Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2079/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın bərpa edilməsi, təyin edilmiş pensiya ödənişinin inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən, faktiki hərəkətlə dayandırılmasının qanunsuz hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddia çı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dayandırılmış pensiyanın bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1807/2021 nömrəli, 09 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 57 yaşı tamam olduğu vaxtdan, yəni 10.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 01.06.2019-cu il tarixdən isə pensiyanın ödənişi dayandırılmışdır.
2. İddiaçı dayandırılmış pensiyanın yenidən veri lməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 16 sentyabr 2020-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş güzəştli iş stajına malik olmadığından onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş, lakin 01 iyun 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və 01 iyun 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddianın əs aslarına görə, iddiaçı xx xxxxxx 1960-cı ildə Salyan rayonunun Nəvahi kəndində doğulmuşdur. 12 may 1980-ci ildən 12 iyun 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 01 iyul 1977-ci ildən 12 may 1985-ci ilə qədər 1 nömrəli Yol Tikinti İdarəsində fəhlə, 26 avqust 1982-ci ildən 06 may 1992-ci ilə qədər Ələt ağac emalı kombinatında operator, 08 iyun 1992-ci ildən 06 iyun 1994-cü ilə qədər AzQaz X1 Kalmas yeraltı qaz saxlama stansiyasında üçüncü dərəcəli texnoloji kompressorların maşinisti, 04 iyul 1994-cü ildən 26 avqust 1994-cü ilə qədər "xxxx" QSC-nin Sənqəçal stansiyasında baş konduktorun şagirdi, 26 avqust 1994-cü ildən 19 oktyabr 2000-ci ilə qədər Sənqəçal stansiyasında baş konduktor, 19 oktyabr 2000-ci ildən 02 sentyabr 2013cü il qədər Puta stansiyasında baş kondukt or, 02 sentyabr 2013-cü ildən 01 noyabr 2018ci ilə qədər həmin stansiyada yük qatarlarının konduktoru vəzifəsində işləmişdir. 57 yaşı tamam olduğu tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını tamamladığından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ASAN Xidmət vasitəsi ilə DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş, 10 yanvar 2017-ci il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bir müddət əmək pensiyası aldıqdan sonra 01 iyun 2019-cu il tarixdə pensiyasının ödənişi dayandırılmışdır. Bununla əlaqədar, DSMF-yə müraciət etdikdə ona bildirmişdir ki, 26 avqust 1994-cü ildən 02 sentyabr 2013-cü ilə qədər “baş konduk tor” işlədiyi vəzifə güzəştli peşələr siyahısında mövcud olmamışdır. Odur ki, həmin hal, DSMF tərəfindən müəyyən edildikdən sonra təyinatın səhv aparılması səbəbilə pensiya ödənişi dayandırılmışdır. Qeyd olunan anlaşılmazlığın aradan qaldırılması ilə əlaqədar işlədiyi "xxxx" QSC-yə müraciət etmişdir. İşə götürən müəssisə ona izah etmişdir ki, işlədiyi baş konduktor vəzifəsi faktiki olaraq güzəştli siyahıda olan yük konduktorlarının peşə xüsusiyyətlərini özündə əks etdirir. Bununla bağlı, "xxxx" QSC tərəfindən ƏƏSMN-nin müavininə müvafiq izahedici məktub göndərilmişdir. Həmin məktubdan görünür ki, baş konduktor vəzifəsi işəgötürən müəssissə tərəfindən hərfi olaraq “baş konduktor” kimi qeyd olunsa da, əslində həmin vəzifə yük qatarlarının konduktoru kimi başa düşülməlidir. Müəssisə tərəfində n qeyd olunan nöqsan aşkar edildikdən sonra 2013-cü ilin 23 avqust tarixində, 71 s nömrəli əmrə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına uyğun olaraq “baş konduktor” və konduktor vəzifələri yük qatarlarının konduktorları adlandırılmışdır. Bununla əlaqədar, 02 sentyabr 2013-cü il tarixdə onunla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişikliklər edilərək icra etdiyi baş konduktor vəzifəsinin adı yük qatarlarının konduktoru olaraq qeyd edilmiş və o, həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, onun 1994-2013-cü illər ərzində icra etdiyi baş konduktorun əmək funksiyaları ilə yük qatarlarının konduktoru vəzifəsinin f unksiyaları eynilik təşkil edir. Adı çəkilən məktub nazirliyə göndərilsə də, pensiyası bərpa edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Odur ki, iddia tələbi rədd edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1992/2021 nömrəli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş, lakin 1 iyun 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və 01 iyun 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhk əməsi qeyd etmişdir ki, iddiaçının 26.08.1994-02.09.2013cü il tarixləri ərzində "xxxx" QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulduğundan, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olduğundan iddia tələbi əsaslı olmuşdur.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv e dilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2-1(103)-1807/2021 saylı qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1992/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 26.08.1994-02.09.2013-cü il tarixləri ərzində "xxxx" QSC-in Səngəçal və Buta stansiyalarında “baş konduktor” vəzifəsində işlədiyi qeyd edilmişdir. Onun işlədiyi vəzifə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün uyğun olmadığından iddia tələbi əsassızdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (01.07.2017-ci il tarixədək olan redaksiyada). Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiy açısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edil ən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzib ati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
16. Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Cavabdeh iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan güzəştli şərtlərlə pensiya hüququnun yaranmamasına istinad edərək, ona təyin edilmiş pensiyanın dayandırıldığını bildirmişdir. 21. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş D-10/3 nömrəli, 13 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Dəmir Yollarının stansiyalarında halhazırda Qatar tərtibçiləri və yük qatarlarının konduktorları vəzifələri fəaliyyət göstərməkdədir. Yaranmış istehsalat zərurəti ilə əlaqədar Yol rəisinin 23 avqust 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/s sa ylı əmrinə əsasən, “baş konduktor” vəzifəsi “yük qatarlarının konduktoru” vəzifəsi ilə əvəz edilmişdir. Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər.
22. İş materiallarına əlavə edilmiş qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktorunun vəzifə təlimatlarından görünür ki, qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər.
23. Eləcə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 23 avqust 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/S saylı əmrinin surətindən görünür ki, bütün stansiya və müəssisələrin aidiyyəti sənədlərində müvafiq dəyişikliklər edilməklə, sahə dispetçeri vəzifəsinin adı qatar dispetçeri, baş kon duktor, konduktor vəzifələrinin adları, yük qatarlarının konduktorları, çeşidləmə təpəsinin növbətçisi və çeşidləmə təpəsinin operatoru vəzifələrinin adları tərtibat təpələrinin növbətçisi və operatoru ilə əvəz edilmişdir. 24. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanladığı məktubda qeyd edilir ki, "xxxx" QSC-nin Puta stansiyasında yük qatarlarının konduktoru vəzifəsində işləmiş İddiaçı ərizə ilə Cəmiyyətə müraciət edərək, 10 yanvar 2017-ci il tarixdə 57 yaşında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01.06.2019-cu il tarixdən dayandırıldığını, bunu onun yük qatarlarının konduktoru vəzifəsində iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajından az təşkil etməsi ilə izah edildiyini bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı əmək funksiyalarını 26 avqust 1994-cü il tarixdən 19 oktyabr 2000-ci il tarixədək Səngəçal stansiyasında baş konduktor, 19 oktyabr 2000-ci il tarixdən 02 sentyabr 2013-cü il tarixədək Puta stansiyasında baş konduktor vəzifələrində, 02 sentyabr 2013-cü il tarixdən 01 noyabr 2018-ci il tarixədək isə vəzifə adından edilmiş dəyişikliyə əsasən yük qatarın konduktoru vəzifəsində həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 21.4-cü bəndinin birinci abzasına əsasən, “yük qatarlarının konduktorları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr sırasında müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, bu adda vəzifə 2013-cü ilədək "xxxx" ASC-də mövcud olmadığından həmin vəzifə üzrə funksiyaları icra edən baş konduktor və konduktor vəzifələrində çalışan şəxslərin güzəştli pensiya hüququndan istifadə etmələrində çətinlik yaradırdı. Göstərilən səbəbdən, Cəmiyyətin sədrinin 23 avqust 2013-cü il tarixli, 71/S nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq “baş konduktor” və “konduktor” vəzifələri “yük qatarlarının konduktorları” adlandırılmışdır. Bununla əlaqədar, 02 sentyabr 2013-cü il tarixdə İddiaçıla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişikliklər edilərək icra etdiyi “baş konduktor” vəzifəsinin adı “yük qatarlarının konduktoru” olaraq qeyd edilmiş və İddiaçı həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. İddiaçı 26 avqust 1994-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək icra etdiyi “baş konduktor”un əmək funksiyaları (yük qatar və vaqonlarının qəbulu, təhvili, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanılması, qatarın avtomat tormozlarının sınağında iştirakı, mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi, habelə manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərlik funksiyaları) “yük qatarlarının konduktoru” vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir
25. İddiaçının 26.08.1994 - 02.09.2013-cü illər ərzində "xxxx" QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olması iş materialları ilə öz əksini tapdığından, onun işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəriciliərin Siyahısı»nda nəzərdə tutulduğunadan, beləliklə də 25 ildən a rtıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olduğundan, onun 57 yaşının tamamlandığı 01.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçının güzəştli pensiya hüququnun yaranmaması barədə cavabdehin dəlili əsassızdır.
26. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmu ş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 27. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə i şin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
28. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfin dən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
29. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-1807/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.