Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2081/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 3 aprel 2024-cü il tarixli, 2-1(103)-758/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərara əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı (X49645660 nömrəli Pasport) ölkə ərazisində olması arzuolunmaz hesab edilmiş və onun ölkəyə gəlişinə 5 il müddətinə qadağan qoyulmuşdur, bu müddət bitənədək qadağanın aradan qaldırılması ilə bağlı əsaslar mövcud olmadığı halda daha 5 il müddətinə uzadılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı 1965-cı il təvəllüdlü İddiaçı 1989-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhədlər açılan zaman turist kimi gəlib. Bundan bir neçə il sonra o, yenidən Azərbaycana səfər edib v ə bazar münasibətlərinin yeni formalaşdığı Respublikada iş imkanlarını nəzərdən keçirir, ilk biznesi İİR-dan Azərbaycana polietilen mallarının idxalı olur. 1999-cu ildə artıq polietilen ticarətindən polietilen istehsalına keçir. 2003-cü ildə Qaradağ rayonun Lökbatan qəsəbəsində daşınmaz əmlaka sahib olaraq sahibkarlıq fəaliyyətini daha da genişləndirir. Respublikada yaranmış əlverişli biznes mühitindən yararlanaraq istehsal sahələrini daha da genişləndirir, mebel sahəsi, kənd təsərrüfatı və inşaat sektoruna sərmayələr qoyaraq yeni iş yerləri açır. Demək olar ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycanı ikinci vətəni hesab edib, İran islam Respublikasından daha çox Azərbaycana bağlı olur, ailəsi ilə daima Azərbaycanda yaşamağa üstünlük verir, oğlanları Avropada un iversitetlərini bitirdikdən sonra öz bizneslərini Azərbaycanda qururlar. Azərbaycanda fəaliyyət göstərdiyi və yaşadığı dövrlərdə daima AR qanunlarına hörmətlə yanaşır, Azərbaycan Respublikasının dövlətçiliyinə, suverenliyinə, müstəqilliyinə xələl gətirən hər hansı bir hərəkət etmir. 2020-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında gedən ikinci Qarabağ müharibəsi zamanı o da könüllü olaraq ordumuza yardımlar edib. Bu ilin aprel ayının 21də İddiaçı yenidən ASAN viza alaraq Azərbaycan Respublikasına gəlir. Vizanın müddəti 30 gün olmasına baxmayaraq 01 may 2023-cü il tarixdə onu Azərbaycan Respublikası Miqrasiya Xidmətinə çağırırlar. Orada onun Azərbaycan Respublikasında olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqın da qərar verildiyini bildirirlər. Onun barəsində nədən belə bir qərar verildiyini, hansı bir qeyri-qanuni və qeyri-hüquqi fəaliyyət göstərdiyini öyrənmək cəhdləri boşa çıxır. Heç bir zaman siyasi, dini fəaliyyət ilə məşğul olmayan, daima öz biznesinin böyütməsi, yeni iş yerlərinin açılması kimi fəaliyyət məşğul olan bir şəxsin Azərbaycan Respublikasında olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərar çox təsir edir, narahat edir. Cavabdeh Dövlət Miqrasiya Xidməti iddiaçı barədə qərar qəbul edərkən və inzibati araşdırma apararkən İnzibati icraat haqqında qanunun bir sıra vacib və mühüm əhəmiyyətə malik olan normalarını pozmuşlar. Yuxarıda qeyd edilənləri və AR İPM-nin 45-46-cı maddələrinin tələblərini nəzərə alaraq Azərbaycan Res publikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(112)-10726/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab olunur və onların qəra r qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüquqları olmur, ən əsası isə onların Azərbaycan Respublikasına gəlməklərinə qadağalar qoyulur. Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti, yox aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 3 aprel 2024-cü il tarixli, 21(103)-758/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün «İnzibati icraat haqqında» Qanunun 14,1, 14,2, 14,3, 16,2-ci, Miqrasiya Məcəlləsinin 16.1, 16.1.1, 16.1.2, 16.1.3, 16.1.4, 16.1.5, 16.1.7, 16.1.8, 16.3, 23.1, 23.2, 23.3, 23.4, 23.5-ci maddələrinə istinad etmişdir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Kassator hesab edir ki, cavabdeh onun barəsində qəbul edilmiş qərarı hansı əsaslara görə qəbul edilməsini, hansı qanunazidd fəaliyyətlə məşğul olmasını bildirməmişdir. Apellyasiya məhkəməsi də qeyd edilən halı araşdırmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati icraat haqqında” Qanun Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun v erilməsi; Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
14. Miqrasiya Məcəlləsinin: Maddə
16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər 16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; 16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda; 16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmi şdirsə; 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə; 16.2. Bu Məcəllənin 16.1.6-cı və 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur. 16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Maddə
23. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi 23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbayca n xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. 23.2. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. 23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olm a və ya yaşama hüququnu itirir. 23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. 23.5. Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
15. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yu xarıda istinad olunan normaları baxımından Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərarın mübahisələndirilməsi barədə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də mə hkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 aprel 2024-cü il tarixli, 21(103)-758/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.