Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2083/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin üzrlü sayılması barədə ərizəyə baxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi-bundan sonra mətndə cavabdeh) qarşı cavabdehin ona əlillik dərəcəsi müəyyən edilməsindən imtinasının qanunsuz hesab edilməsi və 2 avqust 2019-cu il tarixdən hesablanmaqla ona ikinci qrup əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1944/2020 saylı, 1 dekabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayəti üzrə müddətin bərpa olunmasına dair ərizəsinə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin ona əlillik dərəcəsi müəyyən edilməsindən imtinasının qanunsuz hesab edilməsi və 2 avqust 2019-cu il tarixdən hesablanmaqla ona ikinci qrup əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2020 nömrəli 9 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2 avqust 2019-cu il tarixdən hesablanmaqla ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarı n ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1944/2020 saylı 1 dekabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 9 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh 14 yanvar 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış (səh. 152), 27 iyul 2021-ci il tarixdə poçta təqdim etdiyi ərizəsində kasasiya şikayəti üzrə buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir (səh.163, 183).
6. Cavabdeh ərizəsində bildirmişdir ki, yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrinə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcmi nə görə çətinliklər yaranmış, eləcə də büdcənin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmazlığı problemi ilə qarşılaşmışdır. Tətbiq edilən hüquq
7. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə d ə məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən so nra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyat a keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü Kasasiya məhkə məsinin mövqeyi
10. Cavabdeh kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayət üzrə müddətin üzrlü sayılması barədə ərizə ilə müraciət etmişdir.
11. İşdə olan sənədlərə görə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının surətini 14 yanvar 2021-ci il tarixdə almış, 28 iyul 2021-ci il tarixdə kasasiya şikayətini poçta təqdim etməklə şikayət vermə müddəti 5 aydan artıq buraxmış, şikayəti qanunvericilikdə nəzərdə tutulan 1 ay müddətində təqdim edilməmişdir.
12. Cavabdeh ərizəsində yaxın vaxtda yeni inzibati binaya köçdüyünü bildirsə də, hansı vaxt yeni binaya köçməsi, bununla bağlı hər hansı sübutu, apelyasiya instansiyası məhkəməsinin qərarını aldıqdan sonra 5 aydan artıq müddətdə onun hansı struktur bölmələrində hansı müddətdə qalması barədə məlumatı təqdim etməmişdir.
13. Cavabdehin ərizəsində göstərdiyi digər dəlil, yəni büdcənin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmazlığı problemi ilə qarşılaşması şikayət üzrə müddətin bərpası üçün əsas deyildir.
14. Odur ki, cavabdehin ərizəsində göstərdiyi hallar şikayət üzrə müddətin bərpa olunması üçün əsas olmamışdır.
15. Kasasiya şikayəti vaxtında verilmədiyindən, yuxarıda sadalanan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır
16. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Döv lət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1944/2021 saylı, 1 dekabr 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. Kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.