Məhkəmə qərarları › İş №2-1(102)-2080/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2080/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2080/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2080/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri) qarşı torpaq sahəsinin hüquqi qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə (hal-hazırda 1 saylı Bakı Ərazi idarəsi) qarşı i ddia ərizəsi ilə xxxx 2014-cü il tarixində 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4806/2014 saylı, xxxx 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim T.Əsədova). X3 xxxx 2017-ci il tarixində vəsatətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmənin 31 oktyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,03 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə Aygün Mahmudovanın vəsatəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2014-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraat təzələnmiş, Aygün Mahmudova məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81) 2381/2018 saylı, xxxx 2018- ci il tarixli qərarı ilə iddi a tələbi təmin edilməmişdir (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı ilə (E.Nağıyeva sədrlik edən-məruzəçi, hakimlər H.Həmidov və X.Sarıyev) İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, birinci instansiya məhkəməsinin xxxx 2014-cü il tarixli qərarı icra edilmiş, hüquqlar dövlət qeydiyyatına alınmış, xxxx 2015-ci il tarixli, ******* saylı çıxarış və texniki pasport verilmiş, bundan təxminən 3 il sonra üçüncü şəxs vəsatət verərək, həmin yerə 20 il əvvələ sərəncamı olmasını bildirməklə xxxx 2004-cü il tarixli, 43 saylı yerləşmə cizgisini məhkəməyə təqdim etmişdir. Həmin cizgidə 300 kv.metr yerin olması və yerin 1-ci yaşayış massivi, X1 küçəsi, 1 a-da olması göstərilir. xxxx 1998-ci il tarixdə verilməsi iddia olunan sərəncamda X1 yox, X1 adı var. Bu sərəncamda X1 və başqa 11 nəfərin hər birinə 600 kv.metr torpaq sa həsi verilməsi göstərilsə də, nəinki yerin X1 küçəsi, 1 a-da olması, heç 1- ci yaşayış massivində olması da göstərilməmiş, sərəncamın verilməsinə əsas verən sənədlər də olmamışdır. Yerləşmə cizgisində yerin 300 kv.metr olması göstərilsə də, faktiki 270 kv.metr olmaqla, 10 ildən artıqdır ki, hasarlanmış, iddiaçının istifadəsindədir, iddiaçının bələdiyyədən qanuni əsaslarla aldığı yerin sərəncamda göstərilən 600 kv.metr torpaqla heç bir əlaqəsi yoxdur. İddiaçı vəsatətlər verərək iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası və sənədlərin rekvizitlərinin tədqiqi ekspertizasının keçirilməsini, üçüncü şəxsin sərəncamının ləğv edilməsinə dair iddiaya məhkəmədə baxılana kimi işin icraatının dayandırılmasını xahiş etmiş, lakin vəsatətlər təmin edilməmişdir. xxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamda təkcə üçüncü şəxsin yox, 12 nəfərin adı göstərilmişdir. Halbuki torpaq sahələrinə sərəncam fərdi qaydada verilir. Sərəncamda adları göstərilən 12 nəfərdən arxivdə yalnız üç nəfərin onlara torpaq sahəsi verilməsinə dair ərizələri var. Üçüncü şəxsin isə ona torpaq verilməsinə dair ərizəsi belə yoxdur. İstisna deyil ki, bir nəfərə və ya bir neçə nəfərə bir sərəncam olub. İllər keçdikdən sonra Badamdar qəsəbəsində uyğun yer tapıb torpağı kiməsə satmaqla yeni alıcının adı sərəncamda artırılıb, sənədin əsli isə məhv edilib. Üçüncü şəxsin adı qeyd edilmiş xxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamda ştamp və sərəncam sözü latın, mətn isə kiril əlifbası ilə yazılmışdır. Halbuki bu sərəncamdan 15 gün əvvəlki, xxxx 1998-ci il tarixli,1860 saylı, iddiaçıya köhnə bağ yaşayış massivində es kiz-layihə ilə fərdi ev tikintisinə razılıq verilməsinə və mübahisələndirilən sərəncamdan 5 ay 14 gün sonra X5 qanuni əsaslarla 6 sot torpaq sahəsi verilməsinə dair Səbail İHB-nın xxxx 1999-cu il tarixli, 653 saylı sərəncamı var. Bu sərəncamlarda mətn də, ştamp da, sərəncam sözü də kiril əlifbası ilə makinada yazılmışdır. Göründüyü kimi, mübahisələndirilən sərəncamdan 15 gün əvvəl də, 5 ay 14 gün sonra da sərəncamlar kiril əlifbası ilə makinada çap edilmişdir. Latın əlifbasına dövlət orqanları 2000-ci ilin sonlarından keçmişlər. Əgər xxxx 1998-ci il tarixdə, sərəncam 1860 saylı olubsa həmin ilin xxxx tarixində 1971 saylı ola bilməzdi. Belə ki, 11 ay 15 günə 1860 sərəncam verilibsə bu hər 15 günə orta hesabla 80 sərəncam verilməsi anlamı verir. xxxx xx dekabra kimi isə sənədə əsasən 111 sər əncam düşür. Beləliklə üçüncü şəxsin adı qeyd edilmiş sənədin dəyişdirilməsi və ya sonrakı illərdə ön tarixə yazılması rəsmi sənədlərlə də təsdiq olunur. Üçüncü şəxsin 82 illik etibarnaməni xxx 2017-ci il tarixində verdiyi və arxiv arayışı bundan sonra alındığı halda, 2004-cü ildə yerləşmə cizgisinin ona verilməsi mümkün deyildir. Belə ki, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin sorğuya verdiyi xxxx 2013-cü il tarixli, 135 saylı cavabda birmənalı göstərilir ki, yerləşmə cizgisi verilməsi üçün İH-nin müvafiq sərəncamı, sərəncamın arxiv çıxarışı və vətəndaşın ərizəsi tələb olunur. xxxx 2004-cü il tarixli yerləşmə cizgi sənədində qeydiyyat nömrəsinin 43 olması göstərilir. Bu sənəddə qonşu torpaqlar haqda məlumat yoxdur. Yerləşmə cizgisində tərtibçi mem arın adı və imzası yoxdur. Yerləşmə cizgisini yalnız mütəxəssis-memar tərtib edə bilər. Bu sənədlərdən də aydın görünür ki,43 saylı sənəddəki Muxtarovun imzası digər sənədlərdəki imzası ilə uzlaşmır və onun sənəddə imzası oxşadılmışdır. Sənədin saxtalığına ən mötəbər sübutlardan biri isə göstərilən sənədlərdə, yəni 10 fevraldakı sənəddə qeydiyyatın 118, xxxx sənəddə qeydiyyatın 194,18 sentyabrdakı sənəddə qeydiyyatın 1382 nömrəli olduğu halda martda qeydiyyatın 43 nömrəli olmasıdır. Göründüyü kimi ardıcıllıqla - xxxx qeydiyyat nömrəsi 118, xxxx isə 194 olmuşdur ki, bu da martda 43 saylı qeydiyyat aparılmasını mümkünsüz edir. Vəsatətə əlavə edilmiş Badamdar nümayəndəliyinin məktubunda ştampın 2005-ci ildə dəyişdirilib RİH-ə təhvil verilməsi göstərilir. 2005-ci ilə kimi nümayəndəliyin ştampı köhnə kiril əlifbası ilə olub. Təqdim olunan xxxx 2004-cü il tarixli, 43 saylı yerləşmə cizgisindəki ştamp isə latın hərfləri ilədir ki, bu da həmin sənədin 2004-cü ildə yox, son vaxtlarda tərtib edilməsini bir daha təsdiq edir. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxslər X3, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ün van Reyestri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxslər X3, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib e tməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı və vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar bələdiyyəsinin 199 nömrəli, xxxx 2007- ci il tarixli qərarı ilə Badamdar qəsəbəsi, Badamdar şosesinin kənarında olan 270 kv.m torpaq sahəsi iddiaçının adına sənədləşdirilmiş, iddiaçı torpaq alqı-satqısı üçün 1130 manatı bələdiyyəyə ödəmiş, bu barədə iddiaçı ilə Badamdar bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, məhkəmə qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının xüsusi mülkiyyətinə verilmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xxxx 1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsində 12 nəfərə, o cümlədən X2 600 kv.m torpaq sahəsi ayrılmış və Badamdar qəsəbəsi, S.İbrahimxəlil küçəsi, döngə 1B ünvanında ayrılmış 300 kv.m torpaq sahəsinin cizgisi tərtib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərk əzinin birinci instansiya məhkəməsinə ünvanlanmış xxxx 2017-ci il tarixli məktubuna əsasən Səbail rayonu Badamdar bələdiyyəsinin 199 nömrəli, xxxx 2007-ci il tarixli qərarı Mərkəzə daxil olmamış, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin müvafiq məlumatlarına əsasən sözügedən torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsinin ərazisində yerləşir və Badamdar bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq olunmadığı üçün sözügedən ərazi dövlət mülkiyyətinə aid edilir, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən torpaq sahəsi 9-mərtəbəli binanın həyətindəki yaşıllıq zonasında yerləşir və bələdiyyə ərazisinə aid deyil, Dövlət Arxivinin Bakı Filialının 01 noyabr 2018-ci il tari xli məktubuna X4 barədə sərəncamın qüvvədən düşməsi barədə Dövlət Arxivinin Bakı Filialında heç bir məlumat yoxdur. Sərəncamda vətəndaşın adı “X1” deyil “X1” kimi qeyd edilmiş, həmçinin həmin təşkilatın eyni tarixli digər məktubunda, Badamdar bələdiyyəsinin arxiv sənədlərinin, o cümlədən xxxx 2007-ci il tarixli, 199 saylı qərarının Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilərək, bununla bağlı Badamdar bələdiyyəsinə müraciət edilməsi tövsiyyə olunmuş, işin apellyasiya baxışı zamanı Badamdar bələdiyyəsinə ünvanlanmış məhkəmə sorğusunda bələdiyyənin 199 nömrəli, xxxx 2007-ci il tarixli qərarının, qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin, torpağın alqı-satqısına dair aktın, torpağın bələdiyyəyə məxsusluğunu təsdiq edən sənədlərin məhkəməyə göndərilməsi xahiş edilmiş, Bad amdar bələdiyyəsinin xxxx 2018-ci il tarixli, 99 nömrəli məktubunda, xxxx 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Badamdar bələdiyyəsinə torpaq sahəsinin ayrılması barədə 2000-2007-ci illər ərzində olan sənədlər yandırılma yolu ilə məhv edildiyi üçün məsələyə münasibət bildirilməsinin imkan xaricində olduğu qeyd edilmiş, məktuba sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surəti əlavə edilsə də, aktda, qərarların məhv edilməsi qeyd edilməmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı ilə Badamdar bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş akt iddiaçı, Badamdar bələdiyyəsinin sədri X6 və Şəhər Torpaq şöbəsinin müdiri X8 tərəfindən imzalansa da, həmin akt X1 tərəfindən imzalanmamış, iddiaçı ya torpaq sahəsi ayrılması haqqında müvafiq icra hakimiyyəti orqanının rəyi olmamış, həmçinin, həmin aktın iş materiallarına yalnız kserosurəti əlavə edilmiş, məhkəmə iclası zamanı iddiaçıya həmin aktın əslinin təqdim edilməsi təklif edilsə də o, aktın əslinin onda olmadığını bildirmiş, iş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətində İddiaçı aid xxxx 2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ****** qeyd olunmuş, lakin aktda xxxx 2007-ci il tarixli qərara istinad olunmuş, beləliklə də həmin aktın tərtib edilməsi xxxx 2011-ci il tarixinədək xronoloji baxımdan qeyri-mümkün olmuş, Badamdar bələdiyyəsinin xxxx 2007-ci il tarixli, 199 nömrəli qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinə daxil olmamış, Dövlət Arxi vinin Bakı Filialına təhvil verilməmiş, Badamdar bələdiyyəsi həmin qərarın əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilmədiyindən, həmin qərar qanuni əsaslarla qəbul olunmamış, Badamdar bələdiyyəsinin mübahisəli ərazi barəsində sərəncam vermək səlahiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, isti fadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublika sı vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. İddiaçının kassasiya şikayətində üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında Səbail RİH başçısının xxxx 1998-ci il tarixli sərəncamının saxta sənəd olmaqla etibarsız olduğu qeyd edilmişdir. Hazırkı mübahisə üçüncü şəxsə verilmiş sərə ncamın qanuni yaxud qanunsuz olması ilə əlaqədar olmadığından, məhkəmə kollegiyası rayon icra hakimiyyəti başçısının həmin sərəncamına və kassasiya şikayətinin əsasən işin faktiki halları ilə bağlı dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini mümkün hesab etmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2014-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi və artıq icra edildiyi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM)28-ci maddəsinin şərh edilməsinə dair xxxx 2017-ci il tarixli qərarında təsbit olunan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorun an maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsasl andırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.” Konstitusiya Məhkəməsi Plenumunun qərarda qeyd olunan hüquqi mövqeyinə görə işə cəlb edilməyən, lakin məhkəmə qərarı qanuni maraqlarına toxunan şəxslərin işə cəlb edilməsi İPM-in 28-ci maddəsinin tələbləri qaydasında həll edilməlidir. Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir, birinci instansiya məhkəməsinin xxxx 2014-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilmiş olsa belə, məhkəmə icraatına cəlb edilməyən şəxsin hüquq və maraqlarına toxunduğundan birinci instansiya məhkəməsi həmin qərarı ləğv edərək işə yenidən baxmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı ilə Badamdar bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın X1 tərəfindən imzalanmadığını, iddiaçıya torpaq sahəsi ayrılması haqqında müvafiq icra hakimiyyəti orqanının rəyinin olmadığını, iş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətində İddiaçı aid xxxx 2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin ***** seriya nömrəsinin qeyd olunduğuna görə həmin aktın tərtib edilməsinin xxxx 2011-ci il tarixinədək xronoloji baxımdan qeyri-mümkün olduğunu, həmçinin Badamdar bələdiyyəsinin xxx 2007-ci il tarixli, 199 nömrəli qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinə də daxil olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin t əmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar