Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2084/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2-1(103)650/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxxx 1953-cü ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli 777 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədi ilə cavabdeh inzibati orqana müra ciət etmiş, lakin inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1990- xx.xx.2006-cı illər üzrə işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə yaşa görə əmək pensiyanın xx.xx.2016-cı il tarixdən yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1953-cü ildə anadan olmuşdur. Ona 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən xx.xx.1990-xx.xx.2006-cı illərdə əmək fəaliyyətində olduğu müddət sığorta stajı kimi nəzərə alı nmamışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, əmək pensiyası yenidən hesablanmamış və Filial tərəfindən iddiaçının konstitusion hüquqları pozulmuşdur. Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixin ə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsimləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə istinad edərək sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi qanunun qüvvəyə mi ndiyi gündən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın tərəfindən təyin edilir. Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanı qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə müraciətini rədd etməklə inzibati orqan qanuni davranmışdır. Belə ki, cava bdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək “DAN” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Türk dünyası” müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “İnteqral” firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə- təsərrüfat fəaliyyəti olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədi iylə Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda “DAN” kiçik müəssisəsinin, “Türk dünyası” müəssisəsinin, “Maqnat” ticarət mərkəzinin, “Nurlan R” firmasının və “İnteqral” firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan müəssisələrlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir.
7. Daha sonra iddiaçı i ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü ilədək işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanması” kimi dəyişdirilmişdir
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi qismən təmin edilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Türk dünyası” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə və məhkəmənin hazırkı qərarında ifadə edilən hü quqi mövqeyinə uyğun olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasındakı “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraat aparmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “Türk dünyası” müəssisəsinin, “Nurlan R” firmasının nizamnaməsi faktiki olaraq həmin müəssisələrin mövcud olduğunun sübutudur. Odur ki, cavabdeh orqan yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.1992-c i il tarixdən xx.xx.1994-cü il tarixədək “Türk dünyası” müəssisəsinin və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004- cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət nəzərə alınmalıdır.
10. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövrün yenidən hesablanma zamanı nəzərə alınıb-alınmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamam layan xarakterdə ola bilər.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-650/2025 nömrəli iş üzrə 27 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X2 və X3) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1002/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təm in edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 29.1 və 37-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/31-44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “DAN” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Türk dünyası” müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala tə hvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “İnteqral” firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti olmadığından sığorta stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədi ilə Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda “DAN” kiçik müəssisəsinin, “Türk dünyası” müəssisəsinin, “Maqnat” ticarət mərkəzin in, “Nurlan R” firmasının və “İnteqral” firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir.
17. Bundan əlavə məhkəmə kollegiyasının iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq cavabdeh orqan tərəfindən inzibati icraat apararaq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2024-cü il tarixli, 2-1(102)-524/2024 nömrəli qərarında Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federas iyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında,xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilməsinə baxmayaraq, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Həmin müqavilənin 20-ci maddəsinin 1- 2-ci bəndlərinə əsasən müqavilənin qüvvəyə minməsi üçün bu Müqavilə ratifikasiya edilməlidir və bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə tətbiq olunduğu halda həmin Müqavilənin də Rusiya Federa siyasında ratifikasiya edilib-edilməməsini araşdırmamışdır”. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirl ərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən mü əyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyin atlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.1. Yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Şikayətdə qeyd edilir ki, cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “DAN” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək “Türk dünyası” müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərinin müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası cavabd ehin kassasiya şikayətində əks etdirdiyi arqumentlərlə razılaşmayaraq bildirir ki, iş materiallarına əlavə edilmiş “Türk dünyası” müəssisəsinin, “Nurlan R” firmasının nizamnaməsi faktiki olaraq həmin müəssisələrin mövcud olduğunun sübutdur. Odur ki, cavabdeh orqan yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Türk dünyası” müəssisəsinin və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı məhkəmələrin mövqeyi qanuni olmuşdur.
31. Əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan məlumatların bir qisminin kiril qrafikası ilə yazılması ilə bağlı kassasiya şi kayətində qeyd edilən arqumentə gəlincə, məhkəmə kollegiyası kassatorun bu dəlilini də əsaslı hesab etmir.
32. Əvvəla apellyasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi qanunvericilikdə əmək kitabçasının kiril əlifbası ilə yazılması həmin dövrlərin iş stajına daxil edilməsini istisna edən müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.
33. Odur ki, yazının başqa qrafiklə yazılması iddiaçının əleyhinə şərh edilə bilməz. 34. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
35. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan m üddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
36. Kassator qeyd edir ki, məhkəmə kollegiyasının iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq cavabdeh orqan tərəfindən inzibati icraat apararaq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaq olmaz.
37. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin bu dəlilini də heç bir hüquqi əsası yoxdur. Belə ki, işə baxan məhkəmələr iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrü onun sosial sığorta stajına daxil barədə cavabdehin üzərinə öhdəlik qoymamışdır. Sadəcə olaraq qərarda hə min müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi imkanının müəyyən edilməsi üçün inzibati icraatın aparılmasının zəruri olduğunu vurğulamışlar.
38. Məhkəmə tərəfindən inzibati orqanın üzərinə mübahisə ilə bağlı inzibati icraat aparıb müəyyən nəticəyə gəlmək öhdəliyi qoyulması iddiaçının tələbinin təmin olunması və inzibati orqanın qanunla qorunan maraqlarına toxunma kimi qiymətləndirilə bilməz.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərar a aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 21(103)-650/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.