Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2086/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasında olan məlumatın mötəbərliyi, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fon dunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-147/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 2. xx.xx.1974-xx.xx.1975-ci il tarixlərində İsmayıllı rayon 138 nömrəli kənd texniki peşə məktəbində təhsil almış, ona bu barədə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 08 may 1975-ci il tarixli, 519 nömrəli attestat verilmişdir.
3. İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletlə müəyyən edilir ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Müstəqil İstehsalat Dizayn Birliyinin 31 və 33 nömrəli sexlərində, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Abşeron Rayon Mənzil X1, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Aqrerat Birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Tikinti tres meydançasının 1 saylı sahəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində işləmişdir.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh 29 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 21 il 11 ay 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. "xxxx" şirkətinin hüquqi ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən dövrlər üzrə İddiaçı əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2001-xx.xx.2004-cü il tarixl ərdə "xxxx" şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" şirkətində fəhlə vəzifəsində işləmiş və əmək haqqı almışdır. Həmin dövrə dair əmrlər əmək kitabçasında göstərilmiş, eləcə də həmin müəssisə tərəfindən bununla bağlı ona arayış verilmişdir.
9. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2111/2023 nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilm iş, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçasının düzgün doldurulması işəgötürənin vəzifələrinə aid edildiyindən iddiaçı bununla bağlı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. İddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqqları barədə məlumatların olmaması və ya qeydlərin eyni qələmlə aparılması, imzaların dəyişik olması həmin dövrün iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2023-cü il tarixli, 2-1(105)-147/2024/2023 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X2) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2111/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək k itabçasında göstərilən məlumatların həqiqiliyi, yəni iddiaçının həqiqətən də xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində "xxxx" Şirkətində işlədiyi öz təsdiqini tapmamışdır. Qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilmədiyi halda isə onun təhsil və hərbi xidmət dövrü ilə birlikdə sığorta stajı 21 il 11 ay 5 gün təşkil edir. Göründüyü kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sığorta stajı ilə bağlı şərt ödənilmir.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21-ci maddələrinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" şirkətinin direktoru A.Qasımov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışda iddiaçının 6 saylı əmrlə "xxxx" şirkətində fəhlə qəbul edildiyi və 23 saylı əmrlə xx.xx.2004-cü il tarixində əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Əmək kitabçasında göstərilən əmək stajı qanunla nəzərdə tutulan müddətdən çox olduğu üçün iddiaçıya əmək pensiyası təyin edilməsi üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanıl masını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi i ş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təs diq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlu matlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək ola n müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasın da baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qər arı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
27. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
28. İş üzrə iddiaçının tələbi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
29. İddiaçının mövqeyini əsassız hesab edən apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, onun sığorta stajı 25 ildən az yəni, 21 il 11 ay 5 gün təşkil etdiyindən iddia əsaslı sayıla bilməz.
30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iş materiallarındakı olan sənədləri mötəbərliyi, mümkünlüyü, mənsubiyyəti üzrə kifayət qədər də yərləndirməmişdir.
31. Belə ki, iddiaçının sosial sığorta stajı ilə bağlı mübahisəli dövr 2001-2004-cü illəri təşkil edir. Əmək kitabçasına əsasən iddiaçı bu dövrlərdə "xxxx" şirkətində fəhlə işləmişdir. Apelyasiya instansiyası məhkəməsi "xxxx" şirkətinin direktoru X7 tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli məktuba istinad edərək iddiaçının xx.xx.2001-xx.xx.2004-cü illərdə "xxxx" şirkətində işləmədiyi qənaətinə gəlmişdir.
32. İş materiallarında həm də "xxxx" şirkətinin direktoru A.İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış mövcuddur. Həmin arayışda iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək şirkətdə əmək müqaviləsi əsasında işlədiyi qeyd edilmişdir (iş vər 12).
33. Apelyasiya instansiyası məhkəməsi bu arayışı deyil, "xxxx" şirkətinin direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı əsas götürmüş, hansı əsasla ikinci arayışda olan məlumatın mötəbər olmasını qərarında əsaslandırmamışdır.
34. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi "xxxx" şirkətinə sorğu ünvanlayaraq iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək həmin müəssisədə işə daxil olması və işdən azad edilməsinə dair əmrlər kitabından, həmçinin iddiaçının işlədiyi illər üzrə ödənilmiş əmək haqqı cədvəllərindən çıxarışın təqdim edilməsini tələb etmişdir.
35. Poçtla göndərilmiş hər iki məktub ünvanlandığı müəssisəyə çatmamış, apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirkətə poçtla göndərilən hər iki məktub geri qaytarılmasına baxmayaraq şirkətin adından apelyasiya m əhkəməsinə daxil olan cavab məktubunun həqiqətən şirkət tərəfindən göndərilməsi də araşdırılmamışdır.
36. Eyni zamanda məhkəmə kollegiyası bir halı da xüsusi ilə vurğulamağı zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi iş materiallarında "xxxx" şirkəti tərəfindən təqdim edilmiş iki məktub mövcuddur. Həmin məktubların hər biri şirkətin direktoru A.Qasımov adlı şəxs tərəfindən imzalanmışdır. Lakin bu imzalara vizual qaydada nəzər yetirildikdə imzaların biri digərindən kəskin fərqləndiyi adi gözlə görmək mümkündür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halı ilə bağlı araşdırmanın aparılmadığı müəyyən edilir.
37. Məhkəmə kollegiyası hesab edir ki, növbəti apelyasiya baxışı zamanı mübahisənin düzgün həll edilməsi üçün aşağıdakı məsələlər araşdırılmalıdır:
1. İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilməklə "xxxx" şirkətinin hüquqi ünvanı, onun direktoru barədə məlumatlar öyrənilməli; 2. "xxxx" şirkətinin ünvanına sorğu verilməli, iddiaçının həmin şirkətdə 2001-2004-cü illərdə işləməsi ilə bağlı məlumatlar (əmrlər, əmək haqqı cədvəlləri və s.) istənilməli, zərurət yaranarsa, səlahiyyətli şəxsi məhkəməyə dəvət edilməklə mövcud hal barəsində ətraflı məlumat alınmalı, məktubların hansı məlumatlar əsasında tərtib edildiyi müəyyən edilməli və onlarım mötəbərliyi yoxlanılmalı;
3. Əmək kitabçasındakı məlumatların hansı sübutlarla təsdiq, yaxud təkzib olunması müəyyən edilməsi üçün əmr kitabları, arxiv sənədləri tələb edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-147/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.