Məhkəmə qərarları › İş №2-1(102)-2082/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2082/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2082/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: üçüncü şəxs qismində cəlb etmə haqda vəsatətin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1744/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 05.01.2018-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi müraciətin təmin olunmasından (ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsinə görə) imtina etmişdir.

2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportda qeyd edilən 169.4 kv.m olan ölçülərə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

3. Qərar qanuni qüvvəyə mindikdən sonra 10.05.2018-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. X2 26.11.2019-cu il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 saylı, 16.03.201 8-ci il tarixli qərarının ləğv edilməsi və həmin iş üzrə onun 3-cü şəxs kimi cəlb edilməsini xahiş etmişdir.

5. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə üçüncü şəxsi məhkəmə icraatına cəlb etməməklə İPM-in 28-ci, Konstitusiyanın 129-cu maddəsinin, eləcə də Konstitusiya Məhkəməsinin 12.04.2017-ci il tarixli qərarının tələblərini, məhkəmə baxışının prinsiplərini aşkar şəkildə pozmuşdur. Məhkəmə heç bir əsas olmadan 169,4 kv.m. sahəyə dair çıxarış verilməsi barədə qərar çıxarmış, ona məlumat vermədən, eyni zamanda maraqlarına toxunan 3-cü şəxs qismində onu cəlb etmədən, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair qərar qəbul etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1 130/208 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, X1 müvafiq ərizə ilə müraciət etmək üçün subyektiv hüququ olmadığından, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarı qəbul edilərkən və ya qanuni qüvvəyə minənədək (mindikdən sonra da) iddianın predmeti olan qeyri-yaşayış sahəsinin X1 hüquqlarına və qanunla qorunan maraqlarına toxunacağının əvvəlcədən müəyyən edilməsi mümkün olmadığından, həmçinin müvafiq qərar qəbul edildiyi vaxtda mübahisə predmeti olan qeyriyaşayış sahəsinin yerləşdiyi binanın mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququ mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçdiyindən vəs atət (ərizə) təmin edilməməlidir

8. Həmin qərardaddan ərizəçi X2 apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1744/2021 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Azər Hüseynov və Raqib Qurbanov) apellyasiya şikayəti təmin edilmiş, "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 nömrəli, 16.03.2018-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi X2 məhkəməyə öz adından yox, "xxxx" MTK-nın qanuni təmsilçisi kimi müraciət etsə d ə, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisəli məsələyə Mənzil Məcəlləsinin müvafiq müddəalarını düzgün tətbiq etməmişdir. İş materiallarında Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərinə uyğun olaraq mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya müştərək cəmiyyətin yaradılması barədə hər hansı sübut olmasa da, bu halı "xxxx" MTK-nın mövcudluğunu və mübahisəli 23,4 kv.m. qeyri-yaşayış sahəsinə dair sonuncunun mülkiyyət hüququnun olması ehtimalını aradan qaldırmır.

11. İddiaçı 07.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1744/2021 nömrəli qərardadının ləğv edilməsini və "xxxx" MTK-nın üçüncü şəxs qi smində cəlbetmə barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə ünvan 2 ünvanında yerləşən binanın mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququ mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçərək kooperativin üzvlərinə keçmişdir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Beləliklə, "xxxx" MTK hüquqi şəxs olaraq ləğv edilməli olduğu üçün onun ünvan 2 ünvanında yerləşən binadakı hər hansı sahə üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Ərizəçi, kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1744/2021 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz ında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarının mahiyyəti qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış və məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Məhkəmə də göstərilən hüquqi mövqeyə uyğun olaraq qanuni qərardad qəbul etmişdir. c) T ərəflərin mülahizələri

14. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

15. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

16. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

18. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

19. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

21. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd o lunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mara qlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tə ləblərinə riayət edilməmişdir.

26. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 22-ci bəndində istinad olunan hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

27. Hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normaların məzmunundan da görünür ki, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına to xunacağı hallarda, həmçinin mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda onları məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.

28. Hazırkı halda isə qəbul edilən məhkəmə qərarı ərizəçi X1 qanunla qorunan maraqlarına toxunmadığından onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb ediməsinə zərurət yoxdur.

29. İlk növbədə nəzərə alınmalıdır ki, X2 üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatəti "xxxx" MTK-nın qanuni təmsilçisi kimi yox, öz adından təqdim etmişdir. Belə olan halda məhkəmə aktının "xxxx" MTK-nın qanuni maraqlarına toxunması yox, X3 hüquqlarına toxunması araşdırılmalıdır.

30. Ape llyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, X2 məhkəməyə təqdim etdiyi vəsatətində "xxxx" MTK-nın qanuni təmsilçisi kimi çıxış etmiş, özünü yox, "xxxx" MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

31. Lakin sözügedən vəsatəti (1-ci cild, iş v.71) nəzərdən keçirdikdə məlum olur ki, vəsatətdə X2 "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsi tələbini irəli sürməmiş, özünün üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.

32. Bundan başqa, iş materialların kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 10.07.2014-cü il tarixli çıxarışdan (1-ci cild iş v.89) görünür ki, "xxxx" MTK-nın qanuni təmsilçisi X3 müəyyən edilmişdir. "xxxx" MTK-nın nizamnaməsinə görə isə (1-ci cild iş v.95) kooperativin sədri Ümumi Yığıncaq tərəfindən gizl i səsvermə yolu ilə 3 il müddətinə seçilir. MTK-nın 10.07.2014-cü il tarixində dövlət qeydiyyatına alındığı nəzərə alınarsa, X1 qanuni təmsilçi kimi səlahiyyətləri 3 il sonra, 10.07.2017-ci il tarixində bitir. Sonuncu isə sözügedən vəsatətlə 26.11.2019-cu il tarixində məhkəməyə müraciət etmişdir. Bu zaman isə artıq X1 "xxxx" MTK-nı təmsil etmək səlahiyyəti yox idi.

33. Beləliklə, X1 vəsatəti öz adından yox, "xxxx" MTK-nın adından verdiyi qəbul edilərsə belə, həmin vəsatət məhkəməyə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edilmişdir.

34. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 nömrəli binanın mənzillərinin ümumi sayı 167 ədəddir. Sözügedən binada 155 ədəd mənzi l qeydiyyatdan keçmişdir və çıxarışlar verilmişdir. İddiaçı tərəfindən əlavə tikinti işlərinin aparılması və ya iddiaçı tərəfindən əlavə sahənin zəbt olunması və bunun nəticəsində qeyri-yaşayış sahəsinin ölçülərinin dəyişməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır.

35. Həmçinin, ərizəçi X2 iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda hər hansı əlavə tikinti işlərinin aparmasını və ya iddiaçı tərəfindən əlavə sahənin zəbt olunmasını sübut edən sənəd məhkəmələrə təqdim etməmişdir. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1130/2018 nömrəli, 16.03.2018-ci il tarixli qərarı qəbul edilərkən ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandıra bilməmişdir.

36. Odur ki, X1 inzibati iş üzrə üçünc ü şəxs qismində cəlb edilməsi üçün əsas yoxdur. Belə olan halda, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1744/2021 nömrəli qərardadı ləğv edilməli, X1 üçüncü şəxs qismində inzibati icraata cəlb edilməsi barədə vəsatəti rədd edilməlidir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1744/2021 nömrəli qərardadı ləğv edilsin. X1 üçüncü şəxs qismində inzibati icraata cəlb edilməsi barədə vəsatəti rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar