Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2080/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1948, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1771/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 1 dekabr 2001-ci il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) təminat xərcl iyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya təyin edilmiş pensiya 27 aprel 2021-ci il tarixdə cavabdeh orqanın “Pensiyanın yenidən hesablanması barədə” Qərarı ilə 892,80 manat məbləğində təminat xərcliyinin 40 faiz həcmində, 357,12 manat məbləğində hesablanmışdır.
3. İddiaçı təminat xərcliyinin 80 faizi həcmində pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir.
4. İddiaçının müraciəti ilə əlaqədar cavabdehin 16 may 2021-ci il tarixli **********6 saylı məktubunda qeyd olunmuşdur ki, X1 vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 dekabr 2001-ci il tarixində İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda, mərhum Tosif Mirzəyevin övladı X2 Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləl çilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir. Emil Mirzəyevin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (892,80 manat) 40 (80/2=40) faizi - 357,12 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1690,32 mana t fərq məbləği cari ilin may ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 211,29 manat) pensiyanın (357,12 manat) üzərinə əlavə olunmaqla (357,12+211,29=568,41 manat) müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında tə yin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 35 ildən artıq müddət ərzində Astara Rayon Hərbi Komissarlığında müxtəlif vəzifələrdə çalışmış, 25 noyabr 2001-ci il tarixində xəstəlikdən vəfat etmişdir. İddiaçıya 2005-ci ilədək İİ qrup əlilliyə görə pensiya təyin olunmuş, 2005-ci ildən etibarən isə yaşa görə pensiya təyin edilmişdir. Həm pensiya yaşına çatdığı üçün, həm də İİ qrup əlil olduğu səbəbindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 2021-ci ilin may ayına kimi ailə başçısını itirdiyinə görə iddiaçıya 313 manat pensiya verilmişdir. Lakin həmin məbləğ doğru hesablanmamış, ərinin hərbi qulluqçu olması və 2017-ci ildən hərbçilərin ailələrinə vəfat etmiş hərbçinin qazancının 80 faizi miqdarında pensiyanın verilməsi nəzərə alınmamışdır. Cavabdehə ailə başçısının itirilməsinə görə aldığı pensiyanın 80% miqdarında təyin edilməsi və yığılmış borcun ödənilməsi ilə bağlı dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq (2020-ci ilin noyabr və 2021-ci ilin yanvar ayları ərzində), iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmamışdır. 2020-ci ilin oktyabr ayında müraciəti zamanı qəbulunda olduğu ƏƏSMN yanında DSMF-nin əməkdaşlarına tələb etdiyi zəruri sənədləri də təqdim etmiş, lakin üzərindən aylar keçməsinə baxmayaraq hələ də heç bir rəsmi cavab almamışdır. Ən son 2021-ci ilin aprel ayının 20-də yenidən rəsmi m üraciət edilmiş, həmin müraciətə 16 may 2021 -ci il tarixli cavab məktubunda əmək pensiyasının yenidən hesablanması və yeni məbləğin təyin edilməsi müəyyən olunmuş, lakin həmin məbləğ qanunvericiliyə uyğun müəyyən edilməmiş, təyin olunmalı olan məbləğdən aşağı məbləğ müəyyən edilmişdir. Belə ki, 2017-ci ildən 2021-ci ilin may ayınadək olan keçmiş müddət üçün hesablanmalı olan fərq məbləğinin və artırılmalı olan məbləğin cəmi ödənilməli olduğu halda, hissə-hissə ödənilməklə, cəmi 1690,32 manat məbləğin 8 ay 211,29 manat olmaqla əmək pensiyasına əlavə edilərək, 568,41 manat əmək pensiyası müəyyən edilmişdir. Həmin məbləğ hesablanarkən yığılmış borc məbləği, yəni fərq məbləği doğru hesablanmamış, son 3 il nəzərə alınmalı olduğu halda, çox az bir məbləğin əlavə edilməsi nəzərdə tutulmuş, həmçi nin artırılmalı olan məbləğ əlavə edilməmişdir. Həmçinin, iddiaçının mərhum ərinin əmək pensiyasının yenidən hesablanmaqla müvafiq təminat xərcliyi 892,80 manat məbləğində hesablanmışdır. Lakin ailə başçısını itirməyə görə pensiya həmin məbləğin qanunvericiliyə uyğun olaraq 80 faizi ilə deyil, 40 faizi məbləğində hesablanmışdır. Belə ki, 892,80 manat məbləğində təminat xərcliyinin 80 faizi 714,24 manatdır və bu məbləğin əvəzinə 3 ildən artıqdır ki, iddiaçıya 357,12 manat məbləğində pensiya verilmişdir. Qanunvericiliyə uyğun olaraq, son 3 ilin fərq məbləği hesablanmaqla, cəmi 12.856 manat məbləğində borc məbləği ödənilməli olduğu halda, qeyd edilən qurum tərəfindən yalnız 1.690,32 manat məbləğində fərq məbləği müəyyən edilmişdir.
7. Cavabdeh imtina məktubu ilə eyni məzmunda iddia tələbinə d air etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi nin xx.xx.2017-ci ildən sonra qüvvəyə minmiş hazırkı redaksiyası bu kateqoriyadan olan şəxslərin (iddiaçının) pensiya təminatı ilə bağlı sosial vəziyyətini yaxşılaşdırmışdır.
10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ailə üzvü kimi iddiaçı yeganə şəxsdir ki, ailə başçısı kimi pensiya alır, ailədə iddiaçıdan başqa heç kimə ailə başçısı kimi pensiya təyin edilməmişdir. Həmçinin, iddiaçının oğlu atası T.Mirzəyevin vəfatı ilə əlaqədar yaranmış pensiya hüququndan istifadə etmək niyyətində deyil.
11. Cavabdeh tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin tətbiq edilmə məsi iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, onun konstitusion hüququ pozulmuşdur.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1771/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayə ti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat h üququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2 Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər b irinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət isti sna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 20.17.2 Hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat x ərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbay cana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya 1 dek abr 2001-ci il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya ailə başçısını itirməyə görə 892,80 manat məbləğində təminat xərcliyinin 40 faiz həcmində, yəni 357,12 manat məbləğində pensiya hesablanmışdır. Eləcə də, Tosif Mirzəyevin öğlu X5 Sosial X4 rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası ödənilir və o, atası Tosif Mirzəyevin ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə 892,80 manat məbləğində təminat xərcliyinin 40 faiz həcmində pensiya almaq hüququna malik olsa da, bu hüququndan istifadə etmək arzusunda deyil.
28. İddiaçı təminat xərcliyinin 80 faizi həcmində pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, cavabdeh müraciətini təmin etməyərək imtinasını onunla əsaslandırmışdır ki, mərhum T.Mirzəyevin oğlu Emil Mirzəyevin də iddiaçı ilə bərabər ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğuna görə iddiaçıya təminat xərcliyinin 40 (80/2=40) faizi miqdarında pensiya hesablanması düzgün olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə xx.xx.2022-ci il tarixli Qanunla 3-cü cümlə əlavə edilmişdir ki, həmin dəyişikliyə əsasən, ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunm uş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda, ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
30. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə istinad edərək hesablanmış pensiya məbləğinin ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan şəxslərin sayına bölümməklə ödənilməsinin qanuni olmasını iddia etsə də, ilk növbədə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə dəyişiklik edilməyənədək Qanunda ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik şəxslərdən yalnız biri həmin hüquqdan istifadə etdiyi halda (yəni, hüququ çatan digər şəxslər bundan istifadə etmədiyi və ya istifadə ilə bağlı müraciət etmədiyi halda), həmin şəxsin pensiya məbləğinin daha az olmasına dair birbaşa tənzimləmə mövcud deyildi. Cavabdeh inzibati orqan qanunvericiliyin bu boşluğundan iddiaçının (onun arvadının) vəziyyətini ağırlaşdıracaq formada istifadə (tətbiq) etmişdir. Buna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə xx.xx.2022-ci ildə edilmiş dəyişiklik məsələnin hüquqi baxımdan həllini konkretləşdirmiş və dəqiq tənzimləmişdir. Cavabdeh inzibati orqan kassasiya şikayətini həmin dəyişiklikdən sonra məhkəməyə versə də, Qanunun sözügedən normasını nəzərə almamışdır. Halbuki qanunvericilik sözügedən dəy işikliklə niyyətini dəqiq göstərmişdir.
31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mərhum T.Mirzəyevin oğlu E.Mirzəyevin ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının ödənilməsi ilə bağlı müraciəti olmadığından, cavabdeh həmin şəxsin hüququ olduğunu əsas gətirərək mərhumun arvadı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğini tam ödəməkdən əsassız olaraq imtina etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(103)-1771/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.