Məhkəmə qərarları › İş №2-1(102)-2077/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2077/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2077/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; qazanılmış hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi və qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-248/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2009-cu il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçının Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2010-cu il tarixli əmri ilə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir.

3. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli cavabında bildirilmişdi r ki, pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 4 noyabr 2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 900 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 405 manat, rütbəyə görə əlavə 130 manat, digər növ əlavələri 597,92 manat olmaqla orta aylıq əmək haqqı 2.032,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2.032,92 manat) 80 faizi-1.626,34 manat məbləğində hesablanıb. Eyni zamanda, işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (1.626,34 manat) sığorta hissəsi tam (266,38 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.626,34-266,38=1.359,96x50%=679,98 manat) olmaqla əmək pensiyası ümumilikdə 946,36 manat (266,38+679,98) məbləğində hesablanmalı olduğu halda, 1.626,33 manat məbləğində müəyyən edilməklə 2019-cu ilin dekabr ayı üzrə ona ödənilib. Bu səbə bdən də həmin ay üzrə ona 679,97 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 310,60 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (310,60 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.626,34310,60=1315,74x50%=657,87 manat) olmaqla əmək pensiyası ümumilikdə 968,47 manat (310,60+6 57,87) məbləğində hesablanmalı olduğu halda, 1.626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7.894,32 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 346,01 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (346,01 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.626,34- 346,01=1.280,33x50%=640,17 manat) olmaqla ümumilikdə əmək pensiyası 986,18 manat (346,01+640,17) məbləğində hesablanmalı olduğu halda, 1.626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7.681,80 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2022-ci il tarixindən 357,78 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.626,34- 357,78=1.268,56x50%=634,28 manat) olmaqla ümumilikdə əmək pensiyası 992,06 manat (357,78+634,28) məbləğində hesablanmalı olduğu halda, 1.626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 6.976,97 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.185,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 533,25 manat, rütbəyə görə əlavə 130 manat, digər növ əlavələr 770,10 manat olmaqla orta aylıq əmək haqqı 2.618,35 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2.618,35 manat) 80 faizi - 2.094,68 manat məbləğində hesablanıb. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2094,68 manat) s ığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2.094,68-357,78=1.736,90x50%=868,45 manat) olmaqla əmək pensiyası ümumilikdə 1.226,23 manat (357,78+868,45) məbləğində hesablanmalı olduğu halda, 1.626,33 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona 400,10 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 1.348,85 manat müəyyən edilib. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1.547,14 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 1.547,14 man at məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 1.788,96 manat ödənilib. Bu səbəbdən də ona həmin ay üzrə 241,82 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23.874,98 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 23.874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 1.213,92 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 1.951,60 manat ödənilib. Nəticədə ona maddi yardım üzrə 737,68 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin pul vəsaiti cari ilin fevral ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

5. «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2023-cü il tarixli, 317-1/3-7-7117/2023 nömrəli qərarla İddiaçı əmək pensiyası yenidən hesablanaraq, 1.226,23 manat məbləğində, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 1.547,14 manat məbləğində müəyyən edilmişdir.

6. Cavabdehin xx.xx.202 3-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən sözügedən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə (20.1.4-cü maddə də daxil olmaqla) göstərilən vəzifələrdə (hakim vəzifəsi daxil olmaqla) çalışdıqda 50 faiz həcmində ödənilir. Hazırda hakim kimi fəaliyyət göstərdiyindən pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 faiz miqdarında ödənilir. Eyni zamanda bildirilir ki, aparılan araşdırma nəticəsində pensiya məbləği cari ilin fevral ayından etibarən 1.547,14 manata azaldılıb, həmçinin ona xx.xx.2019-xx.xx.2023- cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23.874,98 manat artıq pensiya məbləğinin ödənildiyi müə yyən edilib. Həmin artıq ödənilmiş 23.874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qanunsuz hesab edib, prokurorluq orqanlarında qulluq stajına görə ona təyin olunmuş pensiyasına əlavələrin xx.xx.2023-cü il tarixdən davam etməklə tam məbləğdə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1984-cü ilin oktyabr ayından prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 25 il qulluq etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs kimi ona Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir.

9. «Əmək pensiyaları haqqında» xx.xx.2006-cı il tarixli Qanunun 20.1.5-ci maddəsinə əsasən prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilmişdir. Həmin Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasının 37.3.4-cü maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Qanunun həmin tələbinə tam uyğun olaraq onun 2009-cu ilin noyabr ayından 2011-ci ilin yanvar ayınadək prokurorluq orqanlarında çalışmaqda davam etdiyi nəzərə alınaraq, düzgün olaraq onun qulluq stajına görə əmək pensiyasına əlavələr 50 faiz həcmində hesablanmışdır. 10. xx.xx.2011-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmağı ilə əlaqədar olaraq prokurorluq orqanlarından xaric olunduğundan, yəni digər hal meydana gəldiyindən, artıq prokurorluq orqanlarında çalışmadığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun həmin dövrdə qüvvədə olmuş redaksiyasının 37.3.4-c ü maddəsinin tələbinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr həmin tarixdən etibarən tam məbləğdə hesablanmaqla ödənilmişdir. 11. xx.xx.2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə dəyişiklik edilməklə həmin maddə aşağıdakı məzmunda yazılmışdır: “Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir”. «Digər hallarda isə tam məbləğdə ödənilir» cümləsi Qanundan xaric edilmişdir.

12. Qanunda edilmiş həmin dəyişiklik onun qulluq stajına görə əmək pensiyasına tətbiq olunmadığından xx.xx.2023-cü il tarixədək olan müddətdə əmək pensiyasına əlavəl ər tam məbləğdə hesablanıb ödənilməkdə davam etmişdir. Lakin 2023-cü ilin yanvar ayında qulluq stajına görə əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 37.3.4-cü maddəsinə istinad olunmaqla, işləyən əmək pensiyaçısı kimi əmək pensiyasına əlavələr 50 faiz miqdarında hesablanmaqla, əmək pensiyasının məbləği qanunsuz olaraq azaldılmışdır.

13. O, prokurorluq orqanlarda qulluq stajına görə təyin edilmiş əmək pensiyasına əlavələrin 2023-cü il yanvar ayının 1-dən etibarən tam məbləğdə deyil, 50 faiz miqdarında hesablanmasını qanunsuz hesab edərək, yenidən hesablanmaqla ödənilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.

14. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.x x.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla onun tələbini təmin etməmişdir. Eyni zamanda guya ona xx.xx.2019-xx.xx.2023-cü il tarixlər arasında 23.874,98 manat məbləğində artıq pul vəsaitinin ödənildiyini qeyd edərək artıq ödənilmiş pulun pensiyasından tutulmasına razılıq ərizəsi verməyi tələb etmişdir. Cavabdeh imtina məktubunda onun prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş əmək pensiyasına əlavələrin 50 faiz miqdarında hesablanmalı olmasını, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən hakim vəzifəsində çalışmağında əsaslandırmışdır. Həmin Qanunun 20.1.4-cü maddəsində isə göstərilmişdir ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər.

15. O, əmək pensiyası yaşına çatmış hakim deyil, İ dərəcə əlil müəyyən edilmiş sabiq hakim də deyil. O, hazırda hakim vəzifəsində çalışır. Ona əmək pensiyası hakimlik fəaliyyəti ilə bağlı deyil, güzəştli şərtlərlə pensiya alan şəxs kimi, prokurorluq orqanlarında 25 il qulluq etməklə qulluq stajına görə əlavə təyin edilmiş şəxs olduğuna görə Qanunun 20.1.4-cü maddəsi ona münasibətdə tətbiq edilə bilməz.

16. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə xx.xx.2017-ci il tarixli dəyişikliyindən sonra göstərilmişdir ki, Qanunun 20.1.120.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə 20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulmuş qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 f aiz həcmində ödənilir.

17. Hesab edir ki, xx.xx.2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş bu dəyişiklik onun prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faizə endirilməsi, pensiyasının azaldılması üçün əsas ola bilməz.

18. Çünki, o, prokurorluq orqanlarından xx.xx.2017-ci il tarixdən əvvəl, yəni 2011-ci ildə xaric olunmuş və əmək pensiyasına əlavələr tam məbləğdə ödənilməyə həmin vaxtdan başlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit edildiyi kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Re spublikası Qanunun 37.3.4-cü maddəsinə edilən xx.xx.2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilə bilməz.

19. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən xx.xx.2017-ci il tarixli dəyişiklikliyə əsaslanmaqla, onun qulluq stajına görə əmək pensiyasına edilən əlavənin 50 faizə endirilməsi qanuna zidd hesab edilməli və onun üzərinə xx.xx.2023-cü il tarixdən əlavənin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdehin etirazı:

20. Cavabdehin etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir.

21. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona prokurorluq orqanl arında qulluq stajına görə təyin olunmuş pensiyaya əlavələrin tam məbləğdə ödənilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla bağlı qeyd edilir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb və nəticədə pensiya məbləği cari ilin fevral ayından etibarən 1.5 47,14 manata azaldılıb, həmçinin adıçəkilən şəxsə xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23.874,98 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildirilir ki, qeyd olunan artıq ödəmə ilə bağlı İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq bildirilir ki, aparılan araşdırma nəticəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 1.213,92 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 1.951,60 manat ödənildiyi müəyyən edilib. Nətic ədə İddiaçı maddi yardım üzrə 737,68 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3200/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2017ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin Qanuna edilmiş dəyişikliyə əsasən 37.3.4-cü maddədən “Digər hallarda isə tam məbləğdə ödənilir” cümləsi xaric edilmişdir. Buna görə də, iddiaçının qulluq stajına görə əmək pensiyası yenidən hesablanan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.3.4-cü maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləği 50 faiz həcmində müəyyən edilmişdir. İddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilməsinin qeyri-mümkünlüyü və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi vəziyyətinə uyğun olaraq - digər hallarda pensiyaya qulluq əlavəsinin tam məbləğdə ödənilməsi ilə bağlı müddəa onun pensiyasının yenidən hesablandığı dövrdə mövcud olmadığından (artıq ləğv olunduğundan) iddiaçı köhnə tənzimləmə normasına istinad edərək, ona əlavə hüquqlarının verilməsini tələb edə bilməz.

24. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-248/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3200/2023 nömrəli qərarı ləğv edilmiş, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilmiş, iddiaç ının pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-7-7117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş pensiyaya əlavələrin xx.xx.2023-cü il tarixdən davam etməklə, tam məbləğdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2011-ci ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləməyə başladığından onun pensiyasına qulluq əlavələri tam şəkildə ödənilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 1.226,23 manat məbləğində, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 1.547,14 manat məbləğində müəyyən edilmişdir.

27. Məlum olur ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmiş, həmin hesablama prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar olmuş, son nəticədə isə bu hal iddiaçının pensiyasının məbləğinin azalmasına gətirib çıxarmış, həmçinin ona əvvəlki illər üzrə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı müraciət edilmişdir.

28. İşin hallarından göründüyü kimi iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiya bu barədə iddia çının xeyrinə əlverişli inzibati aktın (əvvəlki pensiyanın təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla məlumat verməklə kifayətlənərək, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

29. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş dəyişiklikdən əvvəl yaranmış və edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirmişdir. Bu halda onun barəsində vəziyyətini pisləşdirən yeni qəbul olunmuş Qanun normasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir.

30. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

31. Qazanılmış hüquq – yarandığı an hüquq a uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır.

32. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının pensiyasının yeni qəbul edilmiş Qanun normasına uyğunlaşdırılması qazanılmış hüquq konsepsiyasına zidd olmuşdur.

33. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəs ində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 34. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

35. Beləliklə, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

36. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətin in dəlilləri

37. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir.

38. Cavabdeh, həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə riayət olunmamış, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir....” Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyət li hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər....” Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

46. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellya siya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə edilmiş dəyişiklikdən əvvəl yaranmış və edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirmişdir. Bu halda, onun barəsində vəziyyətini pisləşdirən yeni qəbul olunmuş Qanun normasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Sosial təminat sahəsindəki münasibə tlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur.

48. Beləliklə, iddiaçı əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən həmin aktlardan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericili k aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz.

49. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(104)-248/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar