Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-208/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X1 X4nə qarşı (üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X1 X4nə qarşı (üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı) “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2-1(103)-1190/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırıl ması İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 1999-cu il tarixli qeyriyaşayış sahəsinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı “Gilavar” kafesinin 156,5 kv.m əsas sahəsi, 31,1 kv.m köməkçi sahəsi olmaqla ümumilikdə 187,6 kv.m sahəsi və 201,8 kv.m torpaq sahəsi mövcud olmuşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 135 №-li xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi 882 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85 %-nin və həmin müəssisənin (obyekt in) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir.
3. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 4 №-li kafedə xx.xx.1995-ci il tarixdən bufetçi işləmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydən görünür ki, sifarişçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 1 ünvanında 882.0 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 324,8 kv.m olan qeyriyaşayış (4 saylı kafe (Gilavar)) sahəsinin 05 oktyabr 2016-cı il tarixinə bazar dəyəri 324,8 kv.m olan qeyriyaşayış sahəsi üzrə-156 000,0 (bir yüz əlli altı min) manat, 882,0 kv.m torpaq sahəsi üzrə - 200 000,0 (iki yüz min) manat qiymətləndirilmişdir.
5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) güzəştli satışa çıxarılan nizamnamə kapitalının 15 faizini 23400 manat məbləğində İddiaçı almışdır.
6. Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən verilmiş mədaxil qəbzlərindən, kassa mədaxil orderlərinin surətindən görünür ki, iddiaçı tərəfindən 2001, 2007, 2008, 2009, 2019, 2020, 2021-ci illər üzrə əmlaka görə xidmət haqqı ödənilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından çıxarışlardan görünür ki, sahəsi 324.8 kv.m olan ünvan 2 və onun yerləşdiyi 882 kv.m torpa q sahəsinin satışa çıxarılması ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 11:00-da, xx.xx.2019-cu il tarixdə saat 11:00-da, xx.xx.2021-ci il tarixdə saat 10:00-da, xx.xx.2021- ci il tarixdə saat 10:00-da hərracın elanları dərc edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli **********01 nömrəli bildirişi ilə iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanında yerləşən, 4 saylı kafenin (Gilavar) (324,8 kv.m. olan qeyri-yaşayış binasının, 882,0 kv.m torpaq sahəsi ilə birlikdə) 166300 (bir yüz altmış altı min üç yüz) manat dəyəri ilə təkrar olaraq hərraca çıxarılacağı və hərraca üç bank günü qalanadək həmin əmlakın 10% beh məbləğinin Komitənin depozit hesabına ödənilməsi bildirilmişdir. 9. “Kapital Bank” tərəfindən verilmiş 86-41 nömrəli kassa mədaxil orderindən görünür ki, Məmmədova Mətanət Nadir qızı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) satışı ilə bağlı hərracda iştirak etmək üçün ödəniş etmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Kiçik dövlət müəssisəsinin (obyektin, daşınar əmlakın, yarımçıq tikilinin), torpaq sahəsinin və nəqliyyat vasitəsinin özəlləşdirilməsi üzrə keçirilən hərracda iştirak etmək üçün sifarişdən görünür ki, Məmmədova Mətanət Nadir qızı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafeni (Gilavar) almaq istədiyini bildirmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid məti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən 01 №-li hərrac protokolundan görünür ki, Məmmədova Mətanət Nadir qızı ünvan 1 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata alması barədə hərracın qalibi olmuşdur.
12. Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, 85 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Məmmədova Mətanət Nadir qızı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən hərracın 01 №-li protokoluna əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sa həsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən satın almışdır. Özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən görünür ki, Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbə küçəsi, 249, 4 saylı kafenin (Gilavar) satışı ilə bağlı 166300 manat məbləğində pul vəsaitini Məmmədova Mətanət Nadir qızı ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən s ahəsi 324.8 kv.m olan əmlak kompleksi üzərində və onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində Məmmədova Mətanət Nadir qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 28412389 nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 85 %-i və onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində Məmmədova Mətanət Nadir qızının mülkiyyət hüququ xx.xx.2022- ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə və ünvan 2 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 15%-i üzərində İddiaçı mülkiyy ət hüququ xx.xx.2022-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Operatorunun xx.xx.2023-cü il tarixli 3-27-109-2/1164 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı göndərilmiş məktubun ştrix kod nömrəsi qeyd olunmadığı üçün sistem üzərindən də araşdırılması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X1 X4nə və Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri X4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti X1 X4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli hərracın və Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı arasında daşınmaz əmlakın alqısatqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli müqavilənin etibarsız hesab olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən qeydə alınmış daşınmaz əmlaka mülkiyyət hüququna dair müvafiq çıxarışın üçüncü şəxs Məmmədova Mətanət Nadir qızına nisbətdə ləğv edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məmmədova Mətanət Nadir qızı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin cavabdehlər siyahısından çıxarılmasını və Əmlak Məsələləri Dövlət Xidmətinin X1 X4 tərəfindən ünvan 1 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti ilə üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 fevral 1995-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanda yerləşən 4 saylı “Gilavar” adlı kafedə bufetçi vəzifəsinə təyin edilmiş və qeyri-yaşayış sahəsi həmin tarixdən etibarən İddiaçı istifadəsinə verilmişdir. İstifadədə olma faktı Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təqdim olunmuş kassa mədaxil orderinin qəbzləri ilə sübut olunur. 15 noyabr 2016-cı ildə İddiaçı istifadəsində olan əmlakın 15 faizini “Azərbaycan Respublikasın da Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6-cı maddəsində müəyyən olunmuş qaydada, əmək kollektivinin üzvü kimi güzəştli şərtlə əldə etmiş, nəticədə həmin qeyri-yaşayış sahəsinin 15 faizinə münasibətdə mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi (hal-hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin X1 X4) tərəfindən adı çəkilən əmlakın 15 faizinin mülkiyyətçisi İddiaçı əmlakın satın alınması barədə heç bir yazılı təklif və ya bildiriş təqdim edilmədən, əmlak, eləcə də həmin əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsi ümumi hərraca çıxarılmış və xx.xx.2022-ci il tarixində qanunsuz olaraq keçirilən hərracla Məmmədova Mətanət Nadir qızma satılmış, nəticədə Əmlak Məsələl əri Dövlət Xidməti ilə Məmmədova Mətanət Nadir qızı arasında daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2022ci il tarixli 85 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən Məmmədova Mətanət Nadir qızının obyektin 85 faizinə, eləcə də əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsinə olan mülkiyyət hüququ müvafiq çıxarışla qeydə alınmışdır. 15 noyabr 2016-cı ildə keçirilən hərrac nəticəsində dövlət müəssisəsinin ilkin start qiymətinin 15 faizi İddiaçı tərəfindən satın alınmış və həmin hissəyə münasibətdə mülkiyyət hüququ müvafiq dövlət orqanında qeydiyyata alınmışdır. Bundan sonra əmlakın 15 faizi İddiaçı, qalan 85 faizi isə dövlət mülkiyyəti olmaqla ümumi paylı mülkiyyət münasibətləri yaranmış və ye nə 100 faiz həcmində İddiaçı istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmçinin həmin Məcəllə ilə müəyyən olunmuş qaydaya əsasən paylı mülkiyyətin ümumi hərraca çıxarılması yalnız bütün mülkiyyətçilərin razılığı və ya məhkəmə qərarı əsasında mümkündür. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. İddiaçı həmin əmlaka olan pay hüququ əmlakın üçüncü şəxsə satılması yolu ilə özəlləşdirilməsi və hərracların keçirilməsi zamanı nəzərə alınmalı idi. Lakin adı çəkilən obyekt Mülki Məcəllənin sadalanan normalarının kobud şəkildə pozulması ilə İddiaçı hər hansı bir yazılı bildiriş təqdim edilmədən, obyektin naturada bölünməsi və ya kompensasiya edilməsi məsələsi həll edilmədən, İddiaçı ilə razılaşdırılmadan və barəsində hər hansı bir məhkəmə qərarı olmadan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz olaraq hərraca çıxarılmışdır. Eyni zamanda "A zərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının” 4.6.2-ci maddəsinin “b” bəndinə əsasən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. Qeyd olunan “Gilavar” adlı kafenin istifadəsinə dair rəsmi icarə müqaviləsi mövcud olmasa belə həmin müəssisənin istifadəsinə dair yaranmış münasibətlər hüquqi baxımdan icarə münasibətlərinin xarakterinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Buna görə də həmin münasibətlər icarə münasibətləri kimi qəbul olunmalı və obyektin müqavilə üzrə icarəçisi olmadığından müəssisənin start qiymətinin 85 faizi ilk növbədə obyektin bütünlükdə istifadəçisi və 15 faizinin mülkiyyətçisi olan İddiaçı təklif edilməli idi. İcarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır. Adı çəkilən Dövlət Proqramında əmlakın icarəçisinin, eləcə də əmək kollektivinin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı keçirilən hərracda iştirak hüququ da nəzərdə tutulmuşdur. X2 6.4-cü m addəsinə əsasən kiçik müəssisənin hərraca çıxarılan hissəsinin (müəssisənin nizamnamə kapitalının, obyektin start qiymətinin 85%-nin) hərrac qalibi əmək kollektivi olduqda, bu hissə 100% hesab edilməklə, hərrac qiymətinin 30%-i müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 (beş) bank günü ərzində vəkil olunmuş şəxs tərəfindən pulla ödənilir, hərrac qiymətinin 30%-i üzrə ödənişi həyata keçirən alıcılara hərrac qiymətinin 30%-i həcmində güzəşt edilir (bu hissə əmək kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə əvəzsiz verilir), 40%-i isə alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 ildən gec olmayaraq vəkil olunmuş şəxs tərəfindən ödənilir. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramının 9.1-ci maddəsinə əsasən özə lləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Nəzərə alsaq ki, adı çəkilən əmlakın dövlətə məxsus olan 85 faizi özəlləşdirilməzdən əvvəl İddiaçı həmin əmlakın 15 faizinin mülkiyyətçisi idi, o zaman əmlakın yerləşdiyi torpaq sahəsi də İddiaçı təklif edilməli idi. Bundan əlavə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4.0.1-ci maddəsinə əsasən həmin qanun istisna hal kimi özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin y erləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinə aid edilə bilər. Belə olan halda isə qanunun tələbinə əsasən adı çəkilən obyektin yerləşdiyi 882 kv.m torpaq sahəsi deyil, həmin obyektin altında yerləşən 324,8 kv.m torpaq sahəsi özəlləşdirilə bilərdi. 1995-ci ildə obyekt istifadəyə verilərkən obyektin 156,5 kv.m əsas sahə, 31,1 kv.m köməkçi sahə olmaqla ümumilikdə 187,6 kv.m ərazisi mövcud olmuşdur. Həmin fakt istifadəçi İddiaçı təqdim edilmiş 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunda öz əksini tapmışdır. İstifadə dövründə İddiaçı tərəfindən tədricən xeyli miqdarda vəsait xərclənməsi hesabına obyektin sahəsi genişləndirilmiş və hazırda 324,8 kv.m təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti isə obyektin sahəsinin istifadəçi tərəfindən genişləndirilməsi ni nəzərə almadan tam həcmdə, yəni 324,8 kv.m həcmində hərraca çıxarmış və özəlləşdirmişdir. Eyni zamanda 2-ci Dövlət Proqramının 9.2-ci maddəsinə əsasən üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Obyektin 1995-ci ildən indiyədək genişləndirilmiş 137,2 kv.m sahəsinin İddiaçı tərəfindən inşa edildiyini nəzərə alaraq həmin obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramının 9.2-ci maddəsində nəzərdə tutulan qaydada aparılmalı idi. Beləliklə, qeyd olunanlara əsasən ünvan 1 ünvanda yerləşən 4 saylı “Gilavar” adlı kafeyə və həmin obyektin yerləşdiyi 882 kv.m torpaq sahəsinə münasibətdə, əmlakın digər mülkiyyətçisi eyni zamanda əmək kollektivinin üzvü olan İddiaçı əmlakı satın alması barədə hər hansı bir təklif edilmədən, əmlakın dövlət mülkiyyətində olan hissəsinin ümumi hərraca çıxarılması, eləcə də başqa şəxsə satılması mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə ziddir və həmin hərrac etibarsız hesab edilərək nəticələri ləğv edilməlidir.
19. Cavabdehin etirazında bildirilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4 saylı kafen in (Gilavar) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85 %-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Bildiririk ki, müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra yuxarıda qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və Komi tənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Qeyd olunan əmlak və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi Məmmədova Mətanət Nadir qızı tərəfindən özəlləşdirilmiş və bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müəssisənin əmək kollektivinin üzvü İddiaçı güzəştli satışda iştirak etmişdir və onlara müəssisənin qiymətinin 15 faizi dəyərində əmlakın alınmasına dair mülkiyyət hüququnu təsdiq edən bildiriş verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin yalnız 15%-i üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur, Komitə t ərəfindən hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin 85 faiz hissəsi və onun yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş və ona dair iddiaçı heç bir hüquqa malik olmamışdır. Beləliklə mübahisənin predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ olmuşdur. Qeyd olunan əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəsmi qaydada elan verilmiş, Komitə hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımamışdır. Belə olan halda hesab edir ki, iddiaçının mübahisəli əmlakın yalnız əmək kollektivi üzvlərinə satışa yönəldilən 15% hissəsi ilə bağlı iddia qaldırmaq hüququ ola bilərdi ki, qeyd olunan hissə ilə bağlı Komitə tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Qeyd edir ki, mübahisəli əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, əmlakın özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçı mübahisəli əmlak üzərində rəsmi reyestrdə qeydə alınmış hər hansı hüquqlara malik olmadığı halda, özəlləşdirmənin “Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.2-ci maddəsi uyğun olaraq “İcarəyə verilmiş dövlə t əmlakının satışı” qaydalarına uyğun olaraq aparılması ilə bağlı mövqeyi əsassızdır. Bundan əlavə iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 85 faizinin özəlləşdirilməsindən qabaq həmin sahənin 15 faizinin ona məxsus olduğunu, bu səbəbdən də mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin özəlləşdirmədən qabaq ona təklif olunmalı olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın altıncı hissəsinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, qeyd olunan qaydalara uyğun olaraq kiçik müəssisələr özəlləşdirilərkən yalnız m üəssisənin (obyektin) start qiymətinin 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada satışı nəzərdə tutulur. Məhz qeyd olunan qaydalara uyğun olaraq mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamla müəssisənin (obyektin) 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada, əmlakın qalan 85 faizinin və müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərraclar vasitəsilə satışı yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Mübahisə predmeti olan əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “www.emdk.gov.az” rəsmi internet saytında və “www.privatization.az” özəlləşdirmə portalında elan verilmiş, eyni z amanda əmək kollektivinin üzvü olan İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar barəsində əvvəlcədən Komitə tərəfindən məlumatlandırılmış və ona bu barədə bildiriş təqdim edilmişdir (qəbzin surəti əlavə olunur). Baxmayaraq ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə keçiriləcək hərrac barədə Komitə tərəfindən rəsmi elan verilməsi vəzifəsi istisna olmaqla, əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan bildirişlərdə müəssisənin (obyektin) satılmadığı halda y enidən hərraca çıxarılacağı və təkrar hərrac barədə məlumatın bildirişdə qeyd olunan mətbu orqanında və Komitənin rəsmi internet səhifəsində əks olunacağı iddiaçıya bildirilmişdir. Beləliklə qanunvericilikdə Komitənin hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımadığı halda, Komitə tərəfindən iddiaçıya təqdim olunmuş bildirişlərdən görünür ki, iddiaçı mübahisəli əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərrac yolu ilə özəlləşdirilməsindən məlumatlı olmuş və mübahisə predmeti olan əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ ona izah olunmuşdur. Göründüyü kimi qeyd edilən mübahisə predmeti olan qeyri-ya şayış və onun yerləşdiyi torpaq sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Xidmətin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bundan əvvəl mübahisə predmeti olan qeyri-yaşayış və onun yerlədiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sərəncam qəbul edilməsindən və əmlaka dair keçirilmiş hərraclardan məlumatlı olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan əmlak Mətanət Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixində özəlləşdirilmiş və 1 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisəl əndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinə dair qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7146/2023 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti X1 X4 tərəfindən ünvan 3 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmışdır.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya sözügedən qeyriyaşayış sahəsi həmin vaxt balanssaxlayıcıda olmuş ölçülərdə verilməmiş (17 avqust 1999cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə), sonradan da iddiaçının iddia etdiyi kimi orada artırmalar, yenidənqurma və s. işlərin görüldüyü araşdırılmamış, mövcud əmlakın qiymətləndirilməsi aparılmadan qalan 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi hərraca çıxarılaraq 3-cü şəxsə satılmışdır. Bu isə o deməkdir ki, mübahisələndirilən hərracdan əvvəl əmlakın 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi dövlət fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, yuxarıda qe yd olunan tələblərə uyğun olaraq balanssaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında (iddiaçı özəlləşdirdikdən sonra) həmin əmlak dövlət əmlakının registrinə yeni ölçülərlə daxil edilməmişdir. Buradan aydın olur ki, 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə balanssaxlayıcıda olmuş ölçülərlə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydəki ölçülərin və 3-cü şəxs tərəfindən özəlləşdirmədən əvvəl əmlakın hansı ölçülərdə olması barədə qiymətləndirmə aparılmamış, bu məqamlara cavabdehin nümayəndəsi məhkəmədə aydınlıq gətirməmiş, əlavə torpaq sahəsinin zəbti halının baş veribverməməsi, həmin torpaq sahəsinin dövlət fondunda olmaqla özəlləşdirilən əmlaka yaxud müvafiq icra hakimiyyətinin (Bakı şəhər icra hakimiyyətinin) idarəçiliyinə ver ilmiş torpaq sahəsi olub-olmaması halları aidiyyəti qurumlardan rəy alınmadan və ilk növbədə də iddiaçının iştirakı ilə araşdırılmamışdır.
22. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 7-ci bəndinə görə özəlləşdirmədən əvvəl özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə daxil olan binaların, qurğuların, ötürücü qurğuların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, iş alətlərinin, istehsal və təsərrüfat inventarlarının, digər növ əsas vəsaitlərin, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoy ulan kapital qoyuluşlarının və başqa əmək vasitələrinin, həmçinin balansda əks olunan qeyri-maddi aktivlərin, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqlarının, qeyri-maddi aktivlərin, müəssisənin quraşdırılmamış avadanlıqlarının və başa çatdırılmamış əsaslı tikintisinin, müəssisənin uzunmüddətli maliyyə qoyuluşlarının, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.), dövlət və digər borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşlarına, müəssisə balansının aktivindəki “Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər” bölməsinin digər maddələrinin cavabdeh tərəfindən araşdırılması da iş üzrə sübuta yetirilmir. Həmçini n də özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılması da cavabdeh tərəfindən əsaslandırılmamışdır.
23. Bütün bunlar isə dövlət əmlakının satılması üzrə hərracın müvafiq qanunvericiliyin tələblərinə riayət olunmadan formal olaraq keçirildiyinə dəlalət edir. Buna görə də, iddia əsaslı olduğundan keçirilmiş hərracın yekun protokolu və onun nəticələri etibarsız hesab edilməlidir.
24. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Preziden tinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş obyektin mülkiyyətçisi olan iddiaçıya təklif etməli, əgər iddiaçı torpaq sahəsini satın almaqdan imtina edirsə (bu halı isə cavabdeh məhkəmədə sübut edə bilməmiş), onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada iddiaçının satınalma hüququ ilə icarəsinə verilməli idi. Bu həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşd irilməsinin İİ dövlət proqramı”nın 9.2-ci bəndinin mütləq tələbidir. Həmin bəndə görə Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.
25. Beləliklə də Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” qaydalarına əsasən özəlləşdirmə əqdləri Azərba ycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edildiyindən hazırki iş üzrə hərracın nəticələri üzrə 3-cü şəxslə bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Göründüyü kimi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan mülkiyyət hüququna qanunsuz olaraq müdaxilə edilmişdir.
26. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Eyni zamanda həmin qərardan üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və K.H.Əkbərov) 31 iyul 2024-cü il tarixli, 21(103)-1190/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı “Gilavar” kafesinin 156,5 kv.m əsas sahə si, 31,1 kv.m köməkçi sahəsi olmaqla ümumilikdə 187,6 kv.m sahəsi və 201,8 kv.m torpaq sahəsi mövcud olmuşdur. Sonradan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən qeyri-yaşayış sahəsinin bazar dəyəri 324,8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə -156.000,0 (bir yüz əlli altı min) manat, 882,0 kv.m torpaq sahəsi üzrə - 200.000,0 (iki yüz min) manat qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 135 №li xx.xx.2016-cı il tarixli sərəncamı ilə özəlləşdirməyə çıxarılmışdır. Göründüyü kimi, mübahisələndirilən hərracdan əvvəl əmlakın 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi dövlət fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, balanssaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında (iddiaçı özəlləşdirdikdən sonra) həmin əmlak dövlət əmlakının registrinə yeni ölçülərlə daxil edilməmişdir. Bununla da 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə balanssaxlayıcıda olmuş ölçülər, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydəki ölçülər və 3-cü şəxs tərəfindən özəlləşdirmədən əvvəl əmlakın hansı ölçülərdə olması barədə qiymətləndirmə aparılmamış, əlavə tikili və yenidənqurma işlərinin aparılması, eləcə də əlavə torpaq sahəsinin zəbt edilməsi hallarının baş verib-verməməsi araşdırılmamışdır. Mübahisələndirilən qeyriyaşayış və torpaq sahələri dövlət fonduna aid olmaqla dövlət əmlakı hesab edilir. Dövlət orqanlarının balansında olan dövlət əmlakı barədə dövlət əmlakının mərkəzi regi strində qeydiyyat aparılır. Daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişiklik dövlət registrində qeydə alınır.
30. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Eyni zamanda həmin qərardan üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin dəlilləri
32. Kassasiya şikayəti etirazın və apellyasiy a şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətində qeyd olunanlara hər hansı əhəmiyyət verməmiş, formal olaraq birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, Ali Məhkəmənin 2(102)-1443/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət əmlakının özəlləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirildiyindən, qeyd olunan qərar mübahisələndirilmədən, hərrac protokolunun və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə baxılmasının yolverilməz olduğunu bildirilmişdir. Məlumat üçün bildirək ki, bununla bağlı analoji işlə r üzrə Ali Məhkəmənin bir neçə qərarı elektron kabinetə yerləşdirilsə də, məhkəmə tərəfindən qeyd olunan məhkəmə qərarlarına hər hansı əhəmiyyət verilməmiş, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi pozularaq qanunsuz qərar qəbul edilmişdir. b) Məmmədova Mətanət Nadir qızının kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən aidiyyət məsələsi düzgün tənzimlənməmişdir. Belə ki, iddianın son dəqiqləşdirilmiş formasından da göründüyü kimi, iddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin cavabdehlər siyahısından çıxarılmasını və Ə mlak Məsələləri Dövlət Xidmətinin X1 X4 tərəfindən ünvan 1 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs Məmmədova Mətanət Nadir qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir”. Mübahisələndirilən iddianın predmetini əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə inzibati akt olan qərar təşkil etmir. Əksinə, iddianın predmetini müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nətic ələrinin rəsmiləşdirilməsi ilə bağlı mülki mübahisə təşkil edir. Hazırkı mübahisəyə baxan instansiya məhkəmələri tərəfindən, mübahisə üzrə hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmamış, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməmişdir. Beləliklə də, apellyasiya instansiyası (birinci instansiya məhkəməsi də daxil olmaqla) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 09 saylı Qərar ının 6.3-cü bəndinin tələblərinə riayət edilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məq sədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 36. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tə rəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. Maddə
8. Dövlət əmlakının satıcısı 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə
15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Maddə
16. Dövlət əmlakının özəlləşdirilməsi üsulları 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ix tisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
25. Dövlət əmlakının özəlləşdirilməsi haqqında məlumat 25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. Maddə
31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi 31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi; 31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər.
37. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: Bənd 6.1. Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: Azərbaycan Respublikasının qanunver icilik aktları ilə müəyyən edilmiş qaydada kiçik müəssisənin nizamnamə kapitalı (obyektin start qiyməti) müəyyən olunur; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i İİ Dövlət Proqramının 4.2-ci bölməsində nəzərdə tutulmuş qaydada əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin satış qiymətinin) 85%-i İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulmuş satış üsuluna uyğun olaraq satılır. Bənd 9.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və ob yektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bənd 9.2. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.
38. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə v ə obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə Bənd
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Bənd
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Bənd
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Bənd 11.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdiril miş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Bənd
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və to rpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. M addə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum qalmır.
44. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” Sərəncamı ilə bu sərəncamda göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin (o cümlədən ünvan 1 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsi) özəlləşdirilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85%-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmiş və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 15%-i üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra yuxarıda qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi iş üzrə 3-cü şəxs olan Məmmədova Mətanət Nadir qızı tərəfindən özəlləşdirilmiş, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 324.8 kv.m 85%-i üzərində, habelə bütövlükdə onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bir hissəsinin, çıxarışda qeyd edilən 324.8 kv.m olan sahənin 15%-nin paylı mülkiyyətçisi olmuş, mübahisələndirilən əmlak və altındakı torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur.
47. Qanunvericiliyin tələbinə əsasən əvvəl torpaq sahəsinin satın alınması həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməli, ə gər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Lakin hazırkı işdə iddiaçı hərraca cəlb edilməmiş, cavabdeh tərəfindən əmlak kompleksinin qalan 85%-nin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışa çıxarılması barədə iddiaçıya heç bir məlumat verilməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi mühüm tələbi pozulmuşdur.
48. Cavabdeh hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlərin göndərildiyinə istinad etsə də, həmin bildirişlərin iddiaçıya rəsmi təqdim edilməsinə dair iş materiallarında sübut mövcud deyildir.
49. Göründüyü kimi üzərində özəlləşdirilmiş tikili olan, eyni zamanda dövlət mülkiyyətində olan 882,0 kv.m torpaq sahəsini cavabdeh mübahisələndirilən alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın və “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl edərək əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə, hazırkı halda iddiaçıya təklif edilməsi, habelə bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməsi hazırki işdə müəyyən edilmir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 21(103)-1190/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.