Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2079/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2437/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “X4 adına verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və X1 adına verilmiş mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 nömrəli, 05 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia tələbinin “xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və X1 adına verilmiş mülkiyyət hüququ barədə RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 nömrəli, 05 dekabr 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh tərəfindən X4 adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi qərara alınmışdır.
4. Üçüncü şəxs X3 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 05 dekabr 2017-ci il tarixli qərarının ona təkrarən təqdim olunmasını xahiş etmişdir. Həmin ərizəyə münasibətdə Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarix li cavab məktubunda məhkəmə aktının surətinin təkrarən verilməsinə görə qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir.
5. Bundan sonra, X3 xx.xx.2021-ci il tarixdə ərizə və müvafiq dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi məhkəməyə təqdim edərək məhkəmə qərarının ona təkrarən təqdim olunmasını xahiş etmiş və həmin qərarı məhkəmə qəbzinə əsasən (i.v.70) xx.xx.2021-ci il tarixdə əldə etmişdir.
6. Daha sonra X1 nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə qərarının təkrarən təqdim olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qərarının təkrarən verilməsi üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsi nəzərə alınaraq, məhkəmə tərəfindən “sənədin alınması barədə” qəbzə (i.v.82) əsasən, xx.xx.2017-ci il tarixli məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə təkrarən nümayəndə Vəkil təqdim olunmuşdur.
7. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti verərək və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək müddətin bərpa olunmasını xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2437/2023 nömrəli, 24 may 2023-cü il tarixli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, üçüncü şəxs X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarından ve rdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli məhkəmə qərarının 3-cü şəxs X3 tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə, təkrarən xx.xx.2021-ci il tarixdə, nümayəndə və vəkili tərəfindən isə xx.xx.2023-cü il tarixdə alındığını nəzərə alaraq hesab edir ki, prosessual müddətin bərpasına dair ərizədə göstərilən səbəb xx.xx.2017-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə qərarının proses iştirakçısına təkrarən təqdim olunması ondan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımının yenidən hesablanması üçün əsas vermir. Bu s əbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddət Nailə Məmmədova tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür.
10. Üçüncü şəxs X3 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə qanunsuz və əsasızdır. Çünki Bakı şəhər İcra Hakimiyyətinin dövlət əmlakının idarə edilməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, e ləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilən torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin nə mülkiyyətində, nə də istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadan onun iddiaçı kimi işə cəlb edilməsi prosessual normaların pozulması kimi qiymətləndirilməlidir.
12. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə dair subyektiv hüquq Bələdiyyəyə, dövlət torpaqları ilə bağlı subyektiv hüquq isə Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. “Dövlət torp aq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin idarə edilməsi müvafiq icra hakimiyyəti (Əmlak Məsələləri Dövlət Komitəsi) və bələdiyyələr tərəfindən həyata keçirilir. Eyni zamanda bildirirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
13. Ərizəçi öz kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına istinad etmişdir.
14. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayət in verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv olunması tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Kassasiya şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılması proses iştirakçısının təqsiri üzündən baş verməsin.
22. Mübahi səyə dair işdən göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarı ilk dəfə xx.xx.2017-ci il tarixli məktubla poçt vasitəsilə 3-cü şəxs X1 iş materiallarında olan ünvanına göndərilmişdir. Həmin qərar şifarişli poçt xəbərnaməsinin (i.v.56) “etibarnamə ilə” qrafasının qarşısında “Məmmədov” yazılaraq imza edilməklə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmədiyi üçün qərar qüvvəsini almışdır.
23. Həmçinin nəzərə almaq lazımdır ki, X3 tərəfindən iki dəfə edilmiş müraciətə əsasən məhkəmə qərarı ona və nümayəndəsinə xx.xx.2021-ci il (i.v.70) və xx.xx.2023-cü il tarixli (i.v.82) məhkəmə qəbzlərinə əsasən təkrarən təqdim olunmuşdur.
24. Müddətin bərpası barədə xx.xx.2023-cü il tarixli ərizədə iddiaçı tərəfindən müddətin ötürülməsinin səbəbi kimi göstərilmişdir ki, DƏDRX-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən torpaq sahəsinin əvvəlki sahibi X5 məxsus olan çıxarışın Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edildiyi və bununla da məhkəmə qərarının onun hüquqlarını pozduğu ona məlum olmuşdur.
25. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2017-ci il tarixli məhkəmə qərarının X2 bir neçə dəfə-xx.xx.2017-ci il, təkrarən xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə təqdim olunduğu, lakin həmin qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət verilmədiyi və şikayətin verilməsi müddətinin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olduğu iş üzrə materiallarla təsdiq olunur.
26. H əmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının proses iştirakçısına təkrarən təqdim olunması ondan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımının həmin tarixdən hesablanmasını şərtləndirmir. Bu səbəblərdən prosessual müddətin Nailə Məmmədova tərəfindən üzrsüz səbəbdən ötürüldüyü qəbul olunmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hazırkı qərarın 17-ci bəndində istinad olunan prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan, məhkəmə kollegiyası qərardadın əsaslandırması ilə razılaşır və şikayətin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edil mir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(103)-2437/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.