Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2083/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh X14ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi” tələbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X14ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(10 3)-2114/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 20 fevral 2023-cü il tarixdə verilmiş 3-16-5/4-15-N-06-6/2023 saylı arayışından görünür ki, İddiaçı 12 dekabr 2000-ci il tarixdə anadan olmuş övladının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.
2. Səbail rayon qeydiyyat şöbəsinin 14 fevral 2023-cü il tarixli arayışından görünür ki, Bak ı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar edilməmişdir.
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Cavabdehn İddiaçı ünvanlanmış 13 aprel 2023-cü il tarixli PHŞ-6/2/2-N-10-42-160/2023 saylı məktubundan görünür ki, təqdim olunmuş sənədlərdə ziddiyyət yarandığından xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsi mümkün deyil. Qeyd olunan məsələ ilə bağlı, doğum faktının müəyyən edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ tövsiyə olunur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin İddiaçı xx.xx.2000-ci ildə Bakı şəhəri 5 saylı X9 anadan olmuş övladının doğumunun hazıradək dövlət qeydiyyatına alın madığı, habelə tibb müəssisəsi tərəfindən verilmiş şəhadətnamənin itirməsi ilə əlaqədar həmin sənədin təkrarının əldə olunması üçün doğumun qeydə alınmadığı barədə arayış verilməsinə dair müraciətinə ünvanlanmış 22 fevral 2023-cü il tarixli 3-16-5/4-15-N-06-6/2023 saylı cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.2000-ci il təvəllüdlü qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məlum olduğu müvafiq arayış xx.xx.2023-cü ildə təqdim edilmişdir.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Cavabdehn 30 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə X6 qeydiyyat kitablarından qeydiyyatdan keçməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh X14ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X9 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsi vəzifəsinin Cavabdeh PHŞyə həvalə edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1999-cu ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1956-cı il təvəllüdlü X5 ilə ailə qurmuş, lakin nikaha daxil olmamış, ailə münasibətlərindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində (xx.xx.2021-ci il tarixdən etibarən adı: 5 saylı X15 Cavabdeh PHŞ) bir qız ları doğulmuş, həmin tibb müəssisəsi tərəfindən ona qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilmiş, lakin həmin vaxt onun səhhətində problem olduğundan qızının doğumunun qeydiyyatı üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişdir. Qızının təxminən üç yaşı olarkən X5 ilə ayrılmış, həmin vaxt o, xəstə olduğu üçün qızı atasının - X2 yanında qalmışdır. Qızı atasının yanında qaldığı üçün onun doğulması barədə 5 nömrəli Doğum Evi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamə də X3 qalmışdır. X5 ilə ayrıldıqdan sonra da qızının doğumu qeydiyyata alınmamışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməmişdir. Bu səbəbdən də qızı heç vaxt məktəbə getməmiş, ona yazıb-oxumağı evdə atası X5 və bibisi X4 öyrətmişlər. Təxminən, 3-4 il bundan əvvəl qızının doğulması barədə doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi üçün 5 nömrəli Doğum Evinə müraciət etmiş və ona həmin sənədin dublikatı təqdim edilmişdir. Daha sonra o, qızının doğumunun dövlət qeydiyyatına alınması üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin 5 nömrəli Doğum Evi tərəfindən ona verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatında möhür olmadığı üçün Daşkəsən rayon Qeydiyyat Şöbəsi qızının doğumunu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Buna görə də həmin sənədi 5 nömrəli Doğum Evinə geri qaytarmışdır. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş arayışlarına əsasən də qızının doğumu döv lət qeydiyyatına alınmamışdır. Hazırda qızının 22 yaşı olsa da, lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, o, Cavabdeh PHŞ-yə müraciət edərək xx.xx.1967ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - xx.xx.2000-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində bir qız uşağı doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı 13 aprel 2023-cü il tarixli imtina məktubunda isə bildirmişdir ki, “təqdim olunmuş sənədlərinizdə ziddiyyət yarandığından xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsi mümkün deyil. Sizə qeyd edilən məsələ ilə bağlı, doğum faktının müəyyən edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ tövsiyə olunur”.
8. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) 15 fevral 2024-cü il tarixli, 21(112)-1249/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun itmiş sənədinin həqiqətən mövcud olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq doğum haqqında tibbi şəhadətnamənin Cavabdeh X14də bərpası mümkün olmamışdır. Sənədlərin bərpasından o vaxt söhbət gedə bilər ki, həmin sənədlərin mövcudluğu təsdiq ol unsun. Deməli, doğum haqqında tibbi şəhadətnamənin bərpası üçün məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan doğum faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və P.A.Hüseynov) 25 aprel 2024-cü il tarixli, 21(103)-2114/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı, doğum haqqında tibbi şəhadətnaməni itirdiyi, cavabdeh tibb müəssisəsində də belə bir sənəd və ya doğum qeydiyyatı aşkar olunmadığı halda, o, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq xüsusi icraat çərçivəsində doğum faktının müəyyən edilməsi yolu ilə çatmaq istədiyi məqsədinə nail olmaq əvəzinə, mövcud olmayan tibbi şəhadətnamənin dublikatının verilməsinin cavabdehə həvalə olunması barədə tələbi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etməklə uğursuz bir yolu seçmişdir. Beləliklə də, iddiaçının cavabdeh tibb müəssisəsinə qarşı hazırkı “övladının doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsi tələbinə dair iddiasının inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.
13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehdən 5 nömrəli X9 bir qız uşağı doğmağını təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin dublikatının təqdim edilməsini xahiş etmişdir. Həmin vaxt cavabdehin əməkdaşı onu, sonradan isə qızının atası ilə birlikdə qəbul edərkən onun 5 nömrəli X9 uşaq doğduğunu etiraf edib lakin cavabdeh təqdim edilmiş sənədlərdə ziddiyyətin (onunla qızının atası arasında nikah olmadığı halda qızının hazırda praktik sağlam olması barədə (yaşaması barədə, sağ olması barədə) tibbi arayışda qızının soyadının onun soyadına uyğun deyil, atasının soyadına uyğun olaraq “Rəhimova” kimi qeyd edilməsi olduğunu əsas gətirərək həmin sənədin dublikatını verməkdən imtina edib. Göründüyü kimi, cavabdeh öz imtinasında onun hazırda onun nəzdində fəaliyyət göstərən 5 nömrəli X9 xx.xx.2000-ci il tarixdə bir qız uşağı doğduğunu inkar etməyib. Yəni, cavabdehin imtinasının əsasını onun 5 nömrəli X9 bir qız uşağı doğmağı ilə bağlı cavabdehdə məlumatın olmaması təşkil etməyib. Yəni, cavabdeh ilkin olaraq onun 5 saylı X9 bir qız uşağı doğduğunu inkar etməyib, məhkəmə prosesi zamanı uşağının doğulması barədə faktı inkar etməyə və sübutları gizlətməyə çalışıb. Apellyasiya instansiya məhkəməsi isə cayabdehin mövqeyini dəqiqləşdirməyib. Çünki iddia icraatının başlanmasına əsas olmuş imtinadan fərqli olaraq cavabdeh sonradan məhkəmə sorğusuna verdiyi cavabda bildirmişdir ki, iddiaçının həmin dövrdə qadın cinsindən olan uşaq doğması haqqında məlumat mövcud deyildir. Hesab edir ki, bu işə inzibati məhkəmədə baxılması üçün onun olmasından mötəbər sübut yoxdur. Çünki faktiki olaraq onun qızının yaşı da onu 5 nömrəli X9 doğduğunu iddia etdiyi tarixə uyğun gəlir. Cavabdeh PHŞ bildirmişdir ki, xx.xx.2000-ci il tarixdə qız uşağını dünyaya gətirməsi ilə əlaqədar İddiaçı X6 qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Məhkəmə prosesində vəsatət verərək 5 nömrəli X11 xx.xx.2000 və xx.xx.2000-ci il tarixlərə aid xəstələrin qəbulu jurnalının məhkəməyə təqdim edilməsi üçün Cavabdeh PHŞ-yə sorğu gördərilməsini xahiş etmişdilər. Lakin Məhkəmə 5 nömrəli X11 xx.xx.2000 və xx.xx.2000-ci il tarixlərə aid xəstələrin qəbulu jurnalının cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin təmin edilməsi üçün heç bir tədbir görməmişdir, həmin qeydiyyat jurnalına baxış keçirilməmişdir. Bütün bunları Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətimdə qeyd etsə də, apellyasiya instansiya məhkəməsi qeyd edilən ziddiyyəti aradan aldırmamış, cavabdehin məhkəmə sorğusuna verdiyi cavabla kifayətlənmiş, 5 nömrəli X11 2000-ci ilin dekabr ayı (xüsusən 11, 12 yə 13 dekabr tarixləri) üzrə xəstələrin qəbul u jurnalına baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsi işi hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə ona qızının doğum faktının müəyyən edilməsi üçün ümumi rayon (şəhər) məhkəməsinə müraciət etməyini tövsiyyə etmişdir. Bununla bağlı bildirmək istəyir ki, şəxs doğum faktının müəyyən olunması məqsədilə məhkəməyə o halda müraciət edə bilər ki, o, doğum faktını təsdiq edən sənədi başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın - həmin sənədin verilməsinə əsas olan arxiv itmiş olsun, saxlanılmasın və arxivi bərpa etmək mümkün olmasın. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edil məsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.4-cü bəndinə əsasən, itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Onun qızının doğum faktını təsdiq edən sənədin dublikatının isə alınması mümkündür. Belə ki, o qızını 5 nömrəli Doğum Evində doğmuşdur. Buna dair xəstəxanada arxiv mövcuddur. Yəni, o xəstəxanada doğuş həyata keçirmiş şəxs olduğunu sübut edə bilmir. 5 nömrəli Doğum Evi tərəfindən ona qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilmişdi. Lakin həmin tibbi şəhadətnamə itib. Bu səbəbdən də həmin sənədin dublikatının verilməsi üçün cavabdehə müraciə t etmişdir. Bununla da, bəlli olur ki, qızının doğumu haqqında tibbi şəhadətnamənin (103 saylı tibbi şəhadətnamə) dublikatının qanuni qaydada əldə edilməsi mümkündür - yəni, qızının doğum faktını təsdiq edən sənədin məhkəmədən kənar qaydada alınması mümkündür. Lakin cavabdeh təqdim etdiyi sənədlərdə ziddiyyətlərin olduğunu əsas gətirərək onun müraciətini təmin etməkdən imtina edərək qızının doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası Bənd 2.5. Doğu mun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutul an hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulm uş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6.İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölü mün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri ( məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair m əlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğum un vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilat ları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırda iddiaçının tələbi onun xx.xx.2000-ci il tarixdə Cavabdeh PHŞ 5 nömrəli X9 bir qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının verilməsidir.
26. Hazırkı işin apellyasiya instansiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı övladının doğum haqqında tibbi şəhadənaməsinin onda mövcud olmadığını, əri ilə ayrıldıqdan sonra uşağın atasında qaldığını, cavabdeh isə onun təqdim etdiyi ərizəsində sənədlərdə ziddiyyət yarandığını və ümumiyyyətlə, “X13”də qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyinə görə xx.xx.2000-ci ilə aid olan doğum haqqında tibbi şəhadətnamənin (Forma 103) verilməsinin mümkün olmadığını bildirmişdir.
27. Göründüyü kimi iddiaçı doğum haqqında tibbi şəhadətnaməni həqiqətən mövcud olduğunu təsdiq edən sübut təqdim edə bilməmiş, odur ki, müvafiq doğum haqqında tibbi şəhadətnamənin Cavabdeh X14də bərpası mümkün olmamışdır.
28. Bundan başqa, göründüyü kimi doğum haqqında tibbi şəhadətnamənin əldə olunması mümkün olmadığından, qeydiyyat orqanı tərəfindən iddiaçının qızına doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüz olmuşdır.
29. İşə baxmış məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, cavabdeh tibb müəssisəsində doğum haqqında tibbi şəhadətnamə və ya doğum qeydiyyatı aşkar olunmadığı halda, iddiaçı, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq xüsusi icraat çərçivəsində doğum faktının müəyyən edilməsi yolu ilə çatmaq istədiyi məqsədinə nail olmaq əvəzinə, mövcud olmayan tibbi şəhadətnamənin dublikatının verilməsinin cavabdehə həvalə olunması barədə tələbi ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etməklə uğursuz bir yolu seçmişdir.
30. Göstəri lənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 21(103)-2114/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.