Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2085/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 (İddiaçı1 prosessual hüquq varisi) cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Cavabdeh1na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi; inzibati icraatın aparılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 (İddiaçı1 prosessual hüquqi varisi) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Cavabdeh1na qarşı “qəra rların ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 19 may tarixli, 2-1(103)-1987/2023 nömrəli qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2005ci ildən İİ qrup əlilliyə görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********9 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş əmək pensiyası dayandırılmışdır.
3. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qə rarı ilə iddiaçıya 01.09. 2005-ci il tarixindən İİ qrup əlilliyə görə müddətsiz pensiya təyin edilmiş və həmin tarixdən 2020-ci il 31 dekabr tarixinədək şəxsə artıq ödənilmə edildiyi aşkarlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, həmin pensiyanı dekabr ayı da daxil olmaqla 2020-ci ilə qədər almışdır. Lakin ond an sonra pensiyanın ödənilməsi dayandırılmış və o, da bununla bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətlərinə verilən xx.xx.2021-ci il tarixli cavabdan məlum olmuşdur ki, ona dövlət qulluğu pensiyasının verilməsi dayandırılmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, o, 1962-ci ildən xx.xx.2009-cu ilə qədər yaşa görə pensiya təminatını öz əməyi ilə əldə etmişdir. Ona təyin edilmiş pensiyanın dayandırılması haqqında səlahiyyətli orqanın hər hansı bir qərarı mövcud deyildir. Belə bir qərar olmadığı halda ona verilən pensiyanın ödənişi dayandırıla bilməzdi. Odur ki, cavabdehin şəxsi mülahizəsi əsasında pensiyanı dayandırması qanunsuz hesab edilməlidir. Cavabdehin məktubunda ona əlilliyə görə əmək pensiyasının 259,78 manat məbləğində təyin edilməsi göstərilsə də, onun pensiya kartına heç bir məbləğ mədaxil edilməmişdir.
6. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2005-ci ildən İİ qrup əlilliyə görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.1991-ci ilədək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qu lluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət gulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin təsnifatı toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və həmin yarımbəndə iddiaçının işlədiyi Ayaqqabı Tikişi və Təmiri Fabriki bazası əsasında yaradılmış “Ayaqqabı” İstehsalat Birliyi və həmin qurumda mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 nömrəli 2 dekabr 2021- ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2005-ci ildə təyin olunmuş pensiyanın dayandırılması qanunsuz hesab edilmiş və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul oluması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1065/2022 nömrəli 30 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdi r. c) birinci instansiya məhkəməsində ikinci icraat
10. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçının qızı - İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının – atasının öldüyünü bildirmiş və atasının prosessual hüquq varisi kimi onunla əvəz edilməsini və atasına ödənilməli olan pensiya məbləğinin ona ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(102)-8698/2022 nömrəli 26 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiaçının prosessual hüquq varisi qismində tanınmışdır.
12. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 iş üzrə cavabdeh qismində əlavə edilməsini, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci i l tarixli qərarının və digər cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh Xüsusi Şərtlərlə Mərkəzi Filialına həvalə olunmasını xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim:O.Həsənov) 16 dekabr 2022-ci il tarixli, 21(112)-8698/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında 19 yanvar 2021-ci il tarixli, **********9 nömrəli qə rarı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında 18 fevral 2021-ci il tarixli, **********9 nömrəli qərarları ləğv edilmiş, 30 noyabr 2020-ci il tarixindən 18 iyun 2022-ci il tarixinədək mərhum İddiaçı1 ödənilməmiş pensiya məbləğinin onun prosessual hüquq varisi İddiaçı2 ödənilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsi qərara alınmışdır.
15. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyini n araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsinə dair iddianın təmini, iddianın digər cavabdehə münasibətdə qəbul edilmiş əlilliyə görə əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır.
17. Bununla əlaqədar qeyd edilmişdir ki, şəxsin marağı ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı yox, məhz dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpası ilə bağlı olmuşdur ki, həmin maraq ən azından adı çəkilən pensiyalarla bağlı məbləğ arasında fərqin olmasından başa düşüləndir. Lakin cavabdehlərdən biri əmək pensiyasını dayandırmış, digəri isə şəxsə əlilliyə görə pensiya təyin etmişdir ki, hər iki halda pensiya alan şəxsin hər hansı müracətinin olmadığı, onun iştirakının təmin edilmədiyi, hər iki qərarın cavabdehlərin öz təşəbbüsü ilə həyata keçirildiyi müəyyən edilir. Halbuki, şəxsə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən də inzibati icraatın düzgün aparılması və həmin şəxsin məlumatlandırılmalı olması, onun icraata cəlb olunmasının təmin edilməsi “İnzibati icraat haqq ında” Qanunun tələbidir.
18. İddianın xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsi ilə bağlı qeyd edilmişdir ki, hər nə qədər məktublarda fərqli tarixlər göstərilsə də, əmək pensiyasının dayandırılması barədə qərarda ödənişin xx.xx.2020-ci il tarixdən dayandırıldığı konkret olaraq göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, ödəniş həmin tarixdən mərhumun öldüyü xx.xx.2022-ci il tarixi əsas götürülməklə hesablanmalıdır.
19. Cavabdehlər apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər:K.Əkbərov/ sədrlik edən, R.Səmədov və M.Tağızadə) 19 may 2023-cü il tarixli, 2-1(103)-1987/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
22. Cavabdehlər birgə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdehin pensiyanın dayandırılması barədə qərarı ləğv edilməlidir. Bu z aman X1 Filiala ünvanlanmış iddiaçının “Ayaqqabı" İstehsalat Birliyində işləmiş olduğu müdir vəzifəsinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaması barədə məktubu da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, həmin məktub iddiaçı barəsində düzgün aparılmamış inzibati icraat materiallarında olmamış, görünür sonradan 2022-ci il tarixdə sorğuya cavab olaraq əldə edilmiş, həmin məktubun tarixi ilə dayandırma barədə qərarın tarixi arasında azı 1 il fərq olmuşdur. Halbuki, inzibati orqan həmin araşdırmanı iddiaçının iştirakı ilə, X1 rəyi alınmaqla, eləcə də işin digər halları nəzərə alınmaqla aparmalı, bunun nəticəsində əmək pensiyasının dayandırılmalı olub-olmaması barədə nəticəyə gəlməli idi.”
24. Bununla bağlı qeyd edilmişdir ki, sözügedən cavab məktubu pensiyanın dayandırıldığı t arixdən sonra əldə edilsə belə, “Ayaqqabı” İstehsalat Birliyində müdir vəzifəsinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaması mərhum İddiaçı1 ümumiyyətlə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnun yaranmadığını ehtiva edir.
25. Belə olan halda isə məhkəmələrin qərarlarında qeyd edilməyə çalışılan “gözlənti hüququ”nun mövcudluğundan söhbət belə gedə bilməz. Çünki mərhum İddiaçı1 dövlət qulluqçusu kimi pensiya almaq hüququ ümumiyyətlə yaranmamışdır. Əgər bir hüquq ən başından mövcud olmamışdırsa, demək bu hüquqa dair gözlənti hüququnun da yaranması mümkün deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “İnzibati İcraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydala r 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya d igər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanun da başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasın dan və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərba ycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlə rini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mind iyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensa siya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 28. “İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətl əndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.
34. Hazırkı işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, mərhum İddiaçı1 dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı vəfat etmişdir. Sonradan birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaşı onun hüquq varisi X2 ilə əvəz edilmiş, sonuncu iddiaçının hüquq varisi kimi tanınmışdır. Bunundan sonra iddiaçının prosessual hüquqi varisi iddia tələbini aşağıdakı kimi dəqiqləşdirmiş və dəqiqlə şdirilmiş tələb icraata qəbul edilmişdir. İ tələb - xx.xx.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi; İİ tələb - İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi; İİİ tələb - xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilməsi kimi icraata qəbul edilmişdir.
35. İlk öncə qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsait lərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidm əti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
37. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunveric iliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
38. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferası na və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
39. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəs ində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.
40. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq, “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da hazırkı qərarın 27-ci bəndində qeyd olunan normaların tələblərini pozmuşdur.
41. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərar qəbul edilmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası haqlı olaraq qeyd etmişdir ki, birinci tələb barədə iddianın təmini iddianın digər cavabdehə münasibət də qəbul edilmiş əlilliyə görə əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır. Belə ki, şəxsin marağı ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı yox, məhz dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpası ilə bağlı olmuşdur ki, həmin maraq ən azından adıçəkilən pensiyalarla bağlı məbləğ arasında fərqin olmasından başa düşüləndir. Lakin cavabdehlərdən biri əmək pensiyasını dayandırmış, digəri isə şəxsə əlilliyə görə pensiya təyin etmişdir ki, hər iki halda pensiya alan şəxsin hər hansı müracətinin olmadığı, onun iştirakının təmin edilmədiyi, hər iki qərarın cavabdehlərin öz təşəbbüsü ilə qəbul edildiyi müəyyən olunur.
43. Üçüncü tələbə münasibətdə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmək pensiyas ının dayandırılması barədə qərarda ödəniş 30 noyabr 2020-ci il tarixdən dayandırıldığından, ödəniş həmin tarixdən mərhumun vəfat etdiyi 18 iyun 2022-ci il tarixi əsas götürülməklə hesablanmalıdır.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 21(103)-1987/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.