Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2078/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Şikayət instansiyasının qərarının ləğv edilməsi; qaçqın statusunun verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2192/2018 saylı, 18 oktyabr 2018-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1997-ci il tarixdə Suriya Ərəb Respublikasının Xüms şəhərinin Balmera məntəqəsində anadan olmuşdur və Suriya Ərəb Respublikasının vətəndaşıdır. O, ibtidai təhsilə Balmera məntəqəsində yerləşən “X6” adlı məktəbdə başlamış, orta təhsilini bir neçə məktəbdə almış, sonuncu 10-12-ci sinifləri Tədmur şəhərində yerləşən “Mahmudal-mutlaq” adlı məktəbdə bitirmiş, lakin yaranmış vəziyyətlə bağlı və maddi çətinliklərə görə təhsilini davam etdirə bilməmişdir. Suriya Ə rəb Respublikası müharibə şəraitində olduğundan iddiaçı anası və bacısı ilə Tədmur şəhərində qalmışdır. Lakin həmin şəraitdə daha qala bilmədiklərindən anası və bacısı Xüms şəhərinə getmişlər, iddiaçı isə 2015-ci ildə ölkəni qeyri-qanuni yolla tərk edərək Türkiyə Respublikasına getmiş, təxminən 1 il orada yaşamış, təhsilini davam etdirmək istədiyindən Azərbaycan səfirliyinə müraciət edərək 4 dekabr 2017-ci il tarixdə elektron viza almış və Azərbaycan Respublikasına gəlmişdir. Türkiyə Respublikasından çıxdıqdan sonra onun girişinə 3-4 il müddətinə məhdudiyyət qoyulmuşdur. İddiaçı Türkiyədə olduğu müddətdə qaçqın statusu almaq üçün yerli hakimiyyət orqanlarına və BMT QAK-ın Türkiyədəki nümayəndəliyinə müraciət etməmişdir. İddiaçının sığınacaq verilməsi barədə vəsatəti cavabdeh inzibati orqan ın 02.03.2018ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə rədd edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3 və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsabiqədən sonra əldə olunmuş nəticələrə görə əsasla ndırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsi mümkün deyildir. İddiaçı cavabdehin həmin qərarından inzibati şikayət vermiş, 25.04.2018-ci il tarixdə cavabdeh 29 saylı qərarla inzibati şikayəti rədd etmişdir. İddiaçı cavabdehə qarşı 30 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 02.03.2018-ci il və 25.04.2018-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya “qaçqın” statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Çünki o, rəsmi orqanlar tərəfindən təqib edilir və rəsmi orqanların yurisdiksiyası bütün ölkə ərazisini əhatə e dir. İddiaçının təqib edilməsinin əsasını müəyyən sosial qrupa mənsub olması və güman edilən siyasi baxışları təşkil edir. Suriyaya qayıdacağı təqdirdə iddiaçı həyat və sağlamlığından məhrum olma riski altındadır. Beləliklə, Suriyaya qayıdacağı təqdirdə iddiaçı və ailə üzvlərinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2962/2018 saylı iş) 13 iyul 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə mübahisələndirilən qərarın qanunauy ğunluğu iş materialları ilə təsdiq edildiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X1, 2-1(103)-2192/2018 saylı iş) 18 oktyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 4 mart 2019-cu il tarixdə qərarın surətini almış, 3 aprel 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual poz untular səbəbindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və İnzibati-Prosessual Məcəllənin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməli və ya yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə təhdid və təqib edilməməsini hesab edərək səhv nəticəyə gəlmişdir. Kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, iddiaçının vətəndaşı olduğu ölkədə vətəndaş müharibəsi gedir və o, gənc kimi hərbi xidmətə gedib müharibədə iştirak etmək istəmir. Hərbi xidmətdən boyun qaçırdığı üçün o, öz ölkəsində təqib olunur. Onun haqqında Xüms sakini və Türkiyəyə miqrasiya edən şəxs kimi fərdi təqib qorxusunun əsasları mövcuddur. Qeyd edilən məsələlərə görə o, Suriya hökuməti tərəfindən “güman edilən müxalif” kimi qəbul edilə bilər. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yən i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia cavabdehin 2 mart 2018-ci il tarixli qərarının mübahisələndirilməsi hissəsində mümkünlük şərtlərinə cavab verir. İ ddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən ora ya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğu n həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçı bildirmişdir ki, o, subaydır, Suriyada baş vermiş müharibə ilə əlaqədar 2015-ci ildə yaşadığı Suriya Ərəb Respublikasını tərk edib qeyri-qanuni yolla Türkiyəyə keçmişdir. 2017-ci ilin dekabr ayında isə Azərbaycana gəlmişdir. Vətənində müharibə getdiyinə görə ora qayıtmaq istəmir, qayıtdığı halda pis rəftara məruz qala bilər. Ölkəsində davam edən müharibə və onun mülki əhali üzərində təsirləri Azərbaycanda ona sığınacaq hüququ verilməsi üçün əsas ola bilər. Cavabdeh imtin asını onunla əsaslandırmışdır ki iddiaçının qaçqın statusu ilə bağlı gətirdiyi dəlillər qanunvericilikdə nəzərdə tutulan “qaçqın” anlayışının tələbinə cavab vermədiyindən, həmçinin onunla aparılmış müsahibənin nəticələrinə əsasən əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona bu status verilə bilməz. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, m üəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən cavabdehin 2 mart 2018-ci il tarixli qərarının mübahisələndirilməsi hissəsində kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 2 mart 2018-ci il tarixli qərarının mübahisələndirilməsi hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehin 2 mart 2018-ci il tarixli qərarının mübahisələndirilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin qəbul etdiyi 2 mart 2018-ci il tarixli qərarının, həm də həmin qərarın dəyişdirilmədən saxlanılması barədə şikayət instansiya sının 25 aprel 2018-ci il tarixli qərarının ləğvini xahiş etmişdir. Şikayət instansiyasının 25 aprel 2018-ci il tarixli qərarı ilə inzibati orqanın 2 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İPM-in 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandı ğı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir (32.3-cü maddə). Qanunverici şikayət instansiyasının qərarını o vaxt iddianın predmeti hesab etmişdir ki, həmin qərarla inzibati orqanın qəbul etdiyi inzibati akt dəyişdirilmiş olsun və digər şəxslər üçün öhdəliklər yaratsın. Şikayət instansiyasının qərarı ilə inzibati orqanın aktı dəyişdirilmədiyindən və digər şəxslər üçün öhdəliklər yaratmadığından mübahisə predmeti ola bilməz. Odur ki, şikayət instansiyasının 25 aprel 2018-ci il tarixli qərarın ləğvi b arədə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, İPM-in 35.1-ci maddəsinə əsasən bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalı, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2192/18 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şikayət instansiyasının inzibati şikayətin təmin edilməməsi haqqında 25 aprel 2018-ci il tarixli 29 saylı qərarının ləğvi barədə iddianın rədd edilməsi hissəsin də ləğv edilsin. Bu hissədə iddia mümkün sayılmasın. Qərar cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina barədə 2 mart 2018-ci il tarixli qərarının ləğvi və qaçqın statusunun verilməsi barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2078/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2078/2019
16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver