Məhkəmə qərarları › İş №2-1(102)-2085/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2085/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2085/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakları ilə İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)400/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2000-ci ildən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə pensiyaya çıxdığı vaxtdan ona dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmamış, o, 1980-1984-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Maddi Fondlar və Balanslar İdarəsinin şöbə rəisi, 1986-1998-ci illərdə isə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsində işləmişdir. Ona pensiya təyin edilərkən Rabitə Nazirliyinin Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsində işlədiyi dövdə aldığı əmək haqqı tam nəzərə alınmamışdır. Buna görə də müvafiq sənədləri və məlumatları əldə edib cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətini ciddi qəbul etməmiş və ona müraciətin in mahiyyətinə uyğun olmayan cavablar vermişdir. Belə ki, pensiya işi, həmçinin əmək kitabçasının surəti cavabdehdə olmasına və ona həmin sənədlər üzrə 17 ildən artıq pensiya vermələrinə baxmayaraq xxxx 2018-ci il tarixli ******* saylı məktubla artıq onda olan əmək kitabçasının notariat qaydasında olan surətini ondan tələb etmişlər. Əmək kitabçasının notarial təsdiq olunmuş surətini cavabdeh təşkilata təqdim etdikdən sonra isə xxxx 2018-ci il tarixli ***** saylı məktubla müraciətini rədd edib 15 ildən çox dövlət qulluqçusu kimi iş stajı tələb etmişlər. Əvvəllər də ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair cavbdehə və DSMF-ə müraciət etmiş və ona müxtəlif məzmunlu, bir-birini təkzib edən cavablar verilmişdir. Buna görə də Azərbaycan Respublikasının X6nə müraciət edib yuxarıda göstərdiyi dövlət qulluğunda işlədiyi dövrlərin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il xxxx tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il xxxx dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı»nın 1.15-ci bəndinə əsasən yuxarıda qeyd etdiyi və işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması həqqında rəy bildirilməsini xahiş etmişdir. Müraciətinə xxxx 2017-ci il tarixli ***** saylı məktubla cavab verən X6 işlədiyi müddətin dövlət qulluğu stağı kimi nəzərə alına biləcəyini bildirmişdir. Bu məktubu da cavabdehə təqdim edib ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh təqdim etdiyi sənədlərə əhəmiyyət verməmiş və ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 05.04.2000-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdir (hakim E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1505/2019 saylı qərarı ilə (V.Məmmədov sədrlik edən – məruzəçi, hakimlər S.Seyidova və S.Hacıyev) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində xxxx 2000-ci ildən sözləri, xxxx 2006-cı il tarixdən sözləri ilə əvəz edilmiş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli 2-1(102)-2243/2018 saylı qərarı ilə (İ.Hüseynov- sədrlik edən və məruzəçi, hakimlər N.Rəsulbəyova və Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-400/2019 saylı qərarı (A.X5 - sədrlik edən və məruzəçi, hakimlər V.Ağayev və C.Yusifov) ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1549/2018 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə, qərarın əsaslandırıcı hissəsində tam olaraq nəticə hissənin əleyhinə gedir, iddia tələbinin rədd edilməsi maddi hüquq normaları ilə əsaslandırılmır, onun istinad etdiyi normalar isə iddiaçının rəhbərlik etdiyi şöbə rəisi vəzifəsinin dövlət qulluğu olduğunu təsdiq edir, Azərbaycan Respublikası Dövlət X2 Əli Müslüm oğluna ünvanladığı xxxx 2017-ci il tarixli, ****** saylı və digər məktubu da onun dövlət qulluqçusu olduğunu təsdiq edir, bu qurumlar Rabitə Nazirliyinin strukturuna daxil olmuşdur və onun 1986-1998-ci illərdə çalışdığı X7 şöbəsinin rəisi vəzifəsi dö vlət qulluğu sayılmalıdır, beləliklə, məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmamış, məhkəmə onun müdafiə hüququnu pozaraq öz qərarını onun vəkilini gözləmədən, sonuncuya çıxış üçün imkan yaratmadan elan etmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etdilər. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Xətai rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasə n bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi r. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və ob yektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-400/2019 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı iddiası qismən təmin eilməli, İddiaçı xxxx 2006-cı ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməli, iddia digər hissədə təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddiaçıya məxsus əmək kitabçasın ın təsdiq edilmiş surətinə əsasən, İddiaçı xxxx 1958-ci ildən əmək fəaliyyətinə başlamış, xxxx 1975-ci ilə qədər müxtəlif vəzifələrdə işləmiş, xxxx 1980-ci ildən xxxx 1984-cü ilə qədər Azərbaycan SSR Dövlət Plan Komitəsinin Maddi Fondlar və Balanslar idarəsində şöbə rəisi işləmiş, xxxx 1986-cı ildən xxxx 1998-ci ilə qədər Azərbaycan Respublikası Rabitə Nazirliyində Maddi texniki təminat idarəsinin rəisi vəzifəsində işləmiş, iddiaçı, cavabdehə müraciət edərək, ona xxxx 2000-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin xxxx 2018-ci il tarixli, 19/630-01 nömrəli və xxxx 2018-ci il tarixli, ***** nömrəli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən müxtəlif əsaslarla imtin a olunmuşdur. İddia tələbini rədd edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, işdə olan iddiaçının əmək kitabçasına əsasən, iddiaçı xxxx 1986-cı ildən Azərbaycan SSR Rabitə Nazirliyinin X7 İdarəsinin rəisi işləmiş, X7 İdarənin Azərbaycan Respublikası Rabitə Nazirliyinin yanında, yaxud tabeliyində regional orqan statusunda fəaliyyət göstərmədiyi müəyyən edilir, həmçinin, idarənin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi barədə məlumatın əldə edilməsi mümkün olmadığından, iddiaçının 1991-1998-ci illərdə həmin İdarənin rəisi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alına bilməz, iddiaçının 1980-1984-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Maddi Fondlar və Balanslar İdarəsində Şöbə rəisi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajına daxi l edilsə də, dövlət qulluğunda iş stajı 15 ildən az olduğundan pensiyanın üzərinə qulluq stajına görə əlavənin hesablanması mümkün deyil, ona görə də inzibati orqan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin etməkdən imtina edərkən haqlı olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi AR Rabitə Nazirliyinin X7 idarəsinin dövlət büdcəsindən maliyyələşməsinə aydınlıq gətirmədən həmin dövrü onun dövlət qulluğu stajına daxil etmiş, hətta həmin dövr dövlət qulluğuna aid edilsə belə, iddiaçının iddia ərizəsində dövlət qulluğuna aid etdiyi dövrlərin cəmi 15 ildən az olduğundan, onun pensiyasını dövlət qulluqçusu kimi hesablamaq qanuna ziddir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesa b edir. «Dövlət qulluğu haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; Qanunun 2.2-ci maddəsinə görə, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir; Qanunun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun tərəflər arasında pensiya hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən, «Döv lət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il xxxx «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) olan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; Qanunun 20.11-ci maddəsinə görə, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Qanunun 20.11.2-ci maddəsinə görə dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Qanunun 20.11.3-cü maddəsinə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbl əğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. AR X6 tərəfindən iddiaçıya ünvanlanmış məktublarda iddiaçının xxxx 1980-cı ildən 30.07.1984-cü ilədək keçmiş Azərbaycan SSR Dövlət Plan Komitəsinin Maddi fondlar və balanslar idarəsinin şöbə rəisi və 1991 - 1998-ci illərdə AR Rabitə Nazirliyinin Maddi texniki təminat idarəsinin rəisi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğuna aid olduğu, onun 19911998-ci illərdə işlədiyi AR Rabitə Nazirliyinin Material texniki təchizat idarəsinin dövlət büdcəsi hesabına maliyyələşdirdiyi halda, dövlət qulluğu stajı kimi nəzərə alına biləcəyi qeyd olunmuşdur. Ca vabdehin iddiaçıya göndərdiyi xxxx 2018-ci il tarixli ***** nömrəli məktubda, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini şöbəyə təqdim etdikdən sonra onun dövlət qulluqçusu kimi əmək pensiyası hüququna yenidən baxılacağı, xxxx 2018-ci il tarixli ******* nömrəli məktubda isə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.11.1-ci maddəsinə əsasən, ən azı dövlət qulluğunda 15 ili olmuş şəxslərə dövlət məvacibinin orta 50% miqdarında əmək pensiyası təyin edilir. Dövlət qulluğunda iş stajı 15 ildən az olduğundan pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanmasının mümkün olmadığı qeyd edilmişdir İşin qeyd edilən faktiki hallarını nəzərə alan işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıdan tələb etdiyi 15 illik dövlət qulluğu s tajı ilə bağlı normativ hüquqi tənzimləmə xxxx 2017-ci il tarixdən qüvvəyə mindiyi üçün, qanunun bu tələbi iddiaçıya tətbiq edilə bilməz. AR X4 xxxx 2017-ci il tarixli məktubu isə iddiaçının 1980-1984 və 1991-1998-ci illərdə dövlət qulluğu vəzifələrində işlədiyini təsdiq edir, belə ki, həmin məktubda, AR Rabitə Nazirliyinin 16.05.1991-ci il tarixli əmrinə 1 nömrəli Əlavəyə əsasən Material-texniki təminat idarəsinin AR Rabitə Nazirliyinin tabeliyində, xxxx 1992-ci il tarixli 143 nömrəli və xxxx 1997-ci il tarixli 35 nömrəli əmrlərinə əsasən Maddi-texniki təchizat idarəsinin AR Rabitə Nazirliyinin baş strukturuna daxil olan idarə kimi fəliyyət göstərdiyi qeyd edilmişdir. AR Mülki Məcəlləsinin 54-cü maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakt erli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi, məhkəmənin cavabdeh inzibati orqanın əvəzinə iddiaçının əleyhinə olan sübutların toplanması üçün sonuncunun etməli olduğu hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik güclə müqayisədə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müstəvisində bərabərliyinin təmin olunmasının) pozulmasına haqq qazandırmaq kimi başa d üşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, inzibati orqana nisbətdə fərdi daha çətin vəziyyətə salmamalıdır. Apellyasiya məhkəməsinin, idarənin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi barədə məlumatın əldə edilməsi mümkün olmadığından, iddiaçının 19911998-ci illərdə həmin İdarənin rəisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alına bilmədiyi barədə gəldiyi nəticə isə inzibati prosessual qanunvericiliyin normalarına uyğun deyildir. Belə ki, qanunvericiliyə əsasən bu halı zəruri və rəsmi sənədlərlə sübut etmək öhdəliyini məhz cavabdeh daşıyır, il yarımdan artıq davam edən məhkəmə icraatı ərzində DSMF-nin rayon şöbəsi hər hansı rəsmi sənədə istinad etmədən mərkəzi icra hakimiyyəti orqanı olan Nazirliyin Mərkəz i aparatında, onun strukturuna daxil olan idarə rəisi vəzifəsini dövlət qulluğuna aid etməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il xxxx dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 2.11-ci bəndinə əsasən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında; 2.12-ci bəndinə əsasən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış və “şöbə rəisi” vəzifəsi “sektor müdiri” vəzifəsinə uyğunlaşdırılmışdır. Bundan əlavə, iş materiallarındakı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin xxxx 2019-cu il tarixli M-54 saylı məktubu ilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin xxxx 1991-ci il tarixli 94 nömrəli (əlavəsi ilə birlikdə), xxxx 1992-ci il tarixli 143 nömrəli və xxxx 1997-ci il tarixli 35 nömrəli əmrlərinin təsdiq olunmuş kserosurətləri təqdim edilmiş, X7 İdarəsi Azərbaycan Respublikası Rabitə Nazirliyinin xxxx 1991-ci il tari xli 94 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeliyində olan Rabitə istehsalat texniki idarələrinin, rabitə istehsalat birliklərinin, müəssisə və təşkilatlarının Siyahısı”nda onun tabeliyində fəaliyyət göstərən təşkilat kimi göstərilmiş, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin Baş strukturunun təsdiq edilməsi haqqında” xxxx 993-cü il 143 saylı və xxxx 1997-ci il tarixli 35 saylı əmrlərinə əsasən X7 İdarəsi Azərbaycan Respublikası Rabitə Nazirliyinin Baş strukturuna daxil olan idarə kimi fəaliyyət göstərmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetiri lməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). İş materiallarına əsasən, cavabdeh, iddiaçının təqdim etdiyi sənədlərin və dəlillərin mötəbərliyinə şübhə ilə yanaşsa da, onun 1991-1998-ci illərdə dövlət qulluğu vəzifələrində işləmədiyini irəli sürsə də, inzibati orqan olaraq müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş sa ymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan gözləmiş və tələb etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun tərəflər arasında pensiya hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası İPM-nin İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İş üzrə hər hansı əlavə araşdırma aparılması zərurəti olmadığını, mübahisənin il yarımdan artıq davam etdiyini nəzərə alan məhkəmə kollegiyası iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-400/2019 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı xxxx 2006-cı ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməli, iddia digər hissədə təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-400/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı xxxx 2006-cı ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar