Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2078/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(103)-716/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evi 4/8 hissədə İddiaçı, 1/8 hissədə X2 (1 otaq), 1/8 hissədə X1, 1/8 hissədə X3, 1/8 hissədə X6 paylı mülkiyyətindədir (daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış – qeydiyyat tarixləri, xx.xx.2011-ci il və xx.xx.2020-ci il). 2. ünvan 1 ünvana dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportdan görünür ki, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü (cəmi meydançanın sahəsi) 130 kv.m təşkil edir.
3. Qeyd edilən daşınmaz əmlakın paylı mülkiyyətçiləri X9, X7, X10 və X11 ayrıayrılıqda notarial qaydada ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv.m, həyətlər və sairləri - 31 kv.m. torpaq sahələrinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər (xx.xx.2019, xx.xx.2019-cü il tarixli ərizələr).
4. İddiaçı ilkin olaraq cavabdehə müraciət edərək, qeyd edilən torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin müraciətindən 05 iyul 2019-cu il tarixli məktubla imtina olunmuşdur. İmtinanın onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasıya xətlərinin çəkilməsi, p arkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məqsədəmüvafiq hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələblərinə müvafiq olaraq iddiaçının qanuni istifadəsində olan 130 kv.metr həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. 6. 09.03.2021-ci il tarixli məhkəmə iclasında Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzi bati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 7. 22.06.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “ünvan 1 ünvanda yerləşən 130 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvandakı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 3/8 hissədə iddiaçının adına qeydiyyata alınmaqla, mülkün 1/8 hissəsi - X2, 1/8 hissəsi - X8, 1\8 hissəsi - X4, 1/8 hissəsi - X6, 1/8 - hissəsi isə bacısı X5 adları na qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırması və qiymətləndirməsi aid” Pasportunda olan məlumatlara görə ev 1900ci ildə inşa edilmiş, sonrakı illərdə 1958-ci ilə qədər əlavə tikililər inşa edilmiş və həmin tikililərə də mülkiyyət hüququ qeydiyyata alınmışlar. Texniki pasporta görə evin torpaq sahəsinin ümumi ölçüsü 130.8 kv.m təşkil edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 24 yanvar 2018-ci il tarixli 2 nömrəli arxiv arayışından da müəyyən olunur ki, evin torpaq sahəsinin ümumi sahəsi 130 kv.m. təşkil edir. Həmin arayışda qeyd edilir ki, 1934-1936 illərə dair vergi uçotu kartotekasına əsasən - Proletarskaya (indiki Vidadi) küçəsi, dalan 9 ev 3 ünvanında yerləşən bir mərtəbəli daş evdən ibarət olan yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv. m., həyətləri və sairləri - 31 kv.m. mülkün sahibi X12 olmuşdur. Göstərilən ev onların mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Qeyd edilənlərə əsasən, onun bu barədə müraciətindən, cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-310/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Əliyev) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 130 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişd ir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evi iddiaçının və digər payçıların mülkiyyətində olduğundan, həmçinin digər paylı mülkiyyətçilər torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərindən, həmin torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərildiyindən cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(103)-716/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, G.T.Axundova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin xx.xx.2019-cu il tarixli 1360/d nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını məqsədəmüvafiq hesab edilmir.
16. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərə cədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərind ə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notaria t qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasın ın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələblərinə müvafiq olaraq iddiaçının qanuni istifadəsində olan 130 kv.metr həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir.
24. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-1(112)-310/2022 qərarı ilə iddia təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 130 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
25. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından 17 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi həmin qənaətə gələrkən belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın hərəkəti iddiaçının hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Cavabdeh imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldi nəticə ilə razılaşaraq bununla əlaqədar qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evinin 4/8 hissədə İddiaçı, 1/8 hissədə X2 (1 otaq), 1/8 hissədə X1, 1/8 hissədə X3, 1/8 hissədə X6 paylı mülkiyyətində olması, həmin daşınmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texni ki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən - əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsünün (cəmi meydançanın sahəsinin) 130 kv.m olması işin mübahisə olunmayan hallarıdır.
29. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, notariat qaydasında təsdiq olunmuş ərizələrə əsasən, daşınmaz əmlakın paylı mülkiyyətçiləri olan X9, X7, X10 və X11 ayrı-ayrılıqda notarial qaydada ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv.m, həyətlər və sairləri - 31 kv.m. torpaq sahələrinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini göstərmişlər.
30. Məlum olduğu kimi, imtinanın əsası kimi cavabdehin məktubunda, “Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasıya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məqsədəmüvafiq hesab edilmir,” göstərilmişdir.
31. Halbuki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 606/d nömrəli məktuba əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ehtiyacları üçün satın alınmamışdır. Eyni zamanda, sözügedən ünvan hal-hazırda söküntü mərhələsinə düşmür. Söküntü mərhələsinə düşdüyü təqdirdə qan unvericiliyə uyğun olaraq bildiriş göndəriləcəkdir.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinad etmişdir belə ki, həmin siyahının 1-ci bəndinə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikint isi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar göstərilmişdir. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mül kiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)...
33. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi hüquqi normalar işin hallarına uyğundur.
34. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onla rın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. 35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdüklər i ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci m addəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırıl ması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-716/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.