Məhkəmə qərarları › İş №2-1(102)-2088/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2088/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2088/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: polis əməkdaşına məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1465/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, ona 2020-ci ildən 2021-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunması üçün pul müavinətinin qalıqlarının ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 2020 və 2021-ci illər üçün ödənilmiş məzuniyyətə və müalicəyə görə müavinətlərin hesablanması qaydaları Azərbaycan Respublikası DlN- in xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə tənzimlənir. Məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona 2020-ci ildən 2021-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunması üçün pul müavinətinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildən 2021-ci ilədək Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə, sonuncu isə 2019-cu ildən 2 021-ci ilədək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. 2020-ci ilin avqust ayında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışdığı zaman əmək haqqı 1484 manat 15 qəpik, 2021-ci ilin avqust ayında isə 1528 manat 26 qəpik olmuşdur. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarının əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifə və rütbə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Əsasnamənin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarını n əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Beynəlxalq Bankın onun adına olan ******************** nömrəli hesab nömrəsindəki çıxarışdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında əmək haqqı 1484 manat 15 qəpik olduğu halda, ona 785 manat 20 qəpik, yəni 698 manat 95 qəpik əskik məzuniyyət pulu verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti də 785 manat 20 qəpik, yəni 698 manat 95 qəpik əskik ödənilmişdir. 2021-ci ilin avqust ayında əmək haqqı 1528 manat 26 qəpik olduğu halda, ona 859 manat 10 qəpik, yəni 669 man at 16 qəpik əskik məzuniyyət pulu verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti də 859 manat 10 qəpik, yəni 669 manat 16 qəpik əskik ödənilmişdir. Beləliklə, 2020-ci ildən 2021-ci ilədək xidmət etdiyi müddət ərzində Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan idarəsi tərəfindən 2736 manat 22 qəpik məzuniyyət pulu və müalicə olunmağı üçün pul müavinəti ona ödənilməmişdir. Cavabdehə həmin məbləğin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizələr ünvanlasa da, cavabdeh həmin pulun verilməsinin Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-00114 nömrəli əmri ilə tənzimləndiyini bildirərək, həmin pulun ödənilməsindən imtina etmişdir.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazi rliyinin Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndini rəhbər tutaraq Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli, Ə456-001-14 nömrəli əmri ilə daxil işlər orqanlarında müəyyən edilmiş vəzifələrdə çalışan xüsusi rütbəli polis əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014-cü il tarixindən onların bir ay yarımlıq v əzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Daxili işlər nazirinin Ə893-00İ19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinin 2-ci bəndində göstərilir ki, əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci İl 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edils in. Əmrin 5-ci bəndində qeyd edilir ki, bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. Göründüyü kimi, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı Daxili işlər nazirinə diskresion səlahiyyət əsasında ixtiyar verir ki, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşı həcmində əlavə verilsin və ya verilməsin. Beləliklə də, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına və Daxili işlər nazirinin Ə893-00İ-İ9 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinə əsasən, iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (ha kim: M.Qarayeva) 26 dekabr 2022-ci il tarixli, 21(112)-11988/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-ci ildən 2021-ci ilədək 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. İddiaçı tələb etdiyi məbləğin az olmasını vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası Daxili işlər nazir inin xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən aparılmışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) 02 iyun 2023-cü il tarixli, 2-1(103)1465/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏ TİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun iddiasını təmin etməyərək Azərbaycan Respublikası Konstitusiyasının 35, 37, 147, 149-cu maddələrinin tələblərini pozmuşdur. Həmçinin, məhkəmə Daxili işlər nazirinin Ə-893-001-19 nömrəli əmrinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 91-ci maddəsinə, Daxili işlər nazirinin Ə-893-001-19 nömrəli əmrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına 1 nömrəli əlavənin 9-cu və 13-cü bəndlərinə zidd olmasına əhəmiyyət verməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmadığını, barəsində şikayət verilən qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hes ab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdır maları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsi ilə bağlıdır.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor - müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur quruml ara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

23. Azərbaycan Respublikası Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-00114 nömrəli əmrinin 3-cü bəndinə əsasən, bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli polis əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014ci il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir.

24. Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019cü il tarixli əmrinin 2-ci bəndində qeyd edilir ki, əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir.

25. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-ci ildən 2021-ci ilədək 2736 manat 22 qəpik məbləğində məzunuyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, ona 2020-ci ildə aylıq vəzifə m aaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğdələrdə xəstəlik müavinətləri ödənilmişdir. İddiaçı ona verilən ödəmələrin ödənilməli məbləğdən az olduğunu vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019cü il tarixli əmrinə əsasən aparılmışdır. Yuxarıda sadalanan qanunvericilik aktlarından göründüyü kimi, məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə, bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır. Bu səbəbdən də, aşağı instansiya məhkəmələri iddiaçının tələbinin hüquqi əsasının olmaması barədə düzgün nəticəyə gəlmişdir. 2

6. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti dəlilləri əsassız olduğundan təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

27. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasına ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 35, 37, 147, 149-cu maddələrinin, xx.xx.2001-ci il tarixli 168-İİQ saylı Qanunla təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin Xidmət keçmə haqqında” Əsasnaməsinin 91-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndinin və Daxili İşlər Nazirliyinin Ə-893-001-19 nömrəli əmrinin əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün əsas olmadığı qənaətinə gələrək qeyd edir ki, normativ akt açıq-aşkar və aydın olduqda onun şərh olunması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsinə ehtiyac yoxdur. Odur ki, iddiaçının bu barədə vəsatəti də əsassızıdr.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-1465/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar