Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2076/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə çıxarılmış qərarının icrası ilə bağlı ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ödənilməli olan pul vəsaitinin indeksasiya edilməklə icra olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 2602/2019 nömrəli qərarının icrası ilə bağlı ödənilməli olan pul məbləğinin indeksasiyasına dair iddiaçının ərizəsinin qismən təmin olunması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(103)-887/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 noyabr 2019-cu il tarixli, 2-1(81)2602/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmuş ¼ hissəsinə görə 186.450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
2. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2020-ci il tarixli, 21(103)-830/2020 nömr əli qərarla cavabdehin apelyasiya şikayətini təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən saxlamışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1981/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2-1(103)-830/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 1 iyul 2021-ci il tarixli, 21(103)-779/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(102)-182/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin 18 mart 2022-ci il tarixli məktubu ilə icra olunması üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir.
7. Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinə ünvanladığı 23 sentyabr 2022ci il tarixli məktubdan görünür ki, məhkəmə qərarı icra olunmuş və kompensasiya müvafiq depozit hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı xx.xx.2023-cü il tarixdə “ödənilməli olan pul məbləğinin indeksasiyası” barədə ərizə ilə müraciət edərək 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aparılmış abadlaşdırma işləri ilə əlaqədar sökülmüş mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə görə ödənilmiş kompensasiya məbləğinin dəyərdən düşməsi ilə əlaqədar bu məbləğin indeksasiyasının həyata keçirilməsi və əlavə olaraq ona 41951.25 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 186450 manat kompensasiya ödənilməsi ilə bağlı məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək alıcı orqan olan Cavabdeh ilə 07 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış və 0 2 noyabr 2022-ci il tarixli qəbz ilə kompensasiya məbləği ona ödənilmişdir. Alıcı orqan Cavabdeh onun razılığı olmadan evini sökməsi, bu zaman kompensasiya məbləğinin ödənilməməsi, alıcı orqanın təqsirli davranışı ucbatından üç il müddətində məhkəmə mübahisəsinin davam etməsi və nəhayət ki, 3 ildən sonra məhkəmənin qərarı icra edilərək kompensasiya məbləğinin verilməsi ödənilmiş məbləğin inflyasiyaya uğramasına səbəb olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin 02/2-344 saylı 05 oktyabr 2022-ci il tarixli arayışa görə inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ildə 102,6; 2021-ci ildə 106,7; 2022-ci ilin yanvar-avqust aylarında isə 113,2 olmuşdur: Kompensasiya məbləğinin qəsdən gecikdirilməsi ona 2019-cu il üzrə 4847.70 manat (186450 × 2,6 faiz: 10 0 = 4847,7), 2020-ci il üzrə 1242,15 manat (186450 × 6,7 faiz:100 = 12492,15), 2022-ci il üzrə 24611,40 manat (186450 × 13.2 faiz: 100 = 24611,50), ümumilikdə isə 41951,25 manat ziyan dəymişdir. İnflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə Cavabdehnə rəsmi müraciətinə, alqı-satqı müqaviləsi əsasında kompensasiya məbləğinin ödənilməsi və dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlərin nəzərdə tutulmaması bəhanə edilərək zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. Kompensasiya ödənilmədən və razılığı olmadan evinin sökülməsinə görə ötən üç il müddətində əmlakından lazımi qaydada istifadə edə bilməmiş, yeni ev ala bilməmiş, bu müddət ərzində əmlak və istehlak malları bazarında xidmət sahəsində, ümumiyyətlə bütün qiymətlərin artması ona ma ddi zərər vurulmasına səbəb olmuşdur. Hesab edir ki, alıcı orqan Cavabdeh təqsiri ucbatından ona məxsus əmlak sökülmüş, kompensasiya və maddi yardım vaxtında və tam ödənilməmiş, bu müddət ərzində pulun dəyərinin düşməsi nəticəsində ona maddi zərər dəymişdir.
10. Cavabdeh ərizəyə qarşı etiraz təqdim edilərək bildirmişdir ki, 07 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə görə 186450 (yüz səksən altı min dörd yüz əlli) manat kompensasiyanı İddiaçı ödəmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə Cavabdeh üzərinə qoyulmuş öhdəlik yerinə yetirilmişdir. Ərizəçinin tələbinin əsası kimi ərizədə qeyd edilib ki, alıcı orqanın təqsirli davranışı üzündən üç il müddətində məhkəmə mübahisəsinin davam etməsi uc batından mübahisə predmeti olan evə görə ödənilmiş kompensasiya məbləği dəyərdən düşmüşdür. Bildirirlər ki, qəbul edilmiş məhkəmə aktından yuxarı instansiya məhkəmələrinə şikayət vermək Cavabdeh mövcud qanunvericiliyə əsasən müdafiə olunmaq hüququdur ki, bu hüquqdan Yasamal rayon İcra Hakimiyyət tərəfindən istifadə olunaraq məhkəmə qərarları yuxarı instansiya məhkəmələrində mübahisələndirilmişdir. Bu səbəbdən, məhkəmə mübahisələrinin uzun müddət davam etməsi üçün Cavabdeh təqsirli bilinə bilməz. Qeyd olunanlara əsasən, hesab edirlər ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 13 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2602/2019 nömrəli qərardadı ilə iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının icrası ilə bağlı ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçıya ödənilməli olan 186450 manat pul kompensasiyası məbləği indeksasiya edilərək 11746,35 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmiş və ərizə qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, istehlak qiymətləri indeksi məhkəmə qərarının icra olunması barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verildiyi 2 022-ci ilin sentyabr ayında məhkəmə qərarının icraya yönəldiyi 2022-ci ilin mart ayına nisbətən 106.3 faiz təşkil etmiş, yəni, qiymətlərin faizi 6.3 faiz artmışdır. Göründüyü kimi, məhkəmə qərarının icrası zaman inflyasiya nəticəsində istehlak qiymətlərinin artması səlahiyyətli qurum tərəfindən verilmiş məlumat nəticəsində təsdiq olunur. Belə olan təqdirdə, iddiaçıya zərər dəyməsi, həmçinin üzləşdiyi zərərin əvəzi olaraq ona ödənilməli olan pul məbləği indeksasiya oluna bilər.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın “ərizənin təmin edilməsi hissəsində” ləğv edilməsini, “ərizənin qalan hissədə təmin edilməməsi hissəsində” isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Bundan başqa, iddiaçı da kassasiya şikayəti verərək həmin qər ardadın ləğv edilməsini və ərizənin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2-1(103)-887/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən), M.C.Qarayeva və P.A.Hüseynov) 23 aprel 2024-cü il tarixli, 2-1(103)-887/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti ərizəyə qarşı verilmiş etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə
2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiy mətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Qanunvericiliyin tələbinə əsasən, pul gəlirlərinin indeksləşdirilməsini əldə edilmiş statistik məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Qanunun qeyd olunan normasının müəyyən etdiyi qaydadan göründüyü kimi, indeksləşdirilmənin əsasını məhz istehlak qiymətlərinin indeksi təşkil edir.
29. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir.
30. Hazırkı iş materialları ilə (məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən əlavə edilmiş məlumatlara əsasən) müəyyən olunur ki, istehlak qiymətləri indeksi məhkəmə qərarının icra olunması barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verildiyi 2022-ci ilin sentyabr ayında məhkəmə qərarının icraya yönəldiyi 2022-ci ilin mart ayına nisbətən 106.3 faiz təşkil etmiş, yəni, qiymətlərin faizi 6.3 faiz artmışdır.
31. Göründüyü kimi, məhkəmə qərarının icrası zaman inflyasiya nəticəsində istehlak qiymətlərinin artması səlahiyyətli qurum tərəfindən verilmiş məlumat nəticəsində təsdiq olunur.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 21(103)-887/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.