Məhkəmə qərarları › İş №2-1(102)-2087/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2087/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2087/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1949 FİN:xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1786/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə müxtəlif paylarda payçıların, o cümlədən hazırki iş üzrə iddiaçının payı 13/256 hissə olmaqla müvafiq olaraq xx.xx.2010 və xx.xx.2014-cü il tarixlərdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır.

2. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi 0,0291 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, payçıların istifadəsində olması qeydə alınmışdır.

3. Cavabdehin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə rayonun Təbriz, Ə.Ə lizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,884 ha torpaq sahəsinin "RNQ” MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır.

4. Cavabdehin xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə cavabdehin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsinin "Qaya Qala” MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamın ləğv olunmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 18 may 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 161 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamının tam və ya qismən (Təbriz küçəsi 34 ünvanına aid hissədə) ləğv edilməsi, Bakı şəhəri Cavabdeh Başçısının ona qarşı mülkiyyət hüququnu pozan münasibətinə hüquqi qiymət verilməklə, məsuliyyətə cəlb edilməsi, "Qaya Qala” məhdud məsuliyyətli cəmiyyətinin Təbriz 34 ünvanında söküntü, dağıntı, qazıntı-inşaat işlərinin aparmasının qeyri-qanuni hesab edilməsi və dərhal dayandırılması, vurulmuş maddi və mənəvi ziyana görə rayon icra h akimiyyətindən və məhdud məsuliyyətli cəmiyyətdən hər birinin üzərinə ona 1.000.000 (bir milyon) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiа onunla əsaslandırılmışdır ki, yaşadığı və hüquqi sahibi olduğu ünvan 3 ünvanlı fərdi yaşayış evi 1966-cı ildən 6 nəfər payçının mülkiyyətlərində olmaqla 591,49 kv metrlik həyətyanı torpaq sahəsi üzərində yerləşir. Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinə dair xx.xx.2001tarizinədək tərtib olunmuş 1961 -ci il və 1986-cı il tarixli texniki pasportların (hər ikisinin) 1 -ci səhifələrində həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd (həyətyanı sahə 552,8 kv metr) vardır ki, bu da Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinin 3 tikilisindən ibarətdir: "A” tikilisi-11 1,5 kv. metr, "B” tikilisi 118,4 kv. metr, "V” tikilisi 13,2 kv. metr, tikililərin qanuni hüquqi sahibləri olaraq, onlara (6 nəfər payçılara) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilərək, adlarına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, bu barədə ƏMDX DƏDRX-yə və payçılar Hümbətov və Həşimovaya qarşı, öncə payların düzgün bölüşdürülməsi, sonra payın naturada ayılması və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınması barədə mülki iddia tələbləri ilə noyabr 2015-ci il tarixdən hazırki vaxtadək, ayrı-ayrı məhkəmə instansiyalarına müraciətlər etmişlər. 2016-cı ildən mütəmadi olaraq cavabdehə müraciətlər etməsinə baxmayaraq, cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə 0,884 ha torpaq sahəsi "RNQ Group” MMC-yə ayrılmış, daha sonra xx.xx.2019-cu il tarixli sərəncamla torpaq sahəsinin bina inşa olunması üçün "Qaya Qala” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin sərəncamı əsassız və qanunsuzdur.

8. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair vəsatətlə (iddia ərizəsində qeyd olunmuşdur) məhkəməyə müraciət edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ünvan 1 ünvanında ona məxsus “B” (118,4 kv.metr) tikilisinin ətrafında qonşularla sərhəd hasarının yaxın ətrafında söküntü-dağıntı, qazıntı, inşaat, tikinti işlərinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, Cavabdehin 161 saylı, xx.xx.2019cu il tarixli sərəncamına istinad edərək, "xxxx" adlı cəmiyyət ünvan 1 ünvanında ona məxsus “B” tikilisinin yaxınlığında söküntü, dağıntı, qazıntı, inşaat, tikinti işlərini davam etdirməklə, ona məxsus “B” tikilisinin altında iki mərtəbəli yeraltı dayanacaq və üstündə on üç mərtəbəli bina inşa etməkdədir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6658/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia tələbi mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərarlar qəbul olunduqdan 1 il 11 ay keçdikdən sonra, 18 may 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, o, xx.xx.2019-cu il tarixdə “Pretenziya müraciəti” ilə cavabdehə müraciət edərək, xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamın ləğv olunmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu hal isə iddiaçının hazırda mübahisələndirilən sərəncamdan xx.xx.2019-cu il tarixdə xəbərdar olduğunu, yəni həmin vaxtdan sərəncamı əldə etdiyini təsdiq edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər tələblərə gəldikdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin tələblər ilkin tələbdən, yəni mübahisələndirilən sərəncamın nəticələrindən yarandığından və həmin hissədə iddia mümkün sayılmadığından, iddia qalan hissələrdə də mümkün sayılmamalıdır.

12. Məhkəmənin eyni tarixli qərardadı ilə müvəqqət i xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə mümkün sayılmamış və nəticə onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddiası mümkün sayılmadığı üçün həmin iddia ilə bağlı olaraq verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə də mümkün sayılmamalıdır.

13. İddiaçı həmin qərardadlardan apellyasiya şikayəti verərək qərardadların ləğv edilməsini, iddia tələbinin mümkün hesab olunması və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1786/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərardadları ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusi fov) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6658/2021 saylı qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək iddianın mümkün sayılmaması barədə qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassator İPM-in 38.1, Mülki Məcəllənin 384-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə mübahisə edilən sərəncam ın ləğv edilməsinə dair iddia ərizəsinə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə iddia müddəti inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə isə mübahisə edilən iddia tələbi üzrə ümumiyyətlə iddia müddət şamil edilə bilməz.

18. Hətta qəbul edilsə ki, iddia müddəti ötüb, belə olan halda məhkəmə tərəfindən iddiaçıya izah olunmalı idi ki, iddia müddətinin bərpası barədə ərizə versin. Lakin iş materiallarında məhkəmənin belə bir təşəbbüslə çıxış etməsi müəyyən olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

24. Prosessual m üddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il ke çdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (1 iyul 2020-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərardadı bütö vlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Məhkəmə kollegiyası iddianın mümkün say ılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. Belə ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.

35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə mə cbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

36. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.

37. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlər inə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. 38. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

40. Həmçi nin qanunverici hesab etmişdir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

41. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə "Pretenziya məktubu” ilə cavabdehə müraciət edərək, xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamın ləğv olunmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

42. Yəni iddiaçının mübahisə açdığı xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamdan həmin vaxt məlumatı olmuşdur.

43. İddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündə n iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.

44. İddiaçı müddətin buraxılmasından 1 il keçdikdən sonra məhkəməyə müraciət etmiş, iddia ərizəsində təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi ilə bağlı olan hallara istinad etməmişdir.

45. İddiaçı tərəfindən iddianın 1 il 11 ay sonra verilməsi İPM-in 24-cü maddəsində nəzərdə tutulan tələbləri baxımından müddətin bərpası barədə ərizə verilsə belə iddianın mümkünlüyünü istisna edir. Belə ki, yuxarıda istinad edilən qanunvericiliyə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müdd ətin bərpasına dair ərizə verilə bilməz.

46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1786/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar