/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ö dəyicisinə qadağan etməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin yuxarıda adıçəkilən 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının tələbini təmin edərkən birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin müddəaları, o cümlədən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinin artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmaması barədə dəlilini olduğu kimi qəbul edərək vergi ödəyicisinin ilk müraciət etdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə onun şəxsi hesab vərəqəsindən mövcud olan artıqödəmənin tərkibini təşkil edən məbləğlərin ödənilmə tarixlərini nəzərə almamış, formal olaraq şəxsi hesab vərəqəsində olan son 5 il ərzində tələb edilməsi qanunvericiliyə uyğun olaraq mümkün hesab edilməyən ödənişlərin də iddiaçıya qaytarılması qənaətinə gəlmişdir. Vergi ödəyicisinin tələb etdiyi 101.858,0 manat artıqödəmə məbləğinin tərkibində mövcud olan xx.xx.2016-cı il, xx.xx.2016-ci il və xx.xx.2017-ci il tarixli ödənişlərin həyata keçirildiyi tarix iddiaçının ilkin müraciəti, yəni xx.xx.2022-ci il tarixindən 5 il əvvəlki tarixlərə aid olmuş, halbuki həmin məbləğlərin vergi ödəyicisinə geri qaytarılması vergi qanunvericiliyinin tələblərinə əsasən mümkün hesab edilmir.
15. Cavabdeh apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri pozulduğunu qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;... Maddə 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yaz ılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Maddə 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dö vlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyasınin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən r ədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
23. Hazırkı işdə iddiaçının hüquqi marağı artıq ödənilmiş 101.858 manat vergi məbləğinin ona geri qaytarılması barədə rəy verilməsinə yönəlmişdir.
24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, sonradan vergi orqanı ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə vergi partnyorluğu sazişi bağlanılmışdır. Şəxsi hesab vərəqəsinə əsasən sazişin qüvvədə olduğu dövrdə tələb edilən vergi ödəmələri ilə yanaşı büdcəyə müvafiq məbləğlərdə artıq məbləğlər ödənilmişdir. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciəti olmuş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılmas ı təmin edilməmişdir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının “Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə istinad etmişdir.
25. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ödəyicisinə qadağan etməmişdir. Vergi Məcəlləsinin 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibb i sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi iş materialları ilə sübut olunduğundan məhkəmələr iddiaçıya pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehə həvalə etməklə düzgün nəticəyə gəlsə də, lakin qaytarılması tələb olunan artıq ödənilmiş məbləğin hansı tarixdən hesablanmasının müəyyən edilməsində səhvə yol vermişdir.
27. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
28. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə qeyd edilən tələblə xx.xx.2022-ci ildə müraciət edib. Belə olan halda isə, xx.xx.2016-cı il tarixə 3551.86 manat, xx.xx.2016-cı il tarixə 4000 manat, xx.xx.2017-ci il tarixə isə 4000 manat artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması mümkün deyil. Belə ki, həmin məbləğlərin Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə nəzərdə tutulmuş 5 illik tələb etmə müddəti bitmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının artıq ödədiyi 11551.86 manat pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(103)-1676/2023 nömrəli qərarı qismən, “İddiaçı artıq ödədiyi 11551.86 manat pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal G əlirlər Baş İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.