Məhkəmə qərarları › İş №2-1(102)-2088/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2088/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2088/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: 30.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 08.01.1973-cü il tarixdən 26.05.1976-cı il tarixədək sovxozda fəhlə; 05.06.1976-cı ildən 01.11.1977-ci il və 06 dekabr 1979-cu il tarixdən 20.12.1990-cı il tarixədək Ermənistan SSR-də Zəngəzur Filiz İdarəsinin Misçıxarma Baş İdarəsində fəhlə; 01.01.1991-ci il tarixdən 01.01.1995-ci il tarixədək «Layihət ikinti» kiçik müəssisəsində; 01.04.1995-ci il tarixdən 08.01.1998-ci il tarixədək Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində və 04.02.1998-cu il tarixdən 30.05.2000-ci il tarixədək X1 nəzdində 16 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli qaynaqçı işlədiyi illər nəzərə alınmaqla, ona 50 yaşı olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdeh şöbənin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim.M.Hacıbəyova; iş No 2-1(81)-3753/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyev; iş № 2-1(103 )479/19) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018- ci il tarixli qərarının ləğv edilməsi; iddiaçıya, onun 1973-cü ildən 1995-ci ilə qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi 16.05.2018-ci ii tarixdən əvvəlki 3 il üçün, yəni, 16.05.2015-ci i! tarixdən hesablanıb ödənilməklə, ömürlük pensiya təyin olunması vəzifəsi cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayə tinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respu blikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1959-cu it tarixdə anadan olmuşdur. İşin materiallarında olan iddiaçıya məxsus keçmiş 2, yəni SSRİ dövründə sovxozda işlədiyi vaxt və dövlət müəssisəsi tərəfindən açılmış əmək kitabçalarının, habelə hərbi biletin surətinə əsasən, iddiaçının aşağıdakı əmək stajı müəyyən edilir: 08.01.1973 26.05.1976-cı il tarixlərdə Ermə nistan SSR-də Marqaşet sovxozunda fəhlə (3il 4 ay 22 gün); 05.06.1976 - 01.09.1977-cı il tarixlərdə Ermənistan SSR Zəngəzur misçıxarma mədən idarəsində çeşidləyici fəhlə (1 il 2 ay 26 gün); 01.11.1977 - 01.12.1979-cu il tarixlərdə müddətli həqiqi hərbi xidmət (2 il 1 ay); 06.12.1979 - 01.06.1980-cı il tarixlərdə həmin Zəngəzur misçıxarma mədən idarəsində 4-cü dərəcəli qazmaçı (5 ay, 25 gün); 01.06.1980 20.12.1990-cı illərdə həmin miss çıxarma mədənində yeraltı ehtiyatların çıxarılması üzrə 6-cı dərəcəli qazmaçı və malları çəkib-bükən fəhlə (10 il 6 ay 19 gün); 01.01.1991 01.01.1995-ci il tarixllərdə «Azərlayihətikinti» kiçik müəssisəsində direktor (4 il); 01.04.1995 - 28.01.1998-ci il tarixlərdə Bakı şəhəri 3 saylı Təmir-tikinti idarəsində hüquqşünas (3 il 9 ay 27 gün). İddiaçının qeyd olu nan stajı ümumiləşdirildikdə, Ermənistan SSR ərazisində 1973- cü ildən 1990-cı ilə kimi onun tərəfindən qazanılmış sığorta stajı (müddətli hərbi xidmət dövrü də nəzərə alınmaqla) 17 il 8 ay 12 gün təşkil edir. Həmin stajın da 10 il 6 ay 19 (01.06.1980 - 20.12.1990) gününü O, miss mədənində yeraltı ehtiyatların çıxarılması üzrə 6- cı dərəcəli qazmaçı və malları çəkib-bükən fəhlə kimi işləmişdir Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanunvericiliyə görə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı qeyd şərtsiz ümumi qaydada sığorta stajına daxil edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə müvafiq olaraq 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Belə olan halda, konkret halda, iddiaçının Ermənistan SSR-də qazandığı 17 il 8 ay 12 gün (o cümlədən, 10 il 6 ay,19 gün mədəndə xüsusilə və ağır iş şəraitində miss mədənidə yeraltı qazma işlərində çalışdığı dövr) əmək stajı onun sığorta stajı kim i qəbul edilməlidir. İddiaçının bundan sonrakı - Azərbaycan Respublikası ərazisində işlədiyi dövr üzrə yalnız 01.01.1991 - 01.01.1995-ci illərdə (4 ii) «Azərlayihətikinti» kiçik müəssisəsində direktor kimi işlədiyi müddətin onun sığorta stajı kimi qəbul edilməsi mümkündür. Çünki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 Departamenti tərəfindən cavabdeh şöbənin müvafiq sorğusuna ünvanlanmış 31.01.2018-ci il tarixli cavab məktubunda iddiaçının yalnız həmin (01.01.1991-ci il tarixdən 01.01.1995 ci ilə qədər) “Layihətikinti” kiçik müəssisəsində çalışdığı müddətin DSMF qeydiyyatının mövcudluğu və müəssisə tərəfindən işçilərə əmək haqqı ödənildiyi və məcburi sosial sığorta haqlarının ödənildiy i öz təsdiqini tapır. Ona görə də, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci və 21.1-ci maddələrinin tələbləri baxımından, iddiaçının həmin müəssisədə çalışdığı 4 illik əmək stajı onun sığorta stajı kimi qiymətləndirilməlidir. Belə olan halda da, iddiaçının 01.01.1995-ci il vəziyyətinə 21 il 8 ay 12 gün (4 il + 17 il 8 ay 12 gün) ümumi sığorta stajı toplanır ki, həmin müddətin də, yuxarıda qeyd edildiyi kimi, xüsusilə zərərli və ağır peşədə çalışdığı müddət təşkil edir. Eyni zamanda, iddiaçının 01.04.1995 - 28.01.1998-ci il tarixlərdə Bakı şəhəri 3 saylı Təmir-Tikinti idarəsində hüquqşünas kimi çalışdığı dövr onun sığorta stajı kimi qəbul oluna bilməz. Birincisi, ona görə ki, Bakı şəhəri üzrə X2 Departamentinin cavabdeh şöbənin sorğusuna ünvanladığı qeyd olunan (31.01.2018) məktubu nda həmin müəssisənin DSMFdə sığortaedən kimi müvafiq qeydiyyatı barədə məlumat verilmir. İkincisi, hazırkı mərhələdə iddiaçının təqdim etdiyi 3 saylı Təmir- Tikinti idarəsinin 29.01.2018-ci il tarixli arayışında, onun həmin idarədə 01.04.1995 - 01.07.2000-ci il tarixə qədər hüquqşünas kimi işlədiyi qeyd olunsa da, bundan fərqli olaraq əmək kitabçasının qeydlərində həmin idarədə 01.04.1995 - 28.01.1998-ci il tarixlərdə (3 il 9 ay 27 gün) işləməsi faktı öz təsdiqini tapır. Beləliklə də, bütün bu qeyd olunan hallar sözügedən dövrün (3il 9ay 27 gün) iddiaçının sığorta stajı kimi qəbul edilməsini istisna edir. Beləliklə də, tədqiq olunan sübutlara əsasən, 01.01.1995-ci il vəziyyətinə iddiaçının 20 ildən çox ümumi sığorta stajı toplanır ki, həmin müddətin də 10 ildən çoxunu o, xüsusilə zərərli və ağır iş şəraitində, yəni miss mədənində yeraltı qazma işlərində fəhlə kimi çalışdığı müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli siyahısında l.Dağ-mədən işləri bölməsinin 1-ci hissəsinin (Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər)«1010100 a kodu üzrə: «a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr» - güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır olan peşələrə aid edilmişdir. Beləliklə də, iddiaçının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-çü maddəsinin 01.08.1997-ci ilə kimi qüvvədə olan «a» bəndinin redaksiyasına müvafig olaraq, 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Eyni zamanda, 27.02.2009-cu il tarixindən, lakin onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 16.05.2018-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün, yəni, 16.05.2015-ci il tarixindən hesablanıb ödənilməklə, ömürlük əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Görünldüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmaqla əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək p ensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-ci maddəsinin «a» bəndinə görə, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işfprdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Həmin maddənin 1997-ci ii tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilmiş redaksiyasına uyğun olaraq 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə müvafiq olaraq Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə uyğun olaraq aşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin ed ilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 45-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsa sən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxi li inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəm əsinin İnzibatiİqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar