Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2083/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Mürsəl qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(107)-162/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1962-ci il 10 noyabr tarixdə doğulmuş, 1979-cu il 25 noyabr tarixdən 1995-ci il 28 iyul tarixədək İsmayıllı rayonu “x” üzümçülük sovxozunda, 1995-ci il 5 iyul tarixdən 1998-ci il 1 yanvar tarixədək Qıçatan Kəndli fermer təsərrüfatında işləmiş, həmçinin, 2004cü il 26 noyabr tarixdən 2018-ci il 1 dekabr tarixədək ahıl qayınanası X1 qulluq etmişdir. O, 5 uşaq doğmuş və onları 8 yaşınadək tərbiyə etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən iddiaçının 25 il sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən o lunmur və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğdə yaşa görə əmək pensiyası təminatına imkan vermir. İddiaçı 2018-ci il 6 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1979-cu il 25 noyabr tarixdən 1995-ci il 4 iyul tarixədək İsmayıllı rayon “x” üzümçülük sovxozunda, 1995-ci il 5 iyul tarixdən 1998-ci il 1 yanvar tarixədək Qıçatan Kəndli fermer təsərrüfatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 1979-cu il 25 noyabr tarixdən 1995-ci il 28 iyul tarixədək İsmayıllı rayon “x” üzümçül ük sovxozunda, 1995-ci il 5 iyul tarixdən 1998-ci il 1 yanvar tarixədək Qıçatan Kəndli fermer təsərrüfatında işlədiyi müddət əmək kitabçasında qeyd edilməsə də, arxiv arayışına əsasən həmin müddət iş stajına daxil edilməlidir. O cümlədən, iddiaçı 2004-cü il 26 noyabr tarixdən 2018-ci il 1 dekabr tarixədək qayınanası X1 qulluq etmiş və həmin dövrü cavabdeh iş stajı kimi qəbul edir. O, 5 uşaq doğmuş və həmin uşaqlarını 8 yaşınadək böyüdüb tərbiyə etmişdir. Buna baxmayaraq cavabdeh göstərilənləri nəzərə almır və nəticədə əsassız olaraq ona yaşa görə əmək pensiyası təyin etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 dekabr tarixli 2-1(84)-1960/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1979-cu il 25 noyabr tarixdən 1995- ci il 4 iyul tarixədək İsmayıllı rayon “x” üzümçülük sovxozunda, 1995-ci il 5 iyul tarixdən 1998-ci il 1 yanvar tarixədək Qıçatan Kəndli fermer təsərrüfatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 5 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş, 2018-ci il 10 may tarixdə 55.6 yaşına çatmış və 25 ildən artıq sığorta stajı olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(107)-162/2019 nöm rəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 1 aprel tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 1 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlə rin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliy yatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar nəzərdə tutulmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə Əsasnaməni və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsini tətbiq etmiş, lakin həmin Əsasnamənin və Qanunun qüvvədən düşməsini nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasə n, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olund uğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutu lmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 1962-ci il noyabrın 10-da doğulduğu, 5 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyi nəzərə alındıqda, onun 55,5 yaşının tamam olduğu 2018-ci il 10 may tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldi kdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdehin təsdiq etdiyi akta əsasən, iddiaçı 2004-2018-ci illərdə ahıl şəxsə qulluq etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2, 21.2.4-cü maddələrinə əsasən, həmin müddət sığorta stajına daxil edilir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş illərinə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin illərdə işlədiyi müddətin arxiv arayışı ilə təsdiq olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçının müb ahisələndirilən 1979-1995-ci illər üzrə əmək fəaliyyətini başa vurduğu, habelə mübahisələndirilən 1995-1998-ci illər üzrə əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Digər tərəfdən, cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə də uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanva r tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının istinad etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 mart tarixli 2-1(107)-162/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2083/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2083/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver