Məhkəmə qərarları › İş №2-1(102)-2076/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2076/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2076/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsindən imtina; sübut yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1448/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-5319/2011 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(009)200/2008 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 618.996 manat və mənəvi zərərin əvəzi olaraq 5.000 manat, cəmi 623.996 manat məbləğində pul vəsaiti tutulmuş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-1505/12 nömrəli qərarı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 5319/2011 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin məbləğin hissə-hissə olmaqla ödənilməsi üçün, yəni xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu il tarixdə 200.000 manat və xx.xx.2019-cu il tarixdə 223.996 manat məbləğdə vəsait dövlət büdcəsindən Bakı şəhər İcra hakimiyyətinə ayrılmışdır

4. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu ildə 200.000 manat, xx.xx.2019-cu il tarixdə isə 223.996 manat məbləğdə vəsait İddiaçı ödənilmişdir.

5. Yuxarıda qeyd olunan məhk əmə qərarının gec icra olunmasının ona maddi və mənəvi zərər vurduğuna istinad edən iddiaçı kompensasiya tələbi barədə ərizə ilə cavabdeh və üçüncü şəxsə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 15/05-08-114 nömrəli və xx.xx.2020-ci il tarixli 15/05-08-48 nömrəli məktubları ilə bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarının icrası olaraq ona ödənilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 200.000 manat məbləğində vəsait köçürülmüşdür və həmin qərarın icrası ilə bağlı müvafiq prosessual hərəkətlər həyata keçirilməkdədir. Bundan əlavə, ona komepansasiyanın ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, Maliyyə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İddiaçının razılığı və Maliyyə Nazirliyinin k öməkliyi ilə həmin kompensasiya hissə-hissə olmaqla tam şəkildə ona ödənilmişdir. Bu səbəbdən onun hazırkı tələbi qanuni və əsaslı hesab edilə bilməz.

7. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli R-5/3-016/3-T/2 nömrəli məktubu ilə iddiaçının müvafiq müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən müvafiq kompensasiya iddiaçıya ödənilmişdir. Bundan əlavə qaldırılan məsələyə dair əsaslandırıcı sənədləri təqdim edəcəyi təqdirdə, məsələyə yenidən baxıla bilər İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış mənfəətin hesablanmış bazar dəyəri kimi (2010-2018-ci ilin noyabr ayına qədər) 164.917 manat, 2012-ci ilin may ayından 2018-ci ilin noyabr ayına qədər, 6 il 6 ay üçün ona ödənilməli pul vəsaitinin qanunsuz qaytarılmamasına görə hesablanmış faiz məbləği kimi 202.800 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat, cəmi 467.717 manat pulun tutulması və ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin ərizə icraata qəbul edilmişdir

10. Bakı İnzibat i Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3553/2020 nömrəli qərarına görə (hakim – N.İ.Abıyev) iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3553/2020 nömrəli qərarının ləğv edil məsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1448/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3553/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılan halları ilə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəymə si sübuta yetirilmir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur.

15. Məhkəmə qərarı tərəflərə göndərilsə də, tərəflərin həmin qərarı hansı tarixdə almasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.

16. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1448/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus obyekt sökülməsə həmin obyektin icarəyə verilməsindən iddiaçı gəlir əldə edəcəkdi. Bu məbləğ “xxxx” MMC-nin qiymətləndirməsinə görə 164917 manat təşkil etmişdir. Bu məbləğin əldə edilməsi üçün sökülən pavilyonun illər üzrə orta illik icarə dəyəri və cari dəyər əmsalı əsas götürülmüşdür.

18. Bundan başqa, cavabdehin qanunsuz sökülmüş obyektə görə iddiaçıya ödəməli olduğu pulu 7 il ərzində ödəmədiyinə görə hər gün keçirilən əsəb, stress, mənəvi iztirab nəzərə alınmalı, buna görə də dəymiş mənəvi zərərin əvəzi kimi iddiaçıya 100000 manat ödənilməlidir. Çünki, cavabdehin 7 il ərzində qərəzli olaraq ödəniş etməməsi iddiaçıda artıq belə bir fikir yaratmışdır ki, ümum iyyətlə cavabdeh tərəfindən heç bir ödəniş edilməyəcəkdir. Bu fikir də hər gün iddiaçıya mənəvi iztirab vermişdir.

19. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 oğlu izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşı yır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin pr esedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

28. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı tör ədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

30. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetm ə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. İnzibati Prosessual Məcəllənin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilm işdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun (bax: hazırkı qərarın 23-24-cü bəndləri). İşə aşağı instansiya məhkəmələrində baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir.

37. İddiaçı kassasiya şikayətində cavabdehin hərəkətsizliyi nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçi rməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır.

38. İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.

39. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudlu ğu öz təsdiqini tapmamışdır.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəs əsaslı və qanuni olduğundan ləğv edilməsi üçün əsas yoxdur.

41. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

42. Göstərilənlərə və İPM-in 96.8-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1448/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar