Məhkəmə qərarları › İş №2-1(102)-2081/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2081/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2081/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı olmadan torpaq sahəsinə icarə əsasında istifadə hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsinin mümkünsüzlüyü; işin hallarının hərtərəfli araşdırılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1971, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə əsasında istifadə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1360/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zab rat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında).

3. İddiaçı cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsi və üzərində yerləşən tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 30 iyul 2021-ci il tarixli, **********00 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinə baxış keçirilməsi və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından, o cümlədən torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı və həmçinin, tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliyə uyğun sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, təqdim edilmiş icarə müqaviləsində düzəliş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin 12 noy abr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 178.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11, 12.1, 150-ci maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız hesab etmişdir.

7. İddiaya cavabdeh tərəfindən imtinanın məzmununa uyğun yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı, torpaq sahə sinə münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi, tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsi iddiaçının icarəsinə hər hansı tikinti üçün deyil, yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin ayrılması məqsədi – yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması iddiaçıya torpaq ayrılarkən torpaq sahəsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinin rəylərinin tələb olunmasını istisna edir. Həmçinin, cavabdehin imtina üçün qeyd etdiyi icarə müqaviləsinin tarixində edilmiş düzəlişlə bağlı birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin sor ğusu əsasında Zabrat Bələdiyyəsi tərəfindən təqdim edilmiş (3 dəfə) icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Zabrat Bələdiyyəsi arasında Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətindən bəhs edən 6-cı maddəsində icarə müqaviləsinin 12 noyabr 2007-ci il tarixdən 12 noyabr 2022-ci il tarixə qədər müddətə bağlandığı qeyd edilmişdir. Sözügedən icarə müqaviləsinin 2022-ci ilədək bağlanması barədə razılıq (üzərinə dəyişiklik olmaqla) tərəflərin imzaları, eləcə də Zabrat Bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Həmçinin, müqavilənin müddətində sonradan birtərəfli qaydada düzəliş edilməsi məsələsi Zabrat Bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1360/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi ba rədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda kassasiya şikayəti vermiş və Torpaq Məcəlləsinin 21.1, 55, 67, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9.1.2, 11.1, 23-cü maddələrinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsidir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar həmin əsaslardan biridir. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

24. Qanu nvericiliyin tələblərindən göründüyü kimi, torpağın icarəyə verilməsi barədə bələdiyyə qərarı bələdiyyə torpağı üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınmasının hüquqi əsasını təşkil edir.

25. Hazırkı iş üzrə iddiaçı tələbinin təmin edilməsinin əsası kimi “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinə istinad edir. Həmin müqavilənin mövcudluğu Zabrat Bələdiyyəsi tərəfindən mübahisələndirilməsə də, icarə müqaviləsinin əsasında duran bələdiyyə qərarı iş materiallarına əlavə edilməmiş və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı Bələdiyyənin özünə, arxiv idarələrinə hər hansı sorğu ünvanlanmamış, hətta sözügedən qərarın mövcudluğu aşağı instansiya məhkəməl ərinin araşdırma predmeti olmamışdır.

26. X1 Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.

28. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bələdiyyə qərarının mövcudluğu istiqamətində araşdırma aparmaqla yan aşı, iddiaçı ilə Zabrat Bələdiyyəsi arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinin qüvvədə olubolmaması ilə bağlı da araşdırma aparmalıdır. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin məzmunundan və bələdiyyənin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan (iş v.44) müəyyən olunur ki, icarə müqaviləsi xx.xx.2022-ci ilədək qüvvədədir. Odur ki, müqavilə münasibətlərinin davam edib-etmədiyi məsələsi aydınlaşdırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1360/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar