Məhkəmə qərarları › İş №2-1(102)-2078/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2078/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2078/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; vəkil orderinin olmaması; müddətin ötürülüməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitə si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-1835/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı payına düşən ölçüdə yəni birlikdə götürülmüş 167,5 kv.metr hissəsinə dair mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli 2-1(112)-502/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim N.Abıyev).

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli 21(103)-1835/2021 nömrəli qərarına əsasən (sədrlik edən Səadət Bəktaşi, hakimlər Afaq Nuriyeva və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-502/2021 nömrəli 31.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə qərarı iddiaçıya 13.08.2021-ci il tarixində təqdim edilmişdir.

6. İddiaçı 17.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il t arixli 2-1(103)-1835/2021 nömrəli qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı, eyni zamanda, ərizə (vəsatət) təqdim edərək kassasiya şikayətinin təqdim edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. VƏSATƏTİN DƏLİLLƏRİ

8. İddiaçı vəsatəti belə əsaslandırmışdır ki, kassasiya şikayətini vaxtında tərtib etsə də, xəstəliyinə görə təqdim edilməsini gecikdirmişdir. İddiaçı bu halın üzrlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində n əzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

11. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

12. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsa sən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

16. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iddiaçının vəsatətinin dəlillərini əsassız hesab edir.

18. Vəsatətdə müddətin ötürülməsinin səbəbi kimi iddiaçının xəstə olması göstərilsə də, məhkəmə kollegiyası bu halı üzrlü səbəb hesab etmir. Belə ki, iddiaçı kassasiya şikayətini müddəti ötürmədən poçt vasitəsilə və ya elektron şəkildə təqdim edə bilərdi.

19. Bundan başqa, kassasiya şikayətinə vəkil orderi əlavə edilməmiş və şikayət vəkil tərəfindən imzalanmamışdır. Bununla bağlı iddiaçıya göndərilmiş 25.10.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 30.11.2021-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə id diaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

20. İddiaçı məhkəməyə təqdim etdiyi 24.11.2021-ci il tarixli ərizəsində hüquqşünas olduğundan vəkilə ehtiyacı olmadığını, bu səbəbdən şikayətə vəkil orderini əlavə etmədiyini bildirsə də, hazırkı qərardadın 15-16-cı bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, kassasiya şikayətləri vəkil tərəfindən imzalanmalı və şikayətə vəkil orderi əlavə edilməlidir.

21. İddiaçı kassasiya şikayətində yol verdiyi nöqsanları məhkəmə tərəfindən müəyyən edilmiş vaxtadək aradan qaldırmamışdır. Həmçinin, tərəflər işə yazılı məhkəmə icraatı qaydasında tərəflərin iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsinə etiraz etməmişdir. Hazırkı qərardadın 9-16-cı bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli 21(103)-1835/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar