Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2083/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X2 Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik ödənişin verilməsi) 15.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 Xidmətinə qarşı “birdəfəlik ödənişin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-141/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur.
2. İddiaçı xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilərək X2 Xidmətinin Lisenziya və fərqlənmə nişanlarının verilməsinin təşkili şöbəsinin Fərqlənmə nişanlarının verilməsinin təşkili sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
3. İddiaçıya pensiya yaşına (63 il 6 ay) çatması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Cavabdehin 28 avqust 2019-cu il tarixli, 86/k nömrəli əmrinə əsasən iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək pensiyaya çıxmağı ilə əlaqədar aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsini xahiş etmişd ir.
6. Cavabdeh xx.xx.2019-cu il tarixli, K-563(x) nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2018-ci il 1 iyul tarixindən 2019-cu il 1 iyul tarixinədək pensiya yaşının 64 olmasına və 7 sentyabr 2018-ci il tarixdə pensiya yaşına (64 yaş) çatmasına baxmayaraq, öz arzusu ilə dövlət qulluğuna xitam verməyərək tutduğu vəzifədə işləməyə davam etdiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş halın iddiaçı barəsində tətbiq edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya yaşına çatdığına görə dövl ət qulluğuna öz arzusu ilə xitam verildiyi üçün ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 noyabr 1976-cı il tarixdən 28 avqust 2019-cu il tarixədək 43 il ərzində avtomobil nəqliyyatı sahəsində fasiləsiz əmək fəaliyyəti göstərmiş, 15 il rəhbər vəzifələrdə çalışmışdır. 5 yanvar 2012-ci il tarixdən X2 Xidmətinin 16/k nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, məsləhətçi qismində daimi dövlət qulluğuna qəbul edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 7 mart 2018-ci il tarixdə pensiya yaşının 63 il 6 ay o lmasına baxmayaraq, öz arzusu ilə dövlət qulluğuna xitam verməyərək, tutduğu vəzifədə işləməyə davam etmişdir. X2 Xidmətinin 28 avqust 2019-cu il tarixli 86/k nömrəli əmri ilə 1-ci dərəcə dövlət qulluqçusu kimi, dövlət qulluğunda olmanın yaş həddinə çatanadək dövlət qulluğuna 29 avqust 2019-cu il tarixdən öz arzusu ilə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi üçün X2 Xidmətinin rəhbərliyinə rəsmi qaydada müraciət etsə də (X3 19 iyun 2019-cu il tarixli, 08/xx-xx/2256 nömrəli məktubu həmin müraciətə əlavə edilmişdir), bir aya yaxın müddət keçdikdən sonra Xidmətin 1 oktyabr 2019-cu il tarixli K-563/x/ nömrəli məktubu ilə rədd cavabı alm ışdır. Bundan sonra, o, 22 fevral 2021-ci il tarixdə müraciətə tam aydınlıq gətirilməsi məqsədilə X4 yenidən rəsmi qaydada müraciət etmişdir. X3 10 mart 2021-ci il tarixli, 04/xx-xx/0603 nömrəli cavab məktubunda birinci müraciətə əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi artıq pensiya yaşına çatmış, lakin dövlət qulluğunda fəaliyyətini davam etdirərək dövlət qulluğunda olmanın yaş həddinə çatanadək öz arzusu ilə (Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən) dövlət qulluğundan çıxmış şəxslərə münasibətdə tətbiq edilir. Beləliklə, tərəflər arasında yaranmış əmək mübahisəsinə əslində, X3 10 mart 2021-ci il tarixli, 04/xx-xx/0603 nömrəli cavab məktubu ilə daha dürüst cavab verilmişdir və bununla əslində, X2 Xidmə tinin iddiaçıya aid qərarının tam əsassız olduğu sübut edilmişdir.
9. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-1107/2022 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarlarına istinad edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun h ər iki Qərarında “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. İddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2018-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir.
12. İddiaçının istinad etdiyi və iddiaçının mövqeyinə uyğun olaraq Azərbaycan Respublikası X3 “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verməsi ilə bağlı məktubuna münasibətdə məhkəmə bildirmişdir ki, sözügedən qurum normativ hüquqi aktı şərh etmək səlahiyyətinə malik deyildir və həmin məktub (şərh) hazırkı mübahisənin həllində rəhbər tutula bilməz.
13. İddiaçı həmin qə rardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-141/2023 nömrəli qərarı (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-1107/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, pensiya yaşına çatdıqdan sonra səhhəti tam imkan verməsə də, məhz maddi ehtiyaca görə pensiyaya çıxmayıb işə davam etmək məcburiyyətində qalmasını cavabdeh təşkilat nəzərə almamışdır. Eləcə də düşünmüşdür ki, dövlət qulluqçusu kimi əlavə stajı hesablanmaqla nisbətən fərqli bir pensiya təyin oluna bilər. Cavabdeh isə onun, yəni pensiyaya çıxmış əməkdaşının qanuni haqqını almaqla cüzi şəkildə də olsa rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilə biləcəyi üçün şərait yaratmamış, əksinə süni maneə yaratmaqla həyat səviyyəsinin pisləşməsinə təşəbbüskar olmuşdur.
18. Məhkəmə instansiyaları nəzərə almamışdır ki, pensiya yaşına çatmış şəxsin məhz pensiya yaşına çatmasına görə işdən çıxarılması Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququna təminat verən 25-ci maddəsinə, X1 “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli Konvensiyasına və “Dövlət qulluğu haqqında” Qanunun 4.1.8-ci və 4.1.9-cu maddələrinin tələblərinə birbaşa ziddir. Pensiya yaşına çatmış və işləyən şəxslər digər işçilər ilə eyni hüquqlara malikdirlər və heç bir əsasa, o cümlədən yaşa görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Pensiya yaşına çatdıqda həmin vaxt qanun icazə verdiyinə görə bu hüquqdan istifadə etməməyi onun öz hüququ olmuşdur. Hüququndan istifadə etməməyi onun digər qanunla müəyyən olunmuş hər hansı bir hüququndan məhrum edilməyi üçün əsa s ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məhkəməyə ünvanladığı yazılı münasibətində qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdeh olmadıqlarını bildirməklə bərabər apellyasiya məhkəməsinin qərarını tam qanuni və əsaslı hesab edirlər. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan ver mədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;... 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğu ndan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hall arının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları göstərməyi zəruri hesab edir.
29. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm apellyasiya, həm də kassasiya şikayətlərində dövlət qulluğunda olmanın yaş həddinə (65 yaşa) çatmadan öz arzusu ilə dövlət qulluğuna xitam verildiyini, buna görə də “Dövlət qulluğu haqqında” Qanunun 33.2ci maddəsinə əsasən ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməli olmasını göstərmişdir. 30. “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzus u ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Qanunvericilik bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması.
31. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluqçusunun pensiya yaşına çatması dedikdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Hazırkı iş üzrə iddiaçının pensiya yaşının 63 il 6 ay olması işin mübahisələndirilməyən hallarındandır.
32. Yəni iddiaçı pensiya yaşına xx.xx.2018-ci il tarixdə çatsa da, həmin tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə bağlı müraciət etməmiş, dövlət qulluğu vəzifəsinin icrasına davam etmiş və buna paralel olaraq həm də əmək pensiyası almağa başlamışdır. İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə bağlı ərizəsini dövlət qulluğunda olmanın son yaş həddinə (65 yaşa) bir neçə gün qalmış təqdim etmişdir.
33. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin ilk tələbinə (dövlət qulluqçusunun pensiya yaşına çatmasına) riayət edilməmişdir, ona görə də iddiaçı barəsində həmin maddənin tətbiq edilməsinə əsaslar mövcud deyil.
34. Bundan başqa, hazırkı iş üzrə müəyyən edilən hallardan göründüyü kimi iddiaçı dövlət qulluğuna görə deyil, sadəcə olaraq yaşa görə əmək pensiyası alır. Buna baxmayaraq məhkəmə kollegiyası qe yd edir ki, şəxsin pensiya yaşına dövlət qulluğunda olmanın son həddindən daha tez çatması onun dövlət qulluğuna görə əmək pensiyası almasının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Belə ki, dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas şərtin (əmək pensiyası yaşına çatma və dövlət qulluğu vəzifəsində 15 il qulluq stajına malik olma) ödənilməsi lazımdır. Yəni şəxs dövlət qulluğunda olmanın son yaş həddinə çatmadan belə pensiya yaşına çatdıqda və müvafiq dövlət qulluğu stajı olduqda dövlət qulluğuna görə pensiya almaq hüququ əldə etmiş olur.
35. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır.
36. İddiaçı kassasiya şikayətində sosial təminat hüququnun məhdudlaşdırılmasına istinad etsə də, bununla bağlı qeyd edilməlidir ki, hazırkı halda iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan birdəfəlik ödəmənin verilməməsi onun sosial təminat hüququnun məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Belə ki, işin mübahisələndirilməyə n hallarından göründüyü kimi iddiaçı pensiya yaşına (63 il 6 ay) çatdığı üçün xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası almış, bununla bərabər iddiaçı dövlət qulluğu vəzifəsində çalışmağa davam etdiyi üçün həm də dövlət məvacibi almışdır. Yəni iddiaçı xx.xx.2018-ci il tarixdən dövlət qulluğuna xitam verildiyi xx.xx.2019cu il tarixə qədər həm dövlət məvacibi, həm də əmək pensiyası almış, bununla da onun sosial təminat hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq tam təmin olunmuşdur.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA A LDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 21(103)-141/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.