Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2084/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1633/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018cı il tarixli, **********160637 nömrəli qərara əsasən xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə İddiaçı ŞSŞ-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli **********160685 nömrəli səyyar vergi yoxlaması aktı i lə rəsmiləşdirilmişdir. Yoxlama ilə 4042,27 manat mənfəət vergisinin, 26395.21 manat əlavə dəyər vergisinin, 1932.93 manat sadələşdirilmiş verginin və 5953.76 manat qeydiyyatsız ƏDV-nin az və 2463.04 manat mənfəət vergisinin, 3417.43 manat ƏDV-nin, 2575.97 manat əmlak vergisinin, 1674.41 manat SV-nin artıq hesablanması müəyyən edilərək, SVY nəticəsində cəmi 38324.17 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18505.19 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. 2. “Səyyar vergi yoxlaması aktı”-nın əsasında cavabdeh xx.xx.2019-cu il tarixli, **********189496 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edərək İddiaçınə 28931,54 manat ƏDV (artıq hesablanmış vergilər nəzərə alınmaqla), 1579,23 manat mənfəət vergisi (artıq hesablanmış vergilər nəzərə alınmaqla), 58.27 manat sadələşdirilmiş vergi (artıq hesablanmış vergilər nəzərə alınmaqla) hesablanmış, 18505.19 manat maliyyə sanksiyası tətbiq olunmuş və 2575,97 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 18 sentyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 sentyabr 2019-cu il tarixli **********189496 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixli, **********160637 saylı qərarına əsasən iddiaçı üzrə 2015, 2016, 2017-ci illər üzrə audit yoxlaması aparmış və həmin illər üzrə müxtəlif tədiyyə üzrə: Əsas məbləğə 28.193 manat 32 qəpik maliyyə sanksiyası üzrə 18.505 manat 19 qəpik, cəmi məbləğ= 46.698 manat 51 qəpik. Verginin tələb etdiyi məbləğ: 46.698 manat 54 qəpik. Göstərilən dövrlər üzrə 2015, 2016, 2017-ci il üzrə İddiaçı şəxsi sahibkarlıq şirkəti olan maliyyə təsərrüfat fəaliyyətində olan bəzi xərclərinin və Vergi İdarəsi tərəfindən hesablaşma hesabından artıq silinmiş məbləğləri yoxlama zamanı iddiaçının müraciətinə baxmayaraq nəzərə alınmamışdır. Həmin nəzərə alınmayan açıqlamalar aşağıda göstərilən qaydada olmuşdur. Yoxlama zamanı müra ciət məktubu nəzərə alınmamışdır, göstərilən nöqsanlara azalma verilməmişdir. Mənfəət vergisinə 3 illik 68.084,74 manat kameral yazılmış lakin faktiki mənfəət 63.127,94 manat azalma verilməmişdir. Göstərilən hesabata əsasən fərq təşkil edir = 4.956,06 manat hansı ki, həmin məbləğə azalma verilməlidir. Mənfəət vergisi üçün sərəncamla artıq silinib 2015, 2016, 2017 = 4.309.18 manat iddiaçı tərəfindən 2015, 2016, 2017-ci illərdə mənfəət vergisi verilmiş xərc çox olduğu üçün mənfəət vergisi öhdəliyi yaranmadığı üçün 2015-ci il üzrə səhv təqdim edilmiş mənfəət vergisinə azalma verilməlidir = 800 manat. Mənfəət vergisi 2017-ci il üçün mənfəət olmadığı üçün azalma verilməli =347 manat. Müəssisə 2015-ci ildə mənfəət vergisi öhdəliyi yaranmadığı üçün (icarə müqaviləsinə xitam verilib Mail-Trans M MC il xx.xx.2015-ci il tarixidə) mənfəət vergisi səhvən hesablanıb və bəyannamə təqdim edilib azalma verilməli -2.397,46 manat. 2016-cı il üzrə müəssisə əmlak vergisinin ödəyicisi olmadığı üçün vergi idarəsi tərəfindən əmlak vergisi üçün kameral vergi hesablanıb həmin məbləğə azalma verilməli = 1200 manat. Bundan başqa, 2015, 2016, 2017-ci illərdə vergi tərəfindən 3 ilə (1200+1200+1200)= 3600 əvəzinə 3.873 manat əmlak vergisi hesablanıb və həmin məbləğ sərəncamla iddiaçının hesabından silinmişdir. Həmin məbləğə azalma verilməsi = 373 manat. Bundan başqa, müəssisə üzrə 2015, 2016, 2017-ci illər üzrə 328.668 manat 51 qəpiklik məhsul istehsal edilib. Mallar satılıb lakin, həmin istehsal edilmiş mallara görə 328.668,51 x 10% = 32.866 manat 80 qəpik avtomobillərə yanacaq yağ, sürtgü materiallar ı alınmış, həmin yanacağın dəyərinin 20 % mənfəətdən xərc kimi (32.866.80 x 20% =6.573.36) azalmalıdır. Buda göstərilən xərclərə görə azalma = 6.573.36 manat təşkil edir. Bundan başqa, müəssisə üzrə 2015, 2016, 2017-ci illərdə dövlət büdcəsinə mənfəət vergisi, gəlir vergisi, əlavə dəyər vergisi cəmi 38.886 manat pul ödəmişdir. Bundan başqa, müəssisə ətraf mühitin mühafizəsi Departamentinə xx.xx.2018-ci il tarixə X1 42.900 manat pul vəsaiti ödəmişdir. Beləliklə, iddiaçı dövlət büdcəsinə (38.886 +42.900) = 81.686 manat pul vəsaiti ödəmişdir. Müəssisə 2015, 2016, 2017-ci illərdə (41.732 manat) mənfəət vergisi əldə etmiş həmin məbləğin əvəzinə 81.686 manat dövlət büdcəsinə pul vəsaiti ödənilmişdir. Beləliklə, müəssisə öz gəlirlərindən (81.686 manat - 41.732 manat) = 39.954 manat büdcəyə artıq pul ödənilmişdir. Göstərilən 39.954 manat təsisçi hesabına ödənilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - əmlak vergisi üzrə - Müəssisə tərəfindən yoxlanılan dövr üzrə 2015, 2016 və 2017-ci illər üzrə əmlak vergisi bəyannamələri təqdim edilmişdir. 2015-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində müəssisə tərəfindən vergiyə cəlb edilən əmlakın ilin əvvəlinə 63000,0 manat, ilin sonuna 63000,0 manat qalıq dəyəri göstərilməklə 630,0 manat məbləğində əmlak vergisi hesablanmışdır (63000,0 + 63000,0): 2x 1%). Həmin bəyannamənin kameral vergi yoxlaması nəticəsində əlavə olaraq, 435,0 manat vergi hesablanmış və bunun səbəbi kimi müəssisə tərəfindən ilin əvvəlinə əsas vəsaitlərin vergiyə cəlb edilən əmlakın qalıq dəyərinin 1500 00,0 manat əvəzinə 63000,0 manat göstərilməsi bildirilmişdir. Hazırkı yoxlama ilə 2015-ci il üzrə əmlak vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir: Müəssisə 2015-ci ildə əsas fəaliyyəti olan - qum-çınqıl istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, lakin müəssisə tərəfindən "xxxx" MMC ilə bağlanmış 07.01,2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsinə əsasən Quba rayonu Qaraçay ərazisində yerləşən qum-çınqıl istehsal sahəsini həmin şəxsə icarəyə verilmiş və həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. Müəssisənin 2015-ci ildə yalnız 4 ay üzrə, yəni yanvar-aprel ayları üzrə əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmiş və əmlak vergisi Vergi Məcəlləsinin 2015-ci ildə qüvvədə olan redaksiyasının 202.0.3-cü maddəsinə uyğ un olaraq hesablanmışdır. 83478 manat artıq, 2016-cı il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 2016-cı ildə qüvvədə olan redaksiyasının 202.0.2-ci maddəsinə uyğun olaraq 1101,22 manat artıq hesablanmışdır. 2017-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində müəssisə tərəfindən vergiyə cəlb edilən əmlakın ilin əvvəlinə qalıq dəyəri 120000,0 manat, ilin sonuna 120000,0 manat göstərilməklə 1200,0 manat məbləğində əmlak vergisi hesablanmışdır ((120000,0 + 120000,0): 2x 1%). Hazırki yoxlama ilə 2017-ci il üzrə əmlak vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir: İlk növbədə qeyd olunmalıdır ki, müəssisə tərəfindən 2015-2017ci illər üzrə əsas vəsaitlərinin amortizasiyasının hesablandığı halda təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin 1 nömrəl i Əlavələrində hesablanmış amortizasiyası məbləğini nəzərə almadan əsas vəsaitlərinin qalıq dəyəri bütün illərdə 120000,0 manat göstərilmişdir, yəni əsas vəsaitlərinin qalıq dəyəri il ərzində hesablanmış amortizasiya məbləği qədər azaldılmadan göstərilmişdir. Yoxlama ilə 2017-ci il üzrə əmlak vergisi 01.01 2015-ci il tarixi vəziyyətinə əvvəlki səyyar vergi yoxlaması ilə təsdiq edilmiş əsas vəsaitlərinin qalıq dəyərinin məbləği (120000,0 manat) və müəssisənin analitik uçotuna əsasən əsas vəsaitlərinin həmin tarixə qalıq dəyəri (120000,0 manat) yoxlanılan dövrün əvvəlinə əsas vəsaitlərinin qalıq dəyəri kimi qəbul edilmiş, təqdim edilmiş analitik uçot məlumatlarına əsasən əsas vəsaitlər faktiki təyinatı üzrə qruplara bölünmüş, hər qrupa aid edilmiş əsas vəsaitlərinin qalıq dəyəri müəyyən edil miş və müəssisə tərəfindən illər üzrə hesablanmış amortizasiya ayırmaları nəzərə alınmışdır. Göstərilənləri nəzərə alaraq yoxlama ilə əmlak vergisi məqsədləri üçün 2017-ci ilin əvvəlinə vergiyə cəlb edilən əsas vəsaitlərin qalıq dəyəri 58800,0 manat, ilin sonuna 53200,0 manat, orta illik qalıq dəyəri 56000,0 manat ((58800,0 manat + 53200,0 manat): 2) müəyyən edilərək 560,0 manat məbləğində əmlak vergisi hesablanmışdır (56000,0 manat x 1%). Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə əmlak vergisinin 640,0 manat artıq hesablanması müəyyən edilmişdir. - ƏDV üzrə - Müəssisə vergi orqanına xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə təqdim etmiş və ona **********3 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Bildirişə əsasən, ƏDV məqsədləri üçün qeydiyyat xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən ƏDV üzrə ilk bəyannamə 2017-ci ilin yanvar ayı üzrə təqdim edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir: Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən, ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatların dəyəri müəssisə tə qdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə müəssisənin xx.xx.2016-cı il tarixdən müəssisənin ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Vergi Məcəllənin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən aylında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Yoxlama aktına əlavə olunmuş mütəxəssis rəyi, həmin rəyə və müəssisənin ilkin sənədlərinə əsasən müəssisənin noyabr/2015-oktyabr/2016 dövr üzrə gəlirin (hasilatın) 207961,91 manat təşkil edild iyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2016-cı il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. 2016-cı ilin noyabr-dekabr ayları və 2017-ci ilin yanvarın 16-dək olan dövr üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV- yə cəlb edilən ümumi dövriyyənin 33076,42 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 5953,76 manat ƏDV hesablanmış, əvəzləşdirilməli olan ƏDV müəyyən edilməmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 5953,76 manat məbləğində hesablanmışdır. Beləliklə, yoxlama ilə sahibkar tərəfindən bəyannamə təqdim etməməklə 5953,76 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə tərəfindən yoxlanılan dövr üzrə (xx.xx.2017-xx.xx.2018) təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 92636,33 manat, ondan hesablanan ƏDV-si 16674,54 manat, əvəzləşdirilən ƏDV-si 3011,83 manat göstərilməklə büdcəyə ödənilməli 13662,71 manat ƏDV hesablanmışdır. Həmin bəyannamələrinin kameral vergi yoxlaması nəticəsində büdcəyə ödənilməli ƏDV üzrə əlavə olaraq 13561,2 manat vergi hesablanmış və əlavə hesablamanın səbəbi kimi, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə vergiyə cəlb edilən dövriyyənin 66640,28 azaldılması, əvəzləşdirilən ƏDV- nin 1565,95 manat artıq göstərilməsi bildirilmişdir. Hazırkı yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hes ablanmışdır. Bu səbəbdən yoxlamaya ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. xx.xx.2017-xx.xx.2018-ci il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 295850,46 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 53253,08 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV 1527,93 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 51725,15 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) ümumilikdə büdcəyə ödə nilməli ƏDV-nin 24501,24 manat azaldılması (o cümlədən ayri-ayrı hesabat dövrləri üzrə 27918,68 manat azaldılması, 3417,43 manat artıq hesablanması) müəyyən edilmişdir. - Mənfəət vergisi üzrə - Müəssisə tərəfindən yoxlanılan dövrdə 2015, 2016 və 2017-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş mənfəət vergisi bəyannamələrində müəssisə tərəfindən gəlir və xərclərin kassa metodu ilə əks etdirilməsi göstərilmişdir. Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir. Müəssisə 2015-ci ildə əsas fəaliyyəti olan qum-çınqıl istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, lakin müəssisə tərəfindən "xxxx" MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 1 nömrəli icar ə müqaviləsinə əsasən Quba rayonu Qaraçay ərazisində yerləşən qum-çınqıl istehsal sahəsini həmin şəxsə icarəyə verilmiş və aylıq icarə haqqı 5000,0 manat məbləğində müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. Bunu nəzərə alaraq müəssisə 2015- ci ildə icarə fəaliyyəti üzrə mənfəət vergisinin ödəyicisi olmuş və həmin ildə icarə fəaliyyəti üzrə gəliri 20000,0 manat təşkil etmişdir. 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən ümumi gəlir, o cümlədən əmlakın icarəyə verilməsindən gəliri 20000,0 manat, cəmi xərclər 16000,0 manat, o cümlədən “digər xərclər” 16000,0 manat, vergiyə cəlb edilən mənfəət 4000,0 manat göstərilməklə 800,0 manat mənfəət vergisi hesablanmışdır. Həmin bəyannamənin kameral vergi yoxlaması nəticəsində 16000,0 manat xərc azaldılaraq əlavə olaraq 3200,0 manat mənfəət vergisi hesablanmışdır. Hazırkı yoxlama ilə müəssisənin ilkin sənədlərini yoxlanıldıqda 2015-ci il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəlir 20000,0 manat, o cümlədən əmlakın icarəyə verilməsindən gəliri 20000,0 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 5729,95 manat, o cümlədən, əmək haqqı - 1120,0 manat, sosial sığorta ayırmaları - 246,4 manat, dövlət torpaq sahəsinin icarəsi - 933,33 manat, əsas vəsaitlərinin amortizasiya - 3200,0 manat, əmlak vergisi - 230,22 manat, vergiyə cəlb edilən mənfəət 14270,05 manat məbləğində müəyyən edilmiş və ondan 2854,01 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, hazırki səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxl aması nəticəsində hesablanmış vergi məbləğinin 1145,99 manat artıq hesablanması müəyyən edilmişdir. 2015-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclər aşağıdakı qaydada hesablanmışdır: Həmin il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin müəyyən edilməsi zamanı müəssisənin 2015-ci ildə yalnız ilk 4 ayı üzrə mənfəət vergisinin ödəyicisi olduğu nəzərə alınmışdır. Belə ki, müəssisə öz əsas fəaliyyəti qum-çınqılın istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, icarə fəaliyyəti üzrə isə əməliyyatların yalnız ilin ilk 4 ayında aparıldığı səbəbindən (yuxarıda qeyd edildiyi kimi, "Mail-Trans” MMC ilə bağlanmış icarə müqaviləsinə xx.xx.2015-ci il tarixdən xitam verilmişdir) 2015-ci ilin mənfəət vergisi məqsədləri üçün xərclər müəyyən edildikdə 20 15-ci ilin yanvar-aprel ayları üzrə işçilərə hesablanmış əmək haqqının məbləği - 1120,0 manat (280,0 manat x 4 ay), həmin aylar üzrə hesablanmış əmək haqqı məbləğindən hesablanmış sosial sığorta ayırmaları - 246,4 manat (1120,0 manat x 22%), həmin ayların payına düşən əmlak vergisinin məbləği - 230,22 manat; həmin ayların payına düşən dövrlər torpaq sahəsinin icarə haqqı - 933,33 manat (illik icarə haqqı 2800,0 manat: 12 ay x 4 ay), müəssisə özü tərəfindən hesablanmış əsas vəsaitlərinin amortizasiya ayırmalarının məbləğinin həmin ayların payına düşən məbləği - 3200,0 manat (9600,0 manat: 12 ay x 4 ay) daxil edilmiş və xərclərin cəmisi 5729,95 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müəssisənin 2015-ci ilin ilk 4 ayında elektrik enerjisi xərci vardır, lakin bağlanmış icar ə müqaviləsinin şərtlərinə əsasən elektrik enerjisi xərclərinin ödənilməsi icarəçinin üzərinə qoyulduğundan yoxlama ilə həmin aylar üzrə müəssisəyə "Azərenerji” ASC tərəfindən təqdim edilmiş hesablar üzrə istifadə edilmiş elektrik enerjisinin dəyəri müəssisənin xərclərinə daxil edilməmişdir. Həmçinin müəssisənin əvvəlki illərdə yaranmış və 2015-ci ildə nəzərə alına biləcək zərərləri olmamışdır. Hazırkı yoxlama ilə 2015-ci ilin mənfəət vergisi bəyannaməsinə 1 nömrəli Əlavəsinin doldurulmasının düzgünlüyünü yoxlanıldıqda müəyyən edilmişdir ki, əlavənin “Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar haqqında məlumatlar” bölməsinin "binalar, tikintilər və qurğular” adlı 1.1.1-ci maddəsi üzrə əks etdirilmiş 120000,0 manat müəssisənin mülkiyyətində olan 50000,0 manat qalıq də yərində nəqliyyat vasitələrinin və 70000,0 manat qalıq dəyərində maşınlar və avadanlıqların qalıq dəyərləri təşkil edir. Yəni, əlavənin “maşınlar, avadanlıqlar və hesablama texnikası" adlı 1.1.2-ci maddəsi üzrə göstərilməli olan 70000,0 manat və “nəqliyyat vasitələri” adlı 1.1.3-cü maddəsi üzrə əks etdirilməli olan 50000,0 manat səhv olaraq “binalar, tikintilər və qurğular” adlı 1.1.1-ci maddəsində əks etdirilmişdir. Yoxlama ilə 2015-ci ilin mənfəət vergisi bəyannaməsində müvafiq düzəlişlər edilmişdir. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət bəyannaməsində ümumi gəlirin 82749,0 manat, o cümlədən malların təqdim edilməsindən 82749,0 manat, ümumi xərclərin 70651,0 manat, o cümlədən: əmək haqqı - 5450,0 manat, sosial sığorta ayırmaları - 1199,0 manat, enerji xərcləri 49307, 0 manat, yanacaq xərci - 1100,0 manat, əsas vəsaitlərinin amortizasiyası - 9600,0 manat, torpaq vergisi - 2795,0 manat, əmlak vergisi - 1200,0 manat, vergiyə cəlb edilən mənfəətin 12098,0 manat göstərilməklə 2419,6 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 87254,0 manat, o cümlədən: malların təqdim edilməsindən 87254,0 manat, gəlirdən çıxılan ümumi xərclər 85516,0 manat, o cümlədən: əmək haqqı - 11748,0 manat, sosial sığorta ayırmaları - 2937,0 manat, enerji xərcləri 57233,0 manat, əsas vəsaitlərinin amortizasiyası - 9600,0 manat, torpaq vergisi - 2798,0 manat, əmlak vergisi - 1200,0 manat, vergiyə cəlb edilən mənfəət 1738,0 manat göstərilmiş və ondan 347,6 manat mənfəət vergisi hesablanmış dır. Hazırkı yoxlama ilə 2016 və 2017-ci illər üzrə mənfəət vergisi aşağıdakı kimi hesablanmışdır. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlamaya ilə 2016 və 2017-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazır lanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Qeyd olunmalıdır ki, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə “kassa metodu” seçildiyi üçün, yoxlama ilə mənfəət vergisinin hesablanması zamanı gəlir və xərclər kassa metodu ilə hesablanmışdır. Bunun üçün gəliri müəyyən etmək üçün müəssisə tərəfindən ilkin mühasibat sənədləri (qaimə-faktura, elektron qaimə və elektron vergi hesab-faktura) əsasında təqdim edilmiş və dəyəri ödənilmiş malların dəyərinə yoxlama zamanı mütəxəssis rəyi əsasında müəyyən edilmiş əlavə satışın məbləği əlavə olunmuşdur. Yoxlama ilə müəssisənin 2016-cı ilin noyabr ayından etibarən ƏDV ödəyicisinin olduğu müəyyən edilmişdir (bu barədə aktın “ƏDV-nin yoxlanılması üzrə” hissəsində ətraflı açıqlama verilmişdir). Bu səbəbdən də 2016-cı il üzrə mənfəət vergisi məqs ədləri üçün yalnız noyabr və dekabr aylarının satışları nəzərə alınmışdır. Yoxlama ilə 2016-cı ilin noyabr-dekabr aylarında müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlir 33076,42 manat məbləğində hesablanmışdır. Lakin müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2016-cı il üzrə mənfəətin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 1102,55 manat hesablanmışdır. Beləliklə, yoxlama 2016-cı il üzrə müəssisə tərəfindən mənfəət vergisinin 1317,05 manat (1102,55 - 2419,6) artıq hesablanması müəyyən edilmişdir. 2017-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 131696,17 manat təşkil etmişdir, (o cümlədən, ilkin sənədlərə əsasən təqdim edilmiş və dəyəri ödənilmiş (bank və kassaya daxil olmuş pul vəsaitləri) malların dəyəri 96163,64 manat, yoxlama ilə mütəxəssis rəyinə əsasən müəyyən edilmiş əlavə satış üzrə gəlir 35532,53 manat). Burada qeyd olunmalıdır ki, 2017-ci ilin aprel-may aylarında müəssisəyə məxsus obyektin digər şəxsin icarəsində olmasına baxmayaraq, müəssisəyə icarə haqqının daxil olması heç bir sənədlə təsdiq edilməmişdir. Bu səbəbdən vergi ödəyicisi tərəfindən mənfəət vergisinin hesablanm ası üçün kassa metodunun seçilməsini nəzərə alaraq, iki aylıq icarə haqqı mənfəət vergisi məqsədləri üçün gəlir məbləğinə daxil edilməmişdir. Lakin müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəl ləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 = x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 131696,17 M1 = x 20 = 21949,36 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 21949,36 manat məbləğində müəyyən edilmiş və ondan 20% dərəcə ilə 4389,87 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama 2017-ci il üzrə əlavə olaraq 4042,27 manat (4389,87 - 347,6) mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, müəssisənin 2017-ci il üzrə ƏDV məqsədləri üçün müəyyən edilmiş vergiyə c əlb edilən dövriyyəsinin (188266.01 manat)həmin il üçün mənfəət vergisi məqsədləri üçün müəyyən edilmiş gəlir məbləğindən (131696,17 manat) fərqli olmasının səbəbi mənfəət vergisi məqsədləri üçün gəlirin kassa metodu ilə, yəni təqdim edilmiş malların dəyərinin bank hesablarına və müəssisənin kassasına daxil olmuş məbləğinə uyğun hesablanması olmuşdur. - Sadələşdirilmiş vergi üzrə -Yoxlanılan dövrdə müəssisənin əsas fəaliyyəti (qumçınqılın istehsalı) üzrə 2015-ci ilin İİİ və İV rübləri, 2016-cı ilin l-İV rübləri, 2017-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, vergiyə cəlb edilən ümumi hasilat 90272,5 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmu ş 4% dərəcə ilə 3610,9 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. xx.xx.2017-ci il tarixdən müəssisə ƏDV məqsədləri üçün qeydiyyatdan keçmişdir. Həmin bəyannamələr əsasında kameral vergi yoxlaması nəticəsində əlavə olaraq 289,82 manat vergi hesablanmış və bunun səbəbi kimi, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə vergiyə cəlb edilən satış dövriyyəsinin 7245,5 manat az göstərilməsi bildirilmişdir. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfə artıq olduğu müəyyən edilmişdir. Bu sə bəbdən yoxlama ilə sadələşdirilmiş verginin hesablanması üçün hasilatın məbləği müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilər nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəy əsas götürülmüşdür. Yoxlama ilə müəssisə yoxlanılan dövr üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdən müəssisənin ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyinin yaranması müəyyən edilmişdir (qeyd olunmalıdır ki, müəssisə xx.xx.2017-ci il tarixdə könüllü qaydada ƏDV məqsədləri üçün qeydiyyata durmuşdur). Yoxlanılan dövr üzrə sadələşdirilmiş vergi məqsədləri üçün ümumi hasilatın 207961,91 manat məbləğində olduğu müə yyən edilmişdir. Qeyd edilməlidir ki, müəssisənin vergi ödəyicisi kimi Bakı şəhərində qeydiyyatda olduğuna baxmayaraq, faktiki fəaliyyətini Quba rayonunda həyata keçirir, onun istehsal və işçi qüvvəsi Quba rayonunda yerləşir. Bu səbəbdən də hazırkı yoxlama ilə sadələşdirilmiş verginin hesablanması üçün Vergi Məcəlləsinin 220.1-ci maddəsində Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş vergi dərəcəsi, yəni 2% dərəcəsi ilə hesablanmış və 4159,24 manat təşkil etmişdir. Göründüyü kimi, yoxlama nəticəsində müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə sadələşdirilmiş verginin, ümumilikdə, 258,52 manat azaldılması (o cümlədən, ayrı-ayrı hesabat dövrləri üzrə 1932.93 manat azaldılması, 1674.41 manat artıq hesablanması) müəyyə n edilmişdir. Beləliklə, yoxlama ilə 4042,27 manat mənfəət vergisinin, 26395.21 manat əlavə dəyər vergisinin, 1932.93 manat sadələşdirilmiş verginin və 5953.76 manat qeydiyyatsız ƏDV-nin az və 2463.04 manat mənfəət vergisinin, 3417.43 manat ƏDV-nin, 2575.97 manat əmlak vergisinin,1674.41 manat SV-nin artıq hesablanması müəyyən edilərək, SVY nəticəsində cəmi 38324.17 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18505.19 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. İddia ərizəsində vergi ödəyicisinin qeyd etdiyi hallar səyyar vergi yoxlamasında kifayət qədər əsaslandırılmış və vergilərin hesablaması zamanı bütün hallar hərtərəfli araşdırılaraq qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-126/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 sentyabr 2019-cu il tarixli, **********189496 nömrəli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - cavabdehin xx.xx.2018-ci il tarixli, **********160637 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da 2018-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. xx.xx.2018-ci il tarixli, **********160637 s aylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2018-ci il göstərilmişdir. Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2018-ci ildə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qanunsuz olaraq, ümumilikdə 16 gün müddətində davam etdirilmişdir. Hətta yoxlama müddətinin dayandırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahi d məlumat reyestrindən Çıxarış”a əsasən yoxlama müddəti müxtəlif vaxtlarda Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbindən mütəxəssisin və ekspertin rəyi yoxlamaya təqdim edilənədək ümumilikdə 272 gün müddətinə (xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək) dayandırılması barədə qərar qəbul edilmiş və həmin qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əsasən xx.xx.2018-ci il tarixdə ekspert rəyi, xx.xx.2019-cu il tarixdə isə mütəxəssis rəyi təqdim edilmişdir. Beləliklə yoxlama müddətinin dayandırılmasına səbəb olmuş mütəxəssis rəyi xx.xx.2019-cu ildə təqdim olunmasına baxmayaraq xx.xx.2019-ci il tarixdən xx.xx.2019-c u il tarixədək əsassız olaraq yoxlama müddəti dayandırılmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir hüquqi əsas olmadan yoxlamanın dayandırılması barədə xx.xx.2019-cu il tarixdə **********183892 saylı yeni qərar qəbul olunmuşdur. - Sərf edilmiş elektrik enerjisi əsasında istehsal həcmini müəyyən edərək mənfəət vergisinin və ƏDV-nin hesablanması vergi qanunvericilində nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1633/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, - vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil təqdim etməmişdir. Bununla da müəyyən edilmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar (qə rara dəyişiklik olunarkən) qəbul olunarkən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. - Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Yoxlama materiallarına əsasən iddiaçı gəlir və xərclərin uçotunu kassa metodu ilə apardığından və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almadan mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında mənfəət müəyyən edilərək vergi məbləğinin hesablanması əsassızdır. Vergi Məcə lləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Bundan başqa ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqdır. (maddə 166.1) Eyni ilə inzibati orqan olaraq yoxlama zamanı ƏDV-nin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kas sasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddənin tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərarına əsasən yoxlamanın 30 iş günü müddətində keçirilməsi öz əksini tapmışdır. Vergi ödəyicisi qeyd olunan qərara hər hansı etiraz etməmiş və qeyd olunan hal ilə razılaşmışdır. Digər tərəfdən, məhkəmə təcrübəsi zamanı vergi orqanının bu mövqeyi ni təsdiq edəcək kifayət qədər qərarlar qəbul edilmişdir.
13. Apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş üzrə mübahisələndirilən qərarın qəbuluna əsas olan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil təqdim edilməmişdir. Məlumat üçün bildirilməlidir ki, sözügedən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 5(001)609/2018 saylı qərarına əsasən təyin edilmişdir. Belə ki, məhkəmə tərəfindən həmin qərarda qeyd olunan vergi ödəyiciləri barədə xx.xx.2017İ-xx.xx.2018-ci illər daxil olmaqla səyyar vergi yoxlamasının keçirilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin vəsatəti təmin edilmişdir.
14. Səyyar vergi yoxlamasının məqsədi vergidən yayınma hallarını müəyyən etmək və yayındırılmış vergilərin hesablanıb dövlət büdcəsinə ödənilməsini təmin etməkdir. Hazırkı situasiyada vergi ödəyicisi tərəfindən vergidən yayınma halları müvafiq olaraq mütəxəssis rəyi əsasında qəbul edilmiş istehsal həcminə münasibətdə satış qiymətlərinin tətbiqi nəticəsində müəyyən edilmişdir. Belə ki, kassa metodunu tətbiq edən vergi ödəyicisinin bank hesabına hər hansı pul vəsaiti daxil olmaması, o demək deyil ki, həmin şəxs hər hansı əməliyyat həyata keçirməmişdir. Belə ki, mütəxəssis rəyinə əsasən istehsal olunmuş enerji sərfiyyatı ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasındakı ziddiyyətlər məhkəmələrin nəzərindən yayınmışdır.
15. Həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş bir sıra q ərarlarda elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanmasının mümkünlüyü təsdiq edilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 2-1(102)-34/18 saylı qərarının 7-ci və 8-ci səhifələrində qeyd olunmuşdur ki, elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatandır. Vergi ödəyicisinin istehsal həcmi müəyyən edilərkən mütəxəssis tərəfindən müəyyən edilən qiymətlər əsasında aparılmış hesablamalar Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə uyğun əlaqəli məlumatlar əsasında aparılmış hesablamalardır. Vergi Məcəlləsinin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəali yyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Hazırkı iş üzrə isə vergi ödəyicisinin gəlirlərinin məbləği mütəxəssis rəyinə, xərcləri isə vergi ödəyicisinin özünün bəyannamə məlumatlarına və şərti rentabellik normasına əsasında əsasən müəyyən edildiyindən analoji vergi ödəyicisinin məlumatlarından istifadə etmək zərurəti yaranmamış və mənfəət vergisi isə birbaşa müəyyən edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatlardan istifadə etməmişdir. Halbuki, iddiaçı cəmiyyətin gəlirləri mütəxəssis rəyi əsasında əlaqəli məlumatlara əsasən hesablanmışdır.
16. Məhkəmənin sübut kimi istinad etdiyi xx.xx.2020-ci il tarixli, 9/1829 saylı və xx.x x.2020-ci il tarixli, 29746 saylı ekspert rəyləri həm əsaslandırıcı, həm də nəticə hissəsində eynilik təşkil etmişdir. Belə ki, ekspertin gəldiyi nəticəyə görə məhsulların faktiki maya dəyəri və maya dəyərini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyası prinsiplərinə uyğun olmadığına və bu məlumat əsasında vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmadığından vergilərin hesablanması düzgünlüyü müəyyən olunmamışdır. Bu halda bəyannamə məlumatları məqbul hesab edilə bilər. Belə ki, ekspert rəylərinə əsasən maya dəyərinin kalkulyasiyasına daxil olan xərclər təkcə enerji sərfiyyatı ilə bağlı xərclər deyil və digər məsrə flər vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Məhkəmələr nəzərə almamışdır ki, hesablamalar aparılarkən müəssisənin enerji sərfiyyatına çəkilən xərcləri yox, həmin sərfiyyatı əsasında istehsal həcmi, istehsal həcminə münasibətdə isə müəssisənin təqdim etdiyi sənədlərdə göstərilən satış qiymətləri tətbiq olunmaqla ümumi gəlirlər müəyyən edilmişdir. Ekspert vergi orqanı gəlirləri müəyyən etdiyi halda ekspert rəyi vergi ödəyicisinin xərcinə münasibətdə qəbul edilmişdir. Ekspertin qeyd etdiyi xərc məsələləri isə ekspert rəylərində göstərildiyi kimi müvafiq sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə gəlirlərə münasibətdə vergilər hesablanmışdır. Həmçinin rəylərdə yalnız qanunvericiliyin maddələri sadalanmış, heç bir hesablama aparılmamış, ekspert öz səlahiyyətinə aid olmayan məsələlər barəsində rəy vermiş, qarşısında qoyulan suallara mahiyyəti üzrə tam cavab verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicis inin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndəril ən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. [252] Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələr indən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [269] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar v ergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cüm lədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Ver gi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
19. İnzibat i Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırıl mış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlə rin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkə məsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Həm çinin məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Ver gi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
27. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Cavabdehin əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən şərti rentabellik tətbiq olunmaqla cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir.
28. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı ƏDV və mənfəət vergisi yoxlanılan zaman vergi tutulan dövriyyə yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən hesablanmışdır. Belə ki, mütəxəssis rəyinə əsasən istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və səyyar vergi yoxlaması ilə mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Lakin faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablan ması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 5 sentyabr 2019-cu il tarixli **********189496 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-1633/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.