Məhkəmə qərarları › İş №2-1(102)-208/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-208/2019

29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-208/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili X13, cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X17, vəkili X3, üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəkili X4, üçüncü şəxs X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdeh2nə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Az ərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, X5, X7 və X6) “sərəncamın ləğvi və orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1431/18 saylı, 21 iyun 2018-ci il tarixli qərarından üçüncü şəxs X1 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1967-ci ildən rabitə sahəsində çalışır. Rabitə Nazirliyinin inşa edilən idarə evindən Lökbatan qəsəbəsi, 28 may küçəsi, 10-cu keçid, blok 6, mərtəbə 5, yaşayış sahəsi 47,3 kv.m olan, 3 otaqlı boş mənzil Bakı Poçtamtın müdiriyyəti və HT-nin 24.02.1994-cü il tarixli 1 nömrəli qərarına əsasən 4 nəfər ailə tərkibi nəz ərə alınmaqla iddiaçıya ayrılmışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin iddiaçıya verilməsi barədə 18.05.1994-cü ildə sərəncam qəbul olunmuş və həmin sərəncama əsasən ona 18.05.1994-cü il tarixli order verilmişdir. Sərəncama əsasən iddiaçı 26 Bakı Komissarı RİK-in 25.05.80-ci il tarixli 8/826 nömrəli qərarı ilə mənzil növbəsinə götürülmüş, o, mənzil növbəsinə dayananların siyahısında birinci olmuş, Bakı Poçtamtının müdiriyyəti və HT-nın 24 fevral 1994-cü il tarixli 1 nömrəli qərarı ilə mübahisəli mənzil iddiaçının ailəsinə ayrılmışdır. Sözügedən mənzilin xidməti mənzil kimi 4 nəfər ailə tərkibi ilə üçüncü şəxs X2 verilməsi barədə Cavabdeh2 başçısı tərəfindən verilmiş 25 dekabr 1995-ci il tarixli ikinci bir sərəncam qəbul olunmuş və ona mənzilə dair eyni tarixli 003324 №-li xüsusi order verilmişdir. Həmin sərəncamdan isə görünür ki, üçüncü şəxs X5 “Azərrabitəinşaat” LTB-nin 2 nömrəli Tikinti Quraşdırma idarəsində işləmiş, Cavabdeh2 24.08.1990-cı il tarixli 18 nömrəli qərarı ilə iş yeri üzrə mənzil növbəsinə götürülmüş, “Azərrabitəinşaat” LTB-nin 2 nömrəli TQİ-nin müdiriyyəti və HİK-nin 28.İİ.1995-ci il tarixli 1 nömrəli birgə qərarı ilə Rabitə Nazirliyinin 24.11.1995-ci il tarixli əmri ilə həmin idarəyə bölünmüş və mübahisəli mənzil xidməti mənzil kimi H.Əliyevə verilmişdir. İddiaçı ünvan 1 ünvanı üzrə mənzil hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə ərizə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 5 dekabr 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin özünün yeni inşa edil ən idarə evindən Lökbatan qəsəbəsi, 28 may küçəsi, 10-cu keçid, blok 6, mərtəbə 5, yaşayış sahəsi 47,3 kv.m. olan 3 otaqlı mənzilini Bakı Poçtamtın müdiriyyəti və HT-nin 24.02.1994cü il tarixli 1 nömrəli qərarı ilə ailə tərkibi 4 nəfər olmaqla (iddiaçı və 3 oğlu) iddiaçıya ayırmışdır. Cavabdehin 18.05.1994-cü il tarixli sərəncamı ilə Bakı Poçtamtın sözügedən qərarı təsdiq edilmiş, sözügedən ünvana cavabdeh tərəfindən iddiaçının razılığı ilə 18.05.1984-cü il tarixli order verilmişdir. Lakin cavabdehdən asılı olmayan səbəblərdən iddiaçıya verilmiş mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmişdir, məcburi köçkünlər bu günədək mübahisəli mənzildə yaşayırlar. Sonradan “Azərrabitəinşaat” LTB-nin 2 №-li TTİ-nin müdiriyyəti və HİK-in 28.11.1995-ci il tarixli 1 nömrəli birgə qərarı ilə Rabitə Na zirliyinin 24.11.1995-ci il tarixli əmri ilə həmin idarəyə bölünmüş mübahisəli mənzil müvəqqəti yaşayış sahəsi kimi Nazirliyin xidməti mənzillər siyahısına daxil edilmiş və xidməti mənzil kimi X1 istifadəsinə verilmişdir. Lakin sözügedən mənzil məcburi köçkünlər tərəfindən zəbt edildiyindən o da, mübahisəli mənzilə köçə bilməmişdir. İddiaçıya mənzil hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olduğu izah etmişdir. İddiaçı 9 dekabr 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 verilmiş Cavabdeh2 başçısının 25 dekabr 1995-ci il tarixli 55 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş 25.12.1995-ci il tarixli 003324 nömrəli orde rin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə mənzil iddiaçıya verilərkən boş olmuşdur. Lakin orderi alıb mənzilə köçmə ərəfəsində məcburi köçkünlər tərəfindən zəbt edildiyindən onun ailəsi mənzilə köçə bilməmişdir. Bu yaxınlarda isə məcburi köçkünlərin mənzildən çıxarılması üçün ərazi aidiyyəti üzrə 125 nömrəli MKİS-ə müraciət etdikdə ona məlum olmuşdur ki, mənzildə qeydiyyatda kənar şəxslər vardır. Həmin şəxslərin qeydiyyatı araşdırılarkən ona məlum olmuşdur ki, “Azərrabitəinşaat” LTB-nin 2 nömrəli TTİ-nin Müdiriyyəti və HİK-in 28.11.1995-ci il tarixli 1 nömrəli birgə qərarı əsasında Rabitə Nazirliyinin 24.11.1995-ci il tarixli nömrəli əmri ilə həmin mənzil cavabdehin 25.12.1995-ci il tarixli 55 nömrəli ikinci bir sərəncamı və 003324 nömrəli xidməti orderi əsasında üçüncü şəxs X1 ailəsinə verilmişdir. Cavabdehin imtinası qanuna ziddir. Mənzil qanunvericiliyinə əsasən bir mənzilə bir order verilə bilər. İddiaçının adına order verildikdən sonra ikinci orderin verilməsi həmin orderin etibarsız olduğunu sübut edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan SSR Mənzil Məcəlləsinin 48, 99-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(81)-2757/2017 saylı iş) 7 iyul 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (Qərar cavabdehin 12.10.2017-ci il tarixli sərəncamı ilə icra edilmişdir). Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın üçüncü şəxs barəsində olan sonrakı sərənca mı və həmin sərəncam əsasında onun üçüncü şəxsə verdiyi order, iddiaçının qanunla qorunan hüquqlarını açıq- aşkar pozmuşdur. Çünki üçüncü şəxs barəsində ikinci sərəncam və order verilərkən, mübahisəli mənzil artıq faktiki olaraq iddiaçının qanuni sahibliyində olmuşdur. Qərardan üçüncü şəxs X5 apellyasiya şikayəti verərək ləğv edilməsini və icrada dönüş edilməklə, Cavabdeh2 başçısının 12.10.2017-ci il tarixli sərəncamının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 iyul 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X11 və X9, 2-1(103)-1431/18 saylı iş) 21 iyun 2018-ci il tarixli qərarla üçüncü şəxs X1 apellyasiya şikayətini təmin etməmiş, qərarı d əyişdirmədən saxlamışdır. Üçüncü şəxs X1 nümayəndəsi 25 sentyabr 2018-ci il tarixdə qərarın surətini almış, 23 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərarı cavabdehin 12.10.2017-ci il tarixli sərəncamı ilə icra olunmuşdur. İddiaçının mövqeyi həqiqəti əks etdirmir, belə ki, iddiaçı ayrılmış mənzildən könüllü şəkildə imtina etmiş, bu barədə ərizə yazmış, ərizə müvafiq qaydada cavabdeh və üçüncü şəxslərə göndərilmiş və iddiaçının xahişi nəzərə alınmışdır. Bundan sonra həmin mənzil xidməti mənzil kimi idarənin balansına daxil olmuş və iş yerindən X2 təklif olunmuşdur. Qanuni əsaslarla imtina ol unmuş mənzil onun ailəsinə verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı icra olunduğundan, icrada dönüş edilməklə Cavabdeh2 başçısının 12.10.2017-ci il tarixli sərəncamı ləğv edilməlidir. Apellyasiya şikayətinə əlavə edilən sənədlərdə bu faktlar əksini tapır. Lakin məhkəmə kollegiyası bu sənədlərə istinad etməmiş, cavabdeh və üçüncü şəxslərdə olan məlumatları tələb etməmiş, onların iştirakı olmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş şifahi məhkəmə baxışı iclasında X1 iştirakı təmin olunmaması səbəbindən qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mövqeyinin üst-üstə düşməməsi halları bir daha təsdiq olunur. Bütün bu hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, həqiqiliyi şübhə doğuran sənədlərə əsaslanaraq nəticəyə gəlinmiş dir. İşin obyektiv həlli üçün bütövlükdə bu arqumentlərin yenidən araşdırılmasına, cavabdeh və üçüncü şəxs, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakına və bu iş üzrə mövcud olmuş rəsmi sənədlərin təqdim olunmasına zərurət vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası mübahisə predmeti üzrə prosessual hüquq normalarının əsası kimi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 36, 62.3, 87.6-ci maddələrinə, maddi hüquq normalarının əsası kimi isə Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, həmin zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 48 və 49-cu maddələrinə əsaslanmışdır. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. tərəflərin izahatları: İddiaçının vəkili Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına kassasiya şikayətinə dair etiraz göndərərək bildirmişdir ki, cavabdeh orqanın üçüncü şəxs barəsində olan sonrakı sərəncamı və həmin sərəncam əsasında onun üçüncü şəxsə verdiyi order, iddiaçının qanunla qorunan hüquqlarını açıq-aşkar pozmuşdur. Üçüncü şəxs barəsində ikinci sərəncam və order verilərkən, mübahisəli mənzil artıq faktiki olaraq iddiaçının qanuni sahibliyində olmuşdur. Üçüncü şəxs X1 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi kassasiya şikayətinə dair mülahizədə qeyd edilmişdir ki, cavabdehin 18.05.1994-cü il tarixli sərəncamı ilə Bakı Poçtamtın qərarı təsdiq edilmiş, iddiaçının razılığı ilə o, mənzil növbəsindən çıxarılmaqla ona 18.05.1984-cü il tarixli order verilmişdir. Sözügedən order verilərkən mənzil boş olmuşdur. Həmin ərəfədə hazırkı mübahisəli mənzil zəbt edildiyindən İddiaçı ondan asılı olmayan səbəbdən mənzilə köçə bilməmişdir. Nərimanov RİH başçısının 25.12.1995-ci il tarixli sərəncamında İddiaçı mübahisəli mənzildən imtina etməsi, eləcə də həmin mənzilin Rabitə Nazirliyinin xidməti mənzillər siyahısına daxil edilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Nümayəndə bildirmişdir ki, şikayətin dəlillərini qəbul etmir, şikayətin təmin edilməməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəkili kassasiya şikayətinə münasibət bildirməmiş, qəbul ediləcək qərarla bağlı məsələni məhkəmənin mülahizəsinə verdiyini qeyd etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin olunmaması Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsasla r yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşdə olan sənədlərdən görünür ki, cavabdehin 18.05.1994-cü il tarixli sərəncamı və həmin sərəncama uyğun 18.05.1994-cü il tarixli orderi əsasında Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10-cu keçid, blok 6, mərtəbə 5, yaşayış sahəsi 47,3 kv.m olan, 3 otaqlı 59 nömrəli mənzil iddiaçıya verilmişdir. Bundan sonra adı çəkilən mənzil cavabdehin 25 dekabr 1995-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında eyni tarixli orderi ilə üçüncü şəxsə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 48 və 49-cu maddələri ilə əsaslandıraraq hesab etmişdir ki, dövlət və ya ictimai mənzil fondunun yalnı z boş mənzillərinə dair yerli icra hakimiyyəti orqanları sərəncam qəbul edə və həmin sərəncam əsasında order vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Konkret halda, işin faktiki hallarından göründüyü kimi, 1994-cü ildə cavabdehin sərəncamı və orderi əsasında iddiaçıya verilən mənzil boş olmuşdur. Cavabdeh orqanının üçüncü şəxs barəsində olan sonrakı sərəncamı və həmin sərəncam əsasında onun üçüncü şəxsə verdiyi order, iddiaçının orderlə ona verilmiş mənzilə dair qanunla qorunan hüquqlarını açıq-aşkar pozmuşdur. Üçüncü şəxs barəsində sərəncam və order verilərkən, mübahisəli mənzil artıq faktiki olaraq iddiaçının qanuni sahibliyində olmuşdur. İddiaçı tərəfindən cavabdehdən mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə sərəncamın və həmin sərəncam əsasında ona verilmiş orderin etibarsız sa yılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapır. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Üçüncü şəxs həmin dəlilləri kassasiya şikayətində də təkrarlamışdır. İPM-in 87.8-ci maddəsinə görə...hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Eyni mənzilin cavabdehin sərəncamı və orderi ilə 1994-cü ildə iddiaçıya, 1995-ci ildə üçüncü şəxsə verilməsi mübahisə doğurmur. Bununla belə, üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sənədlərdə qeyd edilir ki, iddiaçı ona verilən mənzilin orderinin geri qaytarılması və mənzil bölgüsü zamanı mənzil növbəsinin bir il geri salınmasına razılıq verməsi barədə rabitə nazirinə 22 oktyabr 1995-ci il tarixli ərizə göndərmiş, ərizə nazirlikdə 23 oktyabr 1995-ci il tarixdə 2438 nömrə ilə qeydə alınmışdır. Bundan başqa, cavabdeh Rabitə Nazirliyinə göndərdiyi 21 noyabr 1995-ci il tarixli məktubunda bildirmişdir ki, Cavabdeh2 mənzil komissiyasının növbəti iclasında İddiaçı verilən order ləğv olunacaq. Bakı Poçtamtının rəisinə ünvanlanan 6 dekabr 1995-ci il tarixli məktubda isə qeyd edilir ki, İddiaçı tərəfindən nazirliyin ünvanına 2438 nömrəli 23 oktyabr 1995-ci il tarixli ərizəsi daxil olmuşdur. O öz ərizəsində Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10-cu keçid, blok 6, mərtəbə 5, 59 nömrəli mənzilin verilməsini göstərmişdir. Müəyyən səbəblərə görə o həmin mənzildən imtina etmişdir. İddiaçı dəlilləri ni nəzərə alaraq nazirlik icra hakimiyyətinə məktubla müraciət edərək ona verilmiş orderin ləğv edilməsini xahiş etmişdir. İcra hakimiyyəti nazirliyə yazdığı 21 noyabr 1995-ci il tarixli məktubunda Baxışovanın mənzil qeydiyyat sənədlərinin geri qaytarılaraq onun nazirliyin ümumi mənzil siyahısında növbəyə götürülməsinə razılıq vermişdir. Bütün bunları nəzərə alaraq İddiaçı mənzil-qeydiyyat sənədləri icra hakimiyyətindən geri alınsın və onun nazirliyin ümumi mənzil siyahısına qəbul edilməsi üçün təqdim edilsin (səh. 111-113). Bəhs olunan sənədlərlə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma və hüquqi qiymətləndirmə aparılmamış, belə sənədlərin həqiqətən mövcud olması, iddiaçının ona təqdim edilən mənzildən imtina etməsi, yenidən mənzil növbəsinə salınması, üçüncü şəxsə mənzil verilərkən həmin sənədlərin nəzərə alınıb-alınmaması araşdırılmamış, iddiaçının subyektiv hüquqa malik olub-olmamasına münasibət bildirilməmişdir. Üçüncü şəxs apellyasiya şikayətində 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinə istinad edərək orderi etibarsız hesab etmək haqqında tələbin orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilməsini, iddiaçının isə 24 il keçəndən sonra belə iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə də münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədiyindən, üçüncü şəxsin təqdim etdiyi sübutlarla bağlı hər hansı hüquqi qiymətləndirmə aparmadığından, hazırkı vəziyy ətdə 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 48 və 49-cu maddələrinə uyğun mübahisəyə hüquqi qiymət verilməsi istisna edilir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı iza hatların təqdim olunmasına yardım etməlidir (48.1-ci maddə). İPM-in 58-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır (58-1-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, cavabdeh və ü çüncü şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən zəruri sübutları tələb etməmiş, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 iyun 2018-ci il tarixli 2-1(103)-1431/18 saylı qərarıləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gö

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar