Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2081/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin mümkünlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödə nilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 iyun tarixli 2-1(103)-1143/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona vurulmuş mənəvi zərərə görə ******* manat pul məbləğinin ödənilməsi üçün cavabdehlərə ərizə ilə müraciət etmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx xxxx 2019-cu il tarixində iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi Bakı şəhər Baş Səhiyyə İdarəsinin səlahiyyətləri xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə etməsi iddiaçıya təkli f olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cavabdeh təşkilatların səhlənkarlığı nəticəsində ona vurulmuş ******* manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. Anadan olarkən həkimlər və valideynləri cinsini qız kimi müəyyən edib, onu Masallı rayon Təklə kənd nümayəndəliyinin (o zaman kənd Sovetində) doğum akt qeydlərində X1 qeydə aldırıblar. 1987-1989-cu illər arasında o, hazırki 1 saylı Klinik Xəstəxanada (əvvəlki Semaşko adına xəstəx ana) əməliyyat olunmuş, əməliyyat zamanı onun yumurtalığından biri götürülüb. Uzun illər o, qadın kimi böyüdülmüşdür. Lakin, o, böyüdükcə onda kişi orqanizminə aid hormonlar inkişaf etmişdir. Bu onun ailəsi ilə, ətrafı ilə münasibətlərini ciddi problem yaşatmışdır. O, düşünürdü ki, germofraditdir. O, hazırda kişi kimi həyatını davam etdirir. Bu yaxınlarda məhkəməyə yeni cinsiyyətini təsdiq etmək üçün müraciət etdikdə, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza aşkar etmişdir ki, o, ümumiyyətlə əvvəldən qadın deyil, kişi olmuşdur. Lakin, Səhiyyənin əməkdaşları nə onun doğuşu zamanı, nə də onu körpəlikdə əməliyyat edərkən onun cinsini müəyyən edə bilməmişlər.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı həkim səhvi nəticəsində, yaşadığı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba görə vurulmuş mənəvi ziyanın ona ödənilməsini tələb edir ki, bu tələb də inzibati icraat qaydasında baxılmalı olan tələb olmayıb, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 iyun tarixli 2-1(103)-1143/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 10 İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqanlardır. Həmçinin, iddiaçıya verilən və cinsi yazılan doğum haqqında şəhadətnamə inzibati orqan tərəfindən verilən sənəd hesab olunur. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən təsdiq edilən inzibati akt nəticəsində ziyan vurulduğundan hazırkı işə inzibati məhkəmə icraatında baxılmalıdır. b. məhkəm ə icraatı iştirakçılarının izahatları
12. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etmədi.
13. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəb ul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
18. İPM-in yuxarıda istinad edilən 35.1-ci maddəsinin tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının bilavasitə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulduğunu iddia ərizəsində əsaslandırmalıdır.
19. Hazırkı halda, iddiaçı məhz cavabdehlərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu - iddia ərizəsində göstərdiyi kimi - ona zərər vurulduğunu əsaslandıra bilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Həmin Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzü ndən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
22. İstinad edilən normaların tələbləri və iddiaçının tələbinin əsasları nəzərə alındıqda, iddiaçı ona vurulduğu iddia olunan zərərin əvəzini həmin zərəri bilavasitə vurmuş tibb müəssisəsinə qarşı, həm də mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər.
23. Beləliklə, iddiaçının cavabdehlərə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 iyun tarixli 21(103)-1143/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.