Məhkəmə qərarları › İş №2-1(102)-2082/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2082/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2082/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2082/19 Bakı şəhəri 28 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(107)-227/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ərinin arxiv arayışında göstərilən illərin sosial sığorta stajına əlavə olunması, ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, mərhum həyat yoldaşı Bəxtiyar Məmmədov 1981-1997-ci illər ərzində Qalacıq kənd “Engels” adı na kolxozunda işləmiş, lakin həmin dövrlər üçün əmək kitabçası yazılmamışdır. İddiaçı İsmayıllı rayon Dövlət Arxivinə müraciət etmiş və dövlət arxivindən ona ərinin həmin müddət ərzində kolxozda işləməsini təsdiq edən arxiv arayışı verilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun ərinin əmək kitabçasının olmaması və Dövlət Arxivi tərəfindən verilmiş arayışda ərinin soyadında uyğunsuzluğun olması səbəbindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(84)-115/2019 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək stajı iş, xidmət, t əhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr, birliklər, sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşının 1981-1997-ci illər ərzində işləməsi arxiv arayışı ilə öz təsdiqini tapmışdır ki, bunun əksini cavabdeh sübuta yetirə bilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(107)-227/2019 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, mübahisəli məsələ 1981-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının mərhum ərinin həmin dövlərdə işlədiyi arxiv arayışı ilə təsdiqləndiyindən, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmaqla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası hüququ verən sosial sığorta stajı müəyyən edilməlidir. Habelə, apellyasiya məhkəməsi hesab etmişir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələblə çıxış etməyə subyektiv hüququ olmuş, zəruri yaş həddinə çatmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 23.2, 14, 12.1, 17.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 67, 69cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, mübahisəli hüquq münasibətinin 30 may 2018ci il tarixdə yaranmasına baxmay araq, apellyasiya məhkəməsi qanunsuz olaraq mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin müddəalarını tətbiq etmişdir. Halbuki, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2007-ci il tarixli, 40 saylı qərarı ilə qüvvədən düşmüşdür. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə ic lasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı mərhum əri X1 1981-1997-ci illər ərzində Qalacıq kənd “Engels” adına kolxozunda işlədiyi müddətin iş stajı kimi hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının mərhum ərinin işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını bildirmişdir. İddiaçının mərhum ərinin 17 il sığorta stajı mövcuddur. DSMF-nin İsmayıllı rayo n şöbəsinin 05 aprel 2019-cu il tarixli, 19630675 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayonu Qalacıq kəndin sabiq “Engels” adına kolxozda 1966-1982-ci illərdə minimum norma 200 adam günü, 1982-ci ildən sonra isə 180 adam günü olmuşdur. Qeyd edilən minimum əmək iştirakı norması nəzərə alınarsa, iddiaçının mərhum ərinin 1995-1997-ci illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Lakin, əvvəlki illərdə minimum normadan artıq işlədiyindən normadan az işlədiyi qeyd edilən illəri də ödəmiş olur. Bu səbəbdən, iddiaçının 1981-1997-ci illərdə İsmayılı rayonu Qalacıq kəndində “Engels” adına kolxozsda işlədiyi illəri tam iş illəri olaraq sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğundur. İddiaçının həyat yoldaşının 13 oktyabr 2011-ci il – vəfat etdiyi tarix də 58 yaşı olmuşdur. Əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alaraq həmin illəri çıxdıqda 43 il 08 ay əmək qabiliyyətli dövr qalmış olur ki, həmin illərin hər birinə görə 04 ay sığorta stajı hesabladıqda 14 il 07 ay sığorta stajı yaranmış olur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının həyat yoldaşının qanunvericiliklə tələb ediləndən artıq – 17 il sığorta stajı mövcud olmuşdur. İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə doğulduğundan onun 25 oktyabr 2017-ci il tarixdə 60 yaşıtamam olmuş 2018-ci ilin may ayında cavabdeh orqana müraciət edərkən qadınlar üçüntələb edilən 60 yaş 06 ay pensiya yaşı olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddanın qanuni əsaslarının düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum ərinin sosial sığorta stajı təqdim edilmiş arxiv arayışı əsasında müəyyən edild iyindən, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş şərtlər ödənilmiş və bununla da onun tələbi qanuni olunmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndrimişdir ki, iddiaçının mərhum əri əmək kitabçasını təqdim etmədiyindən onun sosial sığorta stajı təsdiqini tapmamışdır. Məhkəmənin istinad etdiyi qanunvericilik isə öz qüvvəsini itirdiyindən tətbiq oluna bilməzdi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvaf iq icra hakimiyyəti orqanınaməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İddiaçının mübahisəli əmək fəaliyyəti 1981-1997-ci illərə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuşAzərbaycan Respublikasının Əmək Qanu nları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı 1981-1997-ci illərdə İsmayıllı rayonu Qalacıq kəndin sabiq “Engels” adına kolxozdaişlədiyi illərə dair arxiv arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekab r 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi n ormativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunverici liyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. Cavabdehin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı hüquqi dəyərləndirməni düzgün və qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə uyğun hesab edir, çünki hüquq münasibətlərinə onların yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və apellyasiya məhkəməsinin həmin şərtlərlə bağlı ar aşdırması və nəticəsi düzgün olduğundan, məhkəmə kollegiyası əlavə qiymətləndirmənin aparılmasını zəruri hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(107)-227/2019 verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(107)-227/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar