Məhkəmə qərarları › İş №2-1(102)-2087/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2087/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2087/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2in iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Gülsabah Şəfiyevanın, üçüncü şəxsin vəkili Mirzəmməd Rəhimovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2in iştirakı ilə) üçüncü şəxsin evdən qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1(103)-709/19 saylı qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2in iştirakı ilə) üçüncü şəxsin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1914-cü ildən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi əvvəl iddiaçının atası Əlimərdan Əliyevin, sonra isə əmisi Eyvaz Əlimərdan oğlunun həm istifadəsində, həm də sahibliyində olm uşdur. Bu faktı təsdiq edən arxiv arayışı da mövcuddur. X1 Əhmədli qəsəbəsində torpaq sahəsinin olduğu qeyd edilir. Daha sonra isə həmin torpaq sahəsi iddiaçının istifadəsinə keçmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşayır. 07 iyul 2017-ci ildə həmin torpaq sahəsinin 0,06 ha hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış almış, torpaq sahəsinin qalan hissəsi isə faktiki istifadəsindədir. Əliyev Əlirza Xalid oğlu iddiaçının razılığı olmadan onun mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Ə.X.Əliyevin iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinə Əliyev Əlirza Xalid oğlunun mənzilə istifadə hüququnun itirilməsinə dair iddia tələbi ilə müraciət etmiş, həmin məhkəmənin 17 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Əlirza Əliyevin mübahisəli mənzildə istifadə hüququnun olmadığı öz təsdiqini tapmışdır. Qətnamənin nəticə hissəsində göstərilmişdir ki, göstərilən qətnamə cavabdeh Əliyev Əlirza Xalid oğlununünvan 2 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli qərarında da Əliyev Əlirza Xalid oğlunun iddiaçının mülkiyyətində olan mənzilə heç vaxt köçürülm ədiyindən və həmin mənzildə yaşamadığından istifadə hüququnun yaranmadığı qeyd edilmişdir. Buna görə də cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət edilməli, daha sonra ehtiyac yaranarsa onun hərəkət və hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddiaçı 15 avqust 2018-ci ildə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdehin 21 avqust 2018-ci il tarixli, 101-33550Ə saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin 14.11.2018-ci il tarixli iş № 2-1(82)-3917/2018, (sədrlik edən hakim Ç.Bəşirov) qərarı ilə iddianın təmin edilməsi, X2in iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, S.Mirhəsənağa küçəsində yerləşən 1A saylı fərdi yaşayış evindən qeydiyyatd an çıxarılması vəzifəsi Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxsapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.03.2019-cu il tarixli iş № 2-1(103)-709/2019 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 14.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayə tinin dəlilləri: Üçüncü şəxs kasasiya şikayətini onunla əsaslandırmışdır ki, anası 1992-ci ildə mübahisəli mənzilə - Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi, 1A-ya gəlin köçmüş, həmin evdə yaşamışdır. O, 20 iyul 1994-cü ildə həmin evdə anadan olmuşdur və həmin evdə də yaşamışdır. Mübahisəli ev onun babasının evidir. Sonradan atası babasının evində yaşaya-yaşaya həmin həyətdə özbaşına tikinti aparmış və o, da həm atasının və babasının yanında yaşamışdır. Nənəsinin anası ilə yola getməməsi səbəbindən və babası xəstə olduğundan, nənəsi etibarnamə əsasında onu mübahisəli ünvandan pasport qeydiyyatından çıxartmaq istəyir. O, mübahisəli mənzildə yaşaya-yaşaya oradan bağçaya, məktəbə və müddətli həqiqi hərbi xidmətə getmişdır. 2010-cu ildə isə 16 yaşına çatıb həmin mənzildə yaşamağına dair şəxsiyyət vəsiqəsi almışdır. Bundan başqa, o, mübahisəli mənzil olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi, 1A-da istər “xxxx” ASC-də, istərsə də Bakı Telefon Rabitəsi İstehsalat Birliyində abonent kimi qeydiyyatdan keçmişdır. Yəni, mübahisəli mənzilin su və telefon rabitəsi xidməti onun adınadır. Mənzilin qazı və işığı isə atasının adına olmuşdur. Mənzilin suyunun və telefonunun onun adına olması onun həmin mənzildə təsadüfi qeydiyyatda olmadığını bir daha sübut edir. Bundan başqa, o, mübahisəli mənzildə qeydiyyatda ola-ola və həmin mənzildə yaşayayaşaya 2017-ci ildə iddiaçı qanunsuz olaraq onun razılığı olmadan təhrif olunmuş sənədlər əsasında mübahisəli mənzili özəlləşdirmişdir. Məhkəmənin hazırkı qətnaməsi işin hallarına uyğun deyil. Belə ki, o, mü bahisəli mənzildə qeydiyyatda olarkən atası da həmin mənzildə pasport qeydiyyatında olmuşdur. Atası ilə birlikdə babasının evində yaşamışdırlar. O, azyaşlı olduğundan və atası ilə birlikdə yaşadığından və həmin dövrdə (01 oktyabr 2009-cu ilədək) qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən buna hüququ çatdığından atası onu da həmin mənzilə pasport qeydiyyatına aldırmışdır. O, həmin mənzilə qeydiyyata düşərkən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmamışdır. Mübahisəli mənzil 07 iyul 2017-ci ildə iddiaçının xüsusi mülkiyyətinə keçmişdir ki, artıq o, 2007-ci ildən həmin mənzildə qeydiyyatda idi. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs Ə.X.Əliyev kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1( 103)-709/2019 saylı qərarının ləğv edilməsini və onun Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi, 1A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Mirzəmməd Rəhimov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-1(103)709/2019 say lı qərarının ləğv edilməsini və onun Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi, 1A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Gülsabah Şəfiyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından x ahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhər Cavabdeh 06 iyun 2019-cu il tarixdə məhkəmə kollegiyasına məktub göndərərək, hazırkı işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 07 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 07 may 2019-cu il tarixli qərarla, üçüncü şəxs Əliyev Əlirza Xalid oğ lunun apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2-1(82)-3917/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlarla müəyyən edilən hallara düzgün hüquqi qiymət verilmiş və iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07 mart 2019-cu il tarixli qərarı və həmin qərardan üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs kasasiya şikayətində İnzibati Prosessual Məcəllənin və Mülki Prosessual Məcəllənin bir sıra normalarını (İnzibati Prosessual Məcəllənin 58.7, 68.2, 81.2, 87.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1, 217.3-cü maddələrini) yazsa da, onun qənaətinə görə həmin prosessual hüquq normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasının nədən ibarət olması konkret şəkildə göstərməmiş, yəni, üçüncü şəxs tərəfindən kasasiya şikayətində adıçəkilən prosessual hüquq normalarının sadalanması deklarativ və formal xarakter daşıyır. Əksinə, apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəni həll edərkən tətbiq etdiyi maddi və proses sual hüquq normaları işin hallarına düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi iddiaçıya verilmiş, notarial qaydada təsdiq olunmuş RX №1093196 saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə 07 iyul 2017-ci il tarixdə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və bu barədə ona çıxarış verilmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(011)-907/2017 saylı qətnaməsi ilə müəyyə n olunan hallardan görünür ki, İddiaçı cavabdeh Əliyev Əlirza Xalid oğluna qarşı “mənzilə istifadə hüququnun itirilməsi barədə” iddiaçı həmin qətnamə ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli, 2(103)2640/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli, 2(102)-5205/2018 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün nəticə hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsin i tətbiq etmişdir. Belə ki, həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qeyd olunan qətnaməsi ilə isə aşağıdakılar müəyyən edilmişdir: - cavabdeh Əlirza Əliyev (yəni hazırkı işdə üçüncü şəxs) babasına məxsus olan evə köçürülmədiyindən və orada yaşamadığından, sözügedən evdən istifadə hüququ yaranmamışdır, olmayan hüququn itirilməsi isə mümkün deyildir; - evdə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Onun istifadə hüququna malik olmadığı halda, iddiaçının mülkiyyətində olan evdə q eydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. İddiaçı mülkiyyətçi (qanuni sahib) kimi müstəsna hüquqlarından istifadə etməklə cavabdehi evinə qeydiyyata saldırmaqda haqlı olduğu kimi, onu öz iradəsinə əsasən qeydiyyatdan çıxarmağı da tələb edə bilər. Bunun üçün isə iddiaçı müvafiq icra hakimiyyətinə müraciət etməli, daha sonra isə ehtiyac onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı məsələləri mübahisələndirməlidir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsini tətbiq etməsi doğru olmuşdur. Belə ki, həmin maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri dax ilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, üçüncü şəxsin iddiaçıya məxsus evdə istifadə hüququnun mövcud olmadığını müəyyən edən halları özündə əks etdirən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır, buna görə də, üçüncü şəxs Əlirza Əliyevin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndində göstərilən əsas mövcud olur. Bununla da, cavabdeh tərəfindən üçüncü şəxsin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmalı olduğunu zəruri edən faktiki şərtlər öz təsdiqini tapır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətində göstərilmiş dəlillər əsassız olduğundan təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarı də yişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X2in kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 21(103)-709/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar