Məhkəmə qərarları › İş №2-1(102)-208/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-208/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-208/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi nə qarşı “müharibə veteranı olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 21(103)-530/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 29 oktyabr 1990-ci il tarixdə verilmiş HB seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı 11 dekabr 1988-ci il tarixdən 31 oktyabr 1990-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 1 sentyabr 1992-ci il tarixdən 8 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu barədə hərbi biletin 6-7-ci səhifələrində qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən iddiaçıya odlu silahların daşınması və saxlanması hüququ verən 29 noyabr 1992-ci il tarixdə 251 nömrəli vəsiqə verilmiş, vəsiqədə iddiaçının rütbəsi serjant, vəzifəsi sürücü göstərilmiş, vəsiqənin etibarlılıq müddəti 30 dekabr 1995-ci ilə qədər olmuşdur.

3. İddiaçıya Abşeron rayon Hərbi Komissarlığı tərəfindən 15 mart 1999-cu il tarixdə M/V seriyalı 027236 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və vəsiqədə iddiaçının müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd edilmişdir.

4. İddiaçı ona verilmiş veteranlıq statusunun 2002-ci ildə Abşeron rayon Hərbi Komissarlığı tərəfindən hər hansı bir inzibati akt qəbul edilmədən ləğv olunduğunu iddia edir.

5. İddiaçı müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21 may 2020-ci il tarixli, 1/717639 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 543 nömrəli məktubu ona müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi üçün kifayət etmir.

6. İddiaçı müharibə veteranı olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraci ət etmişdir. Cavabdehin 4 sentyabr 2020-ci il tarixli, 1177 nömrəli məktubunda göstərilmişdir ki, müharibə veteranı olmağı barədə arayış veteran vəsiqəsi və hərbi biletin əsasında verilir. İddiaçının vəsiqəsi olmadığı üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə döyüşlərdə iştirakının dəqiqləşdirmək məqsədilə sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınan arayışda iddiaçının döyüşlərdə iştirakı barədə heç bir məlumat olmadığı üçün arayışın verilməsi mümkün deyildir. Yeni müharibə veteran vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmək məqsədə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Bərdə rayonunda doğulmuşdur. xx.xx.1990-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi biletindən göründüyü kimi xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən ona odlu silahların daşınması, saxlanması ilə bağlı sürücü kimi vəsiqə verilmiş və həmin vəsiqədən də görünür ki, o, xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmətdə olub və bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmağı ilə bağlı Abşeron rayon Hərbi Komissarlığı tərəfindən ona M/V № 027236 saylı, xx.xx.1999-cu il tarixli veteranlıq vəsiqəsi verilmişdir. Lakin ona verilmiş veteranlıq statusu 2002-ci ildə Abşeron rayon Hərbi Komissarlığı tərəfindən hər hansı bir inzibati akt qəbul edilmədən ləğv edilmişdir və ona Dövlət tərəfindən ödənilən müavinət dayandırılmışdır. Yenidən vəsiqə alması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən Veteran Adlarının və Müvafiq Vəsiqələrinin verilməsi üzrə Komissiyasına müraciət etmiş, lakin komissiya tərəfindən xx.xx.2020-ci il tarixdə imtina cavabı verilmişdir. 2002-ci ildən hazırki vaxtadək veteranlıq statusunun hər hansı bir inzibati akt olmadan ləğv edilməsi qanunsuzdur. Ona dövlət tərəfindən müəyyən edilmiş müavinətin bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə arayışın təqdim edilməsi üçün arayış tələb etmiş, lakin cavabdeh qurum xx.xx.2020-ci il tarixdə iddiaçıya imtina cavabı verərək arayışın ona verilməsinin mümkünsüz olduğunu bildirilmişdir. O, xx.xx.1993-cü ildə Abşeron rayon Hərbi Komissarlığında uçota düşmüş və xx.xx.2005-ci ildə Binəqədi rayonunda şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alındığı üçün Binəqədi rayon Hərbi Komissarlığında uçota düşmüşdür. İddiaçı hesab edir ki, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün, xx.xx.1999-cu il tarixdən Abşeron rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş veteran adının 2002-ci ildə hər hansı bir inzibati akt olmadan ləğv edilməsi qanunsuz olduğundan onun veteran statusunun olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.

9. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/2-4996 nömrəli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı ü çün İddiaçı xidməti barədə araşdırma aparmaq olmur. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci ildən __.09.1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır.

11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ***-**** nömrəli məktuba əlavə edilmiş tələbnamə ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci ildə məsuliyyətə cəlb edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 105 və 106-cı ma ddəsinin 2-ci hissəsi ilə məhkum olunaraq 1 il azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2322/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayo n şöbəsinin xx.xx.2022-ci il tarixli, 341 nömrəli məktubuna əlavə edilmiş “Abşeron rayonu üzrə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısı”nda iddiaçının adı qeyd edilmiş, ona müharibə veteranı adının və vəsiqəsinin xx.xx.1999-cu il tarixdə verildiyi, vəsiqə nömrəsinin 027236 olması göstərilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, 579 nömrəli məktubunda iddiaçının müharibə veteranı vəsiqəsinin ləğv edilməsinə dair hər hansı sənədin göndərilməsinin mümkün olmadığı qeyd edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-530/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə iddiaçının apellya siya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2322/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı olması haqqında arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1998-ci ildə fərariliyə görə yox, qüvvədən düşmüş Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və onun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə “müharibə veteranı adının verilməsi” Dövlət tərəfindən verilmiş xüsusi status hesab edilir və həmin statusun verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi komissiya tərəfindən yox lanılaraq həmin komissiyanın üzvləri tərəfindən protokol tərtib edilərək şəxsə müharibə veteranı statusu və vəsiqəsi verilir. Bir qayda olaraq əgər bu status xüsusi yaradılmış komissiya tərəfındən verilirsə, o zaman həmin status xüsusi yaradılmış komissiyanın qərarı və tərtib edilmiş protokolu əsasında ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçıya verilmiş veteran adının və vəsiqəsinin ləğv edilib-edilməməsi barədə cavabdeh quruma, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə sorğular vermiş, lakin həmin qurumlar bununla bağlı onlarda heç bir hüquqi sənədlərin olmaması səbəbindən həmin sənədləri məhkəməyə təqdim edə bilməmişlər. xx.xx.1990-cı il tarixli HB seriyalı ******* nömrəli hərbi biletin 6-7-ci səhifəsindəki qeydlərə əsasən iddi açı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/24996 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci h issəsinə, həmin Qanunun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə istinad etməklə imtina məktubunda göstərdiyi dəlilləri sadalamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qayda da və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasını n ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veri lmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində işt irak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.

1. Bu qayda Azərbaycan Respubli kası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ə razi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir....

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişd ir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin imtinasının dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliy in mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından, o cümlədən, iş materiallarındakı sənədlərdən iddiaçıya 15 mart 1999-cu ildə müharibə veteranı adı və vəsiqəsinin verilməsi öz təsdiqini tapır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 341 nömrəli məktubuna əlavə edilmiş “Abşeron rayonu üzrə müharibə vete ranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısı”nda iddiaçının adı qeyd edilmiş, ona müharibə veteranı adının və vəsiqəsinin xx.xx.1999-cu il tarixdə verildiyi, vəsiqə nömrəsinin 027236 olması göstərilmişdir.

35. Lakin iş materiallarında iddiaçının müharibə veteranı statusunun və vəsiqəsinin ləğv edilməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Cavabdehin apellyasiya instansiya məhkəməsinə ünvanladığı 14 aprel 2022-ci il tarixli, 579 nömrəli məktubunda iddiaçının müharibə veteranı vəsiqəsinin və veteran statusunun ləğv edilməsi göstərilsə də, ləğv edilmənin əsasları göstərilməmişdir.

36. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müharibə veteranı adı və vəsiqəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi komissiya tərəfind ən yoxlanılaraq həmin komissiyanın üzvləri tərəfindən protokol tərtib edilərək verilir. Əgər bu status xüsusi yaradılmış komissiya tərəfındən verilirsə, o zaman həmin status xüsusi yaradılmış komissiyanın qərarı və tərtib edilmiş protokolu əsasında ləğv edilməlidir.

37. İstər “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə verilmiş müharibə veteranı adının və vəsiqəsinin ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil.

38. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən əlverişli inzibati akt da ləğv edilə b ilər. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Cavabdeh məktubunda iddiaçının müharibə veteranı vəsiqəsinin və veteran statusunun ləğv edildiyini qeyd etsə də, “ləğv edilmə” yalnız söz ifadəsindən ibarət olmaqla, arxasında qanuni inzibati akt dayanmamışdır. Odur ki, məktubda “vəsiqənin və statusun ləğv edildiyi”nin yazılması, cavabdehin ləğv ilə bağlı inzibati akt qəbul etməsi kimi təfsir edilə bilməz. Belə olan halda isə, sözügedən məktub iddiaçının müharibə veteranı statusunun ləğv edilməsinin hüquqi əsası kimi qiymətləndirilə bilməz.

39. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-530/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar