Məhkəmə qərarları › İş №2-1(102)-2080/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2080/2025

17.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2080/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (fərdi yaşayış sahəsinin və yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqların birgə qeydiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İda rəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-1(103)-1092/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1994-cü il tarixli Nərimanov rayon İcra Hakimiyyəti başçısının 235/11 xx.xx.1994-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a Yerli Sovete məxsus, sahəsi 26,0 kv.m olan 1 mərtəbəli, evin 1-ci mərtəbəsində yerləşən, tam kommunal şəraitli, 2 otaqlı mənzil, kirayəçisi X7 şəxsi mülkiyyət kimi verilməsi qərara alınmışdır. xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a ünvanda yerləşən mənzil 6400 manat qiymətləndirilmiş və əvəzsiz olaraq F.L.Pankovun mülkiyyətinə verilmişdir. xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən sözügedən mənzil X8 tərəfindən İddiaçı satmışdır.

2. Daha sonra Bakı şəhəri, Atatürk prospekti 28a ünvanında yerləşən yaşayış evi Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət h üququ kimi İddiaçı adına xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 29 dekabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedicisi sənədlər təqdim edilməmişdir. Belə ki, həmin Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin sözü gedən fərdi yaşayış evinin texniki pasportunda hə yətyanı torpaq da müəyyən edilmiş ölçülərdə mövcuddur, onun planı və ölçüsü həmin evin texniki pasportda əks olunmuşdur. Həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə iddiaçının qanuni istifadəsində olub, bu gün də qanuni istifadəsindədir. Bu səbəbdən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüquqi qeydiyyata alınmaqla mülkiyyətinə keçməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5756/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X 1) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən M.K.Atatürk pr.28 a nömrəli ünvan mənzil kimi Nərimanov rayon İcra Hakimiyyəti başçısının 235/11 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında F.L.Pankova şəxsi mülkiyyət kimi verildiyi, xx.xx.1994-cü il tarixli müqavilə əsasında F.L.Pankov tərəfindən iddiaçıya satıldığı müəyyən edilir. Qeyd edilən əmlaka dair mənzil kimi texniki pasportlar tərtib edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehin imtinası əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli yaşayış sahəsinin –mənzilin altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmiş və həmin torpaq sahəsinin üzərinə yerləşən tikili mənzil kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, cavabdehin imtinası qanuni olmuşdur və iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.

10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 21(103)-1092/2025 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Ba kı İnzibati Məhkəməsinin 2-1(112)-5756/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

15. Qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi formal mülahizələr əsasında apellyasiya şikayətini təmin etməmişdir. Fərdi yaşayış evinin dövlət reyestrində mənzil kimi qeydiyyata alınması ö zü özlüyündə imtinanın əsası ola bilməz. Belə ki, iş materiallarında olan xx.xx.1994-cü il tarixli Nərimanov rayon İcra Hakimiyyətinin başçısı M.K.Rəcəbovun sərəncamında qeyd edilir: "...İddiaçı öz hesabına, layihəyə uyğun, texniki pasporta əsasən yeni ev tikməyə icazə verilsin.". Maddi hüquq norması apellyasiya instansiyası tərəfindən nəzərə alınmamış və tətbiq edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torp aqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alın masından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə d ayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. tutulmuş qeydiyyatın 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı...

3. Müəyyən edilsin ki:... 3.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqli yyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azə rbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5 -ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri.[3] 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. Maddə

14. Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Maddə

15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblə rinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə

16. Yaşayış sahələri üzərində hüquqların dövlət qeydiyyatı Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Maddə

17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayı ş sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 17.4. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır. 17.5. Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları i lə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır. Maddə

18. Yaşayış fondunun istifadəsi və saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (q urum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişd ir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin –mənzilin altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmiş və həmin torpaq sahəsinin üzərinə yerləşən tikili mənzil kimi dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehin imtinası əsaslı olmuşdur.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir. Belə ki, apellyasiya instansiya məhkə məsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşarkən iş materiallarında olan sənədlərdəki məlumatlara diqqət yetirməmişdir.

27. Hazırda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillər onun iddia tələbində əks etdiyi hüquqi maraqla eyniyyət təşkil edir. İddiaçı hesab edir ki, məhkəmələr onun tələbini rədd edərkən işin hallarının tam araşdırılması istiqamətində zəruri tədbirlər görməmişlər.

28. Yuxarıda da qeyd edildiyi kimi iddia tələbinin təmin olunmasının əsası qismində apellyasiya instansiya məhkəməsi tərəfindən mənzil altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin cavabdehə, eləcə də məhkəməyə təqdim edilməməsi göstərilmişdir. Eyni zamanda cavabdeh də öz növbəsində iddia tələbi ilə bağlı münasibət bi ldirərkən qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydə alınmışdır.

29. Beləliklə, yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin rəddi əsası 1. mübahisəli daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alınması; 2. fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsi təşkil etmişdir.

30. Məhkəmə kollegiyası qeyd edilən halların hər birinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Mübahisəli daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alınması

31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mülkiyyətdə olan mənzillə bağlı iki texniki pasport mövcuddur. xx.xx.1996-cı il tarixdə tərtib edilmiş texniki pasportda tikilinin adı şəxsi mülkiyyətdə olan mənzil kimi (cavabdeh məhz bu halı əsas tutaraq tikilinin mənzil olduğunu bildirir) qeyd edilsə də, eyni qurum tərəfindən daha sonra, yəni xx.xx.1999-cu il tarixdə tərtib edilmiş texniki pasporta tikilinin növünün fərdi yaşayış sahəsi olduğu qeyd edilmişdir. Həmin texniki pasport tam olaraq “Fərdi yaşayış fondunda daxil olan özəlləşdirilmiş mənzilin” Texniki pasportu kimi adlandırılmışdır (iş vər 18).

32. Başqa sözlə, cavabdeh inzibati orqan mülkiyyətdə olan mənzili fərdi yaşayış sahəsi kimi qəbul etmiş və bu xüsusat müvafiq texniki pasportla təsdiq edilmişd ir. Odur ki, daşınmaz əmlak fərdi mənzil fonduna aid olduğundan dövlət reyestrində mənzil kimi qeydə alınması əsası ilə iddianın təmin edilməsindən imtina qanuni sayıla bilməz. Fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsi

33. Məhkəmələr tərəfindən iddianın rədd edilməsinin digər əsası fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair müvafiq sənədlərin olmamasıdır.

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət rey estri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunm uş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) əlavə edildiyi halda həmin sahələr üzərində hüquqlar tanınır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı məxsus “Fərdi yaşayış fondunda daxil olan özəlləşdirilmiş mənzilin” Texniki pasportunda həyətyanı sahənin planı öz əksini tapmışdır (planın həyətyanı sahəsinin sxemi əlavə edilir).

36. Yuxarıda sxemdən də göründüyü kimi texniki pasportda torpağın ümumi sahəsi ilə bağlı qeyd olmasa da, həmin texniki pasportun “həyətyanı torpaq sahəsinin planı” hissəsində daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin perimetrik ölçüləri, eni, uzunu göstərilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən həmin sənəd tədqiq olunmamış, ölçülər ar aşdırılmamış və nəticədə əsassız qərar qəbul edilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri texniki pasportda qeyd edilmiş ölçülərlə birlikdə müqayisəli şəkildə araşdırılmalı, həyətyanı sahənin texniki pasport əsasında ümumi ölçüsünün müəyyən edilməsi istiqamətində zəruri addımlar atılmalıdır.

38. Bu obyektiv araşdırma prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidmət i vəzifəsindən irəli gəlir.

39. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

40. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 21(103)-1092/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar