Məhkəmə qərarları › İş №2-1(102)-2079/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2079/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2079/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi t ələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 21(103)-36/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1958-ci il təvəllüdlü iddiaçı 08.09.1975-ci ildən əmək fəaliyyətinə başlamış, 24.09.1983-01.12.1983-cü il tarixləri arasında “X1”nin 3 saylı tikinti Montaj İdarəsinə 2-ci dərəcə ilə yeraltı iş şəraitində vaqonetlə mədən daşıyan fəhlə, 01.12.1983-01.05.1984-cü il tarixləri arasında 3-cü dərəcə ilə yeraltı izoləedici, 01.05.1984-10.01.1989-cu il tarixləri arasında qazmaçı, 11.01.1989-03.11.1997-ci il tarixləri arasında dərzi, 01.02.2007-ci ildən 26.08.2013-cü ilədək “X 2” SC-nin 1 saylı Tunel Tikinti İdarəsində yeraltı dağ mədən fəhləsi, 26.08.2013-31.07.2014-cü il tarixləri arasında qazmaçı, 01.08.2014-01.07.2017-ci ilədək “xxxx” QSC-nin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti Dəstəsində yeraltı izoləedici peşəsində işləmiş, 01.07.2017-ci ildən hal-hazıradək 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstədə yeraltı izoləedici peşəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06.04.2018-ci il tarixli 19/3101-01 saylı imtina məktubu ilə bildirmişdir ki, güzəştli iş stajı olmadığından ərizəni təmin etmək mümkün deyildir. İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından təyin olunmaqla 2015-ci ilin m artın 13-dən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2155/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2155/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2155/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 13.03.2015-ci ilədək 25 ildən art ıq ümumi və 12 il 06 aydan çox güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yoxdur. Kassator İPM-nin 68,90,96.5,96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qey d edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 08.09.1975-ci ildən əmək fəaliyyətinə başlamış, 24.09.1983-01.12.1983-cü il tarixləri ara sında “X1”nin 3 saylı tikinti Montaj İdarəsinə 2-ci dərəcə ilə yeraltı iş şəraitində vaqonetlə mədən daşıyan fəhlə, 01.12.1983-01.05.1984-cü il tarixləri arasında 3-cü dərəcə ilə yeraltı izoləedici, 01.05.1984-10.01.1989-cu il tarixləri arasında qazmaçı, 11.01.1989-03.11.1997-ci il tarixləri arasında dərzi, 01.02.2007-ci ildən 26.08.2013-cü ilədək “X2” SC-nin 1 saylı Tunel Tikinti İdarəsində yeraltı dağ mədən fəhləsi, 26.08.201331.07.2014-cü il tarixləri arasında qazmaçı, 01.08.2014-01.07.2017-ci ilədək “xxxx” QSCnin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti Dəstəsində yeraltı izoləedici peşəsində işləmiş, 01.07.2017-ci ildən hal-hazıradək 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstədə yeraltı izoləedici peşəsində işləyir. Hazırkı iş üzrə iddiaçının 25 ildən artıq ümumi iş stajın ın olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçının güzəştli iş stajının olmamasıdır. Halbuki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci bəndində (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər- a) fəhlələr) nəzərdə tutulmuşdur. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəl lənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-36/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar