Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2085/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2-1(103)-1213/2022 nömrəli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya satılmış, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixli, 008150 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.1998-ci il tarixli, 103 nömrəli “Qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən müqavilənin predmetini Bakı şəhəri Səttarxan adına maşınqayırma zavodu ilə xx.xx.1997-ci il ta rixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü və müqavilə ilə satın alındığı 18.2 kv.m qeyri-yaşayış sahəsi təşkil edir.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “X2”nin yaradılması haqqında” xx.xx.2007-ci il tarixli, 20 nömrəli sərəncamına əsasən “X2”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1886 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 1913 saylı sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti 842, 845, 849-cu məhəllələrdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X2”nin yaradılması ilə əlaqədar tikinti sinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi tapşırılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubuna əsasən “X2”nin tikintisi işlərini aparan "xxxx" Şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinə 16 iyul 2009-cu il tarixli, GDDDK-665 nömrəli məktubla müraciət edərək, Bakı şəhəri, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən beş ədəd yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik yaradacağı, Mərk əzin ümumi və estetik görünüşünə ciddi xələl gətirməsi səbəblərindən həmin yaşayış binalarının köçürülməsinin zəruriliyini bildirmişdir. “X2”nin layihələndirilməsini və tikintisini həyata keçirən "xxxx" Şirkətinin qeyd olunan məktubunu nəzərə alaraq, onların təqdim etdiyi cizgidə göstərilən yaşayış binalarının köçürülməsi ilə bağlı tədbirlərin görülməsi və onların yerləşdiyi ərazinin “X2”nin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinə əlavə olaraq ayrılması məsələsinə baxılması üçün göstəriş verilməsi xahiş edilmişdir.
5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 279 A nömrəli “X2”nin yaradılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 20 saylı Sərəncamına əlavə” barədə Sərəncamının 1-ci bəndinə əsasən “X2”nin tikintisi ilə bağlı, ətraf ında müvafiq abadlıq işlərinin aparılması ilə əlaqədar, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradacağı və ümumi-estetik görünüşünə ciddi xələl gətirdiyindən, Cavabdeh4in xx.xx.2009-cu il tarixli, 185 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 12/05M saylı xahişlərini nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 73/A, 73/1, 73/2, 73/3 və 73/4 saylı binaların sökülməsinə və həmin binalarda yaşayan sakinlərin yaxınlıqdakı ərazidə yeni inşa edilmiş, müasir standartlara cavab verən yaşayış kompleksinə köçürülməsinə icazə verilmişdir.
6. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə ed ilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2006-cı il tarixli, 141 nömrəli ərizəyə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi və iddiaçının istifadəsində olan 1041.6 kv.m torpaq sahəsinin qeyri-müəyyən şəxslər tərəfindən zəbt edilərək tamamilə dağıdılması ilə bağlı hüququnun bərpa olunması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli, xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli məktublarda iddiaçının nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı müraciətlərinə “müraciətdə qeyd olunan məsələyə qanunvericiliyə u yğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparılır” şəklində müvafiq cavablar verilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, **********84 nömrəli məktuba əsasən iddiaçının nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı müraciətinə “ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə həmin ünvanda söküntü və abadlıq işlərini həyata keçirmiş təşkilata müraciət edilməsi məqsədəuyğundur” məzmunda müvafiq cavab verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı 1 fevral 2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, sonrad an isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olmuş və zəbt edilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyriyaşayış sahəsinə görə kompensasiya qismində 62000 (altmış iki min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ödənilməsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən iddiaçının istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m qeyri-yaşayış sahəsi qanunauyğun olaraq özəlləşdirilmiş və Dövlət Əmlak Komitəsindən buna dair ******* saylı, xx.xx.1998-ci il tarixli şəhadətnamə alınmışdır. Dövlət Əmlak Komitəsinin İnventarlaşma İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli inventarlaşma pasportuna əsasən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsi də iddiaçının istifadəsində olmuşdur. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən səmərəli istifadə edilmiş və lazımi abadlıq işləri aparılmışdır. 2006-cı ilin əvvəllərində isə qeyri-yaşayış sahəsi və istifadə olunan torpaq sahəsi orada dövlət əhəmiyyətli tikinti (X2) aparılması ilə əlaqədar hasara alınmış və söküntü işlərinə başlanmış, söküntünü həyata keçirə n şəxslər tərəfindən iddiaçıya mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış və torpaq sahəsinə uyğun sahənin veriləcəyi vəd edilmişdir. Yuxarıda göstərilən qeyri-yaşayış sahəsi artıq 12 ildir ki, sökülsə də, bu günə kimi sahənin əvəzinə iddiaçıya heç bir əmlak verilməmiş, təklif də edilməmişdir. ““X2”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamına əsasən “X2”nin yaradılması üçün Bakı şəhərində müvafiq yer ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərin bir ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Əmlak hüququnun bərpa olunması üçün xx.xx.2006-cı ildə Dövlət Əmlakın ın İdarə edilməsi üzrə Dövlət Komitəsinə, xx.xx.2010-cu il tarixdə isə Əmlak Məsələləri Dövlət Komitəsinə məktubla müraciət olunmuşdur. Birinci məktuba ümumiyyətlə cavab verilməmiş, ikinci məktubla bağlı (xx.xx.2010-cu il tarixli, 12/5205-m-5/1 saylı) məsələyə qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparıldığı bildirilmişdir. Lakin, göstərilən sahədə həyata keçirilən tikinti işləri ilə bağlı əmlaklarına ziyan dəymiş şəxslərin mülkiyyət hüquqlarının bərpa olunmasına dair xüsusi göstərişin olmasına baxmayaraq, məsələ hal-hazıradək öz həllini tapmamışdır. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş ekspert rəyindən məlum olduğu kimi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 62.000 (altmış iki min) manat, torpaq sahə sinin bazar dəyəri 1 550 000 (bir milyon beş yüz əlli min) manat müəyyən edilmişdir. Cavabdehlərdən qanunazidd əməllərinə son qoymağı tələb edərək, məsələnin məhkəməyə qədər həllinə çalışmışlar. Lakin, buna baxmayaraq, cavabdehlər mülkiyyətində olan sözügedən torpaq sahəsinin ona qaytarılması barədə heç bir tədbir görməmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin etirazları:
11. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı etirazının dəlillərinə əsasən mübahisəli ərazidə “X2”nin inşası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməmiş və Xidmət həmin ərazidə sökülmüş daşınmaz əmlaklara görə mülkiyyətçilərə kompensasiyanın verilməsi öhdəliyini daşımamışdır. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq sökülmüş əmlaka görə kompensasiya verilmədiyini və sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin əvəzində ona torpaq sahəsinin ayrılmadığını qeyd etmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə torpağın alına biləcəyi dövlət ehtiyaclarının dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış obyekti torpağın dövlət ehtiyacı ilə alınması ilə əlaqədar olaraq sökülməmişdir. Bu səbəbdən, iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırki iddia tələblərini irəli sürməsi əsassızdır. Bundan əlavə, göstərilən torpaq sahəsi dövlət ehtiyacları ilə əlaqədar alınmış olsaydı belə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbayc an Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sərəncamında iddiaçıya sökülmüş əmlaka görə kompensasiya kimi verilə bilən pul vəsaiti mövcud deyildir və Xidmət qanunvericiliyə əsasən belə bir vəzifə daşımır. Bu səbəbdən, iddiaçı müvafiq tələblərini yuxarıda qeyd edilən ərazidə “X2”nin inşasını həyata keçirmiş aidiyyəti orqanlara yönəldə bilər. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin eti razları:
12. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin yazılı etirazının dəlillərinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 20 saylı Sərəncamı ilə “X2”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1886 nömrəli və xx.xx.2007-ci il tarixli, 1913 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekt 842, 845, 849-cu məhəllələrdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X2”nin yaradılması ilə əlaqədar tikintisinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Hesab edirlər ki, iddia təl əbinə bilavasitə aidiyyəti olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi cavabdeh kimi cəlb olunmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 1913 saylı Sərəncamının 3-cü bəndinə əsasən həmin ərazidə “X2”nin yaradılması ilə əlaqədar layihələndirmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə Mərkəzin inşası prosesində həyata keçirilən işlərin təşkili və əlaqələndirilməsi işləri Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçıya məxsus özəlləşmiş qeyri-yaşayış sahəsi isə Mərkəzin yaradılması ilə əlaqədar söküldüyündən Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında olan digər qeyriyaşayış sahəsi ilə əvəzləndirilməlidir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin balansınd a olan sərbəst dövlət torpaqları yalnız sözügedən hüquqi şəxslərə torpaq icarə müqaviləsi əsasında verilir. Digər kateqoriyaya aid özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə münasibətdə torpaq icarə müqavilələrinin bağlanması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
13. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1212/2020 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 25 iyun 2021-ci il tarixli, ƏEM/İ83-639/11 nömrəli ekspert rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-107/2021 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə İddiaçı MMC-nin iddia tələbi iş üzrə cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə münasibətdə və “qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC-nin istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması hissəsi ndə” mümkün sayılmamışdır.
15. Məhkəmənin qeyd edilən qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır.
16. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-107/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845ci məhəllədə yerləşmiş, 18.2 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə görə 45 500,0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sah əsinə görə kompensasiya qismində 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsə də, iş materiallarında olan ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyriyaşayış sahəsinin 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir.
19. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
20. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərarda n apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 21(103)-1213/2022 nömrəli qərardadı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və X.A.Cəmilova) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş və onun şikayəti üzrə apellyasiya mümkün sayılmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 21(103)-1213/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və X.A.Cəmilova) ilə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-107/ 2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir.
25. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bildirmişdir ki, mülkiyyətində olmuş Bakı şəhəri, H.Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi 845 məhəllədə yerləşmiş 18.2 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin müstəqil qiymətləndirici şirkət tərəfindən 62.000 (altmış iki min manat) manat məbləğində qiymətləndirilməsinə və iddia tələbinin həmin məbləğdə olmasına baxmayaraq, məhkəmə həmin əmlakın dəyərinin 45.500,0 (qırx beş min beş yüz) manat məbləğində olduğu qənaətinə gəlmiş və özünün bu mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Belə ki, iş üzrə əmlakın dəyərinə dair iki biri-birinə zidd rəy olduğu halda, məhkəmə nəyə əsaslanaraq onlardan məhz birinə (əmlakın dəyərinin 45 000 manat olduğuna dair rəyə) üstünlük verməsini qərarda açıqlamamışdır. Halbuki, həmin iki sübut arasında olan ziddiyyət aradan qaldırılmadığından, bunun üçün müvafiq araşdırma aparılmadan mülkiyyətin dəyərinə dair iddiaçının mövqeyi təkzib olunmuş hesab edilə bilməz.
27. Bundan başqa, iddiaçının qeyri-yaşayış sa həsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən iddiaçı ilə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbi ilə bağlı məhkəmədə heç bir araşdırma aparılmamış, iddiaçının bununla bağlı təqdim etdiyi sübutlar yoxlanılmamış, qərarda dəlillər heç cür cavablandırmamışdır. Məhkəmə iddianı qismən rədd etsə də, məhkəmə belə mövqedə olmasının səbəblərini və əsaslarını qərarda açıqlamamışdır. b) Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bildirmişdir ki, məhkəmə işin materiallarında olan bir sıra sənədlərə əsaslanaraq hazırkı iddia üzrə cavabdehli yi birbaşa Əmlak Məsələləri Dövlət Xidmətinin daşıdığını qeyd etmişdir. Halbuki, qeyd edilən sənədlərin heç biri iddiaçıya məxsus olmuş qeyri-yaşayış obyektinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü təsdiq edən sübut kimi qəbul edilə bilməz. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən yalnız öz səlahiyyətləri daxilində “X2” üçün torpaq sahəsinin ayrılmasında iştirak edilmiş, həmçinin tikinti işlərinin həyata keçirilməsində sifarişçi, işlərin təşkilatçısı və əlaqələndiricisi funksiyaları həyata keçirilmişdir ki, bu da həmin ərazidəki tikililərin Komitə tərəfindən söküldüyünü hesab etməyə əsas vermir.
29. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “X2”nin yaradılması haqqında xx.xx.2007-ci il tarixli, 20 nömrəli sərəncamı il ə əlaqədar bildirilir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mərkəzi icra hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin isə yerli icra hakimiyyəti orqanı olduğunu və bu orqanlar arasında tabelik münasibətlərinin olmadığını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komitəyə hər hansı vəzifənin həyata keçirilməsinin tapşırılmasına dair sərəncam qanunsuz olmuş və məhkəmənin belə bir sərəncama istinad etməsi əsassızdır.
30. Digər tərəfdən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “X2”nin yaradılması haqqında 20 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamında ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi nəzərdə tutulmuşdur ki, bu da həmin ərazidə yerləşmiş yalnız dövlət mülkiyyətində olmuş tikili və qur ğulara aid olmuşdur. Xüsusi mülkiyyətdə olan tikili və qurğuların silinməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməmişdir (qanunvericiliyə əsasən bu heç mümkün də deyildir).
31. Beləliklə, nə “X1 yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli, 1913 nömrəli Sərəncamı, nə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının “X2”nin yaradılması haqqında 20 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı iddiaçının mülkiyyətində olmuş əmlakın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən söküldüyünü təsdiq edən mötəbər sübut deyildir. Məhkəmə isə bunu təsdiq edən heç bir mötəbər sübut olmadan, iddiaçıya məxsus tikilinin sökülməsinə görə cavabdehliyi Əmlak Məsələləri Dövlət Xidmətinin daşıdığını qeyd etmişdir.
32. İddiaçı da Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı bir qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
33. Qeyd edilənlərdən əlavə, iddiaçı iddia müddətini də ötürmüş, lakin apellyasiya məhkəməsi Xidmətin apellyasiya şikayətinin bu dəlilinə heç bir münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. İddiaçı ona məxsus hüquqların pozulmasının ona məlum olduğu vaxtdan 13 il keçdikdən sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla bağlı olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötürülmüş iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət olunmasına baxmayaraq, məhkəmə tərəfindən ərizədə qeyd olunan hallar araşdırılmamış, iddiaçı tərəfindən iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmamışdır.
34. Bundan əlavə, məhkəmə kompensasiya miqdarını müəyyən edərkən iş üzrə təyin edilmiş məhkəmə ekspertizası əsasında mübahisə predmeti olmuş əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə təşkilatının verdiyi müvafiq ekspert rəyinə əsaslanmışdır ki, qeyd olunan rəydə əmlakın dəyəri həddən artıq şişirdilmişdir. Belə ki, dəmir materialdan ibarət mübahisə predmeti olan 18,2 kv.m qeyri-yaşayış sahəsinin 2006cı ilin əvvəlinə bazar dəyərinin 45 500 (qırx beş min beş yüz) manat müəyyən edilməsi əmlakın real dəyərindən xeyli artıqdır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan faktları araşdırmadan birinci instans iya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, qeyri-yaşayış sahəsinə dair texniki pasportda sahənin dəmir materialdan ibarət olması öz təsdiqini tapsa da, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan bu hallar araşdırılıb, onlara düzgün qiymət verilməmişdir. Qeyd edilənlərdən əlavə, qiymətləndiricinin rəyində qiymətləndirmənin hansı məlumatlar əsasında aparıldığı, qiymətin necə müəyyən edildiyi barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır ki, bu da qiymətləndirmənin obyektiv aparılmadığını təsdiq edir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
35. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya q aydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddiaçının şikayətinə münasibətdə onun iddia tələbinin təmin edilməyən hissəsində, cavabdehin şikayətinə münasibətdə isə bütövlükdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. İddiaçının kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki: 1) mübahisəli qeyri-yaşayış sahəsi müstəqil qiymətləndirici şirkət tərəfindən 62.000 manat məbləğində qiymətləndirilsə də, məhkəmə həmin əmlakın dəyərinin 45.500,0 manat məbləğində olması ilə bağlı gəldiyi qənaətini əsaslandırmamış; 2) cavabdehlər tərəfindən iddiaçı ilə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyin in qoyulması tələbi ilə bağlı məhkəmədə heç bir araşdırma aparılmamışdır.
44. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş ekspert rəyindən məlum olduğu kimi, iddiaçıya məxsus qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 62.000 (altmış iki min) manat müəyyən edilmişdir.
45. Birinci instansiya məhkəməsinin qərardadının icrası ilə əlaqədar olaraq "xxxx" MMC tərəfindən təqdim edilən 25 iyun 2021-ci il tarixli, ƏEM/İ83-639/11 nömrəli ekspert rəyinə əsasən isə mübahisəli daşınmaz əmlakın 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir.
46. Göründüyü kimi, iddiaçının şikayətinin dəlillərində qeyd edilən qiymətləndirmə ilə bağlı fərqlilik məhz həmin qiymətləndirmələrin ayrı-ayr ı illərdəki (2006 və 2018-ci illər) bazar dəyərlərinə görə yaranmışdır. Bu hal isə iş üzrə əldə edilmiş sübutlar əsasında ziddiyyət kimi qiymətləndirilə bilməz.
47. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün, mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməlidir. Belə olan halda, iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı kompensasiya məbləğinin müəyyən edilməsi zamanı daşınmaz əmlakın söküldüyü tarixdə - 2006-cı ildə orta bazar dəyərinin əsas götürülməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı olmuşdur.
48. İddiaçının 1041.6 kv.m həcmində torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması ilə ba ğlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-107/2021 nömrəli qərardadı ilə iddiaçının iddia tələbi cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə münasibətdə və “qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC-nin istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması hissəsində” mümkün sayılmamışdır. Məhkəmənin qeyd edilən qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, iddiaçının həmin dəlili apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab oluna bilməz.
49. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki: 1) iddiaçıya məxsus olmuş qeyri-yaşayış obyektinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü təsdiq edən sübutlar mövcud deyil; 2) iddiaçı iddia müddətini ötürmüşdür; 3) dəmir materialdan ibarət olan sahənin bazar dəyəri şişirdilmişdir.
50. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, ““X2”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamına əsasən “X2”nin yaradılması üçün Bakı şəhərində müvafiq yer ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərin hazırlanması Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (hazırda cavabdeh ə) həvalə edilmişdir.
51. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin dəmir materialdan ibarət olduğuna və həmin əmlakın 45.500 manat dəyərində qiymətləndirilməsi barədə ekspert rəyini şişirdildiyinə dair dəlilə gəldikdə, nəzərə alınmalıdır ki, iş materiallarında olan ekspert rəyində də mübahisələndirilən qeyri-yaşayış sahəsinin bünövrəsinin betondan, xarici və daxili divarlarının dəmir materialdan ibarət olduğu qeyd edilmiş və qiymətləndirmə də məhz bu meyarlar əsasında aparılmışdır.
52. Cavabdehin müddətlə bağlı dəlilinə dair qeyd edilməlidir ki, məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş ümumi mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan xüsusi mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kom pensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılır.
53. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət etmiş, müraciətdə qeyd edilən məsələlər həllini tapmadığından məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə publik hüquq münasibətlərdən irəli gəldiyindən, bu mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə baxılır və həmin Məcəllədə hazırkı məzmunda iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayə tləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 21(103)-1213/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.