Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2080/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 41 saylı notariat ofisinin notariusu X6 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibar ət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 41 saylı notariat ofisinin notariusu X6 qarşı “notariat haqqında şəhadətnamə verilməsi və ya kompensasiya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2024-cü il tarixli, 2-1(105)2495/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayonunun 41-ci notarial ofisinin notariusu X4 21 fevral 2022-ci il tarixli 31 nömrəli aktının qanunsuz və qüvvəsini itirmiş hesab edilməsi; 41 saylı notarial ofisin notariusunun üzərinə X1 adına ünvan 1 ünvanında yerıəşən mənzil üzrə 1/2 payın vərəsəlik hüququ haqqında şəhadətnaməsinin İddiaçı verilməsi və X7 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ya notariat haqqında Qanuna əsasən notarius X2 63.800 manat həcmində (hər kvadrat metri üçün 4000 manat) pulun tutulması; Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş hesab edilməsi; Bakı İnzibati Məhkəməsinin qərarı ilə birlikdə təqdimat üzrə inzibati xətalar haqqında inzibati işin materialları X3 və X5 nikahı haqqında sübutların s axtalaşdırılması və dələduzluq faktları üzrə cinayət işinin qaldırılması və bu barədə qəsdən yalan məlumatların qərara daxil edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim G.Sevdimalıyeva) xx.xx.2023-cü il tarixli, 21(112)-7712/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2495/2023 nömrəli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1( 112)-7712/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək dövlət vəsaiti hesabına vəkillə təmin olunmağını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2495/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir.
7. Həmin qərardad əsasında 30 noyabr 2023-cü il tarixdə vəkil orderi tərtib edilmiş, 7 may 2024-cü il tarixdə vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.
8. Həmçinin vəkil kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verərək müddətin ötürülməsini üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlan masına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı halla rda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olundu ğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. M əhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız o lduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
13. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
14. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ö türülməklə verildiyi müəyyən olunmuşdur.
15. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
16. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmişdir. “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə vəkil orderi tərtib edilmişdir. lakin kassasiya şikayəti elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir.
17. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının vəkili Vəkil “Mərkəz” Vəkil Bürosuna xx.xx.2024-cü il tarixli ərizə yazaraq bildirmişdir ki, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından order üzrə tapşırıq icra edilmədən geri qaytarılır.
18. Yekunda iddiaçının vəkili Vəkil tərəfindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə 5 ay sonra elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir.
19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Apellyasiya məhkəməsinin iş üzrə yekun qərardadı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərardad “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdən elektron kabineti mövcud olduğundan hazırkı qərarın 10-cu bəndinə əsasən qeyd edilən qərardad Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirildiyi tarixdən çatdırılmış hesab edilir. Lakin iddia çı xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək dövlət hesabına vəkil istəmişdir (İİİ cild, i.v. 197-198). Belə olan halda isə iddiaçı həm dövlət hesabına vəkil təyin edilməsi ilə bağlı ərizə verən zaman artıq kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür.
20. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkili tərəfindən təqdim edilmiş buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə təmin edilməməli şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2024-cü il tarixli, 21(103)-2495/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin.