Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-208/2020 10.03.2020 ALİ MƏHKƏMƏ “X” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar söz: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı “X” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il t arixli, 2-1(103)2532/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X” MMC-yə 01 yanvar 2017-ci il tarixindən 01 mart 2018-ci il tarixinə olan dövr üzrə səyyar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul etmiş, 12 iyul 2019-cu il tarixində səyyar vergi yoxlaması barədə ******** nömrəli akt tərtib edilmiş, 16 iyul 2019-cu il tarixli ******** nömrəli qərar qəbul edilmiş, vergi borclarının ödənilməsi və aşkar edilmiş pozuntualrın aradan qaldırılması barədə ******** nömrəli tələbnamə təqdim edilmiş, yoxlamanın nəticəsinə görə büdcə yə ödənilməli olan 255954,14 manat məbləğində borc tərəflərindən ödənilmiş, lakin Lokal Gəlirlər Baş İdarəsi 23 avqust 2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələri ilə iddiaçıya yenidən səyyar vergi yoxlaması keçirilməsi barədə ******** nömrəli qərar qəbul etmişdir. Həmin qərarda yoxlama ilə əhatə olunan vergi dövrü əvvəl keçirilmiş, yəni 2017-ci ilin yanvar ayından 2018-ci ilin fevral ayınadək olan dövrü və 2017-ci ilin yanvar ayından 2019-cu ilin iyun ayınadək olan dövrü əhatə edir. Vergi Məcəlləsinin tələbinə əsasən vergi orqanı növbəti səyyar vergi yoxlaması barədə qərarı bir il sonra qəbul etməli olduğundan bu yoxlamanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə 1 saylıb Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, səyyar ve rgi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş ******** nömrəli, 23 avqust 2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək “X” MMC-də səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş 23 avqust 2019-cu il tarixli, ******** nömrəli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə etiraz verərək iddiaçının ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, inzibati akt hesab olunmayan səy yar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsinin əhəmiyyətsiz olduğunu bildirmiş və qeyd etmişdir ki, yoxlama materiallarının təhlili zamanı cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin cari bəyannaməsinin 221.15 sətrində 448,71 min manat sair xərc göstərildiyi halda yoxlama ilə həmin xərc silinmiş, lakin aktda sair xərclərin azaldılması səbəbləri qeyd edilməmiş, bundan başqa cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş cari mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərcləri göstərilmədiyi halda səyyar vergi yoxlaması ilə 44,48 min manat ezamiyyə xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmiş, lakin aktda bu barədə müvafiq qeydlər aparılmamış, habelə həmin xərcləri təsdiq edən sənədl ər yoxlama materiallarına əlavə edilməmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 nömrəli, 12 sentyabr 2019-cu il tarixli qərardadına əsasən, ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2532/2019 nömrəli qərardadına əsasən, şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2018 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki halda mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənəd ək mübahisələndirilən inzibati aktın icrası dayandırılmadığı təqdirdə hazırki iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin əhəmiyyəti və zərurəti, o cümlədən vergi ödəyicisinin əsassız vergi yoxlamasına cəlb olunmasından müdafiə olunmaq imkanı aradan qalxdığından, eyni zamanda iş üzrə aparılmış ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı nəzərə alınaraq iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri görülməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)2532/2019 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinin tələblərinə əsasən, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumat aşkar edildikdə, həmçinin vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Yoxlama zamanı cəmiyyət tərəfindən xərclərin azaldılması səbəblərinin qeyd edilmədiyi, habelə həmin xərcləri təsdiq edən sənədlərin yoxlama materiallarına əlavə edilmədiyi müəyyən olunduğundan vergi orqanının mübahisəli qərarı qanuni və əsaslıdır. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 41, 43 və 90cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2532/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)2532/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nə ticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz hallarından görünür ki, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 12 iyul 2019-cu il tarixli, ******** saylı akt əsasında iddiaçı “X” MMC vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilərək, buna dair 16 iyul 2019-cu il tarixində ******** saylı qərar qəbul edilmiş, həmin qərar üzrə əlavə hesablanmış 182110,87 manat vergi borcu və 73843,27 manat maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesabından silinmiş, səyyar vergi yoxlamasının nəticələri haqqında 12 iyul 2019-cu il tarixli aktdan görünür ki, yoxlama 23 aprel 2018-ci il tarixində başlanmış və 12 iyul 2019cu il tarixində başa çatmış, bundan sonra vergi orq anı tərəfindən “X” MMC-də yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında ******** nömrəli 23 avqust 2019-cu il tarixli qərar qəbul etmiş, həmin qərarın qəbul edilməsinə əsas olaraq Vergi Məcəlləsinin 38.3.2ci və 38.3.5-ci maddələrinə istinad olunmuşdur. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsaslarının konkret olaraq göstərilməsinə və bu əsaslar olmadan həmin yoxlamanın keçirilməsinin qanunsuz olmasına istinad edərək vergi ödəyicilərinin həm vergi yoxlamalarının təyin olunması ilə bağlı əsaslarını, həm də yoxlamanın nəticələrini mübahisələndirmək hüquqları olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu M əcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qeyd olunan normalardan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi qanunvericiliklə birbaşa olaraq iddianın böyük ehtimalla uğurlu olması ilə şərtləndirilmişdir. Başqa sözlə, işin ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi hallarda belə tədbirlər tətbiq oluna bilər. Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyas iya instansiya məhkəməsi iddianın uğurlu olması ehtimalının olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Yuxarıda qeyd olunan normanın tələbindən isə məlum olur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması ilə bağlı işə baxarkən məhkəmələr mütləq şəkildə ilkin olaraq işin faktiki və hüquqi hallarının araşdırmalı və yalnız iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda iddiaçının vəsatəti əsasında qərardad qəbul etməli və gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68.1 və 69.4-cü maddələrinin tələbləri baxımından da əsaslandırmalı idi. Ali Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası İPM-in sözügedən maddələrinin tələblərini pozaraq iş üçün əh əmiyyətli olan bütün faktiki halları, həmçinin iddianın uğurluluq ehtimalını araşdırmamış və nəticə etibarı ilə iş üzrə əsaslandırılmamış qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əs aslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, İPM-in 92.0.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Pros essual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “X” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2532/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-208/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-208/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver