Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2078/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbin ə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 2-1(104)-172/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur.
2. İddiaçı xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR Daşkəsən rayonu 64 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci il tarixdə avtomobil təmiri çilingəri peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almış və İmtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası verilmiş, 1979-1982-ci tədris ilində Daşkəsən rayonu 64 nömrəli Texniki Peşə məktəbində 3 illik “Avtomobil təmiri çilingəri” ixtisası üzrə əyani təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçının xx.xx.1994-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Dağmədən X2 avtonəqliyyat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 4-cü dərəcəli çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin sexdə Belaz 540 markalı avtosamasval sürücüsü, xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X3” ASC Texnoloji Avtonəqliyyat sexində Belaz sürücüsü işləmişdir. xx.xx.2021-ci il tarixdən “X4” MMC Dəmir filizi sahəsinin Təhlükəsiz lik xidmətində gözətçi işləyir.
4. Daşkəsən rayon Dövlət Arxivinin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli, 188 nömrəli arayışında iddiaçının Azərbaycan Dağmədən "xxxx" Kombinatı Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi vəzifə üzrə sığorta stajının xx.xx.1984-xx.xx.1994-cü və xx.xx.2012-xx.xx.2021-ci illər təşkil etdiyi, işlədiyi vəzifənin avtomobil çilingəri, “Belaz” özüboşaldan avtomobil sürücüsündən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahıda nəzərdə tutulduğu, həmin vəzifədə işlədiyi müddətin güzəştli iş stajı sayıldığını bildirmişdir.
5. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixli, 88-k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən Avtonəqliyyat sexinə 3-cü dərəcə ilə avtomobil çilingəri qəbul edilmiş, xx.xx.1985ci il tarixli, 44-k nömrəli əmrlə Avtonəqliyyat sexinin çilingəri xx.xx.1985-ci il tarixdən 3-cü dərəcədən 4-cü dərəcəyə keçirilmiş, xx.xx.1986-cı il tarixli, 22-k nömrəli əmrlə Avtonəqliyyat sexinin 4-cü dərəcəli çilingəri xx.xx.1986-cı il tarixdən 5-ci dərəcəyə keçirilmiş, xx.xx.1988-ci il tarixli, 56-k nömrəli əmrlə Avtonəqliyyat sexinin 4-cü dərəcəli çilingəri xx.xx.1988-ci il tarixdən Belaz-540 markalı özüboşaldan avtomaşına sürücü keçirilmiş, xx.xx.1994-cü il tarixli, 08-1k nömrəli əmrlə Texnoloji Avtonəqliyyat sexinin sürücüsü xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2012-ci il tarixli, 28-k nöm rəli əmrlə xx.xx.2012-ci il tarixindən əməkhaqqı ştat cədvəlinə uyğun ödənilməklə "xxxx" ASC-nin Texnoloji Avtonəqliyyat sexinə Belaz sürücüsü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 04-k nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir.
6. Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-264748/2023 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (22 il 6 ay 13 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.2012- xx.xx.2020-ci il, x x.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 6 ay 8 gün (xx.xx.1988-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27173,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tə ləbləri baxımından mümkün hesab edilmir.
7. Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-32648/2024 nömrəli xidməti məktubunda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim ediyi Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli arayışında xx.xx.2012 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-nin Texnoloji Avtonəqliyyat sexində “Belaz” sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan avtomobil sürücüləri (özüboşaldanların) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 8 gün (xx.xx.1988-xx.xx.1994-cü il tarixləri arasındakı dö vr)) təşkil edir. Eyni zamanda, iddiaçının Daşkəsən Peşə Məktəbində təhsil aldığı dövrə dair 13 iyun 2023-cü il tarixli, 118 nömrəli arayışda qeyd olunan məlumatlar da nəzərə alınmaqla, onun ümumi stajı 25 il 3 ay 29 gün təşkil edir. 8. “X4” MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli, 13-10-1/2-173/2024 nömrəli məktuba əlavə edilmiş “X4” MMC-də gözətçi vəzifəsində çalışan iddiaçıya aid 2023-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə əməkhaqqı, həmçinin əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının göstərildiyi cədvəldən görünür ki, ona 2023-cü ilin iyul ayında 581,52 manat, avqust ayında 573,60 manat, sentyabr ayında 577,81 manat və oktyabr ayında 831 manat əməkhaqqı ödənilmişdir. 9. “X4” MMC tərəfindən birinci instansiya məhkəməsi nə ünvanlanmış xx.xx.2024cü il tarixli, 13-10-1/2-307/2024 nömrəli cavab məktubundan görünür ki, “Belaz” markalı yük maşını özüboşaldan tipli mədən nəqliyyat vasitəsidir. “Belaz” markalı yük maşını Cəmiyyətin işçiləri tərəfindən deyil, podratçı şirkətin əməkdaşları tərəfindən idarə olunduğundan, sözügedən nəqliyyat vasitəsinin sürücüsünün vəzifə təlimatı, həmçinin vəzifə öhdəlikləri barədə məlumat Cəmiyyətdə mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 25 ildən artıq iş stajı və həmin stajın qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 aydan artıq güzəştli peşə hesab edilən işdə işlədiyi illər nəzərə alınmaqla, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il t arixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini bu qərarın 1-5-ci bəndlərində qeyd olunanlara istinad etməklə əsaslandırmışdır.
12. Cavabdehin iddiaya qarşı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
13. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 20 noyabr 2024-cü il tarixli, 2-1(114)-1150/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da, kapitalla bağlı həmin tələb ləğv edilmişdir. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciə t etdiyi xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan imtina məktubunda bunu mübahisələndirsə də, iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək dövrdə işlədiyi vəzifənin güzəştli iş stajına aid olmaması barədədir. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Dağ-mədən X2 avtonəqliyyat sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1984-cü il t arixdən xx.xx.1985-ci il tarixədək 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 4-cü dərəcəli çilingər, - xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 5-ci dərəcəli çilingər, - xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Belaz” 540 markalı avtosamasval sürücüsü. İddiaçının “X3” ASC Texnoloji Avtonəqliyyat sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Belaz” sürücüsü. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının "xxxx" ASC Texnoloji Avtonəqliyyat sexində sürücü işlədiyi dövr (bənd 41) – cəmi 5 il 6 ay 8 gün güzəştli iş stajı kimi qəbul edilmişdir. Mübahisə iddiaçının Azərbaycan Dağ-mədən X2 Avtonəqliyyat sexində xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrdəki (bənd 36) peşələrlə bağlıdır. Məhkəmənin icraatında olan digər analoji işlə bağlı verilmiş sorğulara cavablarla müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 214 nömrəli sərəncamına əsasən, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-6632/2023 nömrəli məktubu). Məhkəmənin sorğusuna “X4” MMC-nin xx.xx.2024-cü il tarixli, 13-10-1/2-307/2024 nömrəli cavab məktubundan görünür ki, “Belaz” markalı yük maşını özübo şaldan tipli mədən nəqliyyat vasitəsidir. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələrdən çilingər, avtomobil sürücüləri (özüboşaldanların) peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur. Həmin peşələr eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-c ü il 6 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının həmin zərərli peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 12 il 6 ay xüsusi (güzəştli) iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası mə hkəməsində icraat
16. Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/21-32732/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı ümumi iş stajı 23 il 2 ay 22 gün (1 yanvar 2006-cı il tarixinədək 11 il 3 ay 22 gün (xx.xx.1982-xx.xx.1984-cü il hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 11 il 11 ay) təşkil edir. 17. “X4” MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-10-1/2-58/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli 2245 nömrəli Sərəncamı ilə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyat ı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi "xxxx" QSC-yə həvalə edilmişdir. Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə 08 dekabr 2020-ci il tarixində paylarının 100 faizi "xxxx" QSC-yə məxsus dövlət müəssisəsi olan “X4” MMC (bundan sonra “Cəmiyyət”) təsis edilmişdir. Eyni Sərəncamla "xxxx" ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, Cəmiyyətin ləğv edilmiş "xxxx" ASC-nin hüquqi varisi olmadığı və məktubda qeyd edilən şəxsin Cəmiyyətdə işləmədiyi diqqətinizə çatdırılır. Cəmiyyətin balansında olan “Belaz” markalı yük maşınları Cəmiyyətin fəaliyyəti dövründə Cəmiyyət in işçiləri tərəfindən deyil, podratçı şirkətin əməkdaşları tərəfindən idarə olunduğu üçün sözügedən nəqliyyat vasitəsinin sürücüsünün vəzifə təlimatı və öhdəliklərinə dair məlumat Cəmiyyətdə mövcud deyildir. Məktubda qeyd edilən “Belaz” markalı yük maşını sürücüsü vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmiş peşələrə aid olub-olmaması barədə məlumatın Cəmiyyət tərəfindən təqdim edilməsi mümkün deyil.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 04 mart 2025-ci il tarixli, 2-1(1 04)-172/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının peşə təhsili alması barədə diplomu, əmək kitabçasında qeyd edilmiş işlədiyi müddət, eləcə də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqanın imtina məktubunda iddiaçının 1979-1982-ci ill ərdə Daşkəsən rayonu 64 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddət ümumi iş stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının Azərbaycan Dağ-mədən X1 sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 4-cü dərəcəli çilingər, - xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 5-ci dərəcəli çilingər, - xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Belaz 540” markalı avtosamasval sürücüsü, "xxxx" ASC Texnoloji Avtonəqliyyat sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr isə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Belaz” sürücüsü işlədiyi dövrlərdir. Sadalanan peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşə (vəzifə) olub-olmaması istiqamətində birinci instansiya məhkəməsi və məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma aparılmış və məhkəmələrin icraatında olan digər analoji işlərlə bağlı verilmiş sorğulara cavablarla müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 214 nömrəli sərəncamına əsasən ləğv edil miş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-6632/2023 nömrəli məktubu). "xxxx" ASC xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur və hüquqi varisi barədə məlumat yoxdur (12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********225700 nömrəli məktubu). Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli, 1047 nömrəli Sərəncamına əsasən "xxxx" QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamı ilə X4i yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərin yerinə yetirilməsi əlavə edilmişdir. Sözügedən Sərəncamların icrasının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən törəmə təsərrüfat cəmiyyəti olan “X4” MMC ("xxxx" MMC) təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin nizamnaməsinə əsasən MMC-nin əsas məqsədləri qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Daşkəsən rayonu ərazisində həm Cəmiyyət, həm də onun törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC fəaliyyət göstərməkdədir ("xxxx" QSCnin xx.xx.2023-cü il tarixli, 13-10/2-651/2023 nömrəli məktubu). “X4” MMC-nin xx.xx.2024cü il tarixli, 13-10-1/2-307/2024 nömrəli məktubundan görünür ki, “Belaz” markalı yük maşını özüboşaldan tipli mədən nəqliyyat vasitəsidir. Məhkəmə kollegiyası işin hallarını və yuxarı da göstərilənləri ümümiləşdirərək qeyd edir ki, iddiaçının işlədiyi çilingər və sürücü peşələri müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1.2-ci bəndinin müvafiq bölmələrində (avtomobil sürücüləri (özüboşaldanların), yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər)) bilavasitə nəzərdə tutulmuşdur. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır i stehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətində imtina məktubunun, iddiaya dair etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən dəlillər təkrarlanmış, həmçinin qeyd olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(104)-172/2025 nömrəli qərarında iddiaçının Daşkəsən rayonu 64 nömrəli texniki peşə məktəbində təhsil aldığı illər ümumi iş stajına daxil edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinə təhsil dövrü aid edilməmişdir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan əmək fəaliyyəti dövrü güzəştli iş stajına daxil edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən qeyd olunan dövrlərdə, yəni xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək avton əqliyyat sexində 3-cü dərəcəli, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək 4-cü dərəcəli, xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 5-ci dərəcəli avtomobil çilingəri vəzifəsində işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1) Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndində (1.1.2) fəhlələr yarımbəndində (a) avtomobil sürücüləri (özüboşaldanların) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim ediyi Daşkəsən Rayon Dövlət Arxivinin ona dair xx.xx.2022-ci il tarixli, 188 nömrəli arayışında xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" ASC-nin Texnoloji Avtonəqliyyat sexində “Belaz” sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşin faktiki halından məlum olduğu kimi, iddiaçının işlədiyi vəzifə Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə t utulan “avtomobil sürücüləri (özüboşaldanların)” vəzifəsinə uyğun deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək st ajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
1. Dağ-mədən işləri 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların)
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icr aat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onun la eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin (60 yaş, azı 25 i l ümumi və 12 il 6 ay güzəştli iş stajı) ona münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıd ır: şəxs müvafiq yaşa (60 yaşa) çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olmalıdır.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
36. İddiaçının müvafiq yaşa (60) çatması ilə bağlı tərəflər arasında mübahisə yoxdur.
37. İddiaçının tələb olunan ümumi iş stajına malik olması ilə bağlı apelyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh orqanı n imtina məktubundan görünür ki, iddiaçının 1979-1982-ci illərdə Daşkəsən rayonu 64 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddət ümumi iş stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
38. Cavabdeh iddiaçının güzəştli iş stajını da mübahisələndirir.
39. İddiaçının işlədiyi peşənin və sahənin güzəştli iş stajına aid olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı Daşkəsən rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
40. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi i mkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
41. Odur ki, iddiaçı ona 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiya sı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 21(104)-172/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.