Məhkəmə qərarları › İş №2-1(102)-2077/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2077/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2077/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 20 25-ci il tarixli, 2-1(104)-175/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********036900 nömrəli qərarına əsasən, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********300400 nömrəli qərarı 11696,66 manat hissədə azaldılsın, 73111,4 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın, q eyd olunan hissədə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etsin, Vergi Məcəlləsinin 174.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi ödəyicisinin ƏDV öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin.

2. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 0,00 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği, 74574,82 manat vergi və ya sığorta haqqı məbləği (vergi ödəyicisinin hesabladığı vergi və ya sığorta haqqı məbləği 86271,48 manat) hesablanmışdır. 3. xx.xx.2024-cü il tarixli, 3-21-2-18 /2-S-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti dövründə heç bir operativ vergi nəzarəti tədbiri keçirilməmişdir. 4. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-19885/2024 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, tərəfindən sonuncu təqdim edilmiş noyabr-2023-cü il ƏDV bəyannaməsində aşağıda qeyd edilən uyğunsuzluqlar səbəblərdən kameral yoxlamanın başa çatdırılması mümkün olmamışdır: 1) Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1630,53 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 0 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -1630,53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. 2) 2023-cü ilin 01-xx.xx.2023-cü il aralığında 202963,82 manat dəyərində ərzaqlıq kartof idxal edilmiş, 10-2023 ƏDV bəyannaməsində (Əlavə 2) ay sonuna 257838,98 manat mal qalığı bəyan edilmiş, xx.xx.2023-cü il tarixdə aparılmış OVN nəticələrinə əsasən obyektdə mal qalığı olmamışdır. xx.xx.2023-dən OVN tarixinədək NKA dövriyyənizin 409848,76 manat, təqdim edilmiş e-QF üzrə dövriyyənin 0 manat, ticarət əlavəsi (2%) nəzərə alınmaqla əksik gələn mal (460802,63) üzrə dövriyyənin 470018,7 (460802,63x1,02) manat, 23-xx.xx.2023-cü il NKA dövriyyəsinin 34675,88 manat olması nəzərə alınmaqla noyabr ayı üzrə yaranan 504694,56 manat dövriyyənin VM-nin 174.4-cü maddəsi nə əsasən ƏDV-yə cəlb edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 3) Təqdim edilmiş bəyannamənin 310-cu idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ və 311-ci idxalda ƏDV-dən azad olunan malların dəyəri sətirlərinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 0.00 manat məbləğin, hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmiş 199457.38 manat məbləğdən 199457.38 manat az əks etdirildiyi müəyyən edilmişdir. 4) Təqdim edilən bəyannamənin 2№-li Əlavəsinin “Mal təqdim edənin vergi ödəyicisinin” 1 sətrində göstərilmiş "FİN" mövcud deyil. 5) 2023-cü ilin Noyabr ayı ərzində tərəfinizdən ƏDV-dən azad edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) ilə onlayn k assa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (471155.88 manat) cəmi (471155.88 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.3-cü "ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 0.00 manat) fərqi ( 471155.88 manat) və "307.3-cü "ƏDV-dən azad olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) ( 0.00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin ( 0.00 manat) cəmi 471155.88 manat olmasına baxmayaraq 303-cü "ƏDV-dən azad olunan əməliyyatlar" üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 471155.88 manat kənarlaşma müəyyən e dilmişdir. - Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisindən müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlər tələb edilmişdir.

5. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 321-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" qərarla 2023-cü ilin noyabr ayı üzrə 73111,40 manat ƏDV hesablanmış və xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər İda rəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Ve rgilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə onun barəsində 2023-cü ilin noyabr ayı üzrə 74574,82 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə müraciət olunmuş və baş idarə şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. İnzibati şikayətlərə baxılması baş idarəsinin qərarı əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: Uçot-baza məlumatlarının ara şdırılması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Yuxarıda qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidən yayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtlə ndirir. Cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların (uyğunsuzluq məktubunda qeyd olunmuşdur) olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti tədbiri ilə bağlı heç bir qərar, reyestrdən çıxarış, akt təqdim olunmamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda da iddiaçının fəaliyyət dövrü üzrə heç bir operativ nəzarət tədbirinin keçirilmədiyi bildirilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən, **********-23001 obyekt kodlu, ümumi sahəsi 36 m olan təsərrüfat subyektini xx.xx.2023-cü il tarixdə, SUNMİ V1S markalı, VS43233L30162 zavod nömrəli nəzarət kassa aparatını xx.xx.2023cü il tarixdə vergi orqanında uçota aldıraraq kənd təsərrüfatı mallarının pərakəndə sat ışı ilə məşğul olmuşdur. İddiaçı kənd təsərrüfatı mallarını ölkə xaricindən idxal etməklə nəzarət kassa aparatı vasitəsi ilə satışını həyata keçirmişdir. İddiaçı qeyd edir ki, malların alışı və satışı sənədlər əsasında uçota alınıb və bəyannamədə göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Vergi Məcəlləsinin 174.4-cü maddəsi tətbiq olunaraq ümumi dövriyyəyə ƏDV tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsin xx.xx.2024-cü il tarixli qərarından da müəyyən olunur ki, iddiaçının malların alışının idxal gömrük bəyannaməsi ilə və malların satışının isə nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirilməsi işin mübahisəsiz halıdır.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023- cü il tarixə kimi elektron qaimə-fakturalar üzrə 202 963, 82 manat məbləğində kənd təsərrüfatı mal almış, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsinin 2 nömrəli Əlavəsində isə oktyabr ayının sonuna 257 838.98 manat mal qalığı bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş vergi nəzarəti zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə mal qalığı aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi nəzarət kassa aparatı üzrə dövriyyəsi 409848.76 manat olmuşdur. İddiaçının özünün təqdim etdiyi izahat əsasında ticarət əlavəsinin 1.5-2.5 faiz olması nəzərə alındıqda NKA üzrə dövriyyəsi 470018.7 (460802.63*1,02) manat, həmçinin 23-xx.xx.2023-cü il tarixlərdə NKA dövriyyəsinin 34675.88 manat olması da nəzərə alındıqda 2023-cü ilin noyabr ayı ü zrə fərdi sahibkar İddiaçı ümumi vergi cəlb edilməli dövriyyəsi 504694.56 manat təşkil etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisələndirilən dövr üzrə cari ƏDV bəyannaməsi təqdim edilmiş, alış qiyməti 471155,88 manat göstərdiyi malların dəyərinə 8130.12 manat ticarət əlavəsi tətbiq edərək vergi cəlb edilməli dövriyyəsini 479286 manat bəyan etmiş, nəticədə 1463.42 manat ƏDV hesablamışdır. İddiaçının xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etdiyi bəyannamədə uyğunsuzluq yaranmış, bununla əlaqədar olaraq ona xx.xx.2024-cü il tarixdə 3-21-2-18/2_17458/2024 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və İddiaçı uyğunsuzluq məktubu ilə bağlı hər hansı izah, təsdiqedici sənəd və ya məlumat, vergi bəyannaməsi təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması aparılmışdır. Nəticədə tərəfimizdən xx.xx.2024-cü il tarixli nömrəli 3-21-2-18/21551/2024 qərar qəbul olunmuşdur. VM-nin 153.3 və 174.4-cü maddələrinin əlaqəli təhlilindən belə hüquqi nəticə formalaşır ki, vergi ödəyicisi topdan satış üzrə fəaliyyət göstərdiyi halda müvafiq olaraq təqdim etməni NKA vasitəsilə həyata keçirmişdisə ƏDV-nin ticarət əlavəsindən hesablanması istisna edilir. Yəni adı çəkilən müddəa əməliyyatların müvafiq olaraq düzgün qaydada rəsmiləşdirdiyi halda vergi ödəyicisinə güzəşt verilməsindən bəhs edir. Bildiririk ki, iddiaçı tərəfindən də bu qayda pozulmuşdur. Belə ki, topdan qaydada rəsmiləşdirilməli olan əməliyyata elektron-qaimə faktura təqdim edilməmişdir. "Vergi ödəyicisinin obyekti barədə məlumat"da xx.xx.2023-cü il tarixdə **********-23001 nömrəli kodla 36 kv.metr ölçüdə anbar təsərrüfat subyekti kimi uçota alınmışdır. Aydın məqamdır ki, anbar malların pərakəndə qaydada satışını əvəz edən təsərrüfat subyekti deyil. Bu halda iddiaçının anbara malik olması xüsusatı onun topdan ticarət fəaliyyəti məşğul olduğunu göstərən faktdır. 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir. VM-nin 32-ci maddəsinin tələblərinə əsasən cavabdeh İnzibati orqanın əməkdaşı iddiaçının anbarının olduğu ünvanda xx.xx.2023-cü il tarixdə mü şahidə-baxış tədbiri aparmış, baxış zamanı anbarda hər hansı mal qalığı aşkar edilməmiş, təsərrüfat subyektinin şəkilləri araşdırma materialına əlavə edilmişdir. İddiaçının izahatında mal qalığının mövcud olmadığı qeyd olunmuşdur. Fotolar əsasında müəyyən olunur ki, obyektin pərakəndə satış nöqtəsindən daha çox topdan satış üçün nəzərdə tutulmuş anbara uyğundur, pərakəndə ticarət üçün nəzərdə tutulan piştaxta, tərəzinin və nəzarət kassa aparatının obyektdə mövcud deyil. Nəzarət kassa aparatının (NKA-nın) göstəricilərinin araşdırılması zamanı obyektdə NKAnın olmadığı təqdirdə həmin gün üzrə (yəni xx.xx.2023-cü il tarixdə) 50369,47 manat dövriyyə olduğunu, uçot-baza məlumatlarının araşdırılması zamanı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının ümumi gös təricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğunu, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas verdiyini, qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olduğunu, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1- dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə satışı elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablandığını, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDVnin ümumi dövriyyədən hesablanmasına əsas verdiyini, vergi ödəyicisi tərəfindən 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsi Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələbləri pozulmaqla təqdim edildiyi üçün həmin ay üzrə təqdim edilmiş malların ƏDV-siz dəyərinə ƏDV məbləği tətbiq edilməklə vergi hesablanmışdır. Eləcə də iddia ərizəsində iddiaçının nümayəndəsi göstərmişdir ki, "kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti ilə bağlı heç bir qərar, reyestrdən çıxarış təqdim olunmamışdı." Bununla bağlı bildiririk ki, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi anbarda tərəfimizdən VM-nin 32-ci maddəsinin tələbləri gözlənilməklə baxış, məlumatların toplanması hərəkətləri həyata keçirilmiş və həmin hərəkətlərin də mövcud qanunvericiliyə əsasən vahid məlumat reyestrində qeydiyyatı tələb edilmir. Qeyd etməyi zəruri hesab edilmişdir ki, həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 09 sentyabr 2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannam əsi təqdim etmişdir. 19 sentyabr 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4186/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmiş, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3- 21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı malların pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq, cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət-kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Başqa sözlə, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 26 fevral 2025-ci il tarixli, 2-1(104)-175/2025 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində vergi öhdəliyinin müəyyən edilməsinin səbəbi onun tərəfindən Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tə ləblərinə əməl edilməməsi olmuşdur. Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ciilin yanvarın 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan vergi məbləği hesab edilir. Həmçinin Məcəllənin 174.4cümaddəsində də oxşar hüquqi tənzimləmə vardır. Həmin maddənin sonuncu cümləsində hansı halda kənd təsərrüfatı məhsullarına münasibətdə ƏDV-nin ticarət əlavəsindən deyil, ümumi dövriyyədən hesablanması göstərilmişdir. Normaya görə (174.4-cü maddənin 2-ci cümələsi) kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura v ə nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. VM-nin 153.3 və 174.4-cü maddələrinin əlaqəli təhlilindən belə hüquqi nəticə formalaşır ki, vergi ödəyicisi topdan satış üzrə fəaliyyət göstərdiyi halda müvafiq olaraq təqdim etməni NKA vasitəsilə həyata keçirmişdisə, eləcə də malların satışı rəsmi sənədlərlə (NKA çeki və yaelektron qaimə-faktura) aparılmayıbsa ƏDV-nin ticarət əlavəsindən hesablanması istisna edilir. Yəni adı çəkilən müddəa əməliyyatların müvafiq olaraq düzgün qaydada rəsmiləşdirdiyi halda vergi düzgün qaydada rəsmiləşdirdiyi halda vergi ödəyicisinə güzəşt verilməsindən bəhs edir. Bildirir ki, iddiaçı tərəfindən də bu qayda pozulmuşdur. Belə ki, topdan qaydada rəsmiləşdirilməli olan əməliyyata elektron-qaimə faktura təqdimedilməmiş, aparılmış təqdim etmə əməliyyatın hamısı rəsmi qaydada həyata keçirilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16.Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 23.1.1. Bu Məcəllə ilə müəy yən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Mə cəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməs inə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfi ndən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman v ergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansat ış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 174.4. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 5 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzim lənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında q ərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq. 18. “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəs ində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (sat ışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2. Vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıq da aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “M əzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarından görünür ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, **********300400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2023-cü ilin noyabr ayı üzrə 84808,06 manat vergi məbləği hesablanmış, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, ***** *****036900 nömrəli qərarına əsasən, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********300400 nömrəli qərarı 11696,66 manat hissədə azaldılsın, 73111,4 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın, qeyd olunan hissədə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini, Vergi Məcəlləsinin 174.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi ödəyicisinin ƏDV öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin. Həmin qərar əsasında cavabdeh orqan tərəfindən qə bul edilmiş xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 0,00 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği, 74574,82 manat vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bundan sonra cavabdeh eyni əsasla kameral vergi yoxlaması keçirmiş və xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-21551/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla cəmiyyət barəsində 2023-cü ilin noyabr ayı üzrə 73111,40 manat əlavə dəyər vergisi hesablayaraq, xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəra rı ləğv etmişdir.

27. Belə ki, cavabdeh orqan əlavə vergilərin hesablanması ilə bağlı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğu müəyyən olunmuş, bu hal isə faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Qeyd olunan əsasdan çıxış edən cavabdeh hesab edir ki, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satı lmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir

28. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-19885/2024 nömrəli məktubu ilə İddiaçı onun tərəfindən sonuncu təqdim edilmiş noyabr-2023-cü il ƏDV bəyannaməsində hazırkı qərarın 4-cü bəndində qeyd edilən uyğunsuzluqların olması bildirilmiş, həmçinin məktubun 2-ci bəndində xx.xx.2023-cü il tarixdə aparılmış OVN nəticələrinə əsasən obyektdə mal qalığının olmaması, xx.xx.2023-cü il tarixdən OVN tarixinədək NKA dövriyyəsinin 409848,76 manat, təqdim edilmiş e-QF üzr ə dövriyyənin 00 manat, ticarət əlavəsi (2%) nəzərə alınmaqla əksik gələn mal (460802,63) üzrə dövriyyənin 470018,7 (460802,63*1,02) manat, 23-xx.xx.2023-cü il NKA dövriyyəsinin 34675,88 manat olması nəzərə alınmaqla noyabr ayı üzrə yaranan 504694,46 manat dövriyyənin VM-nin 174.4-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilməsinin məqsədə müvafiq olması qeyd edilmişdir.

29. Həmçinin məhkəmə tərəfindən qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-S-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi uçot baza məlumatlarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti dövründə heç bir operativ vergi nəzarəti tədbiri keçirilməmişdir.

30. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh tərə findən kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti tədbiri ilə bağlı heç bir sənəd (yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış) təqdim olunmamış, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda həmçinin cavabdehin nümayəndəsinin (xx.xx.2025-ci il tarixli məhkəmə iclası, 18-ci dəqiqə) çıxışında iddiaçının fəaliyyət dövrü üzrə heç bir operativ nəzarət tədbirinin keçirilmədiyi bildirilmişdir.

31. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alı şı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.

32. Odur ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 174.4-cü maddəsinə uyğun olaraq malların alışı idxal gömrük bəyannaməsi ilə və malla rın satışı nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirilməsinə baxmayaraq cavabdeh ƏDV-ni ticarət əlavəsindən deyil, ümumi dövriyyədən hesablamışdır.

33. Bununla da məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək bildirir ki, sözügedən kənd təsərrüfatı mallarının həm alış, həm də satış sənədləri mövcuddur. Belə ki, iddiaçı malların alışını idxal gömrük bəyannaməsi ilə və satışını isə nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirmişdir. Cavabdeh orqan isə hər bir çek üzrə satış məbləğlərinin yüksək olmasını qeyd edib, bu səbəbdən də satışın nəzarət kassa-aparatı vasitəsi ilə deyil, elektron qaimə-faktura əsasında hesablanmalı olmasını hesab edərək bu halı vergidən yayınma sxemi kimi qiymətləndirmiş və nəticədə iddiaçıya münasibətdə əlverişsiz inzibat i akt qəbul etmişdir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.

35. Beləliklə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kameral qərarın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(104)-175/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar