Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2081/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesab lanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2021 nömrəli iş üzrə 09.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 17 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiyası məhkəməsi) müraciət etmişdir.
2. İddi açının iddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2002-ci ildə 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat almışdır. 57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər "xxxx" şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini neft sənayesində işləmişdir. O, cavabdehə müraciət edib, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsindəki icraat
3. Birinci instansiyası məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)2728/2020 nömrəli (sədrlik edən hakim Aytə n Oruczadə) qərarı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1 və 2-ci hissələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 3.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə, İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 14.3, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsassız dır. apellyasiya instansiyasısı məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyasısı məhkəməsi) 09.08.2021-ci il tarixli, 2-1(103)-772/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiyası məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 14.3, 73.1, 82-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nət icə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
7. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Əli Bayramlı şöbəsinin ona verdiyi 014910 nömrəli pensiya uçot vərəqəsindən görünür ki, ona 10 oktyabr 2002-ci il tarixdə, yəni-51 yaşında yaşa görə ( 3 uşaq nəzərə alınmaqla) əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat idi. İşlədiyinə görə ayda 15 manat alırdı. 10 oktyabr 2008-ci ildə isə 57 yaşı tamam olub. 39 il ümumi iş staji var. Onun 26 ilini neft sənayesində işləyib. Ona məcburi dövlət sığorta stajı əsasında pensiya təyin olunub, əslində isə əmək haqqına uyğun pensiya təyin olmalı idi. Çünki onun sosial sığorta stajı 01.01.2006-ci ilə qədər artıq yaranmışdı. Ona görə də iş üzrə cavabdeh idarəyə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanmasını xahiş etdi. Cavabdeh idarə isə bundan imtina etdi. Həmin imtina məktubunda cavabdeh idarə ona “ yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun hesablanması mövcud qanunvericilikdə mümkün deyil” bildirdi. Məhz bu səbəbdən o məhkəməyə müraciət edərək pensiyanın şərtlə hesablanmasını istəyib.
8. Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğinin qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının 01.01.2006-cı il tarixinə baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi qeyd edilir. Göründüyü kimi ona pensiya 01.01.2006-ci ilə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanun əsasında təyin olunmalıdır.
9. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)772/2021 nömrəli qərarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikasının İPM-nin 16.3-cü maddəsinə gö rə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
11. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-in 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. 13 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir).
12. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli stajla qanunvericilikdə nəzərdə tutulmuş tələbə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, islərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Siyahıda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı isə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partiyaların və dəstələrin geoloqu kimi deyil, idarədə və laboratoriyada geoloq kimi işləmişdir və həmin peşə zərərli olmamışdır. Şərh edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hi ssəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə
82. Apellyasiya instansiyasısı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyasısı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyasısı məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyasısı məhkəməsi birinci instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyasısı məh kəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyasısı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyasısı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyasısı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyasısı məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyasısı məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, həm birinci instansiyası həm də apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinə, apellyasiya instansiyası məhkəməsi həmçinin 69.4, 82, 87.8-ci maddələrinə riayət etməyərək işə baxmaqda səthi yanaşmış, işin faktiki hallarını və sübutları tam və hərtərəfli araşdırmamaqla düzgün olmayan məhkəmə qərarları qəbul ediblər.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 09.08.2021-ci il tarixli qərarının əsaslandırma hissəsində yazır ki, “Mahiyyətcə şikayət əsassızdır. Belə ki, iddiaçı özü qəbul edir ki, onun işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir, habelə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini deyil, hazırda almaqda olduğu əmək pensiyasının yenidən hesablanmasını tələb edir.”
20. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir k i, birinci instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən, tamamilə fərqli olaraq iş üzrə qəbul etdiyi 22.10.2020-ci il tarixli qərarının əsaslandırma hissəsində göstərir ki, “Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, 3 uşaqlı ana olduğuna görə ona 51 yaşından pensiya təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilən ayrı-ayrı dövrün güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İdd iaçı iddia ərizəsində həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə güzəştli peşədə işləməsini, yaşla bağlı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilən əlavənin tətbiq olunmasını vurğulayıb”.
21. Yeri gəlmişkən, məhkəmə kollegiyası qeyd edir ki, işin 3-cü səhifəsində olan cavabdehin iddiaçıya ünvanladığl 10.12.2019-cu il tarixli, **********8 nömrəli cavab imtina məktubu, məhz “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlanır, yəni iddiaçı cavabdehə güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmişdir.
22. Beləliklə, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin qərarlarından açıq-aydın iddiaçının iddia tələbinə münasibətdə aşkar şəkildə ziddiyyətlər olması müəyyən ol unur.
23. Belə ki, birinci instansiyası məhkəməsi 22.10.2020-ci il tarixli qərarında, iddiaçının bildirməsinə görə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olduğunu, məhz bunun tələb edildiyi göstərildiyi halda, apellyasiya instansiyası məhkəməsi isə öz 09.08.2021-ci il tarixli qərarında yazır ki, ”iddiaçı özü qəbul edir ki, onun işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir.”
24. Lakin apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin 22.10.2020-ci il tarixli qərarının əsaslandırma hissəsində iddiaçının bildirməsinə görə yuxarıda göstərilənləri, yəni iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etdiyini nəzərə almamış, iddiaçının apellyasiya instansiyası məhkəməsində hansı s əbəb görə fərqli izahat verdiyini araşdırmamış, sadəcə iddiaçının həmin izahatına istinad etməklə kifayətlənmişdir.
25. Bu xüsusda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin 22.10.2020-ci il tarixli qərarının əsaslandırma hissəsində yazdığı, “məhkəmə aşağıdakı əsaslara görə iddianın əsassız olmadığını hesab edir”(iş səh. 71, 4-cü abzas) cümlənidə diqqətə almamışdır.
26. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi 09.08.2021-ci il tarixli qərarının əsaslandırma hissəsində göstərir ki, “apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur”.
27. Lakin apellyasiya instansiyası məhkəməsi 09.08.2021-ci il tarixli qərarının əsaslandırma hissəsində apellyasiya şikayətinin dəlillərinin işin hansı konkret halları ilə ko nkret hansı maddi hüquq normaları təkzib olunmasını ümumiyyətlə göstərmir.
28. Halbuki İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
29. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyasısı məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyasısı məhkəməsi birinci instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelly asiya instansiyasısı məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda yazılanların hamısı apellyasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisənin həll olunmasına səthi, formal və diqqətsiz yanaşılmasının bariz təzahürüdür.
31. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin 3-cü sahifəsində olan cavabdehin 10.12.2019cu il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunun və işin 28-ci səhifəsində olan SOCAR-ın Baş ofisinin mərkəzi arxivinin məktubunun məzmunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müddəaları baxımından tam və hərtərəfli araşdırılmamışdır.
32. Belə ki, cavabdehin 10.12.2019-cu il tarixli məktubunda(iş səh. 3) deyilir ki, sözügedən siyahının “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 30 iyul 1970-ci il tarixli əmək kitabçanızda 01.04.1983-12.05.2009-cu il tarixləri arasında dövr ərzində “Şirvanneft” NQÇİnin neft mədən və ətraf mühitin mühafizəsi laboratoriyas ında mühəndis, sonradan isə geoloji şöbədə geoloq və böyük geoloq vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz sahələr və vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil.”
33. Eyni zamanda SOCAR-ın Baş ofisinin mərkəzi arxivinin 25.10.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı 01.04.1983-cü ildən 12.05.2009-cu ilədək “Şirvanneft” NQÇİ-də, sonradan isə "xxxx" BMMM-də mühəndis, geoloji şöbədə geoloq və böyük geoloq vəzifələrində çalışmışdır ki, bu vəzifələr də Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən siyahıda öz əksini tapmışdır.
34. Lakin məhkəmələr iddiaçının işlədiyi vəzifələrin funksional mahiyyətini araşdırmadan, SOCAR-a bu barədə sorğular vermədən iddiaçının işlədiyi vəzifələrin həmi n siyahıda göstərilən vəzifələrə uyğun gəlməməsinə dair gəldiyi nəticə əsaslı sayıla bilməz.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu barədə ümumiyyətlə araşdırma aparmamış, birinci instansiya məhkəməsi də eyni ilə heç bir araşdırma aparmadan belə qənaətə gəlir: “əmək kitabçasında olan qeydə əsasən, o, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin geoloqu kimi deyil, idarədə və laboratoriyada geoloq kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla müəyyən olunur ki, iddiaçının geoloq peşəsində işləməsi zərərli şəraitdə olmamışdır”.
36. Beləliklə birinci instansiya məhkəməsi SOCAR-a sözügedən məsələ ilə bağlı heç bir sorğu göndərmədən, həmin faktı araşdırmadan, sadəcə olaraq məhkəmə iclasında iddiaç ının vəzifə səlahiyyətlərinin mahiyyətini araşdırmaqla yuxarıda göstərilmiş qənaətə gəlir ki, bu da İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinə ziddir.
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli apellyasiya instansiyası məhkəməsinin, 09.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-772/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsi