Məhkəmə qərarları › İş №2-1(102)-2076/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2076/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2076/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N0NN-ci il N6 iyul tarixli, N- N(N03)NN55/N0NN nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahiş etmişdir. N. Cavabdeh N0N0-ci il N3 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi arxivinin N0N0-ci il N0 may tarixli, 9/N -5666 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə N99N-ci il N dekabr - N993cü il 3 fevral tarixlərdə Silahlı Qüvvələrin Baş qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olduğuna və İddiaçı hərbi xidməti N993-cü il NN fevral tarixdə hərbi hissəsinin döyüş əməliyyatlarında iştirak etməsindən sonrakı dö vrə təsadüf etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı N0N0-ci il NN iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin arxiv arayışı və əmək kitabçasındakı qeydiyyatlar aktiv döyüş zonasında xidmət etdiyini təsdiq edir. Lakin ona əsassız olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Birincisi şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, ikincisi hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və bunun müvafiq sənədlərdə əks edilməsidir., Bu zaman zəruri sənədlər məfhumuna Nazirlər Kabinetinin N0N8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçü əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N0N0-ci il N0 may tarixli, 9/N -5666 nömrəli arayışına əsasən id diaçı N993-cü il NN fevral tarixdən N993-cü il N iyun tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçmişdir. Lakin N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”na əsasən iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə N99N-ci il N dekabr tarixdən N993-cü il 03 fevral tarixə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsasla N0N0-ci il NN iyun tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın rəd d edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin N0N0-ci il NN noyabr tarixli, N-N(NNN)5503/N0N0 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının əmək kitabçasında və Müdafiə Nazirliyinin Mərkəzi arxivinin verdiyi arayışında onun N nömrəli hərbi hissədə “yanğın söndürən dəstəsinin rəisi” vəzifəsində N993-cü il NN fevral tarixdən N993-cü il N5 iyul tarixədək xidmət etməsi təsdiq olunur, lakin iddiaçının N nömrəli hərbi hissədə xidməti N993-cü il NN fevral tarixdə, hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsindən sonrakı dövrə təsadüf etmişdir. Beləliklə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iş materialları işə sübuta yetirilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N0NN-ci il N6 iyul tarixli, N-N(N03)-NN55/N0NN nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin N0N0-ci il NN noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİ N İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri NN. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iddiaçının xidmət etdiyim hərbi hissənin N993-cü il NN fevral tarixdən N993-cü il N iyun tarixədək N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməməsi əsası olmuşdur. Məhkəmənin araşdırmadığı məsələ aşağıdakılar olmuşdur. İddiaçının xidmət etdiyi tarixlər N993-cü il NN fevral tarixdən N993-cü il N5 iyul tarixədək olmuşdur. Lakin etirazda hərbi hissənin N993-cü il N iyun tarixədək döyüş əməliyyatlarında iştirak etmədiyi tarix göstərilib. N993-cü il N iyun tarixdən N993-cü il N5 iyul tarixədək olan dövr açıq qalmışdır. Bu dövrdə həmin hərbi hissənin döyüş əməliyyatında iştirak edibetməməsinə dair hər-hansı araşdırma mövcud deyildir. Məhkəmə bununla bağlı cavabdeh orqandan hər hansı sübut tələb etməmişdir. Yəni, məhkəmə cavabdeh orqana N saylı hərbi hissənin N993-cü il NN fevral tarixdən N993-cü il N5 iyul tarixədək və ondan əvvəlki dövrə aid olan vaxtlarda hansı ərazilərdə olmasına, hansı əməliyyatlarda iştirak etməsinə dair hər hansı bir sübutu tələb etməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri N3. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ N4. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsin ə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli, NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olar kən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyə ti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərb aycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N6. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N7. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N8. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N9. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. N0. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının N006-cı il N7 sentyabr tarixli qərarının Azərbayca n Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” N007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. NN. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istinad olunan normativ-hüquqi aktların müddəalarının tə hlilindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən digər sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmi ş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. NN. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı N993-cü il NN fevral tarixdən N993-c ü il N iyun tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçmiş, lakin N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etməmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə N99N-ci il N dekabr tarixdən N993-cü il 3 fevral tarixə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. N3. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xidmət etdiyi tarixlər N993cü il NN fevral tarixdən N993-cü il N5 iyul tarixədək olmuşdur. Lakin etirazda hərbi hissənin N993-cü il N iyun tarixədək döyüş əməliyyatlarında iştirak etmədiyi tarix göstərilib. N993-cü il N iyun tarixdən N993-cü il N5 iyul tarixədək olan dövr açıq qalmışdır. N4. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin etirazında göstərilən tarix (N993-cü il N iyun) iddiaçının əmək kitabçasının N №-li qeydinin 3-cü sütununda göstərilən “Müdafiə nazirinin N993-cü il N iyun tarixli sərəncamı” məzmunda qeyddəki tarixə uyğundur. Bunun əksini, həmçinin N993-cü il N3 iyun tarixdən N993-cü il N5 iyul tarixədək olan dövrdə iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı sübut yoxdur. N5. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. N6. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N0NN-ci il N6 iyul tar ixli, N-N(N03)-NN55/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar