Məhkəmə qərarları › İş №2-1(102)-2082/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2082/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2082/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin iştirakı ilə) qarşı tor paq sahəsinə və yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 05 avqust 2020-ci il tarixli, 2-1(103)-49/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 21 oktyabr 2020ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin **********04 saylı, 14.08.2018-ci il tarixli imtina məktubunun qanunsuz və əsassız olduğu üçün ləğv edilib, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.met r torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadəsində olan əraziyə dair çıxarışın onun adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 14.08.2018-ci il tarixli imtina məktubunda göstərdikləri tam qanunsuz və əsassız olduğu üçün qanunsuz hesab edilməli vəM.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisindən iddiaçıya ayrılmış 5000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi təmin edilməlidir. İddiaçının Bakı şəhər İcra Hakimiyyətinə qarşı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinə rəyin verilməsinə dair tələbi üzrə inzibati iş məhkəmənin icraatında olarkən məhkəmə ekspertizası təyin edilmişdir. Həmin işə baxılarkən keçirilən məhkəmə texniki ekspertizasının 01 iyun 2016-cı il tarixli rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşdiyi müəyyən edilməsi qeyd edilmişdir. Daha sonra Bakı şəhər Ərazi İdarəsinin 04.08.2017-ci il tarixli məktubuna əsasən, ərazidə yüksək gərginlikli elektrik xətlərinin olmasına şablon xarakterli cavab olaraq göstərilsə də, həmin işi aparan hakimin 31.07.2017-ci il tarixli X2 Təchizatı və Satış Sahəsinə məhkəmə tə rəfindən göndərdiyi sorğuya cavab olaraq 19.09.2017-ci il tarixli X1 və Satış İdarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, həmin xətlər yüksək gərginlikli elektrik xətləri deyildir, 6000 kilovat enerji təchiz edən xətt həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xəttidir ki, onları 220 və 380 kilovat enerji təchiz edən xətlər ayırır. Belə olan halda Enerji Təchizatı və Satışı İdarə və Təşkilatının maraqlarına toxunmadığı adı çəkilən təşkilatın cavab məktubunda da öz əksini tapmışdır. İddiaçı 13.07.2018-ci il tarixdə cavabdehə istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməsi barədə ərizə ilə müraciətində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı və qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli icra olunmuş qərarını, ərizə rəylə birlikdə “xxxx”ın 19.09.2017-ci il tarixli məktubunun surəti, Bakı Şəhər İcra Hakimiyyətinin 04.08.2017-ci il tarixli məktubunu, Məhkəmə Mühəndis Texniki Ekspertizasının 01.06.2016-cı il tarixli rəyini istifadəsində olan torpaq sahəsinə dair rəyini inzibati orqana təqdim etməsinə baxmayaraq cavabdeh 14.08.2018-ci il tarixli məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş dir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 25.10.2018-ci il tarixli,2-1(81)-3980/2018 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.2, 14.3, 33.1, 58.1, 68.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 86-cı maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 6.5-ci maddələrinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 1.7, 17, 18, 19-cu bəndlərinə istinadən belə hesab etmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayə ti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.02.2019-cu il tarixli, 2-1(103)218/2019nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 25.10.2018-ci il tarixli,2-1(81)3980/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi eyni maddi hüquq normalarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı həmin qəra rdan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli, 2-1(102)1397/2019nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Xəqani Məmmədov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)-218/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin baxılması üçün yenidən həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(103)49/2020nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiy a məhkəməsinin 2-1(81)-3980/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən 5000 kvadrat metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Həmin nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1-ci maddəsinə, «daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 8.1, 10.2, 15.1, 24.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 32.2-ci maddəsinə, «Bə lədiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 6.5-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının ərizəsinin təmin edilməsi üçün əsaslar olduğundan, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmuşdur. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinə dair çıxarış almaq məqsədilə idarəyə 12 yanvar 2018-ci il və 17 iyul 2018-ci il tarixlərdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil, dövlət torpağıdır. Yerləşmə cizgisi, ləğv edilmiş Döv lət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanının (rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri) rəyi təqdim edilməmişdir. Bundan əlavə, ərazidən elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallar əsassız olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materiallarında qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 05 avqust 2020-ci il tarixli, 2-1(103)-49/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin cavabdeh Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-1(103)49/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin ed ilməməsi barədə yeni qərarınqəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.08.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti fakt iki olaraq 3 dəlildən ibarətdir. Belə ki, cavabdeh kasasiya şikayətində göstərir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil, dövlət torpağıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1397/2019-cu il tarixli qərarı ilə işə yenidən baxan apelyasiya instansiya məhkəməsinə cavabdeh inzibati orqanın imtinasının əsaslarını hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi göstərişi verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1944/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli, 231/50 saylı qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kvadrat metr torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi yaxud bələdiyyə torpağıdırmı?

2. İddiaçı M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidə ayrılmış torpaq sahəsi, həmin torpaq sahəsi üzrə bələdiyyə tərəfindən tərtib olunmuş ərazinin planında göstərilmiş məlumatlara uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27616 nömrəli ekspert rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsin in 20 oktyabr 2006-cı il tarixli, 231/50 saylı qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kvadrat metr torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu, Rəsulzadə bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşir. Cavabdehin kasasiya şikayətindəki ikinci dəlili isə ondan ibarətdir ki, yerləşmə cizgisi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqısatqı aktı, müvafiq icra hakimiyyəti orqanının (rayon, şəhər icra hakimiyyətləri) rəyi təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, bel ə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 oktyabr 2016-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kvadrat metr torpaq sahəsi verilmiş, bələdiyyə ilə iddiaçı arasında torpaqların alqısatqısına dair 20 oktyabr 2006-cı il tarixdə akt tərtib edilib imzalanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qərarı ilə 5000 kvadrat metr torpaq sahəsinə dair razılıq məktubunun verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, həmin qərar icra olunmuş və 04 avqust 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mü vafiq razılıq məktubu verilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Qanunun hazırda qüvvədə olan 32.2-ci maddəsinin redaksiyasına görə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinin hazırkı redaksiyasına görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, mübahisə öhdəliyin icrası haqqında iddia növü olduğundan cavabdeh inzibati orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün alınması üçün aidiyyəti inzibati orqana müraciət etməli idi. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyəl ərin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respu blikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DT və XK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Cavabdehin kasasiya şikayətindəki üçüncü dəlil ondan ibarətdir ki, ərazidən elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız sayır, belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» ASC X1 və Satı ş İdarəsinin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanladığı Be-x/0-0073 nömrəli 19 sentyabr 2017-ci il tarixli məktubunda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən 5000 kvadrat metr torpaq sahəsinin yerləşdiyi ərazidən keçən elektrik xəttinin yüksək gərginlikli elektrik xətlərinə aid olmaması qeyd olunmuşdur. 6000 kilovat enerji təchiz edən xətt həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xəttidir ki, onlar 220 və 380 kilovat enerji təchiz edən xətlər ayırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı qanuni və əsaslı ol duğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-1(103-49/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar