Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2089/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; iddianın mümkünlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qar şı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-548/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 dekabr 2013-cü il tarixli **********711255 saylı qərarına əsasən yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən Vergi Məcəlləsinin tələblərinin pozulması nəticəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 188273,40 m anat azaldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmış və 94136,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 aprel 2015-ci il tarixli **********889773 saylı qərarına əsasən yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən 2014-cü il üzrə əlavə dəyər vergisinin 266994,00 manat azaldıldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən 133497,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
3. Azərbaycan Respubli kası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 avqust 2019-cu il tarixli **********188725 saylı qərarına əsasən vergi orqanı tərəfindən İddiaçı MTK-ya münasibətdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 26730,99 manat məbləğində verginin azaldılması müəyyən edilmiş və vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 dekabr 2013-cü il tarixli **********711255 saylı və 17 aprel 2015-ci il tarixli **********889773 saylı qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar müəssisənin şəxsi hesab vərəqəsindəki borcların araşdırılması nəticəsində SVY üzrə borcların yarandığını aşkar edilmişdir. Bununla əlaqədar iddiaçı müvafiq vergi orqanına müraciət edərək şəxsi hesab vərəqəsində göstərilən SVY aktları üzrə hesablama nəticələrini tələb etmişdir. Vergi orqanının təqdim etdiyi məktubla 23 oktyabr 2018-ci il tarixində vergi orqanına təqdim edilmiş məktubla səyyar vergi yoxlaması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar və tələbnamələrin olduğu aşkar edilmişdir. İddiaçı iddia etmişdir ki, həmin sənədləri bugünədək qəb ul etməmiş və sənədlər ona təqdim edilməmişdir. Bununla əlaqədar göstərilən aktların və çıxarışların qərarların qərəzli, əsassız və qanunsuz olduğunu aşkar etdiyindən ləğv edilməsi üçün müraciət etmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, iddiaçı hər iki qərarı mübahisələndirərkən bunun üçün qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Belə ki, mübahisələndirilən qərarlardan biri vergi ödəyicisinin özü tərəfindən imzalanaraq qəbul edilmiş, digər qərar isə sifarişli poçt vasitəsilə iddiaçıya rəsmi göndərilmişdir, iddiaçı məhkəmədə iddia qaldırarkən İnzibati Prosessual Məcəllədə mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müəyyən edilmiş müddətləri 20 dekabr 2013-cü il tarixli **********711255 saylı qər arı mübahisələndirərkən 4 il 11 ay və 14 aprel 2015-ci il tarixli **********889773 saylı qərarı mübahisələndirərkən isə 3 il 8 ay ötürmüşdür. Bundan başqa, iddiaçının mübahisələndirdiyi hər iki qərarla aparılmış hesablamalar müvafiq olaraq 20 dekabr 2013cü və 17 aprel 2015-ci il tarixlərində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən 15 oktyabr 2018-ci il tarixində cavabdehə müraciət edilmiş və yuxarıda qeyd olunan hər iki səyyar vergi yoxlaması zamanı tərtib olunmuş aktların surətləri və nəticədə qəbul edilmiş qərarların surətlərinin təqdim olunması xahiş edilmişdir. Cavabdehin 17 oktaybr 2018-ci il tarixli məktubu ilə ödəyiciyə həmin sənədlərin surətləri təkrarən təqdim olunmuşdur. Bununla, iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tut ulmuş inzibati aktın mübahisələndirilməsi müddətini süni şəkildə bərpa etməyə çalışmışdır. Qeyd olunan sənədlərin surətini aldıqdan sonra iddiaçı hazırkı tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Aydın görünür ki, iddiaçının hüquqları vergi orqanı tərəfindən pozulmamışdır, əksinə vergi ödəyicisinin iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi ona hesablanmış vergi məbləğinin ödənilməsini dövlət büdcəsindən yayındırmaqdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4631/2018 nömrəli, 28 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi qərarlar barədə məlumatlı olmasına baxmayaraq İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddi a müddətini və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə vermə müddətini ötürmüşdür.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)536/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.B.Əhmədov /sədrlik edən və məruzəçi/, S.S.Seyidova və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4631/2018 nömrəli, 28 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həm vergi qanunvericiliyi, həm də inzibati icraat haqqında qanunvericilik vergi ödəyicisi barədə vergi məsuliyyəti və öhdəliyi yaradan sənədlərin, o cümlədən əlavə vergilərin hesablanmasına dair qərarların vergi ödəyicisinə təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsini vergi orqanının üzərinə qoymuşdur. İş materiallarından isə görünür ki, vergi orqanının xx.xx.2013-cü il tarixli **********11255 nömrəli qərarının imza qrafasına imza atılsa da, həmin imzanın kim tərəfindən atıldığı və həmin şəxsin kim olması müəyyən edilmir. Həmçinin həmin qərar iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. Cavabdeh orqanın xx.xx.2015-ci il tarixli **********889773 nömrəli qərarı isə ümumilikdə iddiaçı tərəfindən qəbul edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən qərarlar qəbu l edilmədiyindən hazırkı iş üzrə iddiaçı prosessual müddəti ötürməmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1417/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
14. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın mümkünlük məsələsini həll edən apellyasiya məhkəməsinin qərardadından şikayətin verilməsi istisna edildiyindən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab edilməməlidir. ç) birinci instansiya məhkəməsindəki ikinci icraat
15. İddiaçı tələbinin dəqi qləşdirilməsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 17 aprel 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 avqust 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməs i haqqında” qərarlarının ləğv edilməsini xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) iddia 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərar iddiaçının elektron kabinetinə göndərilmiş, həmin qərarın mübahisələndirilməsinə dair ərizə qərarın oxunmasından 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi hissəsində mümkün sayılmasını xahiş etmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 17 aprel 2015-ci il tarixli ******* ***889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 avqust 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı 19 dekabr 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr üzrə təqdim edilmiş bina tikilisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilm iş vergi bəyannamə məlumatı ilə sözügedən binanın faktiki sahəsi arasında kəskin fərqin olması və buna uyğun olaraq əlavə vergi hesablanmasını sübut edə bilməmişdir. Belə ki, 19 dekabr 2013- cü il tarixli səyyar vergi yoxlaması aktında qanunvericiliyin tələblərinə uyğun olmayaraq mərtəbənin sahəsinə daxil edilməli olmayan sahələr də nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin **********711255 saylı qərarı 20 dekabr 2013-cü il tarixində, yəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın qüvvədə olduğu dövrdə qəbul edilmiş, lakin vergi orqanı tərəfindən sözügedən qərar qəbul edilərkən vergi ödəyicisinin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən qaydaların qüvvədə olması nəzərə alınmamışdır.
21. Bundan başqa, 15 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən inşa olunmuş binanın satışa yararlı sahəsi 13996,44 kv.m. təşkil etdiyi üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılma müəyyən edilməmiş, aprel 2014-cü il üzrə qeyri-yaşayış sahəsi üzrə satış müəyyən edilməmiş, bu səbəbdən yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilməmiş və tətbiq edilməmişdir. Aprel 2014-cü il üzrə qeyri-yaşayış sahəsi üzrə satış müəyyən edilmişdir. Bu səbəbdən qeyri-yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilmiş və tətbiq edilmişdir. İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrini n kəsişməsində inşa edilən hündürmərtəbəli çoxmənzilli binada qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün orta bazar satış qiyməti - 2800,0 manat olmaqla 484 kv.m.-nin ümumi dəyəri ƏDV-siz 1148474,58 manat, müqavilələr nəzərə alınarsa, ƏDV-siz vergiyə cəlb olunan dövriyyə 1211610,17 manat təşkil etmişdir. 17 mart 2015-ci il tarixli səyyar vergi yoxlaması aktında mənzil satışından müəssisənin əldə etdiyi gəlir 3756294,0 manat göstərilmişdir. Beləliklə, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir. Həmin ekspert rəyində göstərilənləri təkzib edən sübut məhkəməyə təqdim edilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı aşkar edilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
22. Cavabdehin 20 avqust 2019-cu il tarixli qə rarı isə 2016-cı ilin 1 -ci rübünü əhatə edir. Halbuki vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə vergi qanunvericiliyinin pozulmasına prezumpsiya olacağı halda belə, vergi qanunvericiliyi ilə müəyyən edilən vergi qanunvericiliyinin pozulması anından 3 ildən artıq müddət keçdiyindən məhkəmə qeyd edilən qərarı da vergi qanunvericiliyinin tələbləri baxımından qanunsuz və əsassız hesab edir.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim etmişdir. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-518/2021 nömrəli, 03 mart 2021-cu il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ba kı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-518/2021 nömrəli, 03 mart 2021-cu il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2019 -cu il tarixli 2-1(82)-745/2016 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı və 14 aprel 2015-ci il tarixli **********889773 saylı qərarlarının ləğv edilməsi hissəsində İPM-də nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən mümkünsüz sayılmasını, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-518/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının, 17 aprel 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının, 20 avqust 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsini, qalan hissədə apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. e) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1582/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov, K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2-1(103)-518/2021 nömrəli qər arı qismən – “xx.xx.2013-cü il tarixli, **********711255 saylı qərarın iddiaçıya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” və “xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarın iddiaçıya əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2-1(103)-518/2021 nömrəli qərarı həmin hissələrdə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2- 1(103)518/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
30. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli **********711255 saylı qərar 4 il 11 ay və xx.xx.2015-ci il tarixli **********889773 saylı qərar isə 3 il 8 aydan sonra mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan hallara (xx.xx.2013-cü il tarixli **********711255 saylı qərarın iddiaçı tərəfindən imzalanaraq qəbul edilməsi, xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarın poçt vasitəsi ilə iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən məktubun qəbul edilməsindən imtina edilməsi, həmin qərarın 2016-cı ildə məhkəmədə mübahisələndirilməsi və hər iki qərarda hesablanan vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsində borcun hesablandığı tarixlərdə öz əksini tapması, həmçinin 2013-cü il tarixli qərar əsasında hesablanan vergi borcunun iddiaçı tərəfindən ödənilməsi) formal yanaşma ilə qiymət vermiş, mübahisə olunan qərarların müəyyən edilmiş qaydada iddiaçıya təqdim edilməməsinə istinad edərək hazırkı iddianı hər iki qərara münasibətdə mümkün hesab etməmişdir.
31. Hazırkı iş üzrə yuxarıda sadalanan hallar isə onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli qərarlar barədə həmin vaxtlar məlumatı olsa da, o, xx.xx.2018-ci il tarixində məhkəməyə müraciət etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən qərarlar barədə daha əvvəl məlumatlı olmasına dair yuxarıda sadalanan halları nəzərə almamış, iddia müddətini iddiaçı tərəfindən ötürülməmiş h esab etmişdir. 33. xx.xx.2013-cü il tarixli **********664824 saylı qərara münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan Mənzil Məcəlləsinin 59-cu maddəsinə uyğun olmayaraq binanın ümumi sahəsini nəzərə alınaraq, yəni yuxarıda qeyd olunan və mərtəbənin sahəsinə daxil edilməli olmayan sahələri nəzərə almaqla əlavə vergi məbləği hesablamışdır.
34. Lakin məhkəmə nəzərə almamışdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
35. Verginin hesablandığı dövr qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
36. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 219.1.2-ci və 221.5-ci maddələrinin tələblərinin pozulması nəticəs ində Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə bəyan edilmiş 609046 manat vergi məbləği çıxılmaqla 188273,40 manat azaldıldığı müəyyən edilmişdir.
37. Belə ki, vergi ödəyicisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi”nin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarına əsasən yoxlama ilə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 797319,6 (18983,80 m2 *10*4.2 (3-cü zona)) vergi məbləği hesablanmışdır.
38. Məhkəmə isə işin hallarına yuxarıda qeyd edilən normanı deyil, Mənzil Məcə lləsinin 59-cu maddəsini tətbiq etmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
39. Məhkəmə kollegiyası xx.xx.2015-ci il tarixli **********889773 saylı qərara münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab etmişdir. Belə ki, həmin qərara münasibətdə məhkəmə xx.xx.2020-ci il tarixli, Ə-113 saylı ekspert rəyini əsas hesab edərək belə nəticəyə gəlmişdir ki, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir.
40. Lakin hazırkı qərarın 49-cu bəndində göstərilən normanın məzmunundan görünür ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsinin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvad rat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV- nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən iddiaçının təqdim etdiyi mənzillərin ərazisi üzrə zona əmsalı “1,5” olaraq müəyyən edilmişdir.
42. Cavabdeh vergi orqanı tərəfindən qeyd olunan müddəalar nəzərə alınmaqla iddiaçının təqdim etdiyi mənzillərə görə vergi öhdəliyi 1 kv.m. üçün 337,50 manat (225,0 * 1,5) nəzərə alınmaqla hesablanm ışdır.
43. Göründüyü kimi, hesablama zamanı cavabdeh tərəfindən bazar qiyməti yox, qüvvədə olan qanunla müəyyən edilmiş qiymət tətbiq edilmişdir. Yəni, minimum dövriyyənin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyasında birbaşa maddə təsbit edildiyindən cavabdeh orqan hesablamanı bazar qiyməti ilə aparmamışdır. Belə olan halda isə məhkəmənin bazar qiymətinə istinad edərək cavabdehin qərarını həmin əsasla qanuni hesab etməsi əsassızdır.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarlarına dair hissədə əsaslı hesab etmişdir. Həmin qərarlara münasibətdə məhkəmə ilk növbədə mümkünlük şərtlərinin tələblərini lazım i qaydada yoxlamamış, iddia müddətinin ötürülməsi məsələsinə qiymət verərkən səhvə yol vermişdir. Eyni zamanda, həmin qərarlara dair maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir.
45. Cavabdehin kassasiya şikayətinin dəlilləri qalan hissədə isə əsassızdır. İddianın xx.xx.2019-cu il tarixli, **********188725 saylı qərara dair hissəsinə münasibətdə məhkəmənin mövqeyi əsaslı olmuşdur. f) apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
46. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-548/2022 nömrəli, 21 iyul 2022-cu il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı yoxlan ılan – “20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” - hissələrində ləğv edilmiş, həmin hissələrdə İddiaçı MTK-nın iddia tələbləri mümkün sayılmamışdır.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 1 cildinin 8-22-ci və 55-57-ci vərəqlərinə əsasən müəyyən olunur ki, AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2013-cü il tarixli **********664824 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı MTK-da növbəti səyyar vergi yoxlaması aparılmış, nəticələrinə dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli **********673331 nömrəli “Səyyar vergi yoxlaması Aktı” vergi ödəyicisi tərəfindən imzalanmış və daha sonra, vergi ödəyicisi həmin akt əsasında qəbul edilmiş və imzalanıb möhürlənmiş xx.xx.2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və **********728000 saylı tələbnaməni imzalayıb almışdır. Həmin qərarla hesablanmış vergi borcu iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş və iddiaçı tərəfindən də ödənilmişdir.
48. Eyni zamanda, həmin (1-ci) cildin 26-39-cu və 58-61-ci vərəqlərinə əsasən müəyyən olunur ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********7118487 saylı qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması aparılaraq nəticələrinə dair xx.xx.2015-ci il tarixli **********798863 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin Aktı vergi ödəyicisi imzalamaqdan imtina etmiş, həmin Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********889773 saylı qərar qəbul edilib imzalanaraq möhürlə təsdiq olunmuş və tələbnamə ilə birlikdə sifarişli poçt göndərişi ilə xx.xx.2015-ci il tarixdə iddiaçıya göndərilmiş, lakin sonuncu onu almaqdan imtina etmişdir. Həmin qərarla hesablanan vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. İşin 3-cü cildinin 310-cu vərəqindən isə görünür ki, bundan sonra iddiaçı sözügedən qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət də etmiş, lakin məhkəmənin 02 may 2016-cı il tarixli 2-1(82)745/2016 saylı qərardadı ilə iddia ərizəsi geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmiş və həmin qərardaddan şikayət verilməmişdir.
49. İddiaçı isə həmin qərarların ləğvi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə, yəni - xx.xx.2013-cü il tarixli qərardan 4 il 11 ay və xx.xx.2015-ci il tarixli qərardan isə 3 il 8 aydan sonra müraciət etmişdir.
50. Halbuk i, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
51. Eyni zamanda, İPM-in 38.1-ci maddəsinin imperativ tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
52. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
53. İş materiallarında olan müvafiq ekspert rəyləri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Ba kı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş 20 dekabr 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında, 17 aprel 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir.
54. Bundan başqa, yoxlamaların əhatə etdiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər bu fəaliyyət üzrə mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər. Buna görə də, vergi ödəyicisi tərəfindən mənfəət vergisinin yayındırılmasından da söhbət gedə bilməz.
55. Vergi orqanı 19 dekabr 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr üzrə təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannamə məlumatı ilə sözügedən binanın faktiki sahəsi arasında kəskin fərqin olması və buna uyğun olaraq əlavə vergi hesablamasını sübut edə bilməmişdir.
56. Belə ki, 19 dekabr 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrdə (xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək) qüvvədə olan Vergi Məcəlləsinin 218.1.1,2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisidir.
57. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı tələskənliyə yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda in zibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58. "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 15 sentyabr 2020-ci il tarixli, 0-113 saylı ekspert rəyində göstərilmişdir ki, inşa olunmuş binanın ümumi sahəsi 15804.84 kv.metr, o cümlədən, zirzəminin ümumi sahəsi - 876.06 kv.metr (yararlı sahəsi, qaraj (avtodayanacaq) - 360.0 kv.metr), qeyri-yaşayış sahəsi (satışa yararlı sahə) 1642.22 kv.metr, yaşayış sahəsi (mənzillər) - 11994.22 kv.metr, pilləkən, dəhliz, lift sahəsi 1292.34 kv.metr müəyyən edilmişdir. Beləliklə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli çoxmənzilli binanın ümumi sahəsi - 15804.84 kv.metr, satışa yararlı (vergiyə cəlb olunan) ümumi sahə - 13996.44 kv.metr təşkil edir.
59. Vergi Məcəlləsinin 219.1.2, 220.8, 221-ci maddələrinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən satışa yararlı sahə 13996.44 kv.metr təşkil etdiyi üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılma müəyyən edilməmişdir. Aprel 2014-cü il üzrə yaşayış sahəsi üzrə satış müəyyən edilməmişdir. Bu səbəbdən yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilməmiş və tətbiq edilməmişdir. Aprel 2014-cü il üzrə qeyri-yaşayış sahəsi üzrə satış müəyyən edilmişdir. Bu səbəbdən qeyri-yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilmiş və tətbiq edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli çoxmənzilli binada qeyri-yaşayış sahəsinin İ kv.metri üçün orta bazar satış qiyməti - 2800.0 manat olmaqla 484 kv.metrinin ümumi dəyəri ƏDV-siz 1148474,58 manat, müqavilələr nəzərə alınarsa, ƏDV-siz vergiyə cəlb olunan dövriyyə 1211610.17 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktında mənzil satışından müəssisəsinin əldə etdiyi gəlir 3756294,0 manat göstərilmişdir. Beləliklə, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir.
60. Vergi Məcəlləsinin 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan 56.1-cı maddəsinə görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
61. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
62. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi v ə ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
64. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
65. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
68. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması tə min edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
69. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
70. Məhkəmə kollegiyas ı qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq mübahisələndirmə növündə iddiaların qaldırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
71. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
72. Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
73. Beləliklə, cavabdeh vergi orqanının qərarlarının iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi nəticəsində mübah isələndirildiyi iş üzrə öz təsdiqini tapmışdır.
74. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-548/2022 nömrəli, 21 iyul 2022-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.