Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2086/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan X2rşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələbi; torpaq sahəsinə görə əlavə 10% tələb giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respubli kası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-352/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarından iddiaçının və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, 2-ci Əhmədli küçəsi, 23 saylı mənzildə yaşayan iddiaçıya məxsus Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən mövcud tikilinin rekonstruksiya edilərək ticarət və iaşə obyekti kimi istifadə edilməsinə icazə verilmiş, həmin torpa q sahəsində yeni ticarət-iaşə obyekti iddiaçı tərəfindən inşa olunaraq istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə “Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən həyata keçirilən “Qala-Pirallahı” avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus əmlak tikinti altına düşmüşdür. Cavabdehin sifarişi əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə həyata keçirilmiş, qiymətləndirməyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında yerləşən daşınmaz əmlakın daş hasarının sahəsi tək 15,60, cüt 3,1 kv.m, çörək mağazası 20,5 kv.m, mağaza 117,8 kv.m, aptek 55,7 kv.m, hamam -tualet 1,7 kv.m, 1-ci anbar 5,1 kv.m, 2-ci anbar 9 kv.m, 3-cü anbar 32,6 kv.m, 4-cü anbar 12,6 kv.m, talvar 29 kv.m müəyyən edilmiş və həmin ölçülərə uyğun olaraq daşınmaz əmlakın bazar qiyməti müəyyən edilmişdir. Daş hasarın 1 kv.m 50-60 manat, çörək mağazasının 1 kv.m 400 manat, mağazanın 1 kv.m 400 manat, aptekin 1 kv.m 400 manat, hamam-tualetin 1 kv.m 150 manat, 1-ci anbarın 1 kv.m 150 manat, 2-ci anbarın 1 kv.m 150 manat, 3-cü anbarın 1 kv.m 150 manat, 4-cü anbarın 1 kv.m 150 manat və talvarın 1 kv.m 100 manat olmaqla ümumilikdə daşınmaz əmlakın ümumilikdə qiyməti 90,616 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə nəzərə alınmaqla ümumi məbləği 108,739 manat müəyyən olunmuşdur. Həmin məbləğ 19 iyun 2014-cü il ta rixdə “xxxx” vasitəsi ilə iddiaçıya ödənilmişdir. İddiaçı ona ödənilən kompensasiyanın məbləği ilə razılaşmamış, cavabdehə 15 aprel 2016-cı il tarixli müraciət ünvanlamışdır. Cavabdeh tərəfindən həmin müraciətə cavab olaraq 3 may 2016-cı il tarixli məktubla iddiaçıya dəymiş ziyanın 108.739 manat təşkil etməsi və 19 iyun 2014-cü il tarixdə “xxxx” vasitəsi ilə ödənilməsi bildirilmişdir. İddiaçı cavabdehə qarşı 7 iyun 2016-cı il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala- Pirallahı yolunun sol tərəfində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları məqsədləri üçün alınması və həmin sahədə inşa edilmiş 300 kv.m ticarət-iaşə obyektinin sökülməsinə görə o na əlavə olaraq 381.261 manat məbləğində kompensasiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı işə əlavə olunmuş “X21” Qiymətləndirmə Şirkətinin ekspert qiymətləndiricisi N.C.İsmayılov tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə Bakı şəhəri, Xaşa-xuna massivi, Qala Pirallahı yolu ərazisində, 0,10 ha torpaq sahəsində inşa edilmiş, 283,28 kv.m. ticarət-iaşə obyektinin 2013-cü ilin noyabr-dekabr aylarına olan bazar dəyərinin 350.000 manat olması müəyyən edilmişdir. Bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulan əlavə ödənişlər əmlakın ümumi dəyərinə əlavə olunmamışdır. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən, bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun yeddinci fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Eyni zamanda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.6–cı maddəsinə əsasən, çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı 10 ildən artıq müddət üçün iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında əlavə ödəniş müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasın ın 2007-ci il 7 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3 və 66.4.6-cı maddələrinin hər birinə əsasən ödəniləcək 10 faiz (cəmi 40 faiz) əlavə ödənişlər nəzərə alınmaqla, iddiaçıya məxsus ticarət-iaşə obyektinin satın alma qiyməti ümumilikdə 350.000+10%(35.000)+10%(35.000)+20%(70.000)=490.000 manat təşkil etməlidir. Nəzərə alınsa ki, bu kompensasiya məbləğinin 108.739 manatı artıq iddiaçıya ödənilmişdir, o halda cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 381.261 manat da ödənilməlidir. Cavabdeh iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” ilə yeni avtomobil yollarının tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üç ün alınması həyata keçirilirdi. İddiaçıya məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində 0,10 ha torpaq sahəsində inşa edilmiş 283,28 kv.metr sahəyə malik ticarət-iaşə obyekti tikinti altına düşmüşdür və onun sökülməsi zərurəti Bakı şəhəri Qala-Pirallahı avtomobil yolunun və piyada keçidlərinin tikintisi ilə əlaqədardır. Həmçinin əmlakın özgəninkiləşdirilməsi vaxtı qiymətləndirmə sahəsində ixtisaslaşmış “xxxx” MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2013-cü il iyun ayı tarixinə olan bazar dəyəri cəmi 90,616 manat, Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə, 18,123 manat, ümumili kdə 108,739 manat dəyərində müəyyən edilmiş və vəsait “xxxx” ASC-nin Rabitə filialına köçürülmüşdür. Həmin vəsait 03.10.2013-cü il tarixli razılaşma protokoluna əsasən iddiaçı tərəfindən 19 iyun 2014-cü il tarixdə qəbul edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında əmlakın dövlət ehtiyacları alınması məqsədilə ödəniləcək təzminat ilə bağlı hazırlanmış qiymətləndirmə ilə tanış olmuş və hesabatda göstərilmiş 108,739 manat 19.06.2014-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya kompensasiya hesablanmış və banka köçürülmüş məbləği 19 iyun 2014-cü il tarixdə alaraq razı olduğunu bildirmiş sayılır və bu barədə tərtib olunmuş kassa məxaric orderini imzalamışdır. Alınan daşınmaz əmlak satınalma qiyməti qanuna əsasən istənilən qiymətləndiric i deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilməli olduğundan, iddiaçıya əmlakının dəyəri tam ödənildiyindən hüququnun pozulması müəyyən olunmur. Üçüncü şəxs iddiaya yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən əmlakın sökülməsinin zərurəti Bakı şəhəri Qala-Pirallahı avtomobil yolunun və piyada keçidlərinin tikintisidır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54-cü maddəsində göstərilir ki, kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Bu o deməkdir ki, həyata keçirilən avtomobil yollarının tikintisi infrastruktur layihənin tərkib hissəsi olduğundan bununla bağlı nəzərdə tutulan vəsaitlər həmin layihənin hesabına aparılmalıdır. Layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsait sifarişçi təşkilatın hesabına köçürülür. Sifarişçi təşkilat isə öz növbəsində dövlət büdcəsində həmin infrastruktur layihə üçün nəzərdə tutulmuş vəsait hesabına bütün tədbirləri, o cümlədən kompensasiyanın ödənilməsini həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsı vaxtı qiymətləndirmə sahəsində ixtisaslaşmış “xxxx” MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmişdir. Sözügedən əmlakın qiymətləndirilməsi daşınmaz əmlak bazarında, həmçinin notariat qaydasında təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqavilələrində mövcud olan qiymətlərə uyğun aparılmışdır. Belə ki, həmin şirkət tərəfindən tərtib olunmuş r əydə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna, Milli Qiymətləndirmə Standartlarının (MQS) və X1 (BQS) tələblərinə, eləcə də qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına və X4 tələblərinə uyğun olaraq hazırlanmış, qiymətləndirmə zamanı aparılan hesablamalarda şirkətin mütəxəssisləri tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarın vəziyyətini xarakterizə edən operativ məlumatlardan, obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Sözügedən əmlak qiymətləndirilərkən iddiaçıya aid olan əmlakın orta bazar dəyəri öyrənilmiş, sözügedən obyektə yaxın ərazilərdə mövcud olmuş digər obyektlərə tətbiq olunan və mülkiyyətçilərlə razılaşdırılan qiymətlərə uyğun olaraq obyektin əmlakın dəyəri 108,739 manat müəyyən edilmişdir. Aparılan qiymətləndirmə Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunvericilik aktlarının tələblərinə uyğun, peşəkar səviyyəsində aparıldığına görə onun nəticələrinin şübhə altına qoyulmasına heç bir əsas yoxdur. İddiaçıya məxsus 283,28 kv.metr sahəsi olan tikilinin “xxxx” MMC-nin qiymətləndiriciləri tərəfindən müəyyən edilmiş qiymətin mövcud bazar qiymətlərinə uyğun, qeyd edilən obyektin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədlərin olmadığını, torpaq sahəsinin onun yalnız istifadəsində olduğunu (xüsusi mülkiyyətində olmadığını) və obyektin təmir səviyyəsinin aşağı olduğunu nəzərə alaraq müstəqil qiymətləndirici tərəfindən kompensasiyanın məbləğinin hesablanması üçün tətbiq edilən qiymətlər ədalətli və obye ktivdir. Razılaşdırılan qiymətlərə uyğun olaraq obyektin 1 kv.metr əsas sahəsi üçün 400,00 manat, 1 kv.metr köməkçi sahəsi üçün 150,00 manat, 1 kv.metr yardımçı tikili üçün 100,00 manat, 1 kv.metr təkqat daş hasar üçün 50,00 manat, 1 kv.metr ikiqat daş hasar üçün 60,00 manat qiymət müəyyən olunmuş və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-cı ıl tarixli Fərmanına əsasən həmin satınalma qiymətinə 20 % əlavə haqq da tətbiq edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(82)-126/17 saylı iş) 19 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində 0.10 ha torpaq sahəsində inşa edilmiş iddiaçıya məxsus 283.28 kv.m ticarət-iaşə obyektinin sökülmə si ilə bağlı cavabdehdən 241.261 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X13 və X6, 2-1(103)-450/2018 saylı iş) 5 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2-1(82)-126/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9-sədrlik edən və məruzəçi, X15 və X8 ibarət tərkibdə, 2-1(102)-1615/18 saylı iş) 3 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məh kəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-450/18 saylı, 5 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X17məruzəçi, X16 və Mayılov Ülvi Arif oğlu, 2-1(103)-352/2019 saylı iş) 14 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-126/2017 saylı, 19 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş,iş üzrə yeni qərar qəbul edilmiş,iddia qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində mövcud olmuş daşınmaz əmlaka görə cəmi 7.140 manat kompensasiya tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində sökülmüş obyektin sahəsini 300 kv.m qeyd etsə də, iddiaçı ilkin olaraq kompensasiyanın ödənilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edərkən, sökülmüş tikilinin sahəsini 283.28 kv.m qeyd etmiş, eyni zamanda Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala Pirallahı yolunun sol tərəfində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş tikilinin söküldüyü tarixə olan qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertizalar zamanı tikilinin sahəsi 283.28 kv.m olaraq nəzərə alınmışdır. Belə olan halda, id diaçı tərəfindən sökülmüş tikilinin 300 kv.m olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, ticarət-iaşə obyektinin sahəsi 283.28 kv. m kimi qəbul edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Lakin işin materiallarına Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala Pirallahı yolu ərazisində 0,10 ha torpaq sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsinə verilməsinə dair hər hansı sübut əlavə edilməmişdir. Tikili sahəsinə gəldikdə, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə iddiaçıya məxsus Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən mövcud tikilinin rekonstruksiya edilərək ticarət və iaşə obyekti kimi istifadə edilməsinə icazə verilsə də, tikilinin şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun tikilərək istismarına icazə verilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin materiallarından müəyyən edilmir. İddiaçı 29 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 27 mart 2019-cu il tarixdə qərarın surətini almış, 26 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, kassasiya şikayətinin təmin olunması və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şik ayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməyərək apellyasiya şikayətini tam təmin etməmişdir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmiş və bundan sonra əmlakı sökülmüşdür. Şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 11.1, 389, 390.1, 390.3-cü, “Torpaqların dövlət ehtiyacları üçün alın ması haqqında” Qanunun 3.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə istinad olunmuşdur. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaqların dövlət ehtiyacları məqsədi ilə alınması nəticəsində ədalətsiz kompensasiya məbləğinin ödənilməsi iş materialları ilə tam təsdiq olunmuşdur. Şikayətin hüquqi əsası kimi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 5.2, 7.1, 7.2, 7.3, 56.1.5, 59.2, 59.3, 65.1, 65.2, 68.1.2, 80.1-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən söküldüyünə görə ödənilən ziyanın məbləği ilə razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçının istifadəsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində ticarət-iaşə obyekti mövcud olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sistem inin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə “Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən, cavabdeh tərəfindən həyata keçirilən “Qala-Pirallahı” avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus əmlak tikinti altına düşmüşdür. Cavabdehin sifarişi əsasında alınmış qiymətləndirmə hesabatında ümumilikdə daşınmaz əmlakın qiyməti 90.616 manat, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20 % əlavə nəzərə alınmaqla ümumi məbləği 108.739 manat müəyyən olunmuşdur. Həmin məbləğ 19 iyun 2014-cü il tarixdə “xxxx” vasitəsi ilə iddiaçıya ödənilmiş, lakin iddiaçı ona ödənilən kompensasiyanın məbləği ilə razılaşmamışdır. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı işin yenidən apellyasiya qaydasında baxışı zamanı işin mat erialları ilə müəyyən edilir ki, iddiaçının istifadəsində qeyri-yaşayış sahəsi olmuşdur. Həmin qeyri-yaşayış sahəsinə, həm də altında olan torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” ilə yeni avtomobil yollarının tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması həyata keçirilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, Qala-Pirallahı yolunun sol tərəfində 0,10 ha torpaq sahəsində inşa edilmiş 283,28 kv.metr sahəyə m alik ticarət-iaşə obyekti Bakı şəhəri QalaPirallahı avtomobil yolunun və piyada keçidlərinin tikintisi ilə əlaqədar tikinti altına düşmüş və onun sökülməsi zərurəti yaranmışdır. Əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2013-cü il iyun ayı tarixinə olan bazar dəyəri cəmi 90,616 manat, Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli fərmanına əsasən 20% əlavə, 18,123 manat, ümumilikdə 108,739 manat dəyərində müəyyən edilmiş və vəsait "xxxx" ASC-nin Rabitə filialına köçürülmüşdür. Həmin vəsait 03.10.2013-cü il tarixli razılaşma protokoluna əsasən iddiaçı tərəfindən 19 iyun 2014-cü il tarixdə qəbul edilmişdir. Sonradan iddiaçı ona ödənilən məbləğlə razılaşmadığından məhkəmə mübahisəsi yaranmış və məhkəmələr tərəfində n yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı müxtəlif rəylər tərtib edilmiş, 90.616 manat qiymətləndirmə hesabatı əmlaka baxış keçirilməklə, digər qiymətləndirmə rəyləri isə əmlak söküldükdən sonra tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin rəyin artıq mübahisəli əmlakın sökülməsindən sonra verildiyini, rəydə əmlakın qiymətinin müəyyən edilməsinə təsir edən hər hansı meyarlara istinad olunmamasını, əmlakın texniki göstəricilərinin göstərilməməsini, müvafiq qiymətin əsaslandırılmamasını nəzərə alaraq mötəbər sübut kimi qəbul etməmişdir. 7 fevral 2017-ci il tarixli mütəxəssis rəyindən fərqli olaraq, cavabdehin istinad etdiyi “xxxx” MMC tərəfindən verilmiş rəy 2013-cü ilin avqust ayında obyektə hələ sökülməzdən əvvəl baxı ş keçirilməklə verilmiş və mübahisəli əmlakın bütün texniki göstəricilərini əks etdirmişdir. Odur ki, İPM-in 58-ci maddəsinə əsasən, “X27” tərəfindən verilmiş CEG-M828 saylı, 7 fevral 2017-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu hissədə məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsaslı saymır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiym ətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İşdə olan qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus tikilinin dəyəri 90.616 manat müəyyən edilmişdir, həmin məbləğin 20%-i 18.123 manat nəzərə alınmaqla, cəmi 108.739 manat iddiaçıya ödənilmişdir. İddiaçıya 108.739 manat hesablanıb ödənilərkən hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmişdir. Odur ki, bu hissədə şikayətin dəlilləri əsaslı olmamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddəsində qeyd edilir ki, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə gö rə kompensasiya verir. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir (66.2-ci maddə). Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin faizi miqdarında müəyyənləşdirilir (66.4-cü maddə). İşin mübahisə olunmayan halına görə iddiaçıya məxsus tikili ticarət-iaşə obyekti olmaqla qeyri-yaşayış sahəsi olmuşdur. Kompensasiya tələb edilən tikili yaşayış sahəsi olmamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinə görə çətinliklərə görə kompensasiyanın yaşayış sahəsinin alındığı halda ödənilməsi ilə şərtləndirilmişdir. Yolun çəkilişi ilə əlaqədar sökülən iddiaçıya məxsus tikili yaşayış sahəsi olmadığından çətinliklərə görə kompensasiya tələbi əsaslı olmamışdır. Odur ki, bu hissədə də məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı saymır. Torpaq sahəsinə görə ödənilməli olan kompensasiya ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sübut təqdim edilməmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin 0,10 ha olduğunu bildirsə də, bu barədə məhkəmələrə sübut təqdim etməmişdir. Cavabdehin aldığı qiymətləndirmə hesabatında faktiki yolun tikintisi altına düşən torpaq sahəsi 200,61 kv.m qeyd edilmişdir. Hər bir halda iddiaçıya məxsus tikilinin və onun yerləşdiyi torpaq sahəsinin azınd an 200,61 kv.m hissəsinin yolun tikintisi altına düşməsi mübahisə doğurmur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir (32.3-cü madd ə). İddiaçıya məxsus əmlakın könüllü alqı-satqı yolu ilə satışına razılığı işdə olan sübutlarla təsdiq olunmur. Yəni iddiaçının ona məxsus əmlakın könüllü alqı-satqı əsasında satması sübuta yetmir. Əmlakın satışına dair alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Odur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.1-ci maddəsinə istinadən torpaq sahəsinə görə əlavə məbləğ ödənilməli olması barədə şikayətin dəlili əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə göndərdiyi 6 fevral 2019-cu il tarixli məktubuna yolun altına düşən şəxslərə məxsus tikililərin sahəsi və qiymətləndirilməsi cədvəli əlavə edilmişdir. Cədvəldə beşinci siyahıda iddiaçıya aid tikili lər, sahəsi və qiyməti qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 6 fevral 2019-cu il tarixli, 3/09-899 saylı məktubla iddiaçıya aid məlumatları işin faktiki halları ilə müqayisəli təhlil edərək müəyyən etmişdir ki, sözügedən daşınmaz əmlakın köməkçi sahələrinə görə 61,0 kv.m və 29,0 kv.m sahələr qiymətləndirmədən kənarda qalmışdır, (61,0x50 manat, 29,0x100, cəmi 5.950) ümumilikdə 5.950 manat və kompensasiya məbləğinə cavabdeh orqanın mübahisələndirmədən hesabladığı 20% əlavə-1.190 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödə nilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (del ikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə kollegiyası apellyasiya instans iyası məhkəməsinin iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinə qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən sökülməsinə görə 7.140 manatın ödəməli olması barədə gəldiyi nəticəni əsaslı sayır.Odur ki, iddianın təmin edilən hissəsində cavabdehin şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi kollegiyasının 2-1(103)-352/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2086/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2086/2019
23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver