Məhkəmə qərarları › İş №2-1(102)-2081/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2081/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2081/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Ləğvetmə prosesində olan “xxxx” ASC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yayanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 30.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X10 ibarət tərkibdə, İddiaçı ASC-nin vəkili X3, cavabdeh İdarənin nümayəndəsi X13 və 3-cü şəxs X4 nümayəndəsi X6 iştirakı ilə İddiaçı Ləğvetmə prosesində olan “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı İdarəsinə, 3-cü şəx slər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, X1 və qeyrilərinə qarşı ASC-nin ləğvi barədə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarından iddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğvetmə prosesində olan “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı şöbəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, X1, X2, X15, X12, X7, X8, X5 və X23 qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyatın aparılaraq, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı ilə (hakim H.Babayeva; iş No 2-1 (82)-4182/2017) iddianın təmin edilməsi; “xxxx” ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyatın aparılaraq, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərardadıı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov; iş No 2-1(103)-889/2018) 3-cü şəxslər Ş.Əlizadə, N.Allahverdiyev, Y.Məmmədov, A.Əzimova, A.Allahverdiyev, V.Rəcəbovun 2 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətlərinin mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov; iş No 2-1(103)-889/2018) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K. Bədəlov; iş No 2-1(103)-1437/18) 3-cü şəxslər Şahin Əlizadə, Vəzir Rəcəbov və Afət Əzimova tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərardadının 3-cü şəxslər Şahin Əlizadə, Vəzir Rəcəbov və Afət Əzimovaya münasibətdə ləğv edilməsi və onlara münasibətdə işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K. Bədəlov; iş No 2-1(103)-1437/18) cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün hə min məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva; hakimlər V.Baxışova və H.Həmidov; iş № 2-1(103)-2318/2018)cavabdeh İdarə; 3-cü şəxslər X19, X16 və X25 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsiqərara alınmışdır. Həmin qərardan iddiaçı ASC kassasiya şikayəti verərək, qərar ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma aparmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, təqdim olunmuş sənədlərə və sübutlara düzgün hüquqi qiymət vermemiş və nəticədə düzgün olmayan bir qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı ASC-nin vəkili F.Hüseynbəyli kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş cavab deh İdarənin nümayəndəsi R. Əzizov və 3-cü şəxs X4 nümayəndəsi K.Hüseynov Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkə məsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, idiaçı ASC-nin Ləğvetmə Komissiyasının sədri F.Hüseynbəyli tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Audit və Uçot idarəsinə 13.10.2016-cı il tarixdə məktub ünvanlanaraq, ASC-nin ləğv edilməsi ilə bağlı bütün lazımi sənədlərin Bəyannamə İdarəsinə (Binəqədi Xidmət Mərkəzinə) 20 aprel 2016-cı il tarixdə təqdim olunduğu (əmlak vergisinin bəyannaməsi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi, mənfəət vergisinin bəyannaməsi), ləğvetmə mühasibat balansına əsasən, debitor və kreditor borcları barədə bütün məsələlərin ASC tərəfindən həll olunduğu bildirilmiş v ə ASC-yə ləğvetmə barədə məktub verilməsi xahiş edilmişdir. Sonradan iddiaçı ASC-nin ləğvedici təsviyyəçisi F.Hüseynbəyli tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Audit və Uçot İdarəsinə 21.11.2016-cı il tarixdə növbəti məktub ünvanlanmış və Ləğvetmə prosesində olan "xxxx" ASC-nin vergi orqanının qarşısında öhdəliklərinin olmaması barədə cavabdeh İdarəyə müvafiq məktubun verilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı ASC-nin təsviyyəçisi F.Hüseynbəyli tərəfindən 12.04 2017-ci il tarixdə cavabdeh İdarəyə ərizə ünvanlanaraq "xxxx" ASC-nin ləğvi barədə dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı ASC-nin təsviyəçisi F.Hüseynbəyli tərəfindən 31.05.2017-ci il tarixdə təkrarən, Azərbaycan Respublikası Ve rgilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə ərizə ilə müraciət edilərək, ASC-nin dövlət reyestrindən çıxarılması xahiş olunmuşdur. Lakin sonuncu ərizəyə cavab olaraq 08 iyun 2017-ci il tarixli **********661700 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.3, 61.8 və 59.6-cı maddələrinə istinad edilərək iddiaçı ASC-nin tələbinin yerinə yetirilməsindən imtina etmiş, iddiaçı ASCyə 12.04.2016-cı tarixdə təqdim edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı ləğv edilənədək yerinə yetirməli olan proseduralar haqqında bildirişdə" (qeydiyyat nömrəsi **********219300) qeyd edilən tədbirləri yekunlaşdırdıqdan sonra müraciət edilməsini tövsiyə olunmuşdur. Həmçinin işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departa menti tərəfindən tərtib edilmiş 07.07.2017-ci il tarixli, **********085674 saylı səyyar vergi yoxlaması haqqında akta görə, vergi orqanı tərəfindən 07 mart 2017-ci il tarixdə yoxlama başlanılmış, 07.07.2017-ci il tarixdə başa çatdırılmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçı ASC-nin iddiasını təmin edən 1-ci instansiya məhkəməsinin iddiaçı qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmədən Qur”ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyatın aparılması məqsədi ilə VN yanında Milli Gəlirlər Departamentinin X20 idarəsinə müraciət etdiyindən bu hissədə cavabdehin imtinasının əsassız olması haqqında möveyi qanuna ziddir. Çünki qanunda verilən bir il müddət cavad eh inzibati orqan tərəfindən artırılmış müddətdir və həmin orqan bu müddəti hesablayarkən səhvə yol vermiş, qeyri iş günlərini də sayaraq 30 may 2017-ci il kimi son müddəti edibsə, onda o əlavə edilən günləri də sayanda eyni səhvə yol verib 48 əlavə gün hesablamışdır. Belə ki, 06 dekabr tarixindən 23 yanvar tarixinə qədər iş və qeyri iş günlərin sayı 48 gün (30 iş günü + 18 qeyri iş günü) təşkil edir. Əgər qeyri iş günləri sənədlərin təqdim edilməsi üçün tarix hesablanarkən nəzərə alınmalı deyilsə, onda qeyri iş günləri əlavə edilən itiritmiş müddət hesablanarkən də sayılmalı deyil. Belə olan halda artırılmalı müddət 48 gün yox 30 gün olmalıdır, çünki müddət yalnız buraxılan günləri kompensasiya etmək üçün artırılıb, bu isə nəticədə son müraciət müddətinin tarixini 25 may 2017-ci il edir. Həmçinin 1-ci instansiya məhkəməsi qərarında 3-cü şəxs R.Hüseynova tərəfindən iddiaçı ASC-nin ləğv edilmə prosesinin qanuniliyi mübahisələndirilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğvetmə prosesinə başlanmasının əsaslı və qanuni şəkildə olması öz təsdiqini tapdığını hesab etmiş, belə ki Azərbaycan Respublikası İPM-nn 1.2.və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə uyğun olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Bu mövqe düzgün deyil, çünki hazırki iş inzibati işdir. Bundan əlavə həmin qətnamə ilə ləğveğmə prosesinə başlanmasının əsaslı və qanuni şəkildə olması öz təsdiqini tapmışdır. Hazırki iş üzrə isə ləğvetmə prosesinin gedişatı və sonu mübahisələndirilir. Bundan başqa 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ASC-nin cavabdeh inzibati orqana müraciət edən anda dövlət büdcəsinə ödənilməmiş hər hansı vergi borcu olmamış, həmin inzibati orqan da, qeydə almaqdan imtina ilə bağlı yazdığı məktubda bu barədə hər hansı borcun mövcudluğuna istinad etməmiş, ümumi sözlə borcun olub-olmadığının müəyyən edilmədiyini bildirmişdir. Halbuki, təsviyəçi artıq 2016-cı ilin 05 aprelində ləğv edilmə haqqında qərarın qəbul olunmasından on gün sonra yəni 2016-cı ilin aprelin 15-nə qədər artıq kreditorlar üçün elan dərc etdirməli və dövlət büdcəsinə borcun olub-olmamasını müəyyən emək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etməli idi. Lakin O, qanunun norm asını pozaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinə 6 ay sonra müraciət edib və bununla qanun rmasını kobud şəkildə pozmuşdur. Həmçinin qanunla tələb edilən müddətə ləğvetmə prosesini yekunlaşdıra bilməmişdir. Bunlardan əlavə qeyd olunmalıdır ki, 31.05.2017-ci il tarixdə cavabdeh inzibati orqana təqdim edilmiş sənədlərə görə, iddiaçı ASC-nin təsviyyəçisi tərəfindən qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı 10.04.2017-ci il tarixdə təsdiq edilmiş, lakin səyyar vergi yoxlamasının nəticəsi olaraq məsuliyyətə cəlbetmə haqqında qərar 11.07.2017-ci il tarixdə qəbul edilmiş və həmin dövrdə ASC-nin kreditor öhdəliyi yaranmışdır. Göründüyü kimi, ASC-nin ləğvetmə komissiyası tərəfindən prosesin ardıcıllığı pozulmaqla cavabdeh inzibati orqana yanlış məlumat təq im edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.1, 61.8 və 61.10-cu maddələrinin tələbləri pozularaq, ləğvetmə balansının təsdiq edilməsi üçün vaxtından əvvəl yığıncaq çağırılmadığından, yəni 2016-cı ilin iyul ayında səhmdar cəmiyyətin səhmlərinin ləğv edilməsinə baxmayaraq, həmin ilin oktyabr ayında səhmdarların ümumi yığıncağı çağırılıb və keçirildiyindən, vaxtında elanlar dərc edilmədiyindən, eləcə də, əmlakın bölünməsi iştirakçıların payına mütənasib şəkildə həyata keçirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçı ASC-nin müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçı ASC-nin iddia tələ əsassız və qanunsuz olduğundan bu tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq təm in edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı ASC-nin kassasiya şikayətindən qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla əlaqədar Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Hazırki işə 1-ci dəfə baxmış Ali Məhkəmənin 01.08.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 24.04.2018-ci il tarixli qərarı əsaslı hesab edilmiş, lakin prosessual məsələlər baxımdan ləğv edildiyinə baxmayaraq, işə 2-ci dəfə baxmış apellyasiya instansiya məhkəməsi qanunun bu normasının tələblərini pozub, ziddiyyətli və səhv mülahizələrlə qərar qəbul etmişdir. Həmin məhkəmənin qərarda göstərilir ki, ləğvetmə ilə əlaqədar qanunla müəyyən edilmiş 1 illik müddəti hesablayarkən cavabdeh vergi orqanı səhvə yol vermiş, müddətin bir gün deyil, 18 gün ötürüldüyünü nəzərə almamışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ziddiyyətli və səhvdir. Halbuki, istər vergi orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi müddətlə əlaqədar qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişlər. Çünki, “X20 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.5-ci maddəsinə əsasən, müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır. Cavabdeh vergi orqanı isə məhkəməyə verdiyi etirazında göstərdiyi kimi, məhkəmənin qərardadı ilə dayandırılmış 48 iş gününü təqvim günlərilə hesablayaraq, müddətin son gününün 2017-ci il mayın 30-da bitdiyini qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin isə hansı əsasla hesablama apardığını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, inzibati münasibətlərə mülki qanunvericilik tətbiq edilmir. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” 21.12.2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanuna əsasən müvafiq subyekt barədə sahəvi qanunlar mövcud olduqda, mübahisəyə həmin subyektə aid qanun və digər normativ hüquqi aktlar tətbiq edilir. Odur ki, qanunun tələb etdiyi həmin günlər iş günlərilə hesablanarsa, müddətin son günü 2017-ci il iyulun 7-nə təsadüf edir. Digər tərəfdən, əgər yuxarıda sözügedən müddət ötürülmüş hesab edilərsə də belə, müddətin ötürülməsinə təsviyəçinin deyil, vergi orqanının təqsiri üzündən yol verilmiş, son bala nsın 2016-cı il aprelin 11-də təhvil verilməsinə baxmayaraq, vergi orqanı vaxtında yoxlama aparıb müvafiq qərar qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsi qərarvqda hesab etmişdir ki, iddiaçı ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61-ci maddəsinin tələblərini pozmuşdur. Qərarda göstərilir ki, həmin Məcəllənin 61.3-cü maddəsinə görə, ləğv edilən hüquqi şəxsin dövlət büdcəsinə borclarını müəyyən etmək məqsədilə 15 gün ərzində vergi orqanına müraciət etməli olduğu halda, 6 ay sonra müraciət etmişdir. Kassasiya şikayətndə düzgün olaraq qeyd edilmişdir ki, məhkəmə iclasında bu fakt araşdırılardısa, vergi orqanına verilmiş məlumatın və hesabatın bir nüsxəsi məhkəməyə təqdim edilərdi və məlum olardı ki, ləğvetmə prosesi qeydə alındıqdan dərhal sonra, elə həmin gün, yəni 2016-cı il aprelin 11-də vergi orqanına müvafiq məlumat və hesabat verilmişdir. Bu səbəbdən, cavabdeh vergi orqanı ləğvetmə prosesini tənzimləyən müddətlər və hərəkətlərlə əlaqədar qanunverciliyin tələblərinə əməl edilmədiyi barədə ləğv edilən hüquqi şəxsin təsviyəçisinə irad tutmamış, məhkəmədəki izahatlarında və apellyasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin qərarda göstərdiyi kimi, qanun pozuntusunun olmasını qeyd etməmişdir. Sonra, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.1 və 61.5-ci maddələrinin tələblərinin pozulmasını qərarda qeyd edir: “...aralıq ləğvetmə balansı ən tezi iyun ayımn 05-i tərtib edilməli, ən tezi (burada “tezi” sözü “geci” sözü əvəzinə səhv yazılıb) iyulun 12-nə səhmdarların ümumi yığıncağını çağırıb həmin yığıncaqda ləğve tmə balansım təsdiq etməli idi. Lakin iddiaçı bütün prosedur normalarını pozaraq, artıq 2016-cı ilin iyun ayımn 05-də səhmdarların ümumi yığıncağında ləğvetmə balansını təsdiq etmişdir”. Məhkəmənin bu mövqeyi özünün gəldiyi nəticəyə ziddir. Məhkəmə “ən tezi iyun ayının 05-i”ni qəbul etdiyi halda, “iyun ayının 05-də” yığıncağın keçirilməsini qanun pozulması hesab etmişdir. Göründüyü kimi, məhkəmənin qərarda gəldiyi bu nəticə ziddiyyətli və anlaşılmazdır. Hüquqi şəxsin ləğv edilməsinin başa çatmasına dair sənədlərin təqdim edilmə gününü cavabdeh vergi orqanı, eləcə də apellyasiya instansiya məhkəməsi 2017-ci il mayın 31-i hesab edir. Halbuki, təsviyyəçinin işə əlavə edilmiş müraciətindən görünür ki, ləğvetmənin başa çatması haqqında sənədləri O, 2017-ci il aprelin 11-də, yəni bir illik müddə t bitən günü inzibati orqana təqdim etmişdir. Cavabdeh vergi orqanı isə sənədləri qəbul edib özündə saxlamış və ləğvetməni dövlət reyestrində qeydiyyata almamış, səbəbi barədə isə təsviyəçiyə məlumat verməmişdir. Bu səbəbdən, təsviyəçi inzibati orqanın bu hərəkətsizliyi barədə şifahi məlumat aldıqda, sənədləri geri götürüb, mayın 31-də ikinci dəfə təqdim etmişdir. Qanunla müəyyən edilmiş müddətdə və qaydada ləğvetmənin başa çatması haqqında sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsinə isə apellyasiya instansiya məhkəməsi müvafiq qiymət verməmişdir. Halbuki, cavabdeh vergi orqanının iddiaçı ASC-nin müraciətinin təmin edilməsindən imtinası ilə bağlı yeganə dəlili bir gün müddətin ötürülməsilə əlaqədardır. Bundan başqa apellyasiya instansiya məhkəməsi qərarda qeyd edir ki, səyyar ver gi yoxlamasının nəticəsi olaraq, iddiaçının kreditor öhdəliyi yarandığına görə vergi orqanı onun məsuliyyətə cəlb edilməsi barəsində 11 iyun 2017-ci ildə qərar qəbul etmişdir və məhkəmənin fikrincə, ləğvetmə prosesi başa çatmamışdır. Məhkəmənin gəldiyi bu nəticə işin materialına ziddir. İşə əlavə edilmiş sənədlərdən və səyyar vergi yoxlaması aktından görünür ki, ləğvetmə tələbilə çıxış edən səhmdar öldükdən sonra onun varisinə qalmış əmlak payının alqı-satqısı ilə əlaqədar vergi öhdəliyinin icrası baş vermişdir. Bu faktın hüquqi şəxsin ləğvinə dair qanunvericiliyin tələblərinin icrasına aidiyyəti yoxdur. Nəhayət apellyasiya instansiya məhkəməsinin qərarının sonunda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.1, 61.8 və 61.10-cu maddələrinin tələbləri... “pozularaq, ləğve tmə balansının təsdiq edilməsi üçün vaxtından əvvəl yığıncaq çağırılmadığından, yəni 2016-cı ilin iyul ayında səhmdar cəmiyyətin səhmlərinin ləğv edilməsinə baxmayaraq, həmin ilin oktyabr ayında səhmdarların ümumi yığıncağı çağırılıb və keçirildiyindən, vaxtında elanlar dərc edilmədiyindən, eləcə də, əmlakın bölünməsi iştirakçıların payına mütənasib şəkildə həyata keçirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Apellyasiya məhkəməsinin bu mövqeyi anlaşılmaz və qərəzlidir. Artıq yuxanda qeyd ediliyi kimi, ləğvetmə balansı səhmdarlann ümumi yığıncağının 05.06.2016-cı il tarixli qəran ilə təsdiq edilmişdir. Oktyabrın 03-də balansın yenidən təsdiq edilməsi vergi orqanının tələbi ilə ümumi yığıncağın müzakirəsinə çıxarılmışdır. “Vaxtında elanlar dərc edilmədiyindən” ifadəsi aydın deyildir. Q alıq əmlakın paylara mütənasib bölünməsinə gəldikdə isə, əmlaka ekspertiza vasitəsilə qiymət qoyulmuş, həmin məbləğ səhmlərin miqdarına bölünmüş, və səhm sahiblərinin mövcud səhmlərinə uyğun olaraq səhmlərin miqdarına mütənasib pay verilmişdir. Qalıq əmlakın bölünməsi planı səhmdarlann ümumi yığıncağının qəran ilə təsdiq edilmişdir. Cavabdeh inzibati orqan isə qanunla müəyyən edilmiş bu ləğvetmə hərəkətlərinə irad tutmamışdır. Apellyasiya instansiya məhkəməsinin məhz hansı əsaslarla göstərilən nəticəyə gəlməsi işdən məlum deyildir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsin də onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bak ı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli; iddia təmin edilməli;“xxxx” ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq, bu barədə çıxarışın verilməsi öhdəyliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğvetmə prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzr ə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. “xxxx” ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq, bu barədə çıxarışın verilməsi öhdəyliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar