Məhkəmə qərarları › İş №2-1(102)-2079/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2079/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2079/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin bərpa edilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı4 (xx.xx.1997-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı2 (xx.xx.1998-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı3 (xx.xx.2002-ci il tə vəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Zəngilan Rayon İcra Hakimiyyəti) qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2319/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 Zəngilan rayonundan məcburi köçkündür və ona AA 098351 seriya nömrəli “Məcburi köçkün vəsiqəsi” verilmişdir.

2. İddiaçı1 ilə X4 arasında 12 oktyabr 1994-cü il tarixdə nikah bağlanmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli, 2-2390 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə X4 arasında olan 12 oktyab r 1994-cü il tarixli nikah qeydiyyatı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 mart 2005-ci il tarixdə 90 nömrə ilə qeyd edilmiş, AZ-İ 040381 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir.

4. Digər iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 İddiaçı1 ilə X1 birgə nikahından doğulan uşaqlarıdır.

5. İddiaçı1 26 may 2021-ci il tarixdə cavabdehə müraciət etmiş, onun müraciəti 31 may 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.

6. Cavabdeh iddiaçının qeyd edilən müraciətini xx.xx.2021-ci il tarixdə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Zəngilan Rayon İcra Hakimiyyətinə göndərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 12 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona və uşaqlarına məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçıların ərizələri əsasında Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8409/2021 nömrəli qərardadı ilə İddiaçı4, İddiaçı2 və İddiaçı3 hazırkı iş üzrə İddiaçı1 ilə bərabər birgə iddiaçı qismində cəlb edilmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşməkl ə Sumqayıt şəhərinə pənah gətirmiş və X4 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 1997-ci il təvəllüdlü oğlu Firidun, 1998-ci il təvəllüdlü qızı Fəridə və 2002-ci il təvəllüdlü oğlu Fərid anadan olmuşdur. Lakin münasibətləri pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən boşanmış və həmin vaxtdan uşaqları ilə yaşayır. Bundan başqa keçmiş həyat yoldaşı valideynlik borcunu yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsinə əsasən valideynlik hüququndan məhrum edilmişdir. İddiaçı 2-ci qrup əlil, əmək qabiliyyətsizdir. İddiaçı övladlarına görə bir müddət yemək xərci pulu almış, lakin 2019-cu ilin iyul ayından çörək pulu müavinəti dayandırılmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək həmin müavinətin bərpa edilməsini xahiş etmiş, lakin nəinki həmin müav inət bərpa olunmuş, sentyabr 2019-cu il tarixdən iddiaçının da yemək xərci müavinəti kəsilmişdir. İddiaçı və uşaqlarının adında hər hansı bir ev, mənzil yoxdur, müavinətin dayandırılmasına səbəb kimi onun yerli sakinlə ailə qurmağı göstərilir. Lakin artıq 17 ildir ki, həmin şəxslə boşanmış və bütün ailə bağları qırılmışdır. İddiaçı şəxsiyyət vəsiqəsi üzrə Zəngilan rayonunun qeydiyyatındadır və bu rayonun sakini sayılır. Pandemiya ilə əlaqədar qapanmaların olması, COVİD-19 virusuna yoluxduqları və uzunmüddətli müalicələr səbəbindən bu problemlə bağlı müraciət edə bilməmiş, lakin 2021-ci ilin iyun ayının əvvəlində cavabdeh təşkilata müraciət edərək onun və uşaqlarının aylıq çörək pulu müavinətinin 2019-cu ilin iyul ayından bərpa edilməsini və ödənilməsini xahiş etmişdir. Lakin bir ay müddət keçsə də həmin ərizəsinə cavabdeh tərəfindən cavab verilməmişdir.

10. Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 22 oktyabr 2021-ci il tarixli, 58 nömrəli məktubunda göstərilmişdir ki, Həsrətova (Paşayeva) Elnarə Mansur qızı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuşdur, həmin nikahdan İddiaçı4, İddiaçı2 və İddiaçı3 anadan olmuşdur. Onlar arasındakı nikah 2004-cü ildə pozulmuşdur. Onun uşaqları İddiaçı4, İddiaçı2 və İddiaçı3 2019-cu ilin iyul ayınadək, Həsrətova (Paşayeva) Elnarə Mansur qızının özünə isə 2019-cu ilin sentyabr ayınadək vahid aylıq müavinət ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlə r və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.6-cı maddəsinə əsasən uşaqlara verilən vahid aylıq müavinət iyul 2019-cu ildən, həmin qaydaların 2.4-cü maddəsinə və xx.xx.2017-ci ildə həmin qaydaların 2.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən İddiaçı1 (Paşayevaya) verilən vahid aylıq müavinət sentyabr 2019-cu il tarixdən dayandırılmışdır.

11. Zəngilan Rayon İcra Hakimiyyətinin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli, 824 nömrəli məktubunda bildirilmişdir ki, onun vahid aylıq müavinətin verilməməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ünvanladığı ərizəsi aidiyyəti üzrə baxılması üçün rayon İcra Hakimiyyətin ə göndərilmişdir. O, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmadan ərə getdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlara), övladlarına isə həmin Qaydalarının 2.6-cı bəndinə (valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara) əsasən vahid aylıq müavinətin verilməsi dayandırılmışdır.

12. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, iddiaçının sözügedən müra ciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2021-ci il tarixli 01/3460 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Zəngilan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X3 üzrə Dövlət Komitəsi nə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 y anvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. İddiaçı1 Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinətin verilməməsi qanunvericiliyin tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı İddiaçı1 məcburi köçkün düşdükdən sonra xx.xx.1994-cü il tarixində məcburi köçkün statusu olmayan və ünvan 2 ünvanında daimi qeydiyyatda olan xx.xx.1965-ci il təvəllüdlü X4 ilə rəsmi nikaha daxil olduğu, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2390 nömrəli qətnaməsi ilə nikah münasibətlərinə xitam verildiyi müəyyən olunmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödən ilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq, İddiaçı1 vahid aylıq müavinət verilə bilməz.

13. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-8409/2021 nömrəli qərardadı ilə Zəngilan Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 4 fevral 2022-ci il tarixli, 2-1(112)-1560/2022 nömrəli qərardadı (hakim A.Ə.Əhədova) ilə iddia mümkün sayılmamışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Vahid aylıq müavinətin verilməsi ilə bağlı birinci mərhələ əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edərək Komitəyə təqdim etməsi, sonrakı mərhələ isə Komitənin təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Na zirliyinə sifariş verməsi və Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürüldükdən sonra daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsidir. Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən müavinət alacaq məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar tərtib edilmiş və İddiaçı4, İddiaçı2 və İddiaçı3 adı iyul 2019-cu il tarixə tərtib edilmiş hesabatdan, İddiaçı1 adı isə sentyabr 2019-cu il tarixə tərtib edilmiş hesabatdan çıxarılmışdır. Zəngilan Rayon İcra Hakimiyyəti vahid aylıq müavinətin verilməsi ilə bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası ilə müəyyən edilmiş səl ahiyyətlərindən çıxış edərək vahid aylıq müavinət alanların sayını azaltmış, iddiaçıların adlarını vahid aylıq müavinət alacaq şəxslərin siyahısından çıxarmış, müavinət alacaq şəxslərin yenilənmiş adlı siyahısı Komitəyə təqdim edilmiş, bundan sonra iddiaçılara hər ay ödənilmiş aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. İddiaçıların müavinətlərinin dayandırılmasına səbəb bilavasitə iddiaçıların müavinət alacaq şəxslərin siyahısında adlarının qeyd edilməməsidir. Müavinət alacaq şəxslərin siyahısının tərtib edilməsi bilavasitə Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğundan, iddiaçıların adlarının həmin siyahıdan çıxarılmaları və ya həmin siyahıya yenidən daxil edilmələri ilə bağlı səlahiyyət də Komitəyə deyil, məhz Zəngilan Rayon İcra Hakimiyyətinə aiddir. Belə bir siya hı təqdim edilmədən isə iddiaçılara müavinətin verilməsinin bərpa edilməsi mümkün deyildir. Komitə isə hazırkı mərhələdə müavinət alacaq şəxslərin adlı siyahının tərtibində məsul orqan deyildir.

16. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2319/2022 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və X.A.Cəmilova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 fevral 2022-ci il tarixli, 2-1(112)-1560/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, onların adlarının həmin təqdim edilmiş siyahıdan çıxarılması cavabdeh tərəfindən həyata keçirilmiş və bu barədə onlara icra nümayəndəliyində də bildirilmişdir. Lakin qarşı tərəf məqsədli olaraq bu məsələni uzatmaq niyyəti ilə guya tərəfindən belə bir addım atılmadığını və bu hərəkətə yol verilmədiyini bildirmişdir. Eyni zamanda iddia tələbinə də münasibət bildirməklə qaldırılmış iddia tələbinin də əsassız olmasını, iddiaçının və onun uşaqlarının məcburi köçkünlərə təyin edilmiş müavinəti almaq hüququnun olmadığını etirazda bildirmiş və bununla da bu məsələyə mane olan bir təşkilat kimi çıxış etdiyini bir daha sübuta yetirmişdir. Zəngilan Rayon İcra Hakimiyyəti də iddiaçıların adının tərtib edilmiş siyahıdan çıxarılmasının cavabdeh təşkilat tərəfindən aparıldığını bildirmiş və bu səbəbdən də iddiaçılar ona qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə iş üzrə bütün halları araşdırmamış və iddiaçı tərəfindən irəli sürülən əsaslı dəlillərə əhəmiyyət verməyərək yalnız qarşı tərəfin izahatına əsaslanmaqla qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Məcburi köçkünlərə maddi yardımlar Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”:

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqd im edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən A zərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparıla n hüquqi dəyərləndirmədir.... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırma lıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişl i iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qər arının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlə nmək mümkündür.

31. İşdə olan sənədlərə əsasən, Həsrətova (Paşayeva) Elnarə Mansur qızı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuşdur, həmin nikahdan İddiaçı4, İddiaçı2 və İddiaçı3 anadan olmuşdur. Onlar arasındakı nikah 2004-cü ildə pozulmuşdur. Onun uşaqları İddiaçı4, İddiaçı2 və İddiaçı3 2019-cu ilin iyul ayınadək, Həsrətova (Paşayeva) Elnarə Mansur qızının özünə isə 2019-cu ilin sentyabr ayınadək vahid aylıq müavinət ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.6-cı maddəsinə əsasən uşaqlara verilən vahid aylıq müavinət iyul 2019-cu ildən, həmin qaydaların 2.4-cü maddəsinə və xx.xx.2017-ci ildə həmin qaydaların 2.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən İddiaçı1 (Paşayevaya) verilən vahid aylıq müavinət sentyabr 2019-cu il tarixdən dayandırılmışdır.

32. İddiaçılar onlara verilən vahid aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunması tələbini irəli sürərək, aylıq müavinətin verilməsinin məhz cavabdeh tərəfindən dayandırıldığını iddia edirlər və mövqelərini onunla əsaslandırırlar ki, onların adlarının həmin təqdim edilmiş siyahıdan çıxarılması cavabdeh tərəfindən həyata keçirilmiş və bu barədə onlara icra nümayəndəliyində də bildirilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 20 15-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

34. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn suby ektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

35. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

36. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələblərinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyə ti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir.

37. Göründüyü kimi, hazırkı iddia tələbi ilə bağlı, yəni iddiaçılara verilən vahid aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunması üçün ilk növb ədə iddiaçıların adlarının vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahısına salınması labüddür. Qeyd edilən siyahıların tərtib olunması isə cavabdehin səlahiyyətlərinə aid məsələ deyil. Cavabdeh sadəcə olaraq ona təqdim edilən siyahıları dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir.

38. Hazırkı iş üzrə isə iddiaçıların adı cavabdehə təqdim edilən siyahıda göstərilməmişdir. Cavabdehin hazırkı iddia tələbi üzrə cavab verməli inzibati orqan olması işdə olan sənədlərlə və maddi-hüquqi normalarla sübuta yetirilməmişdir.

39. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdı r.

40. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10, 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-2319/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar