Məhkəmə qərarları › İş №2-1(102)-2086/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2086/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2086/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2086/2022) (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X18, X5, X21, İsmayıllı Rayon Talıstan Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)-168/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə Bakı şəhər sakini X9 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərtiyararsız tor paq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. Talıstan Bələdiyyəsi ilə X13 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. 2. xx.xx.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan müəyyən olunmuşdur ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X8 mülkiyyətinə 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. 3. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X13 2 ha torpaq sahəsini X1. 4. xx.xx.2005-ci il tarixli JN-701 ko d 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan müəyyən olunmuşdur ki, İsmayıllı Rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-1-90 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi X11 mülkiyyətinə keçmişdir.

5. RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,3665 ha həyətyanı torpaq sahəsinə X2 və X10 ümumi birgə mülkiyyət hüququ xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il t arixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsi həmin Xidmətin "xxxx" MMC-nin elektron məlumat bazasında öz əksini tapan Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Talıstan kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir, sözügedən 2 ha torpaq sahəsinin aşağıdakı hissələri başqa torpaq sahələri ilə üst-üstə düşür: o 0,18 ha hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə, 0,06 ha hissəsi JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, o 0,10 ha hissəsi JN-625C kod 40724 018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, o 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, o 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, o 0,02 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, o 1,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (həmin 1,03 ha ərazinin 0,46 ha hissəsi digər vətəndaşın istifadəsindədir), o 0,13 ha hissəsi **********361 nömrəli çıxarışla mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, 0,38 ha hissəsi kənd daxili yol ilə

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN-0701 kod 407240 18 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında verilmiş 2 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. Cavabdeh 15 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 20 aprel 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 2 ha torpaq sahəsinin iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, o, torpağı əldə edən zaman "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" barədə məlumatın elektron kadastr məlumat bazasına daxil edilməsi səlahiyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə məxsus olmuş və ona təqdim edilən hüquq müəyyənedici sənədlərin hamısı qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X28 torpaqları ilə üst-üstə düşür.

12. Birinci instansiya məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(116)-835/2021 saylı qərardadı ilə X6 və X18, 2 fevral 2022-ci il tarixli, 2-1(116)-74/2022 saylı qərardadı ilə X5 və X21, 18 mart 2022-ci il tarixli, 2-1(116)-74/2022 saylı qərardadı ilə İsmayıllı Rayon Talıstan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eyni zamanda, 18 mart 2022-ci il tarixli qərardadla X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir

13. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı (hakim: X19) ilə iddia qismən təmin edilmiş, - iddiaçının adına olan xx.xx.2005-ci il tarixli, JN-701 kod 40724018 nömrəli "Torpağa mü lkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə üst-üstə düşən 0,18 ha hissəsinə, JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,06 ha hissəsinə, JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,10 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,02 ha hissə sinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, - iddia 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üstüstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş olduğuna, 0,38 ha hissəsi isə kənd daxil i yol olduğuna görə alqı-satqı obyekti ola və Bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də hazırkı iddianın həmin 1,03 ha və 0,38 ha ilə bağlı hissələri təmin edilə bilməz. Həmçinin 2 ha torpaq sahəsinin 0,13 ha hissəsi RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, eyni torpaq sahəsinə yenidən həm də iddiaçının mülkiyyət hüququ qeydiyyata alına bilməz. İddianın 0,46 ha torpaq sahəsi ilə bağlı hissəsi təmin edilməli, qalan 1,54 ha torpaq sahəsi ilə bağlı hissəsi isə təmin edilməməlidir.

15. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayəti verərək X3 istifadə sində olmaqla bələdiyyənin mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi hissəsində qərarın qismən ləğv edilməsini xahiş etmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddianın rədd edilmiş hissəsində qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)-168/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X20 və X4) ilə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək iddianın təmin rədd edilmiş hissəsində qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçıya verilmiş sənəd dövlət orqanı tərəfindən tərtib olunmuş və müvafiq qaydada təsdiqlənmişdir. Həmin sənədin mötəbərliliyinə şübhə yaranmasında iddiaçının hüquq pozuntusu olmamışdır. Belə ki, vətəndaş dövlət orqanı tərəfindən ona verilmiş sənədə etimad etmiş və həmin sənəd əsasında öz mülkiyyət hüquqlarını n yaranmasına əmin olmuşdur. Həmçinin, 2004-cü ildə Bələdiyyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatına şərti yarasız olması öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlı olması, eləcə də örüş və biçənək kimi istifadə olunması, həmçinin kənddaxili yol kimi nəzərdə tutulması məsələsinə münasibət bildirilməlidir ki, torpaq sahəsinin yaxşılaşdırılması nəticəsində bu kimi hallar baş vermiş və mübahisə predmeti olan torpaq sahəsinin hazırkı istifadə təyinatının fərqlənməsi o demək deyildir ki, vaxtı ilə iddiaçıya verilmiş bu sahələr üzərində mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Qeyd edildiyi kimi bu dəyişikliklər həmin sahələrdə aparılan yaxşılaşdırılmalar nəticəsində meydana çıxmışdır. Kənddaxili yol hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin sahə üzərində mülkiyyət hüquqları qeydiyyata alınarsa ərazi iddiaçıya məxsus digər sahələrin daxilində qalacağından onun yol kimi istifadə olunması zərurəti də aradan qalxacaqdır. Göründüyü kimi, işə baxan məhkəmələr tərəfindən iddiaçının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq etimad hüququ prinsipi gözlənilməmiş və bununla da iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir.

21. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı İnzibati-Prosessual Məcəllənin 87.8-ci, Torpaq Məcəlləsinin 86-cı, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 7.1.2-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayəti nə etirazın dəlilləri

22. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. [4] 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məluma tları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gə lməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edil məsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşın maz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Torpaq Məcəlləsi (hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya) Maddə 16 Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri...

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericilik lə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ...

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir....

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv ink işafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə

86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan t orpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları. bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüqu qunda verilə bilər.

5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.

6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

7. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Maddə

7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə ver ilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 26. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

27. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası m əhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının həmin hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsinin qərarı 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissədə, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə ləğv olunmalıdır.

31. Məhkəmə kollegiyası iddianın 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissəsi ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 1,03 ha və 0,38 ha torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılarkən hə min torpaq sahəsinin yararlılıq vəziyyəti araşdırılmamışdır.

32. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. 33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.

34. H əmin Qanunun 7.1.1 və 7.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

35. Torpaq Məcəlləsinin 86-cı maddəsinin hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyana əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş, 0,38 ha hissəsi isə kənd daxili y ol olduğuna görə alqı-satqı obyekti ola və bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də iddia 1,03 ha və 0,38 ha ilə bağlı hissələrdə təmin edilə bilməz.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə iddiaçıya Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin satılması qərara alınmışdır. (cild 1, iş v. 13) Həmçinin alqı-satqı qaydasında satılacaq torpaq sahəsinin qaiməsində də torpaq sahəsi kənd təsərrüfatı üçün şərti-yararsız göstərilmişdir (cild 1, iş v. 16). Cavabdeh isə etirazında torpaq sahəsinin kənd təsərrüfa tlı təyinatlı torpaq sahəsi olmasını, bir hissəsinin kollu örüş sahəsi, digər hissəsinin meşə fondu torpaq sahəsi, başqa bir hissəsinin kənd daxili yol olmasını bildirmişdir.

38. Qanunvericiliyə görə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları və kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

39. İş materiallarında torpaq sahəsinin kənd təsərrüfatına yararlı olub-olmaması ilə bağlı biri digərini təkzib edən sübutlar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi ilk dəfə bələdiyyə tərəfindən torpaq sahəsi özgəninkiləşdirilən zaman ayrılmış torpaq sahəsinin xüsusi mülkiyyətə verilməli torpaq sahəsi olması ilə bağlı ətraflı araşdırma aparmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi həmçinin ca vabdehin dəlilləri ilə bağlı ondan sübutlar tələb etməmiş, mübahisə predmeti olan torpaq sahəsi barədə sərəncam verilən vaxt kənd təsərrüfatına yararlı, kənd daxili yol, meşə fonduna aid olması ilə bağlı cavabdehin istinad etdiyi elektron baza məlumatlarına baxış keçirməmiş, həmin məlumatları təsdiq edən sənədləri (xəritə, sxem, plan-ölçü və s.) əldə etməmiş, cavabdehin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmamışdır.

41. İPM-in hazırkı qərarın 25-ci bəndində göstərilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

42. Apellyasiya instans iyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi hissəsində təmin oluna bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə iddiaya mahiyyəti üzrə baxmaqda apellyasiya məhkəməsi haqlı olmamışdır.

44. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi 0,13 ha torpaq sahəsi üçüncü şəxslər X2 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz. Üçüncü şəxslərin adına aparılmış qeydin qanuna uyğunluğu mübahisələndirilmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alına bilməz. Bu səbəbdən, 0,13 ha torpaq sahəsinə hüququn qeydə alınması hissəsində iddia mümkün sayılmamalıdır.

45. İddiaçıya izah edilir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bənd inin tələblərinə uyğun qaydada 0,13 ha torpaq sahəsinin üçüncü şəxslər X2 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)-168/2022 nömrəli qərarı mübahisə olunan hissədə, yəni 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissəsi ndə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissəsində ləğv olunsun. İddia RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha torpağa hüququn qeydə alınması hissəsində mümkün sayılmasın. İş 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpağa və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması hissəsində təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar