Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2077/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası işin Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi n Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-1(103)-573/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 8 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1978-ci il 7 dekabr tarixli, ИT-İ №0392728 nömrəli əmək kitabçasının 2, 3-cü səhifələrində qeyd olunan 1978-ci il 10 oktyabr 1986-cı il 31 yanv ar tarixləri arasındakı dövr ərzində İddiaçı işlədiyi şüşə kəsicisi peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun 2006-cı il 1 yanvar tarixədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 29 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 57 yaşının tamam olduğu 2014-cü il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələ binin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, 2014-cü il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci il 20 avqust tarixdə doğulmuşdur. 1976-cı ilin may ayından 1978-ci ilin may ayına kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci il 10 oktyabr tarixdən 1998-ci il 1 iyun tarixə qədər Sumqayıt Şüşə Zavodunda kəsici və sındırıcı peşələrində işləmişdir. Bunu "xxxx" MMC-nin 2016-cı il 29 fevral tarixli, 17 saylı arayışı təsdiq edir. Həmin arayışla təsdiq olunmuşdur ki, iddiaçı 1978-ci il 10 oktyabr tarixdə n 1998-cu il 1 iyun tarixə qədər Sumqayıt Şüşə Zavodunda şüşə kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının, 02 saylı əlavəsinin, 02 saylı siyahısının XVİİİ bölməsinə əsasən 2190100a-17954 şifrə üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. 1999-cu il 5 sentyabr - 2004-cü il 8 sentyabr tarixlərdə Sumqayıt Təmir-Tikinti Təchizat İdarəsində işləmiş, ümumi iş stajı 32 ildir. Zərərli istehsal sahəsində iş stajı 20 ildir. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinə imtina etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh idd ia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia edir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı 2014-cü il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında" qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında" qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təm inatı haqqında" qanunun iddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 2006-ci il 1 yanvar tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: -iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; -iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; -iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi.
7. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 1986-cı il 31 yanvar - 1998-ci il 1 iyun tarixlər ərzində işlədiyi peş ə olan “sındırıcı" («отломщик») peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamış, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 noyabr tarixli, 2-1(085)1859/2019 nömrəli qərardadı ilə inzibati iş aidi yyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, 2-1(112)-1053/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2015-ci il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (2018-ci il 1 iyun geriyə 3 il üzrə yəni, 2015-ci il 1 iyun tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2004-cü il 8 sentyabr tarixədək 26 il 8 ay 03 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının 1978-ci il 10 oktyabr - 1998-ci il 1 iyun tarixədək işl ədiyi peşə Sumqayıt Şüşə Zavodunda şüşə kəsici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 15-ci Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölümündə zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (19 il 07 ay 20 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Həmçinin, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 2018ci il 1 iyun tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Qa nunun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 2015-ci il 1 iyun tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-1(103)-573/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus İT -İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, 1986-cı il 31 yanvar - 1998-ci il 1 iyun tarixlərdə şüşə sındırıcı peşəsində işləmişdir və bu peşə 2 nömrəli Siyahıda təsbit edilməmişdir. Siyahıda 2190100a-17954 kod altında “isti iş sahələrində məşğul olan şüşə kəsiciləri” nəzərdə tutulmuşdur ki, iddiaçı da adıçəkilən işdə 1978-ci il 10 oktyabr - 1986-cı il 31 yanvar tarixlərdə çalışmışdır və bu müddət də 12 il 6 aydan azdır. İddiaçının məhkəməyə təqdim etdiyi güzəştli arayışlar 2190100a-17954 koduna istinad etdiyi və ya əmək kitabçasının məlumatları ilə ziddiyyət təşkil etdiyi yaxud iş yerinin rəhbər vəzifəli şəxsi və möhürü ilə təsdiq edilmədiyi üçün mötəbər sübut kimi qəbul edilmir. Beləliklə, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilməmişdir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri
15. Kassasiya şikayətinin və ona əlavənin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə və ona əlavədə qeyd edilmişdir ki, iddiaçı 1999-cu il 5 sentyabr tarixdən 2004-cü il 8 s entyabr tarixədək Sumqayıt Təmir Tikinti təchizat idarəsində işləmiş və “Əmək pensiyaları haqqında” Qanuna əsasən, “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması“ Qaydalarının 4.2.7-ci bəndinə əsasən, mötəbər sübutlara əsaslanaraq həmin dövr sosial sığorta stajı kimi hesab edilməlidir. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə müvafiq olaraq sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən, müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında müəy yən edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bundan başqa, qanuni qüvvədə olan məhkəmə aktları ilə o cümlədən Ali məhkəmənin hüquqi mövqeyi ilə iddiaçının tələbləri tam təsdiq olunmuşdur. Beləliklə, yuxanda sadalanan hallardan tam aydın olur ki, apellyasiya məhkəməsi hazırkı iş üzrə qeyd olunan hissədə qərarı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan apellyasiya şikayətini rədd etmişdir. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Süraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdəMaddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassızlığı ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının 2 nömrəli Siyahıda nəzə rdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının məlumatlarına görə, o, 1986-cı il 31 yanvar - 1998-ci il 1 iyun tarixlərdə şüşə sındırıcı peşəsində işləmişdir və bu peşə 2 nömrəli Siyahıda təsbit edilməmişdir. Siyahıda 2190100a-17954 kod altında “isti iş sahələrində məşğul olan şüşə kəsiciləri” nəzərdə tutulmuşdur ki, iddiaçı da adıçəkilən işdə 1978-ci il 10 oktyabr - 1986cı il 31 yanvar tarixlərdə çalışmışdır və bu müddət də 12 il 6 aydan azdır. İddiaçının məhkəməyə təqdim etdiyi güzəştli arayışlar 2190100a-17954 koduna istinad etdiyi və ya əmək kitabçasının məlumatları ilə ziddiyyət təşkil etdiyi yaxud iş yerinin rəhbər vəzifəli şəxsi və möhürü ilə təsdiq edilmədiyi üçün mötəbər sübut kimi qəbul edilmir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ziddiyyətin məhz nədə ifadə olunduğunu, həmin ziddiyyətin aradan qaldırılması üçün xidməti vəzifəsinə uyğun olaraq hansı tədbirlər gördüyünü qərarında göstərməmişdir. Məhkəmə, həmçinin iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi arayışdakı məlumatların (iş v. 17) onun əmək kitabçasında qeyd olunan peşəyə dair təsdiqedici məlumat mənbəyi kimi qəbul etmədiyinin səbəblərini də qərarında göstərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi digər arayışlara (iş v. 62, 72, 122, 123) gəldikdə, müəssisənin möhürü və ya ştampı ilə təsdiq edilmiş həmin arayı şların müəssisənin rəhbər şəxsi tərəfindən deyil, digər vəzifəli şəxsləri (mühasib, kadrlar şöbəsinin rəisi və hüquqşünas) tərəfindən imzalanması məhkəməni həmin arayışlardakı məlumatların mötəbərliyini İPM-in 12.2-ci maddəsinin tələbinə əsasən, özünün xidməti vəzifəsinə görə yoxlamaq vəzifəsindən azad etmirdi. Həmin arayışlar isə iddiaçının 1978-1998-ci illərdə “şüşə kəsicisi” peşəsində işlədiyinə dair məlumatları özündə əks etdirir. Digər tərəfdən, iddiaçının əmək kitabçasının məlumatlarına görə, 2-ci dərəcəli “sındırıcı” peşəsi iddiaçıya ikinci peşə kimi verilmişdir.
23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmi n olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 may tarixli, 21(103)-573/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.