Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2088/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1,Nümayəndə1, X9, X5, İddiaçı5, X10, X8, X6 cavabdeh X24 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, Nümayəndə1, X9, X5, İddiaçı5, X10, X8, X6 cavabdeh X24 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 5 sa ylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X23 və X16) “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-11/2024 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarına əsasən rayonun Şıxlar kəndində Nümayəndə1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı1 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, X7 1.72 ha torpaq sahəsinə JN0077, KOD 30214088 saylı, X2 1.77 ha torpaq sahəsinə JN0078, KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət ak tları verilmiş və həmin dövlət aktları əsasında xx.xx.2019-cu il tarixli seriya RX, 21480919 saylı, xx.xx.2019-cu il tarixli seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli seriya RX, ******* saylı və xx.xx.2016-cı il tarixli seriya RX, ******* saylı mülkiyyət hüququna dair çıxarışlar verilmişdir.
2. İddiaçılar cavabdehə müraciət edərək Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə onlara verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına əsasən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın koordinatlarının yerində (naturada) onlara göstərilməsini xahiş etmişlər.
3. Cavabdeh ərizəçilərin mülkiyyətində olan torpaq sahəsindən X17 və X20 çıxarış verdiyinə görə, verilmiş çıxarışın koordinatlarını yerində onlara göstərməkdən imtina etmiş, imtin asını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq var və ərazi mübahisəli olduğundan torpaq sahəsinin göstərilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar Nümayəndə1, X9, X5, İddiaçı1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Nümayəndə1 verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli seriya RX N-1480919 saylı çıxarış, İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N1480916 saylı çıxarış, X7 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı çıxarış və X2 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlarda göstərilmiş torpaq sahəsinin koordinatlarının yerində (naturada) onlara göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdirlər. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Xaçmaz rayonu Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində Nümayəndə1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı1 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, X7 1.72 ha torpaq sahəsinə JN- 0077, KOD 30214088 saylı, X2 1.77 ha torpaq sahəsinə JN0078, KOD 30214088 saylı ümumilikdə 6.5 ha torpaq sahəsi üçün 4 ədəd torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunun əsasında da, müvafiq olaraq Nümayəndə1 qeydiyy at tarixi xx.xx.2019cu il tarixli seriya RX N-21480919 saylı, İddiaçı1 xx.xx.2019-cu il tarixli seriya RX N1480916 saylı, X7 xx.xx.2016-cı il tarixli seriya RX N0851700 saylı və X2 xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlar verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara verildikdən sonra onlarla bir kənddə yaşayan X22 və X23 onların mülkiyyətlərində olan torpaq sahələrinin əvvəl bir hissəsini sonra isə təxminən 0.55 ha hissəsini zəbt etmişlər.
6. Bununla bağlı onlar dəfələrlə DƏDRX-in 5 saylı ərazi idarəsinə müraciət edərək Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarı ilə verilmiş, 22 ildən çoxdur ki bağ salaraq istifadə etdikləri və çıxarışla mülkiyyətlərində olan sahənin dəqiq koordinatları naturada göstərilməsini tələb etsələr də, müxtəlif vaxtlarda cavablarında onların sənəddəki koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğunu qeyd edərək torpaq sahəsinin göstərilməsi mümkün olmadığı bildirilmişdir.
7. Lakin onlar 22 ildən çoxdur mülkiyyətlərində olan Mustafayevlərin torpaq sahəsindən DƏDRX-in 5 saylı ərazi idarəsi, X17 xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə və X20 xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə iki ədəd çıxarış vermişdir. Onların guya torpaq sahəsində faktiki istifadə ilə sənəddəki koordinatlarda uyğunsuzluq olması bəhanəsi ilə onlara göstərilməsi mümkün olmayan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturadakı yerini digər şəxslərə yaşayış məntəqələrinin torpaqları kimi göstərməklə qanunvericiliyin bir neçə tələblərini pozmaqla çıxarışlar vermişdi r.
8. Ona görə də DƏDRX-in 5 saylı ərazi idarəsinin bu qanunsuz hərəkətləri sayəsində onlar-Mustafayev qardaşları uzun müddətdir ki əziyyət çəkirlər. Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarı ilə onlara 1997-ci ildə torpaq sahəsi ayrılanda torpağa mülkiyyət hüququna dair yerində, yəni naturada koordinatları göstərilməklə dövlət aktı verilmiş və faktiki istifadələrinə uyğun da DƏDRX-in 5 saylı ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirməklə çıxarış verilmişdir. Kənar şəxslər tərəfindən onların qanuni mülkiyyətlərində olan torpaq sahələrini müxtəlif etibarsız əsası olmayan sənədlər (məs: şəhadətnamə, bələdiyyə qərarı, məhkəmə qətnaməsi, və s.) göstərməklə zəbt edilmiş və etibarsız sənədlər əsasında da həmin şəxslərə cavabdeh DƏDRX-in 5 saylı ərazi idarəsi tərəfind ən (özlərinin qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə) X17 və X20 yuxarıda qeyd etdikləri tarixlərdə çıxarışlar verilmişdir.
9. Onlara verilmiş çıxarışdakı koordinatların yerində göstərilməsi üçün DƏDRX-ə ünvanladıqları ərizələrinə xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 818 saylı fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağ çılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək.
10. Halbuki, həmin fərmanın 2.3.2-ci bəndində isə qeyd edilmişdir ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüqu q müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi göstərilmişdir.
11. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişd ir. Cavabdehin etirazları:
12. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Nümayəndə1, X9, X5 və İddiaçı1 torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində göstərilməsi ilə əlaqədar ərizə ilə xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq var və ərazi mübahisə olduğundan torpaq sahəsinin göstərilməsi mümkün deyil. 13. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaql arın elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Mülki işin araşdırılması elektron uçot xəritələrinin hazırlanmasından sonra mümkündür.
14. Qeyd olunanları nəzərə alaraq iddiaçıların cavabdehə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. Həmçinin, icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin etirazı:
15. Sumqayıt İnzibati M əhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-667/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-667/2020 saylı qərardadı ilə X16 və X23 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
17. Məhkəmə prosesində üçüncü şəxs X18 nümayəndəsi X21 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsi təmsil etdiyi şəxsə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilib və həmin torpaq sahəsi iddiaçının torpaq sahəsinin üzərində yerləşmir. İddiaçıya verilən torpaq sahəsi özünün mülkiyyətindədir və iddiaç ı vaxtı ilə ictimai yol olmuş ərazini zəbt edərək mübahisə predmeti olan torpaq sahəsinə əsassız iddialar irəli sürür. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
18. Məhkəmə prosesində üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, xəritələr əsasında müəyyən olunur ki, iddiaçının torpaq sahəsi ictimai yolun kənarında yerləşir. Lakin, iddiaçı ictimai yolu zəbt edərək şumlamış və öz torpaq sahəsinə əlavə etmişdir. 3-cü şəxsə verilən torpaq sahəsi rəsmiləşdirilməsi qanuni şəkildə aparılıb. Qeyd olunanlara əsasən 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsin in gəldiyi nəticə:
19. İddiaçılar Nümayəndə1, X9 və X5 ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan iddia tələbi üzrə gələcəkdə iddia tələbinin qaldırmaq niyyətində olduqlarını bildirərək, hal hazırda mübahisə predmeti olan torpaq sahəsinə verilən mülkiyyət hüququna dair çıxarışın yalnız İddiaçı1 torpaq sahəsinin üzərinə düşməsi səbəbindən iddia tələbini İddiaçı1 və onun ailə üzvləri adından qaldırılmasına razı olduqlarını bildirmişlər.
20. Eyni zamanda, İddiaçı1 məhkəmədə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, mülkiyyət hüququ ilə ona məxsus olan 1.58 ha torpaq sahəsinin üzərinə X20 mülkiyyət hüququna dair verilmiş **********92 qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 ailə üzvləri və birgə mülkiyyətçilər olan İddiaçı5, X10, X8 və X11 əri zə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən verilən iddianı müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
21. Məhkəmə hazırkı iddia tələbini İddiaçı1 Sədətxan oğlunun, İddiaçı5, X4, X3 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qarşı zəruri cəlbetmə qaydasında cəlb edilmiş X20 mülkiyyət hüququna dair verilmiş **********92 qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsi tələbi kimi qəbul edərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır.
22. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-12/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək X18 adına verilən ********** qeydiyyat nömrəsi olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019 -cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, DƏDKR-ın torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparmaq kimi vəzifələri var.
24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamədə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Nizamnamədə DƏDKR-in üzərinə qoyulmuş vəzifələr onun deməyə əsas verir ki, yerquruluşu, mərzçəkmə və digər texniki işlərin aparılması kimi hərəkətlərin edilməsi torpaq sahələri dövlət reyestrində qeydiyyata alınanadək həyata keçirilir.
25. Nəzərə alınmalıdır ki, qe yd olunan torpaq sahələri Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli Qərarı əsasında ayrılmış və vətəndaşların şəxsi mülkiyyətinə verilmişdir. Hesab olunur ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınarkən islahat xəritələri nəzərə alınmalı idi.
26. Üçüncü şəxsin iddiaçı tərəfindən ictimai yolun zəbt edilərək öz torpaq sahəsinə əlavə edilməsi ilə bağlı arqumentini məhkəmə əsassız hesab edir. Belə ki, istər yerli baxış zamanı, istərsə də köhnə xəritələr ilə mütəxəssis rəyinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli sxem müqayisə edilərkən, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələrinin qarşısında 2 (iki) ictimai yol olmuş və hər iki yol hal hazırda mövcuddur.
27. Qeyd olunanlar cavabdeh tərəfindən X18 adına verilən çıxarışın və plan ölçü s ənədinin düzgün verilmədiyinə dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, X18 adına verilən ********** qeydiyyat nömrəsi olan xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.
28. Üçüncü şəxs Natiq Məmmədov həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası mütəxəssis rəyinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciət etmişdir.
30. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-34/2-4121/2024 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdu r ki, İddiaçı1 və onun ailə üzvlərinin adına verilmiş JN-0076 KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1.58 ha torpaq sahəsinin, həmin şəxslərin adına verilmiş ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, ******* seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərtib edilmiş xx.xx.2019cu il tarixli plan və ölçüdə göstərilmiş 1.58 ha torpaq sahəsinin naturada dövlət aktının plan-cizgisi konfiqurasiyası baxımından həmin dövlət aktının hazırlanmasına əsas olmuş (Xaçmaz rayonu Şıxlar kəndi “Bakı” təsərrüfatının) pay torpaqlarının bölgü layihəsi ilə üstüstə düşür (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri dövlət aktındakı torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin həmin dövlət aktında qeyd edilən koordinatlar “Pulkova-1942” koordinat sistemi ilə verildiyindən həmin şəxslərin adına hazırlanmış çıxarışdakı (torpaq sahəsinin planı və ölçüsündə olan) koordinatlar isə “WGS-84” koordinat sistemində olduğundan Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli RX №1480916 saylı çıxarışda olan torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-11/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2 022-ci il tarixli, 2-1(118)-12/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçıların cavabdehə qarşı - X20 məxsus qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır.
32. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi isə işə mahiyyəti üzrə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan iddiaya mahiyyəti üzrə baxmışdır.
33. Torpaq sahələrinin yerində müayinəsini apararaq tərəflər arasında yaranmış mübahisəyə dair obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün müvafiq sorğu verilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-34/2- 412 1/2024 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinin adına verilmiş JN-0076 KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1.58 ha torpaq sahəsinin, həmin şəxslərin adına verilmiş ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, ******* seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərtib edilmiş xx.xx.2019cu il tarixli plan və ölçüdə göstərilmiş 1.58 ha torpaq sahəsinin naturada dövlət aktının plan-cizgisi konfiqurasiyası baxımından həmin dövlət aktının hazırlanmasına əsas olmuş (Xaçmaz rayonu Şıxlar kəndi “Bakı” təsərrüfatının) pay torpaqlarının bölgü layihəsi ilə üstüstə düşür (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri d övlət aktındakı torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin həmin dövlət aktında qeyd edilən koordinatlar “Pulkova-1942” koordinat sistemi ilə verildiyindən həmin şəxslərin adına hazırlanmış çıxarışdakı (torpaq sahəsinin planı və ölçüsündə olan) koordinatlar isə “WGS-84” koordinat sistemində olduğundan Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli RX №1480916 saylı çıxarışda olan torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
34. İş materiallarında olan X18 adına verilmiş JN-091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəs inin və onun adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları ilə X18 adına verilmiş xx.xx.2019-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları arasında fərq mövcud deyildir.
35. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və xx.xx.2019-cu il tarixli plan və ölçü sənədində göstərilən 1.58 ha torpaq sahəsi İddiaçı1 iddia etdiyi torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sistemində və elektron bazada (DWG) otuzdurulmuş pay torpaqları ilə faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edir.
36. İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.58 ha torpaq sahəsinin şərq hissəsində elektron baza xəritələrində (DWG) yaşayış məntəqəli torpaqlara həmçinin torpaqların elektron uçotu informasiya (TEKUİS) sistemində də yaşayış məntəqəli torpaqlara kimi, öz əksini tapmışdır.
37. X18 xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş həmin torpaq sahəsi elektron baza xəritələrində (DWG) yaşayış məntəqəli torpaqlara kimi qeyd edilmişdir.
38. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatları ilə X20 verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar naturada torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən üst-üstə düşmür.
39. X20 çıxarışın verilməsinə əsas adına verilmiş JN-091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur.
40. X18 adına verilmiş xx.xx.2023-cu il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli plan ölçü sənədində olan torpaq sahəsi naturada qismən üst-üstə düşür.
41. X18 adına verilmiş xx.xx.2003-cü il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dai r Şəhadətnamə” də qeyd edilən torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli plan ölçü sənədində düzəlişlər aparıldıqdan sonra göstərilən torpaq sahəsi ilə naturada tam üst-üstə düşür.
42. Beləliklə, mütəxəssis rəyindən aydın olur ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində iddiaçıların və üçüncü şəxs X18 istifadəsinə verilmiş torpaq sahələri nə sənəd üzrə, nə də naturada faktiki olaraq üst-üstə düşmür.
43. Odur ki, qaldırılan iddia tələbi subyektiv hüquqla bağlı iddianın ümumi mümkünlük şərtinə cavab vermir.
44. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların mübahisə predmeti olan torpaq sahəsinə dair Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarından sonra yaranmışdır. Bu hüquq isə publik hüquqdan irəli gəlmiş hüquqdur. Cavabdeh tərəfindən iddiaçılara məxsus mülkiyyət hüququnun pozulmasına səbəb üçüncü şəxsə qanunsuz verilmiş mülkiyyət hüququna dair çıxarış olmuşdur.
46. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, həmçinin məhkəmə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həm mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilərkən, həm də xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən məlum olmuşdur ki, Nümayəndə1, İddia çı1, X9 və X5 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən çıxarışlarla təmin edilərkən torpaq sahəsi dövlət aktının koordinatlarına və faktiki istifadəyə uyğun verilməmişdir. İddiaçıların istifadə etdikləri torpaq sahəsi ilə çıxarışlarında olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, faktiki istifadə edilən torpaq sahələri torpaq islahatının aparılması uçun hazırlanmış baş sxemə uyğun olmaqla, bölgü layihəsi ilə dövlət aktlarında torpaq sahəsinin yerləşmə sxeminə uyğundur (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri dövlət aktlarında torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin çıxarışlar hazırlanan zaman faktiki istifadə edilən torpaq sahələrinin koordinatları naturada müəyyən edilməmişdir. Həmçinin mütəxəssis rəyində bildirmişdir ki, bölgü layihəsində mübahisələndirilən pay torpaqları kəndin kənarında olan yol ilə həmsərhəddir, sözügedən həmin yol ilə pay torpaqları arasında bələdiyyə mülkiyyətinə torpaq sahəsinin ayrılması baş sxemdə öz əksini tapmamışdır. Yəni mütəxəssis rəyindən məlum olmuşdur ki, iddiaçılar mülkiyyət hüququna dair çıxarışla təmin edilərkən torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilmiş koordinatlara uyğun onlara verilməmişdir. Cavabdeh idarə iddiaçıları çıxarışla təmin edərkən üçüncü şəxs X20 çıxarış vermək məqsədilə torpaq sahəsinin koordinatlarını iddiaçılara fərqli vermişdir.
47. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianın mümkünlük şərtlərini yoxlamış və iddia tələbinə haqlı olaraq mahiyyəti üzrə baxmış və tələbin təmin edilməs i barədə qərar qəbul etmişdir.
48. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-34/2-4121/2024 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinə sənəd üzrə 1.58 ha torpaq sahəsi olmasına baxmayaraq, naturada faktiki istifadəsində 1.498 ha torpaq sahəsi olduğu göstərilmişdir. Yəni cavabdeh idarənin özünün verdiyi xx.xx.2024-cü il tarixli rəyinin 6-cı və 7-ci vərəqələrindəki mübahisəli torpaq sahəsi ərazisinin planından çıxarışda İddiaçı1 və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.082 ha hissəsinin çatışmadığını qeyd etmişdir.
49. Cavabdeh tərəfindən 3-cü şəxs X20 0.10 ha torpaq sahəsi üçün xx.xx.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olmuş sənəd xx.xx.2003-cü il tarixli JN-091F s aylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”, həm də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi olmuşdur. Həmin qətnamədə torpaq sahəsinin X1 qanunsuz sahibliyindən X18 xeyrinə alınması qət olunması göstərilsə də, həmin torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə heç bir aidiyyəti olmamışdır. xx.xx.2019-cu il tarixli çıxarışda olan torpaq sahəsinin plan və ölçüsü xx.xx.2019-cu il tarixli A№ 448874 nömrəli plan və ölçü sənədi ilə dəyişdirilərək çıxarışa əsas olmuş sənədlər də dəyişdirilmişdir.
50. Belə olan halda, Sumqayıt Apellyasiya Məhkəməsi iddianı mümkün saymamaqla iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, iddiaçıların mülkiyyətində olan və çatışmayan torpaq sahəsinin hüquqi taleyinə aydınlıq gətirməmişdir (baxmayaraq ki, yardım etmək məhkəmənin vəzifəsidir).
51. İddiaçılara 1997-ci ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda olan koordinatlara əsasən cavabdeh tərəfindən mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh koordinatları olan torpaq sahəsini iddiaçılara naturada göstərə bilmədiyi halda, heç bir koordinatları olmayan xx.xx.2003-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə 3-cü şəxs X18 adına çıxarış verilərkən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədi heç bir əsas olmadan xx.xx.2019-cu il tarixdə düzəlişlər aparıldıqdan sonra yenisi ilə əvəz etmişdir. Ona görə də cavabdeh idarə “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarının “Pulkova-1942” koordinat sistemi ilə verildiyini, həmin şəxslərin adına hazırlanmış çıxarışdakı (torpaq sahəsinin planı və ölçüsündə olan) koordinatların isə “WGS-84” koordinat sistemində olduğunu, sonradan isə torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sistemində və elektron bazada (DWG) otuzdurulmuş pay torpaqları kimi qeyd etməklə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yerində (naturada) göstərilməsinin mümkün olmadığını bildirmişdir.
52. İnzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması bilavasitə qanundan irəli gəldiyi üçün bir qayda olaraq, iddia mümkün sayılmalıdır.
53. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən həmçinin mübahisəyə birbaşa səbəb olan cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-3 4/2-4121/2024 nömrəli mütəxəssis rəyinə istinad edərək qəbul etdiyi qərardadın 35-ci bəndində X18 adına verilmiş JN091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin və onun adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları ilə X18 adına verilmiş xx.xx.2019-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları arasında fərq mövcud olmadığını qeyd etmişdir.
54. Əgər torpaq sahəsinin koordinatları arasında fərq mövcud deyildirsə hansı z ərurətdən torpaq sahəsinin planı və ölçüsünə dair sənədin koordinatlarında dəyişiklik edilərək yeni plan və ölçü sənədi verilmişdir.
55. Məhkəmə qərardadının 36-cı bəndində qeyd etmişdir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və xx.xx.2019-cu il tarixli plan və ölçü sənədində göstərilən 1.58 ha torpaq sahəsi İddiaçı1 iddia etdiyi torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS)sistemində və elektron bazada (DWG) otuzdurulmuş pay torpaqları ilə faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edir.
56. Bu mövqe ilə də razılaşmayaraq bildirirəm ki, İddiaçı1 adına verilmiş mülkiyyət sənədində torpaq sahəsi sənəd üzrə 1.58 ha olmasına baxmayaraq, naturada faktiki istifadəsində 1.498 ha torpaq sahəsi olduğu xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin 6-cı və 7-ci vərəqlərində göstərilmişdir. Ona görə də pay torpaqları ilə (yəni sənəd üzrə) faktiki istifadəsində olan torpaq sahəsi eynilik təşkil edə bilməz/
57. Apellyasiya instansiya məhkəməsinin Xaçmaz rayon Dövlət arxivinə ünvanlandığı sorğusuna xx.xx.2023-cü il tarixdə verilən cavaba əsasən müəyyən edilir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarına aid Bakı sovxozu ərazisində pay torpaq alanların yekun siyahısında X18 adına torpaq sahəsi verilməmişdir.
58. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi cavabdeh olan inzibati orqanın bilavasitə iddiaçıların hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədinin olmasını, həmçinin iddiaçıların məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati orqanın verdiyi sənədin mövcud olması və ən azından iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının pozulması iddianın mümkün sayılması üçün şərtdir. Kassasiya şikayətinə əlavə
59. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli iclasının 16 saylı qərarına əsasən Xaçmaz rayon Şıxlar kəndində mən İddiaçı1 və ailə üzvlərimin mülkiyyətinə dair dövlət aktı ilə pay torpağı verilmişdir. Həmin dövlət aktına əsasən mənim adıma Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilməklə dövlət aktına uyğun olaraq xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir
60. İddiaçı və ailə üzvləri mülkiyyət hüququna dair yeni çıxarışla təmin edildikdən sonra iddiaçının həmkəndlisi X23 onların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı pay torpağının 0.10 ha hissəsini qanunsuz olaraq zəbt edərək bildirmişdir ki, özünün adına cavabdeh tərəfindən həyətyanı torpaq sahəsi kimi xx.xx.2019-cu il tarixli çıxarış və A 334084 saylı plan və ölçü sənədi verilmişdir.
61. İddiaçılar birgə mülkiyyətçilər kimi Xaçmaz rayonu Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın koordinatlarının yerində (naturada) onlara göstərilməsini cavabdehd ən xahiş etmişlər. Lakin cavabdeh idarə özlərinin etdiyi qanunsuzluq səbəbindən (yəni iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən 3-cü şəxs Natiq Məmmədova çıxarış verdiyindən) verilmiş çıxarışın koordinatlarını yerində iddiaçılara göstərməkdən imtina etmişdir. İmtina məktubları işə əlavə edilmişdir.
62. İş Sumqayıt İnzibatı Məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində olan xx.xx.2021-ci il tarixli sxemindən məlum olmuşdur ki, İddiaçı1 və ailə üzvlərinə verilmiş torpaq sahəsinin faktiki olaraq müəyyən hissəsinin çatışmadığı müəyyən edilmişdir. İddiaçılara məxsu s torpaq sahəsinin azalmasına səbəb 3-cü şəxs X20 qanunsuz verilmiş xx.xx.2019-cu il tarixli çıxarış olmuşdur. Bu səbəbdən də həmin çıxarışın ləğv edilməsi tələbi ilə tərəfimizdən iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi işi ətraflı araşdıraraq yerində müayinə aparmaqla və mütəxəssis rəyinə əsasən qanuni qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
63. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
64. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmam ışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ
65. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
66. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
67. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
69. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. 7
0. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan X18 adına verilmiş JN-091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin və onun adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları ilə X18 adına verilmiş xx.xx.2019-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları arasında fərq mövcud deyildir.
71. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərar ı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və xx.xx.2019-cu il tarixli plan və ölçü sənədində göstərilən 1.58 ha torpaq sahəsi İddiaçı1 iddia etdiyi torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sistemində və elektron bazada (DWG) otuzdurulmuş pay torpaqları ilə faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edir.
72. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatları ilə X20 verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar naturada torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən üst-üstə düşmür.
73. Beləliklə, mütəxəssis rəyindən aydın olur ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində iddiaçıların və üçüncü şəxs X18 istifadəsinə verilmiş torpaq sahələri nə sənəd üzrə, nə də naturada faktiki olaraq üst-üstə düşmür.
74. İPM-in 35.1-ci maddəsinin tələbindən göründüyü kimi, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda öhdəliklərin icrası haqqında iddia mümkün sayılır.
75. Beləliklə, iddia ərizəsində və kassasiya şikayətində cavabdehin faktiki xarakterli hərəkətlərinin qanunsuz olduğuna dair dəlillər o halda iddianın mahiyyəti üzrə həllinə səbəb ola bilərdi ki, həmin hərəkətlər iddiaçının hüququna müdaxilə etmiş olsun. Hazırkı halda, iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahələrinin istər sənəd üzrə, istərsə də naturada üst-üstə düşdükləri təsdiq olunmadığından, iddiaçılar hazırkı məzmunda hüquqlarının pozulduğunu iddia edə bilməzlər.
76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 21(105)-11/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.