Məhkəmə qərarları › İş №2-1(102)-2080/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2080/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2080/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən atası X9 ayrılmış və X2 və X5 bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş б/с nömrəli orderə əsasən 0.12 ha sahəsi olan 323v nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 21(103)-1069/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X8 İcraiyyə Kom itəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən iddiaçının atası X9 194 nömrəli kooperativ nəzdində Goradil qəsəbəsində bağ sahəsi ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsinə X7 adına kooperativ tərəfindən б/с nömrəli order verilmişdir.

2. X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür və Bakı şəhəri 27 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı onun vərəsəsidir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1279/2013 saylı xx.xx.2014cü il tarixli qərardadından görünür ki, iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin Bakı şəhər Ərazi İdarəsinə (sonradan-Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarı ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323v nömrəli bağın yerləşdiyi torpaq sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılması və müvafiq (plan-sxem) cizginin verilməsi vəzifəsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2013-cü il tarixli qərarla iddianı təmin etmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdeh Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və icra o lunmuşdur. X1 və X12 məhkəmənin xx.xx.2013-cü il tarixli qərarından iş üzrə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmışdır. X3 və X6 ərizəsi qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarının icrasına dönüş edilmişdir. Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarı ilə X9 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsinə dair Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə və xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı” ləğv edilmişdir.

4. İddiaçı atasından miras qalmış bağ sahəsi üzərində atasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirilmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər surətdir. 323 v saylı bağ sahəsinə dair X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sonradan 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2613/19 nömrəli qər arı əsasında ləğv edilmişdir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəlmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən atası X9 ayrılmış və X2 və X5 bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş б/с nömrəli orderə əsasən 0.12 ha sahəsi olan 323v nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsa slandırmışdir ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən atası X9 Goradil qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi 194 nömrəli kooperativdən b/c nömrəli order verilərək Goradil bağlar sahəsindən 0.12 ha torpaq sahəsi olan 323 v saylı bağ sahəsi ayrılmışdır. O, cavabdehə müraciət edərək bağ sahəsinə atasının adına çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə ona imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

3. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

4. İşin məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üz rə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2368 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinin yeri, təqdim olunan bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəlir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-346/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən iddiaçının mərhum atası X9 ayrılmış və X2 və X5 bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş б/с nömrəli orderə əsasən istifadəsinə verilmiş 0.12 ha sahəsi olan 323 v nömrəli bağ sahəsinin mərhum atasına mülkiyyət hüququ üzrə məx sus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdehin imtinasında göstərilən dəlillər məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinin yerinin, təqdim olunan bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən edilmişdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

7. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 04 may 2023-cü il tarixli, 21(103)-1069/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-346/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və apellyasiya şik ayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadə olmamaqla bir hissəsi digər şəxs - X4 istifadəsindədir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqa nına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı ve rir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının vərəsəsi olduğu şəxsə 0.12 ha ölçüdə bağ sahəsinin verilib- verilməməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaç ının vərəsəsi olduğu şəxsə (atasına) Bakı şəhər X8 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən 194 nömrəli kooperativ nəzdində Goradil qəsəbəsində bağ sahəsi ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsi üzrə adına kooperativ tərəfindən б/с nömrəli order verilmişdir. 25. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarı ilə Hüseyn Əliyevin sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınsa da, daha sonra məhkəmə qərarı ilə icrada dönüş edilərək həmin sənədlər ləğv edilmişdir. Buna baxmayaraq, Hüseyn Əliyevə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsi ayrılması barə də Bakı şəhər XDS İK-nın qərarı və həmin qərar əsasında verilmiş б/с nömrəli order mübahisələndirilməmiş, ləğv edilməmiş, dəyişdirilməmişdir və hazırki vaxtda qüvvədədir. Qeyd olunan sənədlər qanunvericiliyin tələbi baxımından iddiaçının vərəsəsi olduğu şəxsin həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

26. Bakı şəhəri 27 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı bağ sahəsi ayrılan Hüseyn Əliyevin vərəsəsi olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbi baxımından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə etməkdə haqlı olmuşdur.

27. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzib ati orqan mübahisə predmeti olan bağ sahəsinin başqa ərazidə yerləşdiyini və bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəlmədiyini bildirsə də, işin məhkəmələr tərəfindən araşdırılması zamanı istər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2368 nömrəli ekspert rəyi ilə, istərsə də mütəxəssisin məhkəmə iclasında dinlənilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinin yeri təqdim olunan bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəlir.

28. Sonda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətindəki bağ sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmaması və bir hissəsinin digər şəxs X4 istifadəsində olması ilə bağl ı dəlilinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinə dair digər şəxsin hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinin yerinin bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəlməsi və həmin bağ sahəsinin iddiaçının vərəsəsi olduğu şəxsə qanuni əsaslarla ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, həmin bağ sahəsinin hansısa hissəsinin digər şəxsin istifadəsində olması onun qanunsuz istifadəsində olması anlamına gəlir ki, bu hal da qanuni mülkiyyətçinin hüquqlarının dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz.

29. Nəticə etibarı ilə, mübahisəl əndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 21(103)-1069/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar